Krallığı sözü azərbaycan dilində

Krallığı

Yazılış

  • Krallığı • 96.2549%
  • krallığı • 3.6847%
  • KRALLIĞI • 0.0604%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Esvatini Krallığı
Esvatini Krallığı (ing. Kingdom of Eswatini, svati Umbuso weSwatini)və ya Esvatini, 2018-ci ilədək Svazilend Krallığı — Afrikanın cənubunda Mozambik və CAR-ın arasında uzunluğu 200, eni isə 130 kilometr olan kiçik bir ölkədir. Afrikanın son mütləq monarxiyasıdır. Paytaxtı rəsmən Mbabane olsa da, kralın sarayı və ondan asılı olan parlament Lobamba şəhərində yerləşir. Kral III Msvati 19 aprel 2018-ci ildə dövlətin adını Svazilend Krallığından Esvatini Krallığına dəyişmişdir(Kralın açıqlamalarına görə, bu dəyişikliyin səbəbi ölkəninin "İsveçrə" ilə qarışdırılmasıymış. == Etimologiyası == Ölkənin adı olan Esvatini (keçmişdə Svazilend), Svazilərin yaşadığı ölkə mənasını daşımaqdadır. Ölkə müstəqilliyinə qovuşmazdan əvvəl fikirləşilən ilk ad olan Ngwane adı isə Esvatininin ilk kralı kimi qəbul edilən III. Ngwanedən gəlir. XVIII əsrdə yaşayan və 1780-ci ildə qədər hökmdarlıq etmiş III. Ngwane hökmdarlığı altındakı bölgələrə kaNgwane adını vermişdir. Ngwanenin sahib olduğu ölkə mənasını verən bu ifadəni əsas götürərək verilməsi planlaşdırılan ölkə ad daha sonra reallaşdırılmamışdir. Hazırda da Esvatinidə bir çox adam öz millətini bildirmək üçün Ngwane adından istifadə edir.
Finlandiya krallığı
Finlandiya krallığı — 1918-1919-cu illər arasında mövcud olmuş, müvəqqəti monarxiya. Formal olaraq 9 oktyabr 1918-ci ildən 17 İyul 1919-cu ilə qədər olan dövrdə Finlandiya Respublikasında yaranmış dövlət idarəçiliyi forması mövcud olmuşdur. Lakin kral heç vaxt ölkəyə gəlməmişdi və heç bir dövlət sənədini imzalamadı. Dövlət başçısının rolunu reqent icra edirdi. == Tarixçə == 1918-ci ildə Finlandiyada baş vermiş vətəndaş müharibəsi və Finlandiyanın qələbə qazanmış "ağ" siyasi repressiyalar nəticəsində Finlandiya parlamentində sol fraksiyaların iştirakını istisna edən hakim çoxluq formalaşdırılıb. 1918-ci ilin mayında çağırılan parlamentdə 92 deputat-sosial-demokratdan 40-sı Rusiyada gizlənmişdi, 50-yə yaxın isə həbs edilmişdi. İlk iclasına 97 sağçı deputat və bir sosial demokrat Matti Paasivuori gəlmişdi. Deputatlar arasında monarxiya ideyaları xüsusilə məşhur idi. Parlament "parlament-kult" (Fin) ləqəbini alıb. Tynkäeduskunta).
Frank krallığı
Frank imperiyası və ya Frank dövləti (ing. Francia ya Frankia); (lat. regnum Francorum) — orta əsrlərdə yaranmış dövlət. 481-ci ildə Hlodviq tərəfindən yaradılıb. Çiçəklənmə dövrü Böyük Karlın dövrü olub. == Haqqında == 486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486–511) durub. Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib. Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb.
Fransa krallığı
Fransa Krallığı — 843–1792-ci illərdə mövcud olmuş qədim krallıqdır. Son orta əsrlərə və yüzillik müharibəyə qədər Avropanın ən güclü dövlətlərindən biri idi. Həm də dünyada müstəmləkəyə malik olan erkən müstəmləkə dövlətlərindən biri idi. Hökmdarın səlahiyyətləri 1791-ci ildə məhdudlaşdırıldı, 1792-ci ildə monarxiya ləğv edildi və Birinci Fransa Respublikası yaradıldı. Krallığın paytaxtı Paris şəhəri, dini Roma katolikliyi idi. Sloqanı Montjoie Saint Denis!, dövlət himni Marche Henri IV (1590–1792, 1814–1830)La Parisienne (1830–1848) olmuşdur. == Tarixi == === Yüzillik müharibə === Yüzillik müharibə 1337-ci ildə başlamış və 1453-cü ildə başa çatmışdır. Topdan dünyada ilk dəfə bu müharibədə istifadə edildi. İngiltərə 1337-ci ildə Fransaya müharibə elan etdi. Ancaq ingilislər məğlub oldular.
Goguryeo krallığı
Goguryeo krallığı (kor. 고구려, 高句麗) — Koreyanın şimali və mərkəz hissələrini əhatə edir və e.ə. 37-ci ildən 668-ci ilə qədər mövcud olmuşdur .Hal-hazırda bu dövlətin ərazisi Rusiya Federasiyası, Koreya Xalq Demokratik Respublikası(Şimali Koreya), Koreya Respublikası(Cənubi Koreya) və Çinin bir hissəsidir == Siyasi tarixi == === Kral Dongmyeongun dövrü === Jumonq atası Hae Mo-sunun Coseon torpaqlarını birləşdirmək (Han dövlətinin rüşvətxor hökuməti tərəfindən məhv edilmiş idi) və Coseon xalqını xilas etmək məqsədini yerinə yetirmək üçün Buyeonu tərk etdi. Əfsanəyə görə, o, at üstündə sürətlə axan çaya yaxınlaşdı. Tısbağalar və digər su canlıları suyun yuxarısına qalxdılar və körpü əmələ gətirdilər. Eramızdan əvvəl 37-ci ildə Jumonq Goguryeo krallığının birinci kralı oldu və Colbonun beş qəbiləsini birləşdirdi. Colbonu başçısının qızı Soseono Jumonqla evləndi. Soseononun Onjo adlı oğlu var idi. Onjo daha sonra Bekçe krallığını qurdu. E.ə.
Gürcü krallığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Gürcüstan krallığı
Gürcüstan çarlığı (gürc. საქართველოს სამეფო) və ya Gürcü imperiyası — eramızdan əvvəl 1008- ci ildə meydana gələn orta əsr Avrasiya monarxiyası idi. 11-ci əsrdən 13-cü əsrlərə qədər çar IV David və çariça Tamaranın hakimiyyəti dövründə siyasi və iqtisadi gücünün Qızıl çağına çatdı. Gürcüstan Qüdsdəki xaç monastırı və Yunanıstandakı Iviron Monastırı kimi, Şərqi xristianlıqdan və Şimali Qafqazdan İran və Anadolunun şərqinə qədər uzanan və eyni zamanda xarici dini mülkləri qorumaqla, ən böyük ölçüdə Şərqi Avropadan ve Şimali Qafqazdan uzanan Pan-Qafqaz imperatorluğunun aparıcı millətlərindən biri oldu.Bu, indiki Gürcüstanın əsas tarixi müqəddiməsi idi. Bir neçə əsr davam edən səltənət 13-cü əsrdə monqol istilalarının altına düşdü, lakin 1340-cı illərə qədər yenidən suverenliyini təmin etdi. Sonrakı onilliklərdə Qara Ölümlə yanaşı ölkənin iqtisadiyyatını, əhalisini və şəhər mərkəzlərini viran edən Timurun rəhbərliyi ilə çoxsaylı istilalarla yadda qaldı. Bizansın, sonra Trebizond imperiyasının süqutundan sonra çarlığın geosiyasi vəziyyəti daha da pisləşdi. Bu proseslər nəticəsində XV əsrin sonlarında Gürcüstan sınıq bir varlığa çevrildi. 1386-cı ildən etibarən Timur tərəfindən edilən hücumlarla yanaşı, Qara Qoyunlular və Ağ Qoyunluların sonrakı istilaları 1466-cı ilədək çarlığın son anarxiyaya uğramasına və Kartli, Kaxeti və İmereti'nin quruluşlu səltənətlərinin 1490 ilə 1950 arasında müstəqil çarlıq olaraq tanınmasına gətirib çıxardı. 1493-cü ildə hər biri Baqrationi sülaləsinin rəqib bir qolu olmaqla Odishi, Guria, Abxaziya, Svaneti və Samtsxe adlanan beş feodal klanlar quruldu.
Hicaz Krallığı
Hicaz krallığı — Səudiyyə Ərəbistanının Hicaz bölgəsində yaranmış dövlət. Haşimilər sülaləsi tərəfindən idarə olunan Hicaz krallığı 1916-cı ildən 1925-ci ilə qədər mövcud olmuşdur. == Krallıq öncəsi Hicaz == 1517-ci ildə Misiri ələ keçirən Osmanlı sultanı I Səlim Hicaz bölgəsini də Osmanlı torpaqlarına daxil etdi. Osmanlıların dövründə Hicazın idarə edilməsi Məkkə şəriflərinə tapşırılmışdır. 1807-ci ildə xəvariclərin çıxışlarını yatırdığı üçün Misir hakimi Mehmed Əli Paşanın idarəçiliyinə verilir. 1845-ci ildə Osmanlı İmperiyası ilə Misir arasında bağlanan müqaviləyə əsasən Hicaz təkrar Osmanlı torpaqlarına daxil olur. == Krallığın yaranması == Osmanlı dövlətinin II konstitusiyasının elan edilməsindən sonra Hicaza şərif təyin olunan Hüseyn ibn Əli əl-Haşimi I Dünya müharibəsinin əvvəllərində Osmanlı hakimiyyətinə və Osmanlı sultanına bağlı olaraq görsənsə də sonradan hakimiyyətini möhkəmləndirmək, bütün ərəbləri hakimiyyəti altında salmaq üçün Osmanlılara qarşı Böyük Britaniya ilə əməkdaşlığa başladı. Böyük Britaniya Osmanlılara qaşrı döyüşlərdə Hicaz ordusundan istifadə etmək məqsədilə Hüseyn ibn Əli əl-Haşimiyə Osmanlılara qarşı döyüşəcəyi təqdirdə silahlı yardım edəcəyi, xəlifələrin Məhəmmədin soyundan olmasını təmin edəcəyini bildirdi. Hüseyn ibn Əli əl-Haşiminin oğulları Feysəl ibn Hüseyn və Abdullah ibn Hüseyn ilə Misirdəki Britaniya nümayəndəsi Henri MakMahon ilə diplomatik əlaqələrini davam etdirməklə yanaşı, Osmanlı İmperiyasının Fələstində olan IV Ordu komandanı Camal Paşa ilə də razılığa gəlmək üçün yollar axtarırdı. Ancaq Camal paşanın Beyrutda və Şamda bəzi ərəb milliyətçilərini dövlətə xəyanətdə ittiham edərək edam etməsi ilə münasibətlər dəyişdi.
Kamboca Krallığı
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir. Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur.
Kandiya krallığı
Kandiya krallığı (it. Regno di Candia) — 1205-1212-ci illərdə Venesiya fəthindən 1645-1669-cu illərdə Kritin Osmanlılar tərəfindən fəthinə qədərki dövründə, Venesiya Respublikasının xarici müstəmləkəsi olan Krit adasının rəsmi adı idi. Bu ada o zamandan erkən müasir dövrə qədər paytaxtı İraklion adı ilə tanınırdı. Artan Osmanlı təhlükəsini nəzərə alaraq, xüsusilə də Kiprin süqutundan sonra, venesiyalılar adanın hərbi infrastrukturunun inkişafına - qalalar, körpülər və yolların bərpasına böyük diqqət ayırdılar. Şəkər və şərabın istehsal və ixracı iqtisadiyyat həyatında saxlanılırdı. Venesiya dövründə Krit iqtisadiyyatı, Venesiya kapitalist maşınının əvvəlki şöhrətinə baxmayaraq istismar olunan Yunan kəndlilərinin əməyinin aşağı effektivliyi həmçinin tabeliyində olan pravoslav yunan əhalisi ilə katolikliyi əhatə edən Venesiya azlığı arasında konfliktlərin artması səbəbindən tədricən tənəzzülə uğramışdır. Müəyyən mədəni qarşılıqlı əlaqəyə baxmayaraq, yunan əhalisi Venesiyalılar tərəfindən etibarsız və döyüş qabiliyyəti olmayan insanlar kimi xarakterizə edilirdi. Venesiya ilə Türklər arasındakı gedən uzun (70 illik) müharibə dövründə Krtin iqtisadi əhəmiyyətini tədricən sarsıtdı. == Tarixi == Krit adası 1204-cü ilə qədər Bizans İmperiyasının bir hissəsi idi, lakin Dördüncü Səlib Yürüşü zamanı imperiya ləğv edildi və onun ərazisini yürüyüş liderləri arasında bölündü. Kritə ilk Bonifaci I Monferrat seçildi, lakin ada üzərində nəzarəti həyata keçirə bilmədiyi üçün qısa müddətdə Venesiya olan hüquqlarını 1000 gümüş marka satdı.
Kartli krallığı
Kartli çarlığı — Şərqi Gürcüstanda dövlət. XV əsrin 2-ci yarısında vahid Gürcüstan çarlığının parçalanması nəticəsində yaranmışdı. Paytaxtı Tiflis idi. Dövlətin iqtisadiyyatı natural təsərrüfata əsaslanırdı. Kartli çarlığı yarımmüstəqil inzibati vahidlərə (satavado) bölünürdü. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində çarlığın iqtisadi və mədəni həyatında yüksəliş baş vermidi. Kartli çarlığı XVI– XVIII əsrlərdə müstəqillik uğrunda Səfəvilər dövləti və Osmanlı İmperiyasına qarşı mübarizə aparmışdır. 1723-cü ildə çarlıq Osmanlı İmperiyası tərəfindən, 1735-ci ildə isə Nadir şahın qoşunları tərəfindən tutmuşdu. Nadir şahın ölümündən sonra yenidən müstəqil olan Kartli, 1762-ci ildə, çar II İraklinin dövründə, Kaxeti çarlığı ilə birləşdi; vahid Kartli-Kaxeti çarlığı yarandı. 1801-ci ildə isə Kartli-Kaxeti çarlığı Rusiya imperiyasının tərkibinə daxil oldu.
Kastiliya krallığı
Kastiliya krallığı (isp. Reino de Castilla) (lat. Regnum Castellae) — Orta əsrlər dönəmində İberiya yarımadasında yaranan böyük və güclü bir krallıq. Krallığın adı IX əsrdə Leon krallığının şərq sərhəddində yerləşən Kastiliya lordluğundan gəlməkdədir. X əsr boyunca lordluğun bölgədəki nüfuzu artdı və 1065-ci ildə müstəqil krallığa çevrildi. 1072–1157-ci illərdə Leon və Kastiliya krallıqları birləşsə də, sonrakı illərdə davam edən taxt mübarizəsində yenidən ayrıldılar. 1230-cu ildə isə bu iki krallıq əbədiyyətə qədər birləşdi. Ardından yarımadanın cənubuna qədər torpaqlarını genişləndirən krallıq buradakı müsəlman krallıqlarla mübarizəyə başladı. == Mənbə == Bernard F. Reilly, The Contest of Christian and Muslim Spain, (Blackwell Publishers, 1995), 27. Guardiola-Griffiths, Cristina (2010–12-10).
Kaxetiya krallığı
Kaxeti çarlığı — Kaxeti ərazisində 1465-ci ildə yaranmış feodal dövləti. Gürcü krallığının parçalanmasından sonra VIII Georgi tərəfindən yaradılmışdı. Dəfələrlə Kartli çarlığı ilə birləşmiş və ya Səfəvilər tərəfindən birbaşa idarə olunmuşdur. II İrakli dövründə Kaxetiya krallığına birləşdirilərək yeni Kartli-Kaxetiya krallığının tərkibinə daxil olmuşdur.
Kipr krallığı
Kipr krallığı — Əsası III Səlib Yürüşü dövründə 1192-ci ildə qurulan səlibçi dövlətidir. 1490-cu ildə son hökmdarı Katerina Kornaro tərəfindən 1489-cu ildə Venesiya respublikasına satılana qədər mövcud olmuşdur. = Tarixi = 1192-ci ildə III Səlib Yürüşünə qoşulan İngiltərə kralı Şirürəkli I Riçardın bacısı İngiltərəli İoanna və həyat yoldaşı Navarralı Berenqariyanın səyahət etdiyi donanma tufana tutularaq Kipr adası sahillərinə çatmışdı. Adanın Bizanslı hakimi İsaak Komnenosun İoanna və Berenqariyanı təhqir etməsi Riçardın adanı işğalına təkan verdi. Adada mövcudiyyətin bahalı olduğu düşünən Riçard az sonra adanı Məbəd cəngavərlərinə satdı. Onlar da öz növbələrində adanı keçmiş Qüds kralı Luzuinyalı Qaya satdılar. Qayın 1194-cü ildəki ölümündən sonra yerinə qardaşı I Amalrik keçdi və rəsmi olaraq Müqəddəs Roma imperatoru VI Henrix tərəfindən Kipr kralı kimi təsdiqləndi. Krallıq uzun müddət müstəqilliyini qorumuş, 1426-cı ildə Məmlüklərdən asılı hala düşmüş, 1489-cu ildə isə Venesiya mülkünə çevrilmişdir. == Hökmdarları == Krallıq Luzinyan sülaləsi tərəfindən idarə olunmuşdur.
Kusko krallığı
Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197–14380 — And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir. == Tarixi == Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar. 1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438–1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu. Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güçlü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur. == Hökmdarları == Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak — (1200–1230) Sinçi Roka — (1230–1260) Loke Yupanki — (1260–1290) Mayta Kapak — 1290–1320 Kapak Yupanki — 1320–1350 Inka Roka — 1350–1380 Yauar Uakak — 1380–1410 Virakoça İnka — 1410–1438 Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.
Lansanq krallığı
Lansanq, Lan Sanq və ya Lansanq Hom Kxao (laos ລ້ານຊ້າງຮົ່ມຂາວ, lān sāng hom khāo, lâːn sâːŋ hōm kʰǎːw, hərf. Milyon fil və ağ çətir; birm. လင်ဇင်း; khm. លានជាង, លានដំរី və ya ស្រីសតនាគនហុត; sanskr. Srī Śatanāganayuta; tay ล้านช้าง və ya ล้านช้างร่มขาว; vyet. Vạn Tượng) — 1354–1707-ci illərdə indiki Laos, Vyetnam, Kamboca, Myanma, Çin və Tailand ərazisində hökmranlıq etmiş feodal lao buddist dövləti. Lansanq Cənub-şərqi Asiyanın ən böyük krallıqlarından biri olmuşdur. Krallığın adı əvvəlki dövrlərdə regionda baş vermiş müharibələrə və mübarizələrə bir istinaddır. Lansanq müasir Laos dövlətinin sələfidir və ölkənin milli və mədəni identikliyinin təməlidir. == Tarix == === Mənşə === Lansanqın hakimiyyət sürdüyü ərazidə tarixən Tunc dövründə və Dəmir dövründə inkişaf etmiş Avstroasiya dilli aborigen tayfalar yaşamışdır. Han sülaləsinin cənuba doğru keçirdiyi yürüşlərdə ilk dəfə müasir Çin Xalq Respublikasının Quansi-Çjuan və Yunnan rayonlarında yaşamış Tay-kaday dilli xalqları barədə məlumat verilmişdir.
Litva Krallığı
Litva Krallığı — XIII əsrin ortalarında Krallıq statusu almış şərqi Avropada orta əsr dövləti. 1251–1263-cü ilər arasında Litva monarxiyası. Kral Mindovq, Litva kralı tacına layiq görülən ilk və tek Litva hökmdarı olmuşdur. 1263-cü ildə Mindovqun öldürülməsindən sonra, bu əsrlərdə ölkədə bütpərəstliyin hökm sürdüyü üçün krallıq statusu itirildi. == Krallıq == Litvanın digər hökmdarları, statusları bir kralın vəziyyəti ilə demək olar ki, eyni olmasına baxmayaraq, "Böyük Hersoq" adlanırdı. XIII–XIV əsrlərdə Litvada bütpərəstlik hökm sürərkən, Litva hökmdarları orta əsrlərdə Avropada standart bir krallıq statusu almadılar(çünki Papadan və ya Müqəddəs Roma İmperatorundan bir tac almalı idilər), lakin buna baxmayaraq diplomatik yazışmalarda "kral" (rex) deyə adlandırılırdı. == XV əsrdə krallıq yaratmaq cəhdi == Böyük hersoq Vitovtinin (1392–1430-da hökmranlığı) kral tacını əldə etmək cəhdi də tarixə məlumdur. Almaniyanın kralı (Roma kralı), Müqəddəs Roma İmperiyasının gələcək hökmdarı Siqizmund Vitovtiyə kral tacını və kral ləyaqətinin əlamətlərini göndərir. Litvanın krallığa çevriləcəyi təqdirdə Polşanın itiriləcəyinə inanan polşalılar, Polşa ərazisindən keçən imperator elçilərini ələ keçirdilər və tacı aldılar. Daha sonra Siqizmund Vitovtini kral ləyaqətinə aid etmək hüququna malik olduğunu bildirdi və Vilnüsdə Vitovtiyə tacı özünə qoymağı təklif etdi.
Liviya Krallığı
Liviya Krallığı (ərəb. المملكة الليبية‎ al-Mamlaka al-Lībiyya) — 1951-ci il dekabrın 24-də yaradılıb və 1969-cu il sentyabrın 1-də idarəetmə forması monarxiyadan respublikaya keçəndən sonra dağılıb. == Konstitusiya == Krallıq konstitusiyalı monarxiya hakimiyyət quruluşuna sahib idi, onun başında Sənusilər sufi ordenindən olan I İdris dururdu. Əsas hakimiyyətə kral malik idi. Parlament iki palataladan ibarət idi: Senat və Nümayəndələr Palatası. Baş naziri kral təyin edə və istefaya göndərə bilərdi. == Tarixi == 1949-cu il noyabrın 21-də BMT-nin Baş Məclisi Liviya 1952-ci il yanvarın 1-dək müstəqillik əldə etməsinə dair qətnamə qəbul etdi. Sonrakı danışıqlar üçün Liviyanı I İdris təmsil edirdi. 24 dekabr 1951-ci ildə Liviya müstəqilliyini elan etdi, və bununla da müstəqilliyini BMT-nin qərarı ilə əldə etmiş ilk ərəb dövləti və ilk müstəqil Afrika dövlətlərindən biri oldu. 1959-cu ildə Liviyada böyük neft yataqları tapıldı və onun sonrakı hasilatından gələn gəlirlər sayəsində Liviya dünyanın ən yoxsul dövlətlərindən ən zəngin birinə çevrildi.
Livoniya krallığı
Livoniya Krallığı — müasir Estoniya və Latviyanın ərazisində mövcud olmuş nominal dövlət. == Tarixi == Rus çarı IV İvan 1558-1583-cü il Livoniya müharibəsi dövründə krallıq qurduğunu elan etsə də bu məlumat doğru deyildir. 10 iyun 1570-ci ildə danimarkalı Holstein qrafı Maqnus Moskvaya gəlir və burada Livoniya Kralı olaraq taclanır. Maqnus, İvanın tabeliyi altında olacağı ilə bağlı ona sədəqət andı içir və Livonia vassal səltənəti üçün müvafiq nizamnamə alır. Maqnus və IV İvan arasındakı müqaviləni bir opriçnik və zemstva idarəsi üzvü, d'iak Vasili Şçelkalov imzaladılar. Livoniyanın yeni kralı Maqnus, İsveçin nəzarətində olan Revalın fəthi üçün 20 min rus əsgəri ilə Moskvadan yola düşdü. İvanın Maqnusun böyük qardaşı, Danimarkanın kralı II Frederikin dəstəyinə olan ümidi uğursuz oldu. 1571-ci ilin mart ayının sonunda Maqnus Reval uğrunda mübarizədən vaz keçdi və mühasirədən əl çəkdi. 1577-ci ildə İvanın rəğbətini itirmiş və qardaşından heç bir dəstək almayan Maqnus Livoniya zadəganlarını xarici işğala qarşı mübarizədə onunla birləşməyə çağırdı. İvanın qüvvələri ona hücum edərək əsir götürdülər.
Macarıstan krallığı
Macarıstan krallığı — 1000–1944-cü illər arasında Mərkəzi Avropada mövcud olmuş krallıq. Krallığın ilk hökmdarı Müqəddəs I İştvan, son hökmdarı IV Karl olmuşdur. == Adı == Latın dilində Regnum Hungariae və ya Ungarie (Regnum latınca krallıq deməkdir); Regnum Marianum (Məryəm Krallığı); və ya sadəcə Hungaria, krallığın ilk illərindən 1840-cı illərə qədər Latın dilində rəsmi sənədlərdə istifadə edilən adlar idi. Almanca adı Königreich Ungarn rəsmi olaraq 1784–1790-cı illərdə və 1849–1860-cı illər arasında istifadə edilmişdir. Macarca adı (Magyar Királyság) 1840-cı illərdə, sonra yenidən 1860-cı illərdən 1946-cı ilə qədər istifadə edilmişdir. Krallığın qeyri-rəsmi macarca adı — hələ də danışıq dilində olan — Magyarország da həmçinin Macarıstanın rəsmi adı idi. Krallığın digər danışıq dillərində olan adlarl bunlar idi: pol. Królestwo Węgier, rum. Regatul Ungariei, serb. Kraljevina Ugarska, xorv.
Mapunqubve krallığı
Mapunqubve krallığı və ya Mapunqubve (1075–1220) — Cənubi Afrikada, Böyük Zimbabvenin cənubundakı Şaşe və Limpopo çaylarının axınında yerləşən orta əsrlər dövləti idi. Dövlətin adı venda və ya kalanqa dilindən götürülmüşdür. Bu ad "çaqqallar təpəsi" mənasını verə bilər. Krallıq, 13-cü əsrdə Zimbabve krallığının yaranması ilə sona çatacaq bir inkişafın ilkin mərhələsində idi. Mapunqubve krallığı təxminən 80 il hakimiyyətdə oldu və paytaxt əhalisi ən yüksək dönəmində təxminən 5000 nəfər idi. == Mənşəyi == Leopard təpəsi mədəniyyəti olaraq adlandırılan ən böyük yaşayış məskəni "K2" olaraq tanınır və Mapunqubvedəki məskunlaşmanın bir-başa sələfidir. K2 mədəniyyətindən olan insanlar, ehtimal ki, müxtəlif kənd təsərrüfatı imkanları təmin etdiyi üçün əcdadları kimi Şaşe-Limpopo bölgəsini seçmişdirlər. Bu ərazi həmçinin, qiymətli fil sümüyünün idxalını təmin edən əsas fil ölkəsi idi. Qızıl və fil sümüyü ticarətinə nəzarət K2 mədəniyyətinin siyasi gücünü xeyli artırdı. 1075-ci ilə qədər K2 əhalisi ərazidə bir qədər də irəliləyərək Mapunqubve təpəsində məskunlaşdı.
Monteneqro Krallığı
Monteneqro Krallığı (serb. Краљевина Црна Гора / Kraljevina Crna Gora) — 1910-1918-ci illərdə (de-fakto 1916) Balkan yarımadasında mövcud olmuş dövlət . Krallığın paytaxtı Çetinye şəhəri idi. Dövlət pul vahidi Monteneqro perperi idi. Monteneqro Krallığı, 28 Avqust 1910-cu ildə Çetinye şəhərində Monteneqro knyazı I Nikolay Petroviç tərəfindən elan edildi, eyni zamanda o, Monteneqro kralı I Nikolay titulunu aldı. 1912-1913-cü illərdəki Balkan müharibəsi kralın aktiv fəaliyyəti ilə əlamətdar qaldı, eyni zamanda krallığın dağılma səbəblərindən biri oldu. Belə ki, Monteneqro serb qüvvələri ilə birlikdə, 30 may 1913-cü ildə Sancak bölgəsi də daxil olmaqla, bir sıra ərazini əldə etməyi bacardı. Yeni hökümdarlarını heç bir şəkildə dəstəkləməyən əhalisi olan əhəmiyyətli bir ərazinin Monteneqronun tərkibinə daxil olması böhrana doğru ciddi bir addım oldu. Bundan əlavə, Böyük güclər yenicə müstəqillik qazanan Albaniyanın Şkoder şəhərinin azad etməsini tələb etdi, Monteneqro isə bu şəhər uğrunda Osmanlı İmperiyası ilə döyüş zamanı təxminən 10000 nəfər qədər itki vermişdir. Birinci Dünya Müharibəsi dövründə (1914-1918) Monteneqro, Antantanın müttəfiqi idi.
Mərakeş Krallığı
Mərakeş (ərəbcə: əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir. Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır. Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir.
Napoli Krallığı
Neapol Krallığı — İtalyan yarımadasının cənubunda, Neapoldə qurulmuş bir dövlətin müasir adıdır. Zamanında səhv olaraq Siciliya Krallığı adı ilə tanınırdı. Çünki Neapol Krallığı Siciliya adasında 1282-ci ildə çıxan Siciliya Vesperləri adlı bir üsyan nəticəsində Neapol Krallığınin Siciliya Krallığından ayrılması ilə ortaya çıxmışdı. Neapol Krallığının olduğu dövrdə bu krallıq ya İspan və ya Fransız əsilli bir kral tərəfindən idarə edilmişdir. "Siciliya vesperləri" adı verilən Siciliya adası üsyanlarından sonra Anjulu Karlo (rəsmi adı Siciliyalı I Karlo) Siciliyanı İspan Aragon kralı Aragonlu III Pedro ordusuna buraxmaq məcburiyyətində qaldı və İtalyan yarımadasının cənubunda özünə aid olan ərazilərdə hökmranlıq etməyə başladı. Bu dövlət rəsmən Siciliya Krallığı olsa da, ümumiyyətlə paytaxtı olan Neapol şəhərinə görə Neapol Krallığı (İtalyanca: Regno di Neapol) kimi tanınır. Karlo və Anju xanədanına daxil olan hökmdarlar (yəni Neapol Kralı I Karlo, Neapol Kralı II Carlo, Neapol Kralı Roberto və Neapol kralı I Giovanna) Siciliya uzərindəki haqlarından əl çəkməyib 1373-cü ilə qədər iki dövlət arasında müharibə vəziyyətini davam etdirdilər. I Giovannanın səltənəti zamanı Macarıstanda hökm sürən Anju sülaləsi kralı olan Böyük Louis Neapol Krallığını bir neçə dəfə işğal etdi və I Giovanna Neapolyə ancaq 1352-ci ildə qayıtdı. Kraliça I Giovanna uşaqsız olduğu üçün Anju sülaləsinin Neapol Krallığı üzərindəki haqqının sonda itməsinə yol açdı. Özünə varis olaraq Anju hersoqu I Luigi seçdi və beləliklə taxta keçmək hüququ olan Durazzo Drac prensi olan əmioğlusunun qanuni haqqını rədd etmiş oldu.
Neapol krallığı
Neapol Krallığı — İtalyan yarımadasının cənubunda, Neapoldə qurulmuş bir dövlətin müasir adıdır. Zamanında səhv olaraq Siciliya Krallığı adı ilə tanınırdı. Çünki Neapol Krallığı Siciliya adasında 1282-ci ildə çıxan Siciliya Vesperləri adlı bir üsyan nəticəsində Neapol Krallığınin Siciliya Krallığından ayrılması ilə ortaya çıxmışdı. Neapol Krallığının olduğu dövrdə bu krallıq ya İspan və ya Fransız əsilli bir kral tərəfindən idarə edilmişdir. "Siciliya vesperləri" adı verilən Siciliya adası üsyanlarından sonra Anjulu Karlo (rəsmi adı Siciliyalı I Karlo) Siciliyanı İspan Aragon kralı Aragonlu III Pedro ordusuna buraxmaq məcburiyyətində qaldı və İtalyan yarımadasının cənubunda özünə aid olan ərazilərdə hökmranlıq etməyə başladı. Bu dövlət rəsmən Siciliya Krallığı olsa da, ümumiyyətlə paytaxtı olan Neapol şəhərinə görə Neapol Krallığı (İtalyanca: Regno di Neapol) kimi tanınır. Karlo və Anju xanədanına daxil olan hökmdarlar (yəni Neapol Kralı I Karlo, Neapol Kralı II Carlo, Neapol Kralı Roberto və Neapol kralı I Giovanna) Siciliya uzərindəki haqlarından əl çəkməyib 1373-cü ilə qədər iki dövlət arasında müharibə vəziyyətini davam etdirdilər. I Giovannanın səltənəti zamanı Macarıstanda hökm sürən Anju sülaləsi kralı olan Böyük Louis Neapol Krallığını bir neçə dəfə işğal etdi və I Giovanna Neapolyə ancaq 1352-ci ildə qayıtdı. Kraliça I Giovanna uşaqsız olduğu üçün Anju sülaləsinin Neapol Krallığı üzərindəki haqqının sonda itməsinə yol açdı. Özünə varis olaraq Anju hersoqu I Luigi seçdi və beləliklə taxta keçmək hüququ olan Durazzo Drac prensi olan əmioğlusunun qanuni haqqını rədd etmiş oldu.
Ermənistan Krallığı (antik)
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Finlandiya krallığı (1742)
Finlandiya krallığı — 1742-ci ildə qurulmuş qısaömürlü monarxiya. yaratmaq cəhdi Finlandiya tarixində az tanınan bir fəsildir. 1741–1743-cü illər Rusiya-İsveç müharibəsində rus işğalından azad olmaq və ölkənin müstəqilliyi barədə verilən qeyri-müəyyən vədlərdən sonra finlər Pyotru Finlandiya kralı elan etmişdilər. Bununla birlikdə, siyasi vəziyyət müstəqil Finlandiya ideyasını üstələmiş, sonradan tez bir zamanda süquta uğramışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sjöström (2011), «Y-DNA and records of medieval land inheritance in Rolandh and Tepponen lineages of Vehkalahti, Finland», Journal of the Foundation for Medieval Genealogy, volume 3 issue 6 (July 2011) pages 527..563 Veli Häkkinen and Seppo Sippu (2000), «Mämmälän kylän talot ja suvut», Vammala 2000. Jyrki Paaskoski (2003), биография барона Иоганна Бальтазара Кампенгаузена (1689—1758) в сборнике Suomen Kansallisbiografia, part 2 (National Encyclopedia of Biography of Finland), 2003, pages 101—102.
Kartli-Kaxetiya krallığı
Kartli–Kaxeti çarlığı — 19 yanvar 1762-ci ildə Kartli çarlığı ilə Kaxeti çarlığının Kaxeti çarı II İrakli tərəfindən birləşdirilməsi nəticəsində yaranmış dövlət. == Tarixi == Rusiyada səfərdə olan Kartli çarı II Teymuraz 8 yanvar 1762-ci ildə Sankt-Peterburqda vəfat etdi. Bundan sonra Kartli taxtını da ələ keçirən Kaxeti çarı, II Teymurazın oğlu II İrakli 19 yanvar 1762-ci ildə Kartli və Kaxetini birləşdirərək vahid Kartli-Kaxeti çarı oldu. === II İraklinin hakimiyyəti dövrü === 1762-ci ildə atasının ölümündən sonra Kartli-Kaxeti çarı elan olundu və 300 il sonra ilk dəfə iki Gürcü dövləti birləşdirildi. 1783-cü ildə Georgiyevsk traktatını imzalayaraq Rusiya imperiyası tərəfindən himayəyə alınmaq hədəfinə nail oldu. Lakin Ağa Məhəmməd şah Qacarın ordusunun hücumu qarşısında Rusiya ona kömək etmədi və Krtsanisi döyüşündə 5000 nəfərlik gürcü bölüyü 35000 əsgərdən ibarət Qacar ordusuna çox ağır şəkildə məğlub oldu. Yeni bir İran hücumunun qarşısını isə Qacarın öldürülməsi aldı. Ondan sonrakı il çar özü də vəfat etdi. Yohan Anton Güldenştedt yazır: Hazırda Yuxarı və Aşağı Kartli, Kaxetiya və Somxeti əyalətləri II İraklinin simasında vahid hökmdara sahibdirlər. ==== Avar xanı Ümmə xanın hücumu ==== Gürcülər Dağıstana Lekianoba deyirdilər.
Kastiliya və Leon krallığı
Kastiliya və Leon krallığı (isp. Corona de Castilla-León) — Orta əsrlər dönəmində İberiya yarımadasında yaranan böyük və güclü bir krallıq. Bu krallıq 1230-cu ildə Kastiliya və Leon krallıqlarının üçüncü və sonuncu dəfə birləşməsi ilə meydana gəlmişdir. Belə ki, həmin il Leon kralı IX Alfonso vəfat etmiş, taxtını isə o əsnada Kastiliya kralı olan oğlu III Ferdinanda deyil, ikinci evliliyindən olan qızlarına vəsiyyət etmişdir. Ancaq bununla razılaşmayan III Ferdinand ögey anasıyla müzakirələr apararaq Leon taxtını təzminat ödəyərək satın aldı və beləcə, bu 2 krallıq əbədiyyətə qədər birləşdi. 1469-cu ildə Kastiliya kraliçası İzabella ilə Araqon kralı II Ferdinandın evlənməsi ilə V Filipin 1715-ci ildə nəşr etdirdiyi qərarnaməyə qədər Araqon krallığı da bu ittifaqa qoşulmuşdur. Beləcə, onlardan sonra artıq bu müttəfiq krallıqlar vahid İspaniyanı yaratdılar. 1492-ci ildə başlayan dünya səyahətlərinə maddi dəstək verməklə Amerikanın və Hindistana dəniz yolunun kəşfindən sonra Kastiliya və Leon krallığı dünya miqyasına yüksəldi. XVI-XVII əsrlərdə "Kastiliya kralı" ünvanı Habsburq monarxları tərəfindən istifadə edildi. Ancaq XVIII əsrdə Burbonlu Filip İspaniyada başlayan taxt mübarizəsində qalib gəldi və düşmənlərinin sığındığı Araqon krallığını İspaniya taxt-tacına birləşdirməyi qərara aldı.
La Plata vitse krallığı
Rio-de-la-Plata vitse krallığı (isp. Virreinato del Río de la Plata) — İspaniyanın Cənubi Amerikada yerləşən vitse krallığı. Bu krallığa günümüzdə mövcud olan Argentina, Uruqvay, Paraqvay və Boliviya kimi dövlətlərin ərazisini təşkil edirdi. 1776-cı ildə Peru vitse krallığından ayrılması nəticəsində meydana gəlmişdir. Öz mövcudluğunu 1810-cu il may ayına qədər qoruya bilmişdir. O dönəmdə siyasi və ictimai hadisələrin nəticədində vitse kral hakimiyyətdən uzaqlaşdırılmışdır. Bu hadisə tarixə may inqilabı kimi düşmüşdür. Paytaxtı —Buenos Ayres, Montevideo.
Lombardiya-Venesiya krallığı
Lombardiya-Venesiya krallığı (it. Regno Lombardo-Veneto, alm. Lombardo-Venezianisches Königreich‎) — Şimali İtaliyada 1815-ci ildə Vyana konqresinin qərarı ilə Lombardiya və Venesiyanın şimali-italyan vilayətlərindən təşkil edilmiş və Avstriya imperiyasının kral mülklərinə daxil olan krallıq.

"krallığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#krallığı nədir? #krallığı sözünün mənası #krallığı nə deməkdir? #krallığı sözünün izahı #krallığı sözünün yazılışı #krallığı necə yazılır? #krallığı sözünün düzgün yazılışı #krallığı leksik mənası #krallığı sözünün sinonimi #krallığı sözünün yaxın mənalı sözlər #krallığı sözünün əks mənası #krallığı sözünün etimologiyası #krallığı sözünün orfoqrafiyası #krallığı rusca #krallığı inglisça #krallığı fransızca #krallığı sözünün istifadəsi #sözlük