kotlet sözü azərbaycan dilində

kotlet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kotlet • 94.8718%
  • Kotlet • 5.1282%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kotlet
Kotlet (fr. côtelette) — yağda qızardılmış ət tikələrindən, əsasən dairəvi şəkildə hazırlanan yemək növü. Ən məşhur növü Kiyev kotletidir.
Kiyev kotleti
Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü. == Ərzaqlar == toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı == Hazırlanması == Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq. Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Təbriz kotleti
Təbriz kotleti – Azərbaycanın milli yeməyi. == Tərkibi == Təbriz kotletinin hazırlanmasında qıymadan, yumurtadan, noxud ləpəsindən, kartofdan, quru soğandan, sarıkökdən, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Təbirz kotletini hazırlamaq üçün əvvəlcə ləpə qaynadılaraq bişirilir. Kartof isə ayrı qaynadıb bişirilir, sonra əzik və bişmiş ləpə ona əlavə edilir, sonra üzərinə sürtkəcdən keçmiş soğan əlavə edilir. Kotlet əl böyüklüyündə olur, amma çox qalın hazırlanmır. Sonra yağ tökülmüş tavada hər iki tərəfi qızardılır. Servis edildikdə yanında xiyar turşusu verilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2008 •••••••• 0.24
2009 •••••••••• 0.32
2010 ••••••••• 0.27
2011 •••••••• 0.26
2012 ••••••••••• 0.34
2013 •••••••••••••••••• 0.58
2014 •••••••••••••••• 0.51
2015 •••••• 0.17
2017 ••••• 0.16
2020 •••••••••••••••••••• 0.66

kotlet sözünün leksik mənası və izahı

  • 1 [fr.] Döyülmüş və ya əzilmiş ətdən (bəzən balıqdan) girdə, ya uzunsov yastı şəkildə hazırlanan yemək. Ət kotleti. Balıq kotleti. Toyuq kotleti. Kotlet bişirmək. – [Mirzə Mahmud:] Mənim üçün, deginən, kotlet versinlər. Ə.Haqverdiyev. Kotlet hazırlamaqda olan Kəramət … əlini işdən çəkdi. Ə.Əbülhəsən. // Tərəvəz və s.-dən bu şəkildə hazırlanan yemək. Kartof kotleti. Düyü kotleti.

    Azərbaycan dilinin izahlı lüğəti / kotlet

kotlet sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. котлета: 1. кушанье из рубленого или молотого мяса или рыбы в виде лепешки или продолговатой формы. Ət kotleti мясные котлеты, əzmə kotlet отбивные котлеты 2. кушанье такого же вида, приготовленное из каши, овощей. Kartof kotleti картофельная котлета II прил. котлетный. Kotlet qiyməsi котлетный фарш

    Azərbaycanca-rusca lüğət / kotlet

kotlet sözünün inglis dilinə tərcüməsi

  • 1 i. cutlet, (əzmə ətdən) chop; (qiymədən) rissole; ət ~i meat rissoles of meat; balıq ~i fish cakes; ~ üçün ət cutlet / chop meat; kartof ~ potato cakes

    Azərbaycanca-ingiliscə lüğət / kotlet

kotlet sözünün fransız dilinə tərcüməsi

kotlet sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] сущ. котлет(ар); ət kotleti якӀун котлетар; balıq kotleti гъетрен котлетар; kotlet bişirmək котлетар чурун.

    Azərbaycanca-ləzgicə lüğəti / kotlet

kotlet sözünün türk dilinə tərcüməsi

"kotlet" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kotlet nədir? #kotlet sözünün mənası #kotlet nə deməkdir? #kotlet sözünün izahı #kotlet sözünün yazılışı #kotlet necə yazılır? #kotlet sözünün düzgün yazılışı #kotlet leksik mənası #kotlet sözünün sinonimi #kotlet sözünün yaxın mənalı sözlər #kotlet sözünün əks mənası #kotlet sözünün etimologiyası #kotlet sözünün orfoqrafiyası #kotlet rusca #kotlet inglisça #kotlet fransızca #kotlet sözünün istifadəsi #sözlük