kost sözü azərbaycan dilində

kost

Yazılış

  • kost • 66.6667%
  • Kost • 26.6667%
  • KOST • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Le-Kost
Le-Kost (fr. Les Costes, oks. Las Còstas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 147 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını heyvandarlıq (mal-qara və qoyun) təşkil edir. 2007-ci ildə 84 yaşda (15-64 yaş arasında) 58 nəfər iqtisadi cəhətdən, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.0%, 1999-cu ildə 75.0%).
Le-Kost-Qozon
Le-Kost-Qozon (fr. Les Costes-Gozon, oks. Las Còstas de Goson) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12078. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 113 nəfər (15-64 yaş arasında) 77 nəfər iqtisadi fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,1%, 1999-cu ildə 63.2%).
Aleksandra Kostenyuk
Aleksandra Kostenyuk (rus. Алекса́ндра Константи́новна Костеню́к; 23 aprel 1984[…], Perm[…]) — Rusiyalı qrosmeyster və şahmat üzrə dünya çempionu. == Şahmat karyerası == Kostenyuka 5 yaşı olanda atası şahmat oynamağı öyrədib. Kiçik bacısı Oksanada şahmatçıdır. 2001-ci ildə keçirilən dünya çempionatında o finala kimi çatdı, ancaq Zu Çen ilə qarşılaşmada məğlubiyyətə uğradı. Üç ildən sonra Almaniyanın Drezden şəhərində keçirilən turnirdə qalib gələrək, Avropa çempionu oldu. O, həmçinin 2005-ci ildə Rusiyanın Samara şəhərində keçirilən turnirdə də qalib gəlib. 2008-ci ildə Kostenyuk çinli şahmatçı Hou Yifana qalib gələrək dünya çempionu olub.
Alessandro Kostakurta
Alessandro Kostackurta (it. Alessandro Costacurta ; 24 aprel 1966) — İtaliyalı keçmiş futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında mərkəz və cinah müdafiəçisi kimi çıxış edib. Oyunçu karyerasını başa vurduqdan sonra bir mövsüm "Mantova" klubunu çalışdırıb, Sky Sport Italia telekanalında aparıcı işləyib, 1 fevral 2018-ci ildən İtaliya Futbol Federasiyasının (FIGC) vitse-komissarı seçilib. == Karyera statistikası == === Klub === == Uğurları == === Klub === ==== Ölkə daxili ==== İtaliya çempionu (7): 1988, 1992, 1993, 1994, 1996, 1999, 2004 . İtaliya Superkubokunun qalibi (5): 1988, 1992, 1993, 1994, 2004. İtaliya kubokunun qalibi: 2003 . ==== Avrokuboklar ==== Çempionlar Kuboku/Çempionlar Liqasının qalibi (5): 1989, 1990, 1994, 2003, 2007 . Çempionlar Liqasının finalçısı (3): 1993, 1995, 2005 . Avropa Superkubokunun qalibi (3): 1989, 1990, 1994.
Alyona Kostornaya
Alyona Kostornaya (24 avqust 2003, Moskva) – Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə Avropa Çempionatının və ISU Qran-Pri Finalının qızıl medalına sahib olub. Alyona Kostornaya həmdə, Fransa Qran-Prisinin (2019) və Yaponiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2017 və 2018-ci illərdə bürünc, 2019-cu ildə isə gümüş medala sahib olan Alyona Kostornaya, gənclər arasında Polşa (2017), Avstriya (2017) və Çexiya (2018) Qran-Prilərinin qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə gümüş, 2018-ci ildə isə qızl medala sahib olub. 2018-ci ildə gənclər arasında Dünya Çempionatının qalibi olmağıda bacaran Alyona Kostornaya, həm də gənclər arasında Rusiya Çempionatında 2018 və 2019-cu illərdə gümüş medala sahib oldu. == Həyatı == Alyona Kostornaya 2004-cü il avqustun 24-də anadan olub. O, 4 yaşından 1 №-li UGİM-də Marina Çerhasovanın rəhbərliyi altında idmanla məşğul olmağa başlayıb. 2017-ci ildən isə Alyona Kostornaya, Eteri Tutberidzenin məşqçiliyi altında məşq etməyə başladı. == Karyerası == === 2016–2017-ci illər mövsümü: Gənclərin Rusiya Çempionatında dördüncü pillə === Alyona Kostornaya 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı.
Andrey Kostriçkin
Aktyor == Həyatı == Andrey Aleksandroviç Kostriçkin 24 avqust 1901-ci ildə anadan olub. Leninqrad İncəsənət İnstitutunda təhsil alıb. Leninqrad Gənc Tamaşaçılar Teatrında (1938–1941), Blokada Teaarında (1942) çalışıb. Rusiyanın əməkdar artisti (1935) Andrey Kostriçkin 26 fevral 1973-cü ildə vəfat edib.
Androkli Kostallari
Androkli Kostallari (alb. Androkli Kostallari) — Alban dilçi alimi. Göteborq Universitetinin fəxri doktoru. O, alban dilinin öyrənilməsində mərkəzi simalardan biri, Albaniya Tarix və Dilçilik İnstitutunun, daha sonra isə Dilçilik və Ədəbiyyat İnstitutunun qurucusu və direktoru olmuşdur. Kostallari 1972-ci il Orfoqrafiya Konqresinin əsasını qoyduğu alban dilinin müasir orfoqrafiyasının əsas ekspert müəlliflərindən biri kimi tanınır. == Bioqrafiya == Kostallari Permet yaxınlığındakı Petran kəndində anadan olub. O, Şkodrada, sonra Tiranada təhsil alıb. İkinci Dünya müharibəsi illərində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olmaqla müharibədən sonrakı mətbuatda çalışmış, gənc yaşına baxmayaraq rəhbər vəzifələrdə işləmişdir. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində rus dili və ədəbiyyatı, jurnalistika ixtisası üzrə təhsil almışdır. 1954-cü ildə oranı bitirmişdir.
Aram Kostandyan
Aram Kostandyan (22 yanvar 1894, Şuşa – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri. Aram Kostandyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Artur Kostler
Artur Kostler (mac. Arthur Koestler; 5 sentyabr 1905[…], Budapeşt – 1 mart 1983[…], London) — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. == Həyatı == Yəhudi mənşəyli olan Artur Koster "On üçüncü qəbilə" və "Gözqamaşdırıcı zülmət" kitabları ilə böyük məşhurluq əldə etmişdir. Atası Leopold Kostler Şimali Macarıstana köçmüş rus yəhudilərindən idi. Roman, publististik yazılar, sosial fəlsəfə əsərləri və müxtəlif elmi-tarixi əsərlərin müəllifidir. 1931-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuş, yeddi il sonra, Böyük Britaniyaya köçməsi ilə partiyadan ayrılmışdır. 1940-cı illərin sonlarında ən tanınmış ingilis anti-kommunistlərdən biri kimi tanınmışdır. 1950-ci illərdə də aktiv şəkildə siyasi fəaliyyətini davam etdirən Kostler 1930-cu illər SSRİ-nin siyasi həyatıdan danışan Gözqamaşdırıcı zülmət əsəri ilə tanınmağa başlayır. Gözqamaşdırıcı zülmət məzmun və mövzu oxşarlığına görə Corc Oruellin "1984" romanı ilə müqayisə edilir. Müəllifin başqa bir əsəri olan "On üçüncü qəbilə" kitabında Əşkinazi yəhudilərinin Xəzərlərin soyundan gəldiyi tezisi irəli sürülür.
Azərbaycan–Kosta-Rika münasibətləri
Azərbaycan–Kosta-Rika münasibətləri — Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == Kosta-Rika Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin yanvar ayının 15-də qurulmuşdur. Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır. Lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Kosta-Rika Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Kosta-Rika Respublikasına da akkreditə olunmuşdur. == Müqavilə-hüquq bazası == Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında cəmi 1 sənəd imzalanmışdır. Həmin sənəd iki ölkənin Xarici İşlər Nazirlikləri arasında imzalanmış "Siyasi məsləhətləşmələrin yaradılmasına dair" anlaşma Memorandumudur.
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Boyanka Kostova
Boyanka Kostova — Bolqar əsilli Azərbaycan ağır atletidir. Boyanka Kostova 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısıdır. Boyanka Kostova həmçinin 2012-ci ildə Türkiyənin Antalya şəhərində, 2015-ci ildə Gürcüstanın Tbilisi şəhərində və 2016-cı ildə Norveçin Forde şəhərində baş tutan Avropa Çempionatlarının qızıl medalçısıdır. 2021-ci ildə Moskvada keçirilən Avropa çempionatında da birinci yeri tutan atletin dopinq testinin müsbət çıxması səbəbindən titulu əlindən alınıb. Bu, 29 yaşlı idmançının ikinci anti-dopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ 8 il müddətinə dayandırılıb. 2022-ci ildə narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilib. == Həyatı == Boyanka Kostova 10 may 1993-cü ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Ailənin yeganə qız övladı Boyanka Kostova 2008-ci ildən idman ilə məşğul olur. == Karyerası == === 2009 Avropa Çempionatı === Boyanka Kostova birinci dəfə Avropa Çempionatına 2009-cu ildə qatıldı. Aprelin 3-dən 12-nə gədər keçirilən və Rumıniyanın paytaxtı Buxarest şəhərində baş tutan Avropa Çempionatına Boyanka Kostova Bolqarıstan bayrağı altında qatıldı.
David Kosteletski
David Kosteletski (çex. David Kostelecký; 12 may 1975[…], Brno) — trap növündə çıxış edən Çexiya atıcısı. 2008-ci ildə Olimpiya çempionu, 2019-cu ildə Avropa Oyunlarının çempionu, 2011-ci ildə dünya çempionatının gümüş mükafatçısı, 2002 və 2017-ci illərdə Avropa çempionu, 1995-ci ildə yeniyetmələr arasında dünya çempionu, 1992 və 1993-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olmuşdur. 1996, 2000, 2008, 2012 və 2016 Olimpiya Oyunlarının iştirakçısı. == Olimpiya nəticələri == == Şəxsi həyatı == Onun həyat yoldaşı Lenka Kosteletskayadır (öncəki soyadı Bartekova idi), hansı ki məşhur Slovakiya idmançısı Danka Bartekovanın bacısıdır. Üç oğlu var: Denis, Alan və Daniel.
Dejö Kostolanyi
Dejö Kostolanyi (mac. Kosztolányi Dezső; 29 mart 1885[…], Subotiça – 3 noyabr 1936[…], Budapeşt) — Macarıstan şairi və nəsr yazıçısı. == Həyatı == Kostolanyi 1885-ci ildə Serbiyanın Voevodina vilayətinin Suboçita şəhərində anadan olmuşdur. Suboçita şəhəri Kostolanyinin “Skylark” və “Qızıl çarpələng” novellarında yer alan Sersiq şəhərinin modeli idi. Fizika və kimya professoru və məktəb müdiri olan Arpad Kostolanyi (1859-1926) və fransız mənşəli olan Eulalia Brennerin övladı idi. Orta məktəbə Subotiça şəhərində başlamışdı, lakin sonra müəllimi ilə münaqişə etdiyinə görəməktəbdən qovuldu və Seqed şəhərində xüsusi şəraitdə təhsilini başa vurdu. 1903-cü ildə Budapeştə köçdü və Budapeşt Universitetində təhsil almağa başladı və o, burada Mihay Babiç və Dyula Yuhas ilə tanış oldu. 1908-ci ildə Kostolanyi Parisə köçən Endre Adini əvəz edərək Budapeştdə bir qəzet mətbəəsində müxbir kimi işləməyə başladı. 1910-cu ildə “Balaca yazıq uşağın şikayətləri” (The Complaints of a Poor Little Child) adlı ilk poemalar kitabı ona böyük bir müvəffəqiyyət gətirdi. Kitabın nəşri yaradıcılığında məhsuldar bir dövrün başlanğıcı hesab edilirdi.
Denilson da Kosta
Denilson da Kosta (7 mart 1998) — Mozambikli üzgüçü. Denilson da Kosta Mozambiki 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Denilson da Kosta birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 26.35 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 62-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Dieqo Kosta
Dieqo Kosta- Braziliya əsilli ispan futbolçu.İspaniya millisinin və Atletiko Madridin heyətində çıxış edir.
Ebbot və Kostello Frankenşteynlə görüşür (film, 1948)
Ebbot və Kostello Frankenşteynlə görüşür (ing. Bud Abbott Lou Costello Meet Frankenstein) — 1948-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Ebbot və Kostello Frankenşteynlə görüşür — Internet Movie Database saytında.
Eharius kostini
Eharius kostini (lat. Eharius kostini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Georgi Kostaki
Georgi Kostaki (yun. Γεώργιος Κωστάκης rus. Гео́ргий Диони́сович Коста́ки, ləqəbi Qrek(yunan); 5 iyul 1913, Moskva, Rusiya imperiyası — 9 mart 1990, Yunanıstan) — yunan əsilli sovet kolleksiyaçısı; rus avanqardizminin tarixində ən böyük kolleksiyaçısı. === Georgi Kostaki haqqında məqalələr === Starr S. F., Costakis G., Rakitin V., Bowlt J. E. Russian avant-garde art. The George Costakis collection. New York. Harry N. Abrams, Inc. 1981. Костаки Георгий. Мой авангард.
Gözəl kostus
Gözəl kostus (lat. Costus speciosus) - kostus cinsinə aid bitki növü.
Kevin Kostner
Kevin Kostner (18 yanvar 1955, Linvud[d], Kaliforniya) — ABŞ aktyoru. == Həyatı == Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi. Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: Yəqin, yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq deyə düşünürdü. == Film karyerası == Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir, amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı.
Konstantin Kostışin
Konstantin Yakovleviç Kostışin (ukr. Костянтин Якович Костишин; d. 15 oktyabr 1965, Kiyev, Ukrayna SSR) — ukraynalı kino və teatr aktyoru. == Həyatı == Konstantin Kostışin 15 oktyabr 1965-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. İlk təhsilini A.Qaydar adına uşaq teatr studiyasında almışdır. Məktəbi bitirdikdən sonra bir il müddətində Kiyevdə zavodda tornaçı olaraq işləmişdir. 1989-cu ildə Karpenko-Karıy adına Kiyev Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1991-ci ildən Dneprin sol sahilində yerləşən Kiyev Akademik Dram və Komediya Teatrının aktyorudur, əsasən, baş rolları ifa edir. Teatr institutunda bir il təhsil aldıqdan sonra iki il müddətində sovet ordusunda hərbi xidmət etmişdir. Muxtarın qayıdışı teleserialında kriminalist İnnokenti Sadovski rolu ilə məşhurluq qazanmışdır.
Kontra-Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kontra Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; 1460, Ferrara – 5 mart 1535, Mantova[d], Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. == Həyatı == Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A.Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Kosta-Rika
Kosta Rika - Latın Amerikasında dövlət. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir (2014-cü ilin təxmini). Suveren dövlət vahid prezident konstitusiya respublikasıdır. Uzun müddət davam edən və sabit demokratiyası və əksəriyyəti ingilis dilində danışan yüksək təhsilli işçi qüvvəsi ilə tanınır. Ölkə büdcəsinin (2016) təxminən 6,9% -ni təhsilə xərcləyir, bu isə dünya üzrə orta hesabla 4,4% -dir. Bir vaxtlar kənd təsərrüfatından çox asılı olan iqtisadiyyatı, maliyyə, xarici şirkətlər üçün korporativ xidmətlər, əczaçılıq və ekoturizm kimi sektorları əhatə etmək üçün şaxələnmişdir. Bir çox xarici istehsal və xidmət şirkətləri Kosta Rikanın Sərbəst Ticarət Bölgələrində (FTZ) fəaliyyət göstərir və burada investisiya və vergi güzəştlərindən faydalanırlar. == Ümumi məlumat == Mərkəzi Amerikada Kosta-Rika adlı ispan dilindən tərcümədə "varlı sahil" mənasını bildirən bu balaca respublikaya belə adı 1502-ci ildə Xristofor Kolumb vermişdir. Yerli əhalinin qızıl zinət əşyalarının miqdarından heyrətə gələn ispanlar güman edirlər ki, bu ölkə qızılla zəngindir. Lakin onlar yanılırdılar.
Kosta-Rika FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Kosta-Rika klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2011 •• 0.09
2017 •••••••••••••••••••• 1.30
2018 •••••••••• 0.60
2019 •••••••••••••••••••• 1.25

"kost" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kost nədir? #kost sözünün mənası #kost nə deməkdir? #kost sözünün izahı #kost sözünün yazılışı #kost necə yazılır? #kost sözünün düzgün yazılışı #kost leksik mənası #kost sözünün sinonimi #kost sözünün yaxın mənalı sözlər #kost sözünün əks mənası #kost sözünün etimologiyası #kost sözünün orfoqrafiyası #kost rusca #kost inglisça #kost fransızca #kost sözünün istifadəsi #sözlük