kraliçası sözü azərbaycan dilində

kraliçası

Yazılış

  • kraliçası • 72.9730%
  • Kraliçası • 26.6499%
  • KRALİÇASI • 0.3771%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beatriks (Niderland kraliçası)
Kraliça Beatriks Vilgelmina Armqard (nid. Beatrix Wilhelmina Armgard, МФА: [ˈbeːjaˌtrɪks]; 31 yanvar 1938-ci il) — Niderland kraliçası (1980-ci ildən) (ana kraliçanın taxt-tacdan imtinasından sonra), Oran sülaləsindəndir, Kraliça Yuliananın və şahzadı Bernard tsur Lippe-Bisterfeldin qızı.
Kristina (İsveç kraliçası)
Kristina (7 dekabr 1626, Stokholm – 9 aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Liza - Dram Kraliçası
"Liza - Dram Kraliçası" (ing. Lisa the Drama Queen) — "Simpsonlar" cizgi serialının iyirminci mövsümünün doqquzuncu seriyasıdır və ilk dəfə 25 yanvar 2009-cu ildə yayımlanmışdır. Britaniyalı kinoaktrisa Emili Blant Cülyetta obrazını səsləndirərək seriyada qonaq aktyor kimi iştirak etmişdir. Brayan Kelli seriala beş mövsümlük fasilədən sonra ssenari müəllifi kimi geri qayıtmışdır. == Məzmun == Liza incəsənət sinifində olarkən, onun kimi Coş Qrobandan xoşu gələn Cülyetta Hobbs adlı ağıllı bir qızla tanış olur. Qızlar özlərinə onları real dünyadan uzaqlaşdıran uydurulmuş dünya yaradırlar. Onlar özlərinin kraliça olduğu və hamının bərabər yaşadığı bu dünyanı "Equalia" adlandırırlar. Lakin tezliklə Liza yaratdıqları uydurma dünyaya çox aludə olur və bu səbəbdən də dərslərini pis oxumağa başlayır. Marc Cülyettanın davranışlarını izlədikdən və onun yaxınları ilə görüşdükdən sonra qızının psixi sağlamlığı barədə narahat olmağa başlayır. O, Lizanın rəfiqəsilə görüşməsinə mane olmağa çalışır.
Araqonlu Elizabet (Portuqaliya kraliçası)
Araqonlu Elizabet (isp. Beatriz de Castilla) və ya Portuqaliyalı Müqəddəs Elizabet (port. Santa Isabel de Portugal) (4 yanvar 1271 – 4 iyul 1336, Eştremoş[d]) — Portuqaliya kralı I Denisin xanımı, Portuqaliyanın kraliça-konsortu, Araqon infantası. Atası Araqon kralı III Pyotr, anası isə onun xanımı Siciliyalı Konstansadır. == Övladları == İnfanta Konstansa IV Afonso == Mənbə == H. V. Livermore (2004). Portugal: A Traveller's History. Boydell Press. p. 15. ISBN 978-1-84383-063-4 Fr.
Araqonlu Elyanora (Portuqaliya kraliçası)
Araqonlu Elyanora (isp. Leonor de Aragón; port. Leonor de Aragão) (1 fevral 1402, Medina-del-Kampo[d], Kastiliya və Leon – 19 fevral 1445, Toledo) — Portuqaliya kralı I Eduardın xanımı, Portuqaliyanın kraliça-konsortu. == Həyatı == Atası Araqon kralı I Ferdinand, anası isə Alburkerkeli Elyanoradır. Hələ 14 yaşında ikən atası vəfat etdi və qardaşı V Alfonso adıyla Araqon taxtına çıxdı. Daha sonra qardaşının və anasının səyləriylə, 22 sentyabr 1428-ci ildə Portuqaliya kralı I Conun böyük oğlu Eduardla evləndirildi. Cütlüyün doqquz övladı olsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi. 1433-cü ildə kralın vəfatıyla əri I Eduard adıyla Portuqaliya taxtına əyləşdi və beləcə, Elyanora Portuqaliya kraliçası oldu. Ancaq eyni gün 4 yaşlı oğlu Con da vəfat etdi. Kraliça olaraq siyasi baxımdan nüfuz sahibi deyildi.
Araqonlu Mariya (Kastiliya kraliçası)
Araqonlu Mariya (isp. María de Aragón; 1403, Kastiliya – 18 fevral 1445, Villakastin[d], Kastiliya və Leon) – Araqon kralı I Ferdinandın qızı və Kastiliya kraliçası. == Həyatı == Mariya 1403-cü ildə Kastiliyada dünyaya gəldi. Atası sonrakı illərdə Araqon taxtına əyləşən Ferdinand, anası isə Alburkerkeli Elyanora idi. 1416-cı ildə atası vəfat etdi və taxta qardaşı Alfonso keçdi. Buna baxmayaraq qardaşı ölkədə sevilmirdi və oğul varisi də yox idi. Bu səbəblə Kastiliya ilə müttəfiq olmaq niyyətində idi. Bu məqsədlə bacısı Mariyanı 1418-ci ildə əmisi oğlu olan Kastiliya kralı II Conla evləndirdi. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız oğlu yetkinlik yaşına çatdı: Ketrin (1422–1424) — doğumundan ölümünədək Asturiya şahzadəsi. Elyanora (1423–1425) — bacısının ölümündən qardaşının doğumunadək Asturiya şahzadəsi.
Araqonlu İzabella (Portuqaliya kraliçası)
Araqonlu İzabella (isp. Isabel de Aragón) (2 oktyabr 1470 – 23 avqust 1498, Saraqosa, Araqon taxt-tacı) — İspaniya şahzadəsi və Portuqaliya kralı I Manuelin ilk xanımı olaraq Portuqaliya kraliçası. == Həyatı == === Uşaqlıq illəri === İzabella Araqonlu Ferdinandla Kastilyalı İzabellanın ən böyük övladı idi. Dayısı olan IV Henrinin səltənətində doğulan İzabellanın uşaqlıq illəri anası ilə dayısı arasında başlayan siyasi mübarizə dövrünə təsadüf etmişdir. Belə ki, IV Henri ondan icazə almadan gizlicə evlənən bacısını bağışlamamışdı. Dayısının 1474-cü ildə vəfat etməsinin ardından İzabellanın anası Kastiliya taxtına əyləşdi və cəmi 4 yaşındakı İzabella taxtın varisi olaraq elan olundu. Anası Kastilyalı İzabellanın səltənətinin ilk illəri taxt mübarizəsi ilə keçdi. Çünki dayısı IV Henri geridə rəsmi bir varis qoymadan vəfat etmişdi. Əslində mərhum kralın Yuanna adlı bir qızı vardı ancaq bütün ölkə bu uşağın kraldan olmadığını bilirdi. Portuqaliya kralı olan dayısı V Afonsoyla evlənən Yuanna özünə qazandığı siyasi müttəfiqlərin köməyilə Kastiliyada taxt mübarizəsinə başladı.
Avstriyalı Anna (Fransa kraliçası)
Avstriyalı Anna (isp. Ana de Austria; fr. Anne d'Autriche) (d. 22 sentyabr 1601 – ö. 20 yanvar 1666) — Fransa kralı XIII Lüdovikin xanımı, Fransa kraliçası. O, eyni zamanda İspaniya kralı III Filipin və Avstriyalı Marqaritanın qızı olaraq İspaniya infantası idi. == Həyatı == 1615-ci ilin oktyabr ayında Bidasoa şəhərciyində Fransa ilə İspaniyanın sərhəddindən təntənəli nümayiş keçdi. Zərli araba qatarı. Yük daşıyan karvan və mühafizə ordusu yalnız bir şəxsi – 14 yaşlı utancaq qızcığazı müşayət edirdi. Ispan şahzadəsi Anna-Mariyanı Parisə, gənc kral XIII Lüdovikə (XIII Louis) ərə verməyə aparırdılar.
Avstriyalı Anna (İspaniya kraliçası)
Avstriyalı Anna (isp. Ana de Austria) (1 noyabr 1549 – 26 oktyabr 1580, Badaxos[d], Estremadura) — Müqəddəs Roma imperatoru II Maksimilyan və əmisi qızı olan xanımı Avstriyalı Mariyanın qızı. 1570-ci ildə İspaniya kralı olan dayısı II Filipplə evləndi və İspaniya kraliçası oldu. Bundan başqa ərinin 1580-ci ildə Portuqaliya taxtına keçməsiylə Portuqaliya kraliçası ünvanını da aldı. Ancaq çox keçmədən səhhəti pozuldu və 26 oktyabr 1580-ci ildə ürək tutması səbəbiylə vəfat etdi. == Mənbə == J. Brouwer, Montigny, Representative of the Netherlands by Philip II (Amsterdam z.j. [1941]). R. Rodríguez Raso, Maximiliano de Austria, gobernador de Carlos V en España: cartas al emperador (Madrid 1963). Fernando González-Doria, Las Reinas de España (Madrid 1986). A. W. Lovett, Early Habsburg Spain, 1517-1598 (Oxford 1986).
Avstriyalı Elyanora (Polşa kraliçası)
Avstriyalı Elyanora (alm. Eleonore von Österreich‎; pol. Eleonora Habsburżanka) (21 may 1653, Reqensburq – 17 dekabr 1697, Vyana) — Avstriya hersoqinası. İlk evliliyi Polşa kralı və Reç Pospolita başhersoqu I Mixail ilə, ikinci evliliyi isə Lotaringiya hersoqu V Çarlzla baş tutdu. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə onun son xanımı Elyanora Qonzaqadır. == Mənbə == "Gonzaga, Maria (1609–1660)". Women in World History: A Biographical Encyclopedia. Gale Research. 2002 Lipp, Charles T. (2011). Noble Strategies in an Early Modern Small State: The Mahuet of Lorraine.
Avstriyalı Ketrin (Polşa kraliçası)
Avstriyalı Ketrin (pol. Katarzyna Habsburżanka) (15 sentyabr 1533, İnsbruk – 28 fevral 1572, Lins, Ens[d]) — Polşa kralı və Reç Pospolita başhersoqu II Sigismund Avqustun xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Duczmal, Małgorzata (2012). Jogailaičiai (in Lithuanian). Translated by Birutė Mikalonienė; Vyturys Jarutis. Vilnius: Mokslo ir enciklopedijų leidybos centras. ISBN 978-5-420-01703-6 Noubel, P., ed. (1877). Revue de l'Agenais [Review of the Agenais].
Avstriyalı Marqarita (İspaniya kraliçası)
Avstriyalı Marqarita (isp. Margarita de Austria) (25 dekabr 1584, Qras – 3 oktyabr 1611[…], Eskorial) — İspaniya və Portuqaliya kraliçası. == Mənbə == Magdalena S. Sánchez, Pious and Political Images of a Habsburg Woman at the Court of Philip III (1598–1621). in: Magdalena S. Sánchez and Alain Saint-Saëns (ed.), Spanish women in the golden age: images and realities. Greenwood Publishing Group (1996). Wurzbach, Constantin, von, ed. (1860). "Habsburg, Karl II. von Steiermark" . Biographisches Lexikon des Kaiserthums Oesterreich [Biographical Encyclopedia of the Austrian Empire] (in German). 6.
I Mariya (Portuqaliya kraliçası)
I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[…], Lissabon – 20 mart 1816[…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk Portuqaliya və Braziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi. Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefin və İspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nigahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Kastiliyalı Elyanora (isp. Leonor de Trastámara) (1360, Araqon krallığı – 5 mart 1416, Olite[d]) — Navarra kralı III Çarlzın xanımı. == Mənbə == Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico. pp. 167–176.
Kastiliyalı Urraka (Portuqaliya kraliçası)
Kastiliyalı Urraka (isp. Urraca de Castilla) (1186, Kastiliya krallığı – 2 noyabr 1220 və ya 3 noyabr 1220, Koimbra) — Portuqaliya kralı II Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası. Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. İlk başda Fransa kralı VIII Lüdoviklə evləndirilməsi planlaşdırılsa da, anası buna qarşı çıxdı. Onun yerinə kiçik bacısı Blanş Fransa sarayına gəlin olaraq göndərildi. 1206-cı ildə Urraka Portuqaliya kralı I Sançonun oğlu və vəliəhdi İnfant Afonsoyla evləndirildi. Ərinin 1212-ci ildə taxta çıxmasıyla Urraka Portuqaliya kraliçası oldu.Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi. Cütlük bir-birini o qədər çox sevirdi ki, II Afonso 1214-cü ildə hazırlanan vəsiyyətində övladlarını deyil, xanımını taxt varisi elan etdi. Ancaq Urraka kraldan öncə - 1220-ci ildə anidən vəfat etdi. == Övladları == II Sanço III Afonso Portuqaliyalı Elyanora İnfant Fernando (d.
Kastiliyalı Yuanna (Portuqaliya kraliçası)
Kastiliyalı Yuanna (kat. Juana de Castilla) və ya Yuanna la Beltran (28 fevral 1462, Madrid, Madrid vilayəti[d] – 12 aprel 1530, Lissabon) — Portuqaliya kralı V Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Kastiliya kralı IV Henri, anası isə Portuqaliya kralı I Eduardın qızı Yuannadır. Ancaq atasının kimliyi ilə bağlı bəzi saray şayələri vardı. Şayələrə görə atası kral yox, anasının sevgilisi Alburkerke qrafı Don Beltran idi. == Mənbə == Hunt, Jocelyn. Spain 1474–1598. Routledge, 2013, ISBN 9781136759093 González, Juan B. (2007). España estratégica: Guerra y diplomacia en la historia de España (in Spanish). Madrid: Sílex ediciones.
Qar kraliçası
Qar kraliçası (nağıl) — Hans Xristian Andersenin nağılı Qar kraliçası (roman) — Coan Vincin romanı Qar kraliçası (cizgi filmi, 1957) — rejissor Lev Atamanovun cizgi filmi Qar kraliçası (film, 1966) — rejissor Gennadi Kazanskinin filmi. Qar kraliçası (film, 2002) — amerikan filmi.
Qar kraliçası (dəqiqləşdirmə)
Qar kraliçası (nağıl) — Hans Xristian Andersenin nağılı Qar kraliçası (roman) — Coan Vincin romanı Qar kraliçası (cizgi filmi, 1957) — rejissor Lev Atamanovun cizgi filmi Qar kraliçası (film, 1966) — rejissor Gennadi Kazanskinin filmi. Qar kraliçası (film, 2002) — amerikan filmi.
Qar kraliçası (nağıl)
Qar kraliçası (dan. Snedronningen)— Hans Xristian Andersen tərəfindən 1844-cü ildə yazılmış nağıl.
Suilanları kraliçası Eqle
"Suilanları kraliçası Eqle" (lit. Eglė žalčių karalienė) — ən məşhur və nadir Litva xalq nağıllarından biridir. Bu nağılın 100-dən artıq fərqli variantları mövcuddur. "Suilanları kraliçası Eqle" nağılı əfsanəyə dönmüş ən qədim Litva nağıllardan biri olaraq Litva xalqının duyum və təsvir dünyasının təşəkkül tapmasında həlledici rol oynamışdır. Bu nağıl Litva şifahi xalq ədəbiyyatının xristianlığa qədərki dövrünə aiddir və onun əsasında duran mifologemotik arxaiklik, həmçinin litvalıların baltik mənşəli etiqadları və mərasimləri ilə qarşılıqlı əlaqələri bir sıra tədqiqatçılara belə bir fikri yürütməyə əsas yaratmışdır ki, onlar dəfələrlə "Suilanları kraliçası Eqle" nağılını millətin soykökünü üzə çıxaran və milli şüurun inkişafını açıb göstərən Litva milli dastanı kimi təqdim etmişlər. Ona görə də təsadüfi deyildir ki, sənətkarlar bu nağıldan və yaxud onun motivlərindən milli özgünlük göstəricisi, milli identikliyin istinad nöqtəsi kimi yararlanaraq dəfələrlə Litva yazılı ədəbiyyatında, musiqi və incəsənətdə istifadə etmişlər. == Süjeti == Nağılın süjeti mürəkkəb deyildir, lakin çoxlu surətdə arxetip motivlərlə zəngindir. Yerin üstündə yaşayan torpaq qızı Eqle göldə bacıları ilə birgə çimərkən, sürünüb onun köynəyinin qoluna girmiş suilanına — dənizin dibindəki yeraltı dünyada yaşayan xtonik varlığa ərə getməyə söz verir. Atası onu ər evinə köçürdür və Eqle yeraltı dünyada peyda olur. Bu hadisənin üstündən düz doqquz il ötüb keçir.
Şarlotta (Kipr kraliçası)
Şarlotta (fr. Charlotte; dekabr 1442, Nikosiya, Nikosiya rayonu[d] – 16 iyul 1487, Roma) — 1458-ci ildən 1464-cü ilə qədər Kipr Kraliçası. O, Kipr Kralı II İoann və Yelena Paleologinanın ən böyük və sağ qalan yeganə qızı idi. 14 yaşında atasının ölümündən sonra Kipr taxt-tacına keçdi. Onun qeyri-qanuni ögey qardaşı Jak onun tac hüququna meydan oxudu. Misirlilərin dəstəyi ilə o, 1463-cü ildə onu adadan qaçmağa məcbur etdi və daha sonra kral tacını aldı. O, taxtını bərpa etmək üçün hərbi cəhd etdi, lakin uğursuz oldu və Romada uşaqsız öldü. == Ailəsi və uşaqlığı == Şarlotta 28 iyun 1444-cü ildə Nikosiyada Kipr Kralı II İoann və Yelena Paleologinanın sağ qalan ən böyük və yeganə qızı olaraq anadan olmuşdur. Kiçik bacısı Kleofa 1448-ci ilin iyununda, Şarlottanın dördüncü doğum gününə az qalmış vəfat etdi və onu Kipr taxtının və atasının titullarının yeganə qanuni varisi qoydu. Onun atasının yunan məşuqəsi Marietta de Patrasdan doğulan qeyri-qanuni ögey qardaşı Jak var idi.Bizans ənənəsində böyüdü və anasından öyrəndiyi səlis yunanca danışdı.
Marianna Viktoriya (Portuqaliya kraliçası)
Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718, Madrid – 15 yanvar 1781, Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı. Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, 1892 Myrl. Jackson-Laufer.
Mariya Tereza (Bavariya kraliçası)
Mariya Tereza (alm. Marie Therese Henriette Dorothea‎) (2 iyul 1849 - 3 fevral 1919) — Bavariyanın son kraliçası və III Lüdviqin həyat yoldaşı. == Həyatı == 2 iyul 1849-cu ildə Avstriya imperiyasının Brünn şəhərində (müasir Brno, Çexiya) doğulmuşdur. Atası arxhersoq Ferdinand Karl Viktor (1821-1849), anası isə arxhersoqina Elizabet Franziska (1831-1903) idi. 1867-ci ilin iyununda Bavariya şahzadəsi Lüdviq bibisiqızı Avstriya arxhersoqinyası Matildanın dəfn mərasimində iştirak etmək üçün Vyanaya səfər etdi. Orada olarkən Lüdviq 18 yaşlı Mariya ilə tanış oldu. Evlənmək istəyini irəli sürən Lüdviqə Mariyanın dayısı Modena hersoqu V Françesko etiraz etdi. Buna səbəb Lüdviqin əmisi Ottonun Yunanıstan kralı olması və Lüdviqin gələcəkdə kral olduğu təqdirdə Katolik inancından əl çəkməsi ehtimalı idi. O, evlilik müqaviləsinin bir hissəsi olaraq Lüdviqdən Yunanıstan taxt-tacı hüququndan imtina etməsini və övladlarının katolik kimi yetişdirilməsini təmin etməyi tələb etdi. Burada evliliyə qərar verən cütlük 20 fevral 1868-ci ildə Vyanadakı Müqəddəs Avqustin kilsəsində evləndilər.
Portuqaliyalı Yuanna (Kastiliya kraliçası)
Portuqaliyalı Yuanna (port. Joana de Portugal) (20 mart 1439 – 12 dekabr 1475, Madrid, Madrid vilayəti[d]) — Kastiliya və Leon kralı IV Henrinin xanımı, Portuqaliya infantası. == Həyatı == Yuanna 1455-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Eduard, anası isə Araqon kralı I Ferdinandın qızı Araqonlu Elyanoradır. Atası doğumundan 6 ay öncə vəfat etmişdi və taxta azyaşlı qardaşı V Afonso çıxarılmışdı. Ancaq azyaşlı qardaşına naiblik uğrunda anası ilə əmisi İnfant Pyotr arasında siyasi mübarizə davam edirdi. Bu siyasi mübarizədə məğlub olmasının ardından anası 1440-cı ilin dekabrında balaca Yuanna ilə Kastiliyaya qaçmağa məcbur oldu. Uşaqlıq illəri Kastiliyada keçən Yuanna 21 may 1455-ci ildə Kordovada xalası oğlu olan Kastiliya kralı IV Henriylə evləndi. Bu, kralın ikinci evliliyi idi və ilk evliliyindən övladı olmamışdı. Cütlüyün bu nigahdan 6 ildən sonra yalnız bir qızı - Yuanna dünyaya gəldi.
Avstriyalı Mariya (Macarıstan və Bohemiya kraliçası)
Avstriyalı Mariya (alm. Maria von Ungarn‎) (15 sentyabr 1505, Brüssel[d] – 18 oktyabr 1558[…]) — Macarıstan və Bohemiya kraliçası, Habsburqların Hollandiyadakı hakimi. Kastiliya kraliçası Yuannanın qızı idi və 1515-ci ildə Macarıstan-Bohemiya kralı II Vladislavın oğlu Lüdoviklə evləndirildi. Xoşbəxt ancaq qısa çəkən evliliyi boyunca övladı olmadı. Belə ki, əri olan II Layoş Moxac döyüşündə Osmanlı sultanı Sultan Süleyman tərəfindən məğlub edilərək öldürüldü. Ərinin ölümündən sonra yeni kral olan qardaşı I Ferdinandın adına naibə olaraq Macarıstanı idarə etdi. 1530-cu ildə bibisi Marqaritanın vəfatının ardından, qardaşı V Karl onu Hollandiyanın idarəsinə dəvət etdi. Beləcə, həm bu torpaqlar Habsburq idarəsində qalacaq, həm də vaxtilə vəfat edən bacıları İzabellanın qızları Doroteya və Kristina öz xalaları tərəfindən himayə ediləcəkdi. Bu təklifi qəbul edən Mariya bölgəyə gəldi və burada üsyanlarla qarşılaşdı. Vəzifəsi boyunca imperator qardaşı və Fransa kralı arasında vasitəçi rolunu oynadı.
Avstriyalı Mariya Anna (Portuqaliya kraliçası)
Avstriyalı Mariya Anna (port. Maria Ana de Áustria) (7 sentyabr 1683, Lins, Ens[d] – 14 avqust 1754, Lissabon) — Portuqaliya kralı V Conun xanımı, Portuqaliya kraliça-konsortu. Müqəddəs Roma imperatoru I Leopold və üçüncü xanımı Elyanora Maqdalenanın qızıdır. == Mənbə == Raggi, Giuseppina (2017). "The Queen of Portugal Maria Anna of Austria and the Royal Opera Theaters by Giovanni Carlo Sicinio Galli Bibiena". Music in Art: International Journal for Music Iconography. 42 (1–2): 121–140. ISSN 1522–7464 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
Avstriyalı Mariya Anna (İspaniya kraliçası)
Avstriyalı Mariya Anna (isp. Mariana de Austria) (24 dekabr 1634, Vyana – 16 may 1696[…], Madrid) — İspaniya kralının xanımı. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə İspaniya kralı III Filippin qızı Mariya Annadır. 15 yaşında ikən dayısı olan IV Filipplə evləndi və İspaniya kraliçası oldu. Ərinin vəfatından sonra taxta çıxarılan 3 yaşlı oğlu II Karlosa kral naibəsi olaraq xidmət etdi. Sonrakı illərdə isə oğlunun əqli zəifliyi səbəbilə ölümünədək dövlət idarəsində söz sahibi oldu. Oğlunun rəsmi bir varisi olmaması, qohumluq əlaqələri olan digər Avropa monarx ailələrinin ölkəyə müdaxiləsi ilə nəticələndi. == Mənbə == Barton, Simon (2009). A History of Spain. Palgrave.
Avstriyalı Mariya Jozefina (Polşa kraliçası)
Avstriyalı Mariya Jozefina (pol. Maria Józefa) (8 dekabr 1699, Hofburq sarayı[d], Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası və ya Vyana – 17 noyabr 1757, Drezden, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — Polşa kralı və Böyük Litva knyazı III Avqustun xanımı. Atası Müqəddəs Roma imperatoru I Jozef, anası isə Brünsvikli Vilhelmina Amaliyadır. == Mənbə == Helen, Watanabe-O'Kelly (2004). "Religion and the Consort: Two Electresses of Saxony and Queens of Poland (1697–1757)". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp. 252–275.
Avstriyalı Sesilya Renata (Polşa kraliçası)
Avstriyalı Sesilya Renata (alm. Cäcilia Renata‎; pol. Cecylia Renata) (16 iyul 1611, Qras – 24 mart 1644, Vilnüs) — Polşa kralı və Reç Pospolita başhersoqu IV Vladislavın ilk xanımı. Atası Müqəddəs Roma imperatoru II Ferdinand, anası isə Mariya Annadır. == Mənbə == Podhorodecki, Leszek (1985). Wazowie w Polsce. Warszawa: Ludowa Spółdzielnia Wydawnicza. pp. 264–265.
Azərbaycan rəngkarlığının kraliçası (film, 2009)
Azərbaycan rəngkarlığının kraliçası filmi rejissor Nicat Feyzullayev tərəfindən 2009-cu ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədovaya həsr olunub. == Məzmun == Film ötən əsrin ortalarında yaşayıb- yaratmış görkəmli Azərbaycan rəssamı, Azərbaycanın ilk peşəkar qadın rəngkarı, Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovaya həsr olunub.Filmdə rəssamın müasirləri — Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov, Həyat Abdullayeva, həmçinin bəstəkar Xəyyam Mirzəzadə danışır.
Kastiliyalı Beatris (1242-1303) (Portuqaliya kraliçası)
Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (1242, Saraqosa – 27 oktyabr 1303) — Portuqaliya kralı III Afonsonun ikinci xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Kastiliya kralı X Alfonso, anası isə onun məşuqəsi Mayor de Quzmandır. Alqavra bölgəsi uğrunda Portuqaliya krallığı ilə sülhü təmin etmək üçün atası onu 1253-cü ildə Portuqaliya kralı III Afonsoyla evləndirdi. Sülh şərtlərinə görə, Kastiliya Alqavra bölgəsi üzərindəki bütün haqlarından əl çəkəcək, cütlüyün doğulan ilk oğlan uşağı 7 yaşına gəldikdə bölgənin hakimi elan olunacaqdı. Ancaq bu evlilik Portuqaliya sarayında skandala səbəb oldu. Belə ki, III Afonso hələ də ilk xanımı olan Bulonlu Matilda ilə evli idi. Xanımının 1255-ci ildə onu Roma papası IV Aleksandra şikayət etməsinin ardından, III Afonso 1258-ci ildə ikiarvadlılıqda təqsirli görüldü və onun ikinci evliliyi Roma-katolik kilsəsi tərəfindən tanınmadı. Üstəlik papanın istəyinə görə kral ilk xanımının cehizini geri qaytarmalı idi. Ancaq ertəsi il Bulonlu Matildanın vəfat etməsiylə bu məsələ həll oldu və kralın ikinci evliliyi kilsə tərəfindən tanındı.
Kastiliyalı Beatris (1293-1359) (Portuqaliya kraliçası)
Kastiliyalı Beatris (isp. Beatriz de Castilla) (8 mart 1293 – 25 oktyabr 1359, Lissabon, Portuqaliya krallığı) — Portuqaliya kralı IV Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası. Atası Kastiliya kralı IV Sanço, anası isə onun xanımı Mariya de Molinadır. == Övladları == İnfanta Mariya İnfant Afonso (d. 1315 - ö. 1317) İnfant Denis (d. 12 fevral 1317 - ö. aprel 1317) I Pedro İnfanta İzabella (d. 21 dekabr 1324 - ö. 11 iyul 1326) İnfant Con (d.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.98 dəfə / 1 mln.
2003 •• 1.57
2004 ••••••• 5.05
2005 ••••••• 5.40
2006 ••••••• 5.18
2007 •••••••••• 7.40
2008 ••••• 3.65
2009 ••••••••••• 8.64
2010 •••••••••••• 8.90
2011 •••••••• 6.26
2012 ••••••••• 6.88
2013 •••••••••••••••••••• 16.05
2014 •••••••••••• 9.44
2015 ••• 2.04
2016 •••• 2.95
2017 ••••••• 4.88
2018 ••••• 3.60
2019 ••• 1.81
2020 •• 1.33

"kraliçası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kraliçası nədir? #kraliçası sözünün mənası #kraliçası nə deməkdir? #kraliçası sözünün izahı #kraliçası sözünün yazılışı #kraliçası necə yazılır? #kraliçası sözünün düzgün yazılışı #kraliçası leksik mənası #kraliçası sözünün sinonimi #kraliçası sözünün yaxın mənalı sözlər #kraliçası sözünün əks mənası #kraliçası sözünün etimologiyası #kraliçası sözünün orfoqrafiyası #kraliçası rusca #kraliçası inglisça #kraliçası fransızca #kraliçası sözünün istifadəsi #sözlük