Koval sözü azərbaycan dilində

Koval

Yazılış

  • Koval • 94.8052%
  • KOVAL • 2.5974%
  • koval • 2.5974%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Corc Koval
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb. Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü.
Vladimir Koval
Vladimir Koval — Aktyor. == Həyatı == == Filmoqrafiya == Yaşamaq gözəldir, qardaşım!
Əlaəddin Koval
Əlaəddin Koval (türk. Alâaddin Koval) (d. 1878, İstanbul - ö. 08.08.1930, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ilin 13 avqustunda hərbi məktəbə daxil olmuş və 1903-cü ilin 22 avqustunda oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1906-cı il sentyabrın 26-da oradan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında, Şərqi Frakiyada 1-ci korpusun komandiri olan Cəfər Təyyar Paşanın əmri ilə 55-ci bölmə komandirliyində xidmət etmişdir. 1 mart 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. İlk olaraq, Əlcəzirə Cəbhəsinin Baş qərargahı rəisi kimi xidmət göstərdi və 1922-ci ilin aprel ayında 41-ci şöbənin komandiri vəzifəsinə təyin edildi.
Adamas Kovalevski
Adamas Kovalevskiy (20 dekabr 1995) — Litvalı oxatan. Adamas Kovalevskiy Litvanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Adamas Kovalevskiy birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 184-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Aleksandr Kovalevski
Aleksandr Kovalevski (23 mart 1879, Moskva – 1940, Xarkov) — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı. == Həmçinin bax == Katın qırğını Molotov-Ribbentrop paktı Birinci Dünya müharibəsi Sovet-Polşa müharibəsi İkinci Dünya müharibəsi == Ədəbiyyat siyahısı == Dziennik Personalny Ministerstwa Spraw Wojskowych. [dostęp 2019–09–07]. Lista starszeństwa oficerów zawodowych. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1922. Rocznik Oficerski 1923. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1923. Rocznik Oficerski 1924. Warszawa: Ministerstwo Spraw Wojskowych, 1924. Rocznik Oficerski 1928.
Andrey Kovalevski
Andrey Petroviç Kovalevski (1 fevral, 1895-29 noyabr, 1969)— Sovet şərqşünası, tarixçi, etnoqraf, tarix elmləri doktoru və professoryj. == Həyatı == Andrey Petroviç Kovalevski 1 fevral 1895-ci ildə Rusiya imperiyasının Xarkov quberniyasında anadan olmuşdu. Andrey Kovalevski 29 noyabr 1969-cu ildə Xarkovda vəfat edib. == Əsərləri == Абу-л-Хасан 'Алi ал-Мас’удi як учений // Ученi записки [Харкiвського унiверситету]. Т. 78: Труди iст. фак. 1957. Т. 5. Амiн Рейхан. Революцiя.
Anton Kovalyov
Anton Kovalyov (ing. Anton Kovalyov, 4 mart 1992, Xarkov, Ukrayna) Kanada şahmatçısı, qrosmeyster (2008). 2000-ci ildə Argentinaya köçür və şahmat həyatı burada başlayır. Qısa zamanda Argentina millisinin tərkibində Olimpiyadalarda oynamaq hüququ qazanır. 2013-cü ildə federasiyasını dəyişərək Kanadanı təmsil etməyə başlayır. Hal-hazırda Monreal şəhərində yaşayır və Kanadanın top qrosmeysterlərindən biridir. == Xarici keçidlər == Anton Kovalyov. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Anton Kovalyov. 365chess.com (ing.) Anton Kovalyov. fide.com (ing.) Anton Kovalyov.
Katarjina Kovalska
Katarjina Kovalska (7 aprel 1985, Lipno, Polşa) — Polşalı marafonçu. Katarjina Kovalska Polşanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katarjina Kovalska birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneəli qaçış yarışlarında qüvvəsini sınadı və məsafəni 9 dəqiqə 47.02 saniyəyə qət edərək 47 atlet sırasında 30-cu yeri tutdu. Katarjina Kovalska özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Katarjina Kovalska 3000 metr məsafəyə maneəli qaçışda təsnifat mərhələsində məsafəni 9 dəqiqə 48.60 saniyəyə qət edərək 11-ci yeri tutdu. Katarjina Kovalska növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Kovalevin binası (Azov)
Kovalevin binası— Rostov vilayəti Azov şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Azov şəhəri Moskovskaya küçəsi ev 23 ünvanında yerləşir. Bina 1912-ci ildə inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. 1992-ci ilin 12 dekabr tarixli 302 saylı qərarla Azov şəhərinin regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. Üstəlik qoruma altına alınmışdır. == Tarixi == 1912-ci ildə Rostov vilayəti, Azov şəhəri, Moskovskaya küçəsində iki mərtəbəli bina inşa edilmişdir. Bina yaxınlıqda yerləşən binanın qarşı tərəfində yerləşirdi. Onun sahibi və inşa etdirəni Q. İ. Kovalyov olmuşdur. Binanın inşası başaçatdıqdan dərhal sonra burada Kovalyovun universal mağazası yerləşidi.
Kseniya Kovalenko
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. == Karyerası == === Altı illik Azərreyl macərası === Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Kovalenko (futbolçu)
Kseniya Kovalenko (rus: Ксения Алексеевна Коваленко , 26 may 1995, Aksu (şəhər, Pavlodar vilayəti), Pavlodar vilayəti) — Rusiyalı qadın futbolçu. Mövqeyi yarımüdafiəçidir. Moskvanın "MOİK" klubunun qadın komandasının və qadınlardan ibarət Rusiya milli komandasının üzvudur. == Karyerası == Xanım futbolçu Kemerovanı təmsil edən "Kuzbass" klubunun yetirməsidir. Bir müddət "Kuzbass" klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Moskvanı təmsil edən "İzmaylovo" klubuna keçir. Burada 10 oyunda meydana çıxır. "İzmaylovo"da oynadığı müddətdə, qadınlardan ibarət Rusiya Milli Komandasına dəvət alır. 2014-cü ildə "Rossiyanka" klubuna keçir. Burada 27 oyunda meydana çıxıb 3 qol vurur. "Rossiyanka" klubu ilə birlikdə 2016-cı ildə qadın utbolu üzrə Rusiya çempionatının qalibi olur.
Sofiya Kovalevskaya
Sofiya Vasiliyevna Kovalevskaya (rus. Со́фья Васи́льевна Ковале́вская, 3 (15) yanvar 1850, Moskva, Rusiya imperiyası[…] – 10 fevral 1891[…], Hedviq-Eleonora[d], İsveç) — rus riyaziyyatçısı və mexaniki. == Həyatı == Sofiya Vasilyevna Korvin Krukovski zadəganlara mənsub, yaxşı təhsil almış valideynlərin ortancıl uşaqları olaraq 15 yanvar 1850-ci ildə Moskvada anadan olub. Sofiyanın atası Rusiya ordusunda general idi. Sonya adı ilə tanınan Sofiya həyatı boyunca yayınlarında cinsiyyətinin anlaşılmasının qarşısını almaq üçün həyat yoldaşının soyadının bir hissəsindən istifadə etdi. Çox kiçik yaşından riyaziyyata maraq göstərən Sofiya Moskvada, sonra da Sankt-Peterburqda xüsusi müəllimlər və tərbiyəçilər tərəfindən dərs aldı. Sofiyanın riyaziyyata böyük maraq duymasına əmisi Pyotr Vasilyeviç Krukovski təsir etmişdi. Sofiya 11 yaşındaykən evlərinin təmiri zamanı divar kağızlarının əskikliyinə görə öz otağının üstündə diferensial və inteqral hesab məsələləri olan kağızlarla örtülməsi səbəbi ilə bu "qəribə" simvolları və həlləri anlamağa çalışarkən riyaziyyata böyük həvəs oyanmışdı. Liseyi bitirdiyi zaman Sofiyanın bütün həvəsi universitetdə təhsil almaq idi. Lakin o dövrdə Rusiyada bir qadın üçün bu imkansız idi.
Tadeuş Yan Kovalski
Tadeuş Yan Kovalski(pol. Tadeusz Jan Kowalski; 21 iyun 1889, Şatoru, Fransa — 5 may 1948, Krakov, Polşa) — polyak türkoloqu, şərqşünası. == Həyatı == Yan Kowalski 1889-cu ildə anadan olmuşdur. Fransada polyak bir ailənin uşağı olan Kowalski, 1894-cü ildə Krakovda liseyi bitirmişdir. Hələ liseydə şagird ikən şərq elmlərinə marağı olan Kowalski, Vyana Universitetinin fəlsəfə fakültəsinə daxil olmuşdur (1907). Vyanada qədim ərəb şeirlərinin məşhur müəllifi R. Geyerin yanında təhsil alan Kowalski 1911-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmiş, 1911-1912 - ci tədris ilində Strasburqda Theodor Nöldeke ilə Enno Littmannm, daha sonra isə Kölndə Georg Jacobun yanında işləmişdir. 1919-cu ildə Krakovda Jagiellon Universitetində müsəlman şərq filologiyası şöbəsi yaradılmışdır. Professor olaraq bu şöbəyə gətirilən Kowalski 1919-1948-ci illərdə şöbəni idarə etmişdir. Şərq elmləri, xüsusilə türkologiya sahəsində etdiyi vacib tədqiqatları ilə elm adamlarının diqqətini cəlb etmiş Kowalski 1927-ci ildə Polşa Elm Akademiyasının xəbərləşmə üzvlüyünə seçilmişdir. 1932-ci ildə akademiyanın daimi üzvlüyünü qazanmış, 1931-ci ildə isə burada ümumi sekretarlıq vəzifəsinə təyin edilmişdir.
Valentin Kovalyov
Kovalyov Valentin Fyodoroviç (29 iyul 1914, Bakı – 1 dekabr 1972, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (5 oktyabr 1960), SSRİ-nin Əməkdar sınaqçı təyyarəçisi (1963, qvardiya mayoru, Bakıaeroklubunun yetişdirməsi) == Həyatı == Valentin Kovalyov 29 iyul 1914-cü ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. Bakı ŞHK-dan orduya çağırılmışdır. Müharibə dövründə 196 döyüş uçuşu keçirmişdir. Düşmən qoşunlarını bombardman etmiş, dəfələrlə partizanların köməyinə çatmışdır. 5 oktyabr 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1 dekabr 1972-ci ildə vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə. - Bakı, 1981.-Cild.5.- S.429. Azərbaycanın Qızıl Ulduzları.- Bakı, 1975.-S.144-145 "Azərbaycan Respublikası Xatirə Kitabı" VII cild, K, Q(Q...-Qaz.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2007.
Vitali Kovalyov
Vitali Kovalyov (d. 12 sentyabr 1977. Bakı, Azərbaycan SSR) — Rus əsilli Azərbaycan futbolçusu. Qartalsporda oynayıb. == Həyatı == Vitali Kovalyov 12 sentyabr 1977-ci ildə Bakıda anadan olub. == Karyerası == 2010-11 mövsümündən etibarən Qartalsporda oynayıb. Qartalspora Azərbaycan 1-ci Liqa klubuKarvan FK-dan gəlmişdir. Daha əvvəldə Araz MKT klubunda forma geyinmişdir. == Şəxsi həyatı == Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qardaşıdır.
Vyaçeslav Kovalenko
Kovalenko Vyaçeslav Yevgenyeviç (rus. Вячеслав Евгеньевич Коваленко) — Rusiya diplomatı. == Həyatı == Vyaçeslav Kovalenko 27 mart 1946-cı ildə doğulub. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universiteti yanında Şərq Dilləri İnstitutunu bitirib. Həmin ildən diplomatik sahədə xidmət edir. 1973-1978-ci illərdə SSRİ-nin Livandakı, 1983-1988-ci illərdə Tunisdəki səfirliyində, 1992-1997 və 1999-2003-cü illərdə Rusiyanın Belarusdakı səfirliyində işləyib. 2004-2006-cı illərdə Rusiya Xarici İşlər Nazirliyində MDB üzrə ikinci departamentin rəhbəri vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Rusiyanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri olub. Rusiya prezidenti Dmitri Medvedyev 2009-cu ildə onu Ermənistana səfir təyin edib. Ərəb, fransız, Belarus dillərini bilir.
Yuri Kovalyov
Yuri Petroviç Kovalyov (rus. Юрий Петрович Ковалёв; 29 may 1965, Göyçay – 3 sentyabr 1991, Ağdam) — Rus əsilli Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olmuşdur. Üç yaşında olarkən atası onun ailəsini atmışdı. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar. O, orta təhsillə yanaşı idmana da böyük maraq göstərirdi. 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnmişdi. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi. O, iki dəfə Bakı çempionu olmuş, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qorumuşdu.1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir. 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışmışdır.
İqor Kovalenko
İqor Kovalenko (latış. Igors Kovaļenko‎, 29 dekabr 1988, Dnepropetrovsk vilayəti, Ukrayna) — Latviya şahmatçısı, qrosmeyster (2011). Ukraynalı qrosmeyster hazırda Latviyanı təmsil edir. Beynəlxalq usta (2008) və qrosmeyster (2011). O, 2013-cü və 2014-cü illərdə Latviya Çempionatının qalibi və 2013-cü ildə 27 Qrossmeysterin iştirak etdiyi Riqa Texniki Universiteti Open turnirinin birincisi olmuşdur. İqor Kovalenko 2014-cü ildə 41-ci Tromso Olimpiadasında Latviya komandası heyətində ikinci lövhədə oynayaraq (+5 −2 =4) nəticəsini göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Igor Kovalenko. Chess-DB.com Arxivləşdirilib 2016-08-02 at the Wayback Machine (ing.) Igor Kovalenko. 365chess.com (ing.) Igor Kovalenko. fide.com (ing.) Igor Kovalenko.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2006 •••••• 0.68
2007 ••••••••••• 1.27
2010 •••• 0.36
2011 ••• 0.26
2012 •• 0.17
2013 •• 0.15
2014 •••••••••••••••••••• 2.40
2019 ••• 0.28

"koval" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#koval nədir? #koval sözünün mənası #koval nə deməkdir? #koval sözünün izahı #koval sözünün yazılışı #koval necə yazılır? #koval sözünün düzgün yazılışı #koval leksik mənası #koval sözünün sinonimi #koval sözünün yaxın mənalı sözlər #koval sözünün əks mənası #koval sözünün etimologiyası #koval sözünün orfoqrafiyası #koval rusca #koval inglisça #koval fransızca #koval sözünün istifadəsi #sözlük