Korvalol
== İstifadəsinə göstərişlər ==
Yüksək əsəbiliklə müşayiət olunan nevrozlar;
Yuxusuzluq ;
Hipertoniya xəstəliyinin və vegeto-damar distoniyasının kompleks müalicəsində ;
Koronar damarların kəskin nəzərə çarpmayan spazmları , taxikardiya ;
Neyrovegetativ pozğunluqlarla əlaqədar bağırsaqların spazmı .
== Əks göstərişlər ==
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq ;
Qaraciyər və böyrək funksiyasının nəzərəçarpan pozulmaları ;
Qaraciyərin porfiriyası ;
Ağır ürək çatışmazlığı ;
Tərkibində fenobarbital olan dərman vasitələri nəzərəçarpan arterial hipotenziya, miokard infarktı, şəkərli diabet ,depressiya , miasteniya ,alkoqolizm ,narkotik və medikamentoz asılılıq , təngnəfəsliklə müşayiət olunan respirator xəstəliklər , obstruktiv sindrom hallarında əks göstərişdir .
== İstifadə qaydası və dozası ==
Gündə 2–3 dəfə qida qəbulundan asılı olmayaraq su ilə və ya şəkərlə 15–30 damcı dozada daxilə qəbul edilir. Ehtiyac yaranarsa birdəfəlik doza 45–50 damcıya qədər artırıla bilər. Uşaqların müalicəsi üçün preparatın istifadə təcrübəsi yoxdur, buna görə preparat pediatrik praktikasında istifadə olunmur.
== Saxlanma şəraiti ==
25°C-dən yüksək olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.