krau sözü azərbaycan dilində

krau

Yazılış

  • krau • 50.0000%
  • Krau • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alfredo Kraus
Alfredo Kraus (24 noyabr 1927, Las-Palmas-de-Qran-Kanariya – 10 sentyabr 1999[…], Madrid) — İspaniyalı tenor, opera müğənnisi.
Baccharis kraussei
Baccharis kraussei (lat. Baccharis kraussei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Coan Krauford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904[…], San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Gergeli Krauş
Gergeli Krauş (25 dekabr 1993-cü ildə anadan olub) — Macarıstanı təmsil edən kişi badmintonçu.
Kraudfandinq
Kraudfandinq (ing. dilindən crowdfunding — kütləvi maliyyələşdirmə, crowd — "kütlə", funding — "maliyyələşdirmə") — hər hansı bir layihəni geniş kütlə tərəfindən maliyyə və ya digər vəsaitlərlə təmin etmə praktikasıdır. Maliyyə vəsaitlərinin toplanması müxtəlif məqsədlərə xidmət edə bilər — təbii fəlakətlərdən zərər çəkmiş insanlara kömək, siyasi kampaniyaların dəstəklənməsi, yeni başlayan şirkətlərin və kiçik müəssisələrin maliyyələşdirilməsi, cavan incəsənət nümayəndələrinə dəstək, cəmiyyətin azgəlirli təbəqəsinin tibbi xərclərin qarşılanması, sosial-ictimai layihələrə dəstək və s. Kraudfandinqi həyata keçirmək üçün, əvvəlcə bir məqsəd göstərilməli sonra bu məqsədə çatmaq üçün lazımi miqdarda pul təyin olunmalı, bütün xərclərin hesablanması aparılmalı və kraudfandinq prosesinin gedişatı haqqında olan məlumat hər kəsə açıq olmalıdır. == Tarix == İnternet üzərindən keçirilən kraudfandinq, ilkin mərhələdə daha çox incəsənət və musiqi icmaları arasında məşhurluq qazandı. Musiqi sahəsində kütləvi maliyyələşmənin ilk diqqətəlayiq nümunəsi 1997-ci ildə oldu. İngiltərədən olan Marillion musiqi qrupunun fanatları, 1997-ci ildə Marillion qrupunun ABŞ turunu maliyyələşdirmək üçün internetdə təşkil etdikləri kampaniya nəticəsində $ 60 000 toplaya bilib. Bir müddət sonra, Marillion qrupu Anoraknophobia, Marbles və Happiness Is the Road kimi albomlarını yazmaq və təşviq etmək üçün artıq özü bu üsuldan istifadə etdi. Film sahəsində müstəqil yazıçı/rejissor Mark Tapio Kines 1997-ci ildə o dövrdə yarımçıq qalmış "Xarici Müxbirlər" filminin davamını maliyyələşdirmək üçün kraudfandinqdən istifadə etdi. Bunun üçün xüsusi veb-sayt yaratmış Mark Tapio Kines, filmini bitirmək üçün 1999-cu ilin əvvəlinə qədər, ən azı 25 fanatından $ 125 000 vəsait toplaya bildi.
Kraun-Prins-Federik adası
Kraun-Prins-Federik adası (ing. Crown Prince Frederik Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Kraun-Prins-Federik adası Butiya körfəzinin cənub-şərqində, Baffin Torpağının qərb hissəsinin cənub sahilinin yaxınlığında yerləşir. Adanın şimal sahili Aqu körfəzinin cənub sahilini təşkil edir. Ada materik Kanadanın Melvil yarımadasını və Baffin Torpaq adasını ayıran Fari və Hekla boğazının qərb girişinin yaxınlığında yerləşir. Adanın sahəsi 401 km²-dir. Sahil xəttinin uzunluğu 108 km-dir.
Kraunlar
Kraunlar - sadə tsiklik poliefirlər. Onlar hər halqada 9-dan 60-a qədər atom saxlayırlar ki, bunlardan da 3-dən 20-yə qədəri karbon atomlarıdır. Bəzi kraunlar metal kationları və ammonium kationu ilə stabil kompleks birləşmələr əmələ gətirə bilir. Hansısa molekullar, bəzi bitsiklik aminlər və oksimetilen mostikləri birləşə bilir. Bu zaman kriptatlar əmələ gəlir. Həmçinin sadə tsiklik poliefirlər, politioefirlər və poliaminlər də, metal kationları ilə birləşə bilir.
Krauss-Maffei
Krauss-Maffei Wegmann GmbH & Co KG və ya qısaca Krauss-Maffei, mərkəzi Almaniyada olan inyeksiyalı presləmə üsulu ilə istehsal həyata keçirdən silah fabrikidir. Lokomotiv, top, tank, rels və zirehli maşın istehsal edir.
Krauss-Maffei Wegmann
Krauss-Maffei Wegmann GmbH & Co KG və ya qısaca Krauss-Maffei, mərkəzi Almaniyada olan inyeksiyalı presləmə üsulu ilə istehsal həyata keçirən silah fabrikidir. Lokomotiv, top, tank, rels və zirehli maşın istehsal edir. İstehsalları arasında ən məşhur texnika Leopard 2 tankıdır.
Lili Kraus
Lili Kraus (3 aprel 1903, Budapeşt – 6 noyabr 1986[…]) — macar əsilli pianoçu. == Həyatı == Lili Kraus 1903-cü ildə Budapeştdə anadan olmuşdur. Atası çex, anası isə macar yəhudi ailəsindən çıxmışdı. Ferens List Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra 17 yaşı olarkən Budapeşt Konservatoriyasına daxil olmuşdu. Burada Zela Koday və Bela Bartok ilə birgə təhsil almışdı. 1930-cu illərdə Vyanada Severin Ayzenberqer, Eduard Ştereyman və Berlində Artur Şnabel ilə öz təhsilini davam etdirərək klassik ənənəyə ola marağını daha da artırdı. Lili Kraus tezliklə Motsart və Bethovenin mədəni irsini araşdıran mütəxəssis kimi tanındı. Krausun ilkin musiqi çıxışları və skripkaçı Simon Qoldberq ilə birgə ifaları ona beynəlxalq karyera qazandıran tənqidi tanınmasına gətirib çıxardı. 1930-cu illərdə Avropaya, Avstraliyaya, Yaponiyaya və Cənubi Afrikaya səfərlər etdi. 1940-cı ildə Kraus Asiya turuna çıxarkən Yavada olduğu zaman ailəsi ilə birlikdə həbs edildi və 1943-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər Yaponiyanın konsentrasiya düşərgəsində saxlanıldı.
Lorens Kraus
Lorens Maksvel Kraus (27 may 1970, Nyu-York) — amerikalı fizik, nəzəri və kosmoloji fizika sahəsi üzrə mütəxəssis. Arizona Ştat Universiteti, Yel Universiteti və həmçinin Keys Vestern Rezerv Universitetlərində dərs deyib. O, kainatla bağlı fundamental sualları araşdırmaq üçün indi ASU-nun Planetlərarası Təşəbbüs adlanan Origins Project layihəsini qurdu və layihənin direktoru kimi fəaliyyət göstərdi. O 300 çox nəşrlərin müəllifi və bir neçə məşhur kitabın müəllifidir. == Həyatı == Kraus 27 may 1970-ci ildə, Nyu-York şəhərində anadan olub, uşaqlığı isə Torontoda keçib. O yəhudi ailəsində böyüyüb, amma ailəsi dindar olmayıb. Lorens Kraus bakalavr dərəcəsini Ottavada, 1977-ci ildə Karlton Universitetində alıb və fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini 1982-ci ildə Massaçusets Texnologiya İnstitutunda alıb[9] == Əmək fəaliyyəti == Bir müddət Harvard Universitetində işlədikdən sonra, 1985-ci ildə Yel Universitetində dosent olaraq, daha sonra 1993-cü ildə Keys Vestern Rezerv Universitetində professor kimi çalışıb. 2008-ci ilin avqust ayında Arizona Ştat Universitetinin fakultəsində, yer kürəsinin və kosmik fəzanın araşdırmaları məktəbində azad sənət və elmlər kollecinin fizika fakultəsində professor kimi fəaliyyətə başlayır. Kraus sim nəzəriyəsinin tənqidçilərindəndir və 2005-ci ildə yazdığı "Hiding in the Mirror" kitabında bu haqda müzakirə edir . 2012-ci ildə iyulda "Newsweek" elmi jurnalında dərc olunan məqaləsində, Kraus Hiqqs bozonu bizim Böyük partlayış barəsində anlayışımızla necə bağlı olsuğunu göstərir.
Kraun efirləri
Kraun efirlər (ingilis sözü crown – korona) – bir-birinin ardınca gələn etilen körpüləri -CH2-CH2- və oksigen atomlarından ibarət olan böyük tsiklik molekullardır (makrotsikllər). Bəzi hallarda O atomlarının bir hissəsi N və S atomları ilə əvəz edilib. Belə molekulların forması taca (“korona”ya) oxşayır ki, onların adı da buradan götürülüb (ingiliscə crown – korona). Kraun efirlərin makroheterotsiklində 11-dən çox atom olur ki, bunlardan ən azı 4-ü heteroatomdur. Kraun efirlərinin nomenklaturası: formula I — 12-kraun-4; (1,4,7,10-tetraoksatsiklododekan) formula II — 1,10-diaza-18-kraun-6; (4,7,13,16-tetraoksa-1,10-diazasikloокtаdekan) formula III — 1,7-ditia-15-kraun-5 formula IV — dibenzo-18-kraun-6 formula V — tsikloheksano-15-kraun-5 == Kraun efirlərin xassələri == Formal olaraq bütün kraun efirləri heterotsiklik birləşmələr sinfinə aid etmək olar, lakin bu birləşmələrin qeyri-adi xassələri onların müstəqil sinfə ayrılmasına imkan verdi və bununla əlaqədar olaraq onların adılandırılması üçün xüsusi qaydalar təklif edildi. Addakı “kraun” sözün qarşısındakı rəqəm tsikldə olan atomların sayını, adın sonundakı rəqəm heteroatomların O, N və S sayını göstərir (şəkil 1). Adda tsikldə O atomlarının olması göstərilmir bu başa düşülür (nəzərdə tutulur), əgər tsikldə digər heteroatomlar (oksigendən başqa), məsələn azot yaxud kükürd varsa, onların sayı adın əvvəlinə di-, yaxud tri- söz önlüyü əlavə edilməklə, tsikldəki vəziyyəti rəqəm indeksləri ilə göstərilir, əvvəlcədən tsikldəki bütün atomlar nömrələnir. Kraun efirlərin tərkibində sadə efirlərə xas olan C-O-C fraqmenti olur, həmçinin onların tərkibində amin fraqmenti C-NH-C, yaxud tioefir frqmenti C-S-C ola bilir. == Kraun efirlərin qələvi metal kationları ilə kompleksləri == Bu sinif maddələrin xarakterik xüsusiyyəti tərkibindəki oksigen, azot və kükürdün bölünməmiş elektron cütünün hesabına kompleks əmələ gətirmək qabiliyyətidir. Bu xüsusiyyət kraun efirlərində tsikldə çox sayda heteroatomların olması hesabına dəfələrlə güclüdür.

Oxşar sözlər

#krau nədir? #krau sözünün mənası #krau nə deməkdir? #krau sözünün izahı #krau sözünün yazılışı #krau necə yazılır? #krau sözünün düzgün yazılışı #krau leksik mənası #krau sözünün sinonimi #krau sözünün yaxın mənalı sözlər #krau sözünün əks mənası #krau sözünün etimologiyası #krau sözünün orfoqrafiyası #krau rusca #krau inglisça #krau fransızca #krau sözünün istifadəsi #sözlük