Koşitse Hava Limanı
Koşitse Hava Limanı (Slovak. Medzinárodné letisko Košice) — Slovakiyanın ikinci ən böyük hava limanı. 2005-də hava limanından 269 885 sərnişin istifadə etmişdir.
== Tarixçəsi ==
Hava limanı 1950-ci ildə yaranmışdır. İlk xətt 1955-ci ildə Koşitse-Praqa arasında olmuşdur. Hal-hazırda, Vyana, Praqa, Bratislava və Poprada uçan dörd aviasiya xətti vardır. Turizm mövsümündə Aralıq dənizi ölkələrinə əlavə reysləri həyata keçirilir.
== Terminallar ==
Terminal 1-in ümumi sahəsi 4 456 m2 (47 960 sq ft.) təşkil edir. Terminallarda, aviasiya və turizm agentlikləri, uşaq otağı, istirahət otağı və biznes zalı qonaqların xidmətindədir. Həmçinin restoranlar, avtomobil icarəsi üzrə ofislər və kiçik mağazalar da fəaliyyət göstərir.