Kota sözü azərbaycan dilində

Kota

Yazılış

  • Kota • 68.7500%
  • kota • 18.7500%
  • KOTA • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kota Hirano
Kota Hirano(yap. 平野 耕太) — yapon manqaka. Tokionun Adaçi rayonunda anadan olub. Hellsingvə Drifters manqaları ilə məşhurdur.
Kota Kinabalu
Kota Kinabalu (malay Kota Kinabalu, keçmiş adı Cesselton) — Malayziyanın Sabah ştatının inzibati mərkəzi. Bu şəhər həmçinin Sabah ştatının Qərb Sahili vilayətinin inzibati mərkəzidir. Şəhər Kalimantan adasının şimal-şərqində yerləşir. Kota Kinabalunun əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 628,725 nəfərdir.Kota Kinabalu həm Malayziyada , həm də beynəlxalq miqyasda KK kimi tanınır. Şəhər böyük balıq ovu yeri olmaqla yanaşı, Sabah və Kalimantana səyahət edən turistlər üçün populyar ərazilərdən biridir. Kinabalu Milli Parkı şəhərdən 90 kilometr aralıda yerləşir və şəhərin ətrafında bir çox digər turizm obyektləri mövcuddur. Kota Kinabalu Şərqi Malayziyada böyük sənaye və ticarət mərkəzlərindən biridir. Bu iki amil Malayziyada Kota Kinabalunu ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevirib. == Etimologiyası == Kota Kinabalu şəhərin şimal-şərqində təxminən 50 km aralıda yerləşən Kinabalu dağının şərəfinə adlandırılıb. Kinabalu adı "'ölülərin hörmətli yeri" mənasını verən Aki Nabalu adından törəyib.
Kota Yoşihara
Kota Yoşihara (d. 2 fevral 1978) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ağadərəsi (Kotayk)
Ağadərəsi, Katnaxpyur, Aqadzor — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqadzor (dzor erməni dilində dərə deməkdir) formasında işlədilir. Toponim Azərbaycan dilində "varlı, zadəgan, mülkədar" mənasında işlənən ağa və III şəxsin təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı II növ təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Katnaxpyur (Südlü bulaq) qoyulmuşdur. == Toponimik izah == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1728-ci ilə aid türkcə mənbədə kəndin Həsən adlı şəxsə (mülkədara) mənsub olması qeyd olunur (Timari Həsən karyei Aqadzor). XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə (150, 358) Aqasor kimidir. Bu göstərir ki, kəndin adında ermənicə dzor-dərə sözü yoxdur, əks halda ermənicə yazılışda Aqasor yazılmazdı.
Dəlləkli (Kotayk)
Dəlləkli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904-cü ildə 396 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı yaşamışdır.
Güllücə (Kotayk)
Güllücə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «güllü, çiçəkli» mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 - cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904 - cü ildə 516 nəfər, 1914 - cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır.
Kotaku
"Kotaku" — bloq tipli ABŞ videooyun veb saytı. Sayt müxtəlif platformalar və janrlar üçün videooyunlarda ixtisaslaşmışdır. "Kotaku" saytı "G/O Media"ya məxsusdur. Allure Media" 2007-ci ilin avqustunda "Kotaku Australia" veb-saytını istifadəyə vermişdir. Bu sayt həm "Kotaku"dan lisenziyalı məzmundan, həm də özünə malik eksklüziv məzmundan istifadə edir. == Tarixi == "Kotaku.com" domeni 4 mart 2002-ci ildə qeydiyyata alınışdır. Saytın özü 4 oktyabr 2004-cü ildə fəaliyyətə başlamışdır. == Mükafatlar == "Kotaku" saytı "CNET Networks"in dünyanın 100 ən yaxşı və ən populyar bloqları siyahısına daxil edilmişdir. Bundan başqa, 2009-cu ilin may ayına olan məlumata görə, sayt "Technorati"nin ən populyar 100 bloq siyahısında 34-cü yerdədir."Kotaku" digər 28 saytla birlikdə "Game Critics Awards: Best of E3 2009"un qalibini müəyyən edən münsiflər heyətinə daxil olmuşdur.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kotalahkəmər (Həştrud)
Kotalahkəmər (fars. كتله كمر‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (22 ailə).
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir. == İqtisadiyyatı == Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Kotam dağı
Kotam dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2821,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Soyuqdağ yüksəkliyindən (3147,5 m) cənub-qərbə ayrılan eyniadlı qolunda zirvə. Gənzə kəndindən 4 km-ədək cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı piramidavari qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir.
Kotan
Kotan - kənd təsərrüfatında yer şumlamaq üçün tətbiq olunan mexaniki alətdir. O işçi heyvanlara və ya maşınlara qoşularaq mexanikləşdirilmiş şəkildə işlədilə bilər. Kotanın bir çox üstün cəhətləri vardır. Onun əsas məqsədi yerin üst qatının çevrilməsindən ibarətdir.Bu yerin mübit hissəsinin yumşaq və daha məhsuldar olmasına və səpinin asanlaşdırılmasına şərait yaradır. Asılma növləri: Quraşdırılmış kotan traktorun arxa hissəinə sərt bağlanır, o 6 bəzən isə 7 dişli olur. Asılqanlı kotan traktorla əlaqəli olur, ancaq əl ilə hidravlik mexanizmin köməyi ilə qaldırılır. Təkərli kotan bir neçə təkərə malik olub ağırlığın böyük hissəsini öz üzərinə götürür. Dişlərinin sayı 6-20 arasında olur.Dişlərini quruluşu: Bir istiqamətdə düzülmüş dişlər, onlar ya sağ ya da sol tərəfə yönəlirlər. Bunlara çox vaxt arx tipli kotanlarda deyilirlər. Dönən dişli kotanlarda dişlər dönə bildiyindən onların vəziyyəti dəyişə bilir.Onlar çox vaxt hidravlik işləyirlər.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. == Ümumi məlumat == Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N.Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada - qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Kotanabad (Xoy)
Kotanabad (fars. ‎‎كوتان اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Kotanarx
Kotanarx — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Kotanarx Ağdaş rayonunun Nehrəxəlil inzibati ərazi vahidində kənd. Türyan çayının sahilində, Şirvan düzündədir. XVIII əsrə aid mənbədə kəndin adı çəkilir. Tədqiqatçıların ehtimalına görə, oykonim qədim arxçəkmə usulunun adı ilə bağlıdır. Belə ki, keçmişdə torpağı bərk olan yerlərdə arx çəkmək üçün əvvəlcə kotanla dərin Şırımlar açılır, sonra onun içərisinin torpağı çıxarılaraq daha da dərinləşdirilirdi. Belə arxlara adətən kotan-arxı deyilirdi. Yaşayış məntəqəsi kotan arxının dalında salındığına görə belə adlandırılmışdır. Yevlax rayonunun Hürüuşağı kəndində də Kotanarx hidronimi qeydə alınmışdır, lakin istər Azərbaycan, istərsə də türkdilli xalqların toponimiyasında kotan komponentli toponimlərin geniş arealı göstərir ki, bu coğrafi adlar etnotoponimdir. Babək rayonunun Nəzərabad kəndində yaşayan kotannı tayfasının qeydə alınması da bunu subut edir.
Kotanarx bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kotanbağ
Kotanbağ — Ağdam rayonunda yer adı. 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponomik izahı == Türk dillərində kutan - “Heyvan üçün dəyərli formalı tövlə“ “dağ örüş yerində çobanların köçü“ və qar "sıldırım qaya“ yaxud ərəbcə qar-“mağara“ sözlərindən ibarətdir. Azərbaycanda Laçın rayonunda Kotanqaya dağı, Dəvəçi ilə Quba r-nları sərhəddində Kotandağ Dəvəçi r-nunda Kotandağ (570 m), Naxçıvanda Kotandağ (1267), Keş-Qutan kənd adı (Zaqatala r-nu), Qax rayonunda Qutan düzü (Cudulu k.), Kotan düzü (Qımırlı k.), Kotanlı (Zaqatala r-nu Mıxlıqovaq k.), Qərbi Azərbaycanda Kotanlı kəndi; Dağıstanda Qurqur-Kutan və s. toponimlərlə mənaca eynidir. Şamxorçaydan çəkilmiş bir arx Kotançı arxı adlanırdı. Oğuz rayonunun Qışlaq kəndi ərazisində Kotantala, Qəbələ r-nun Mıxlıqovaq kəndi ərazisində Kotantala, Kotanbağ, Ağdaş r-nunda Kotanarx toponimləri də bu sıradandır.
Kotandağ
Kotandağ – Babək rayonu ərazisində dağ (hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin cənub-qərb yamacında zirvə. Sirab kəndindən 1,6 km-dək cənub-cənub-şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit tərkibli, cənub-qərb yamacı sıldırımlı eyniadlı ekstruziv günbəzdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb və şimal-şərq yamacılarndan şimal-qərb istiqamətli faylar keçir.
Kotandağ kaolinləşmiş tuf yatağı
Kotandağ kaolinləşmiş tuf yatağı — Kiçik Qafqazın şimal-şərq yamacında, Həsənsuçay və Tovuzçay çayları arasında, Kotandağ yüksəkliyindən təxmin ən 1,2 km. şimal-qərbdə yerləşən yataq. Yatağın geoloji quruluşunda əsasən santon yaşlı vulkanogen-piroklastik süxurlar iştirak edir. Bu süxurlar içərisində dasit, andezit-dasit tərkibli litoklastik tuf horizontu qeyd olunur. Bu süxurlar mərk zi hissədə şimal-q ərb istiqamətli qırılma zonası ilə kəsilir.
Kotangens (triqonometriya)
Kotangens — qonşu katetin qarşı katetə olan nisbətinə deyilir.
Kotanlı
Kotanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimi, Qafqazın 5 verstlik xəritəsində Kotanlı, erməni dilində Kyotanlu formasında qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış kəndin yaxınlığında salınmışdır. == Toponimi == Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır: Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasının adını əks etdirir.
Kotar sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Kotatsu
Kotatsu (kotatsu (炬燵)) — bir aşağı, ağacdan masa çərçivəsidir ki, bir ağır yorğan ilə əhatə olunur bunun üzərinə bir masa üstü oturur. Altında bir istilik mənbəyi var, ki çox vaxt masanın öz daxilində yerləştirilib.Kotatsu demək olar ki, yalnız Yaponiyada istifadə olunur, baxmayaraq ki oxşar cihazlar digər yerlərdə istifadə olunur.
Kotava
Kotava — 1978-ci ildə linqvist Staren Fetcey tərəfindən yaradılmış süni dildir. == Etimologiya == == Tarix == == Əlifba == Yazıda latın qrafikasından istifadə olunur və 24 hərfdən ibarətdir. == Qrammatika == == Əvəzliklər == 9 əvəzlik var.
Kotavan

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21
2010 ••••••••• 0.09
2011 ••••••••••••••••• 0.17
2016 ••••••••••••••••• 0.17
2017 •••••••••••••••• 0.16

"kota" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kota nədir? #kota sözünün mənası #kota nə deməkdir? #kota sözünün izahı #kota sözünün yazılışı #kota necə yazılır? #kota sözünün düzgün yazılışı #kota leksik mənası #kota sözünün sinonimi #kota sözünün yaxın mənalı sözlər #kota sözünün əks mənası #kota sözünün etimologiyası #kota sözünün orfoqrafiyası #kota rusca #kota inglisça #kota fransızca #kota sözünün istifadəsi #sözlük