kosa-gəlin sözü azərbaycan dilində

kosa-gəlin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kosa-gəlin • 60.0000%
  • Kosa-gəlin • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kosa
Kosa – Kos-kosa oyununun və Novruz bayramının qəhrəmanı. Üzündə tük bitməyən və ya çox seyrək tük olan adama kosa deyərlər == Azərbaycan mədəniyyətində yeri == Əvvəllər yaz girəndə köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə etmək üçün qoca Kosa istifadə edilərdi. Qoca Kosanın bir gözlü olması onun o biri dünya ilə olan bağlılığından xəbər verərdi. Cənubi Azərbaycanda kosa oyununa "Ağ Kosa, Qara Kosa" deyilər və bu adətin İbrahim peyğəmbərə qədər gedib çıxdığı hesab edilərdi. Həmədanda isə Kosanın bərəkət gətirməsi inancı mövcuddur.Ehtimal edilir ki, Günəşin övladları olan Duman, Bulud və Qışın birləşməsindən Kosa obrazı yaranmışdır. === Kos-kosa oyunu === Kos-kosa oyunu qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Rəqs etməyi bacaran bir uşağa tərs çevrilmiş kürk geyindirərlər. Üzünə kağızdan düzəldilmiş üzlük (maska) taxar, başına uzun papaq taxıb Kosa edərlər. Kosanı məhəllədə gəzdirib, mahnı oxuyaraq onu oynadarlar.
Gəlin
Gəlin - ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Göygöz Kosa
Göygöz Kosa — 1935-ci ildə yazıçı Məmmədhüseyn Təhmasibin yazdığı "Çiçəkli dağ" alleqorik pyesinin mənfi presonajı. Göygöz Kosa, Simnar xanın vəziridir və xalqa qarşı çox qəddar və acımasızdır. Eyni zamanda cadugərdir və müxtəlif cildlərə girərək hər kəsi aldada bilir. Simnar xan xalqın torpağını və suyunu əlindən almışdır. Göygöz Kosa isə hər yeri öz cadusu ilə ot bitməz, su axmaz qayalığa çevirib. Bunun üçün Həkim Baba daş əridən məlhəm hazırlayır. Simnar xana xidmət edən Göygöz Kosa, dərmanı ələ keçirmək üçün əlindən gələni edən əsas şəxsdir. == Uyğunlaşdırma == İlk film uyğunlaşdırması 1959-cu ildə resjissor Əlisəttar Atakişiyevin, yazıçı Məmmədhüseyn Təhmasibin "Çiçəkli Dağ" pyesinin motivləri əsasında çəkdiyi "Bir qalanın sirri" filmidir. Filmdə Göygöz Kosa obrazını sovet teatr və kino aktyoru Andrey Fayt canlandırıb. Ehtimal olunur ki, obrazın kostyumunun dizaynı Ağa Məhəmməd şah Qacarın rəsmlərdəki təsviri geyim tərzindən götürülüb.
Kos-kosa
Kos-kosa - Azərbaycanda əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür. Novruz bayramında Kosa və Keçəl personajları seçilir. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu oynayırlar. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni zamanda Yula deyilən ruhun qoruyucusudur.
Kosa Mihal
Mixail Kosses və ya İslamı qəbul etdikdən sonrakı adı Abdullah Kosa Mihal Qazi (qısaca Abdullah Qazi və ya Kosa Mihal) (?-1328) — Bizans tabeliyində Çirmenkiya (Harmanqaya) təkfuru (başçısı), daha sonra 1303-cü ildən Osmanlı tabeliyində yenə Harmanqaya sancaqbəyliyinin (və ya uc bəyliyinin) sancaqbəyi (və ya uc bəyi), həmçinin Osmanlıda Akınçı bölüyünün qurucusu, Mihaloğulları nəslinin əcdadı. == Kökü == Mixail Kossesin hansı nəslə aid olduğu mübahisəlidir. Tarixçi Yozef fon Hammer və bir sıra tarixçilər, Mixail Kossesin Paleoloq sülaləsindən olduğunu iddia edirlər. Bir nəzəriyyəyə görə, Mixael Kossesin mənşəyi. John III. Doukas Vatazesin sərhəd qüvvəsi kimi yerləşdirdiyi Kuman-Qıpçaqlara əsaslanır. == Bizansın Çirmenkiya Təkfurluğunun təkfuru Mixail Kosses == Mixail Kosses 1303-cü ilə qədər İmperator II Andronikos Paleoloqos tərəfindən Çirmenkiya təkfuru təyin edilmişdir. == Osmanlıda Harmanqaya sancaqbəyi Abdullah Bəy == 1303-cü ildə Osman Qazi ilə Əskişəhir bəyi arasında bir toqquşmada Mixail Kosses Əskişəhər bəyinin tərəfində döyüşür və əsir düşür. Nəticədə Mixail Kosses müsəlman olur və daha əvvəl Osman Qazi tərəfindən fəth edilmiş Harmanqayaya (keçmiş Çirmenkiyaya) yenidən rəhbər təyin edilir. Kosa Mihal Mihaloğulları nəslinin əcdadı və Axıncı bölüyün qurucusudur. == Kinoda == Quruluş 1299 adlı serialda Əhməd Məkin tərəfindən canlandırılmışdır.
Kosa Məmməd
Kosaməmməd, Kənizək, Batikyan, Aşağı Qanzak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Aşağı Qanzak olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Kənizək formasında qeyd edilmişdir. Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır.
Kosa dili
Xosa dili — Cənubi Afrika Respublikasının rəsmi dillərindən biridir. Bantu dillərindəndir və təxminən 7.9 milyon nəfər tərəfindən danışılır.
Gəlin (kitab)
"Gəlin" - Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu. == Məzmun == Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir. Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi hallar tənqid atəşinə tutulur. Kitab yeniyetmələr, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Gəlin havası
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qaya
Gəlinqaya (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Gəlinqaya (Şahbuz) — Şahbuz rayonunda dağ. Gəlinqaya (Şərur) — Şərur rayonunda dağ. Gəlinqaya (Mərənd) — Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.
Gəlin qayası
Gəlin qayası (opera)
Sarı Gəlin
"Sarı gəlin" — Azərbaycan xalq mahnısı. Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıdır. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənmişdir. Mahnının musiqisi altında ifa olunan eyni adlı Azərbaycan xalq rəqsi də mövcüddur. == Etimologiyası == Sarı Gəlin mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var.Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir. Bizdə bu ifadə iki anlayışda – "rəng" və "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir.
İtkin gəlin
İtkin gəlin (mahnı) — Aygün Kazımovanın mahnısı
Gəlin şəlaləsi
Gəlin şəlaləsi (isp. Catarata Velo de la Novia) – Peruda yerləşən şəlalə == Haqqında == Məsafədən şəlaləyə baxdıqda, şəlalənin suyu aşağı düşərək gəlin paltarında qadın obrazı (silueti) yaradır, məhz buna görə də, şəlalə bu cür adlandırılmışdır. Şəlalə, Perunun Namor bölgəsindən iki saatlıq məsafədə yerləşir.
Gəldi Kosa (1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Kosa Yusif Qarabaği
Yusif Məhəmmədcan oğlu Qarabaği (1532, Qarabağ – 1591, Səmərqənd) — XVI əsrdə yaşamış Azərbaycan filosofu və şairi. == Şəxsiyyəti == Yusif Qarabağinin öz dövründəki elmi nüfuz və şöhrəti haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin «Tarixi-Raqimi» adlı əsərində verdiyi məlumatlar dolğun təsəvvür yaradır: «Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə o, müasirlərindən bir istisna təşkil etmişdir. O, elmlər üzrə ixtisaslaşmış və mahir olmuşdur. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi». Raqim Yusif Qarabağinin həm də istedadlı bir şair kimi təqdim edərək yazır: «Yusif Qarabaği şeir deməkdə yüksək ilhama və gözəl istedada malik idi, onun qəsidələri mətlədən məqtəyə qədər nadir və məzmunlu qafiyələrlə bitmişdir». Maraqlıdır ki, vaxtilə Abbasqulu ağa Bakıxanov Yusif Qarabağini məhz bir şair kimi yad etmişdir. Yusif Qarabağinin şəxsiyyəti məşhur Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin diqqətindən kənarda qalmamış və o, «Danişməndani-Azərbaycan» adlı ensiklopedik əsərində əldə etdiyi məlumatları ümumiləşdirərək yazmışdır: «Kosa adı ilə məşhur olan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği öz dövrünün alimlərindən olmuş və hicri-qəməri. 1054-cü (1644-cü) ildə vəfat etmişdir. O, Mövlana Cəlaləddin Dəvvaninin «Şərhi-əqayidi-əzüdi» əsərinə haşiyə və əlavələr yazmışdır ki, «Haşiyəyi-Xanəgahi» adı ilə məşhurdur.
Kosa və keçəl
Kosa və keçəl — Azərbaycan xüsusilə Novruz bayramında məşhur personajlardır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: “Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki “Azad qadın”ın heykəli, yerləşdiyi ərazi də daxil olmaqla, “beşmərətəbə”nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib.
Qolaya Kosa adası
Qolaya Kosa adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Şimal adasının cənub sahillərində yerləşir. Adadan Nord buxtası ilə ayrılır. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzun və ensiz dili xatırladır. Pyotr adaları qrupunun tərkibinə daxildir. 1736-cı ildə Vasili Vasileviç Pronçişev ekspedisiyası tərəfindən kəşf edilmişdir.
Gəlin (film, 1972)
Gəlin — 1972-ci ildə Türkmənfilmdə dram janrında çəkilmiş bədii film. Rejissoru və ssenari müəllifi Xocaqulu Narliyevdi. Film Böyük Vətən müharibəsində əri həlak olmuş kiçik kənddə yaşayan gənc qadının taleyindən bəhs edir. Filmin premyerası 23 dekabr 1972-ci ildə baş tutmuşdur. Kino tənqidçiləri "Gəlin" filmini Türkmən kinosunun dünya xəritəsinə çıxışı adlandırılır. == Süjet == Filmin süjet xəttini Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə yaşayan sadə insanların həyatı təşkil edir. Belə ki, insanlar cəbhə üçün çalışır və ordan gələn xəbərləri gözləyirlər. Bu xəbərlər arasında cəbhədə həlak olan yaxınları barədə məlumatlar da olur. Filmin əsas qəhrəmanı olan Oqulkeyik də bu adamlardan biridir. O, da cəbhədə olan həyat yoldaşının yolunu gözləyir.
Gəlin havası rəqsi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qayası (Ordubad)
Gəlinqaya — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində dağ. Dağın ən yüksək zirvəsində yüksələn abidə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən, müqəddəsləşdirən xalqımız onu da müqəddəsləşdirmişdir. Onunla bağlı xalq arasında əfsanələr var. Gəlin qayası əfsanələrində xalqımızın mifoloji düşüncələri əks olunmuşdur.
Gəlin qayası (opera)
Gəlin qayası — Bəstəkar Şəfiqə Axundovanın 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı muğam-opera. Bu Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera əsəri idi. Operanın premyerası 1974-cü ildə baş tutub. == Tarixçə == Əvvəlcə Şəfiqə xanım "Gəlin qayası" radiopyesinə musiqi yazır. Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Buradan "Könül təranələri" adlı bir mahnı çox məşhur olur.
Qız-gəlin dağı
Qız-gəlin dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3017,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsiləsində konusvari zirvə. Tiviçay mənbəsini Qız-gəlin dağından götürür. Qız-gəlin dağı Gilançay və Əlincəçay vadilərində yaşamış, əkinçilik və maldarlıqla məşğul olan qədim tayfaların yaylaq yeri olmuşdur. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tiviçayın mənbə hissəsindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı subvulkanik kütlənin əmələ gətirdiyi piramidavari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Sarı gəlin (dəqiqləşdirmə)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri.
Sarı gəlin (roman)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri.

kosa-gəlin sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. этногр. народный кукольный театр, участниками которого являются персонажи: Коса (буквально: “безбородый”) и невеста

    Azərbaycanca-rusca lüğət / kosa-gəlin

Oxşar sözlər

#kosa-gəlin nədir? #kosa-gəlin sözünün mənası #kosa-gəlin nə deməkdir? #kosa-gəlin sözünün izahı #kosa-gəlin sözünün yazılışı #kosa-gəlin necə yazılır? #kosa-gəlin sözünün düzgün yazılışı #kosa-gəlin leksik mənası #kosa-gəlin sözünün sinonimi #kosa-gəlin sözünün yaxın mənalı sözlər #kosa-gəlin sözünün əks mənası #kosa-gəlin sözünün etimologiyası #kosa-gəlin sözünün orfoqrafiyası #kosa-gəlin rusca #kosa-gəlin inglisça #kosa-gəlin fransızca #kosa-gəlin sözünün istifadəsi #sözlük