koşenil sözü azərbaycan dilində

koşenil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • koşenil • 85.7143%
  • Koşenil • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koşenil
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Polşa koşenili
Polşa koşenili (lat. Porphyrophora polonica) — Yarımsərtqanadlılar dəstəsinə, Margarodidae sinfinə daxil olan həşərat növü. Dişilərin bədənləri enli dairəvi formaya malikdir. Bədənlərinin uzunluğu isə 1,5–6,6 mm arasında dəyişşir. Rəngləri qırmızı və tünd qırmızı-bənövşəyi rəngdə olur. Gözləri yaxşı inkişaf etmişdir, Ayaqları iridir. Xüsusi ilə ön ayaqları daha yaxşı inkişaf etmişdir. Yaxşı qazma xüsusiyyətinə malik formadadır. Erkəklər 2,25–3,5 mm uzunluğa malik olur. Mavi-bənövşəyi rəngdə olurlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.85

Oxşar sözlər

#koşenil nədir? #koşenil sözünün mənası #koşenil nə deməkdir? #koşenil sözünün izahı #koşenil sözünün yazılışı #koşenil necə yazılır? #koşenil sözünün düzgün yazılışı #koşenil leksik mənası #koşenil sözünün sinonimi #koşenil sözünün yaxın mənalı sözlər #koşenil sözünün əks mənası #koşenil sözünün etimologiyası #koşenil sözünün orfoqrafiyası #koşenil rusca #koşenil inglisça #koşenil fransızca #koşenil sözünün istifadəsi #sözlük