Krasnodar
Krasnodar - müasir Krasnodar diyarının mərkəzi. Şimali Qafqazın inkişaf etmiş iri şəhərlərindən sayılır. 1920-ci ilədək adı Yekaterinodar olmuşdur.
Krasnodar ( Yekaterinodar-1920-ci ilə qədər) Kuban çayının sağ sahilində, Qara dənizdən 120 km (Djubqa kəndindən yol ilə), Azov dənizindən 140 km (Qolubitskaya kəndi ilə), Moskvadan 1300 km (M-4 Don şossesi boyunca) məsafədə yerləşən, Rusiyanın cənubunda bir şəhərdir.Şimali Qafqazın və Cənub Federal Dairəsinin böyük iqtisadi və mədəni bölgəsi,Kubanın tarixi və coğrafi mərkəzi idi Qeyri-rəsmi olaraq Kubanın paytaxtı adlandırılan, Krasnodar Rusiyanın Cənub paytaxtı olmuşdur..
Şəhərin əhalisi 918.145 nəfərdir (2019-cu il üçün). “Bələdiyyə mülkiyyət şəhəri”üzrə şəhər dairəsinin əhalisi 1 007 964 nəfərdir (2019-cu il üçün).
RBC-nin məlumatına görə, 2013-cü ildə Krasnodar böyüyən işgüzar aktivliyi olan şəhərlərin ümumrusiya reytinqində birinci yeri tutub..
== Tarixi ==
Şəhərin əsası 1792-ci ildə qoyulmuş Rusiya İmperiyasının xanım hökmdarı çaritsa II Yekaterinanın şərəfinə Yekaterinodar adlandırılmışdır.
1920-ci ildə şəhər Krasnodar adlandırıldı, burada qırmızı element simvolik olaraq "inqilabi" məna daşıyır.
== Coğrafiyası və iqlimi ==
Krasnodar, Şərqi Avropa düzənliyinin cənub hissəsində, Moskvadan 1300 km cənubda, Kuban-Priazovskaya ovalığında yerləşir.