Kri sözü azərbaycan dilində

Kri

Yazılış

  • Kri • 66.6667%
  • kri • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
1958 Livan Krizisi
1958 Livan böhranı — 1958 Livan böhranı Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnən siyasi və dini gərginliyin səbəb olduğu siyasi böhran.Bu müdaxilə Prezident Kamil Chamounun kömək tələb etməsi ilə başlamış və prezidentin öz vəzifə səlahiyyətlərinə bitirməsinə qədər-3ay davam etmişdir. Amerika və Livan ordusu birlikdə Beyrut limanını və Beyrut Beynəlxalq hava limanını ələ keçirtmişdi. Böhran birdikdən sonra ABŞ ordusu ölkəni tərk etmişdir. == Tarixi == 1958-ci ilin iyulunda Livan Maronet xristianları ilə Müsəlmanlar arasında ola biləcək Vətəndaş müharibəsi ilə üz-üzə idi.1956-cı ilin əvvəllərində qərb yönümlü Xristian prezident Kamil Chamounun Süveyş böhranı zamanı Misirə hücum edən qərb dövlətləri ilə əlaqəsini kəsməməsi prezident Camal Əbdül Nasir başda olmaqla Misir xalqının qəzəbinə səbəb olmuşdu. Chamonun Bağdad paktına olan sadiqliyi isə vəziyyətin daha gərginləşməsinə səbəb olmuşdu.Prezident Nasir Bagdad paktını Ərəb millətinə qarşı təhlükə kimi dəyərləndirirdi. Chamonun etdiklərinə qarşılıq olaraq Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaratdı. Livanın Sünni Baş naziri Rəşid Kərimi 1956 və 1958 hadisələrində Nasirin tərəfində idi. Bu vaxt Ölkənin müsəlman əhalisi Livanın Birləşmiş Ərəb Respublikasina qoşulmasına, xristian əhali isə ölkənin qərb dövlətləri ilə əlaqəsinin güclənməsinə çalışırdılar. Suriya vasitəsi ilə Birləşmiş Ərəb Respublikasının silahlandırdığı Müsəlman qrupunun törətdiyi üsyandandan sonra prezident Chamoun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bu məsələ barədə şikayət ünvanladı. Birləşmiş Millətlər Təşkilatı araşdırma üçün bir qrup nümayəndə göndərsədə, sonda Birləşmiş Ərəb Respublikasının bu hadisədə iştirakına dair heç bir sübut tapılmır.
Adrian Krişan
Adrian Krişan (7 may 1980) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Adrian Krişan Rumıniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Adrian Krişan Rumıniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub. Adrian Krişan Rumıniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Alan Kristofer Lesli
Alan Kristofer Lesli (ing. Alan Christopher Leslie; 1953) — İngiltərə botaniki. == Əsərləri == 1978. The taxonomy of Ranunculus auricomus L. in the British Isles. Ed. Clare College. 2002. The international dianthus register (1983): nineteenth supplement. Ed. Royal Horticultural Society.
Anka Krizmaniç
Anka Krizmaniç (Anka Krizmaniç-Pauliç; 10 mart 1896[…] – 2 noyabr 1987[…], Zaqreb) — Xorvat rəssam, qravür və elmi illüstrator. Ən aktiv fəaliyyət dövrü 1910–1946-cı illəri əhatə edir. == Haqqında == O, Zaqrebdə xüsusi rəssamlıq məktəbi olan Krizman Rəsamlıq Məktəbində təhsil amışdır. Tomislav Krizmandan dərs almışdır. 1913–1917-ci illərdə təhsilini Almaniyada Drezden şəhərində Kunstgewerbeschuledə, 1920–1930-cu illərdə isə Parisdə davam etdirib. 1921–1922-ci illərdə Dubrovnikdə litoqrafiya üsulu ilə xəritələr tərtibi üzərində işləməyə başlayıb və bir müdət bu şəhərdə yaşayıb. Onun rəsm əsərləri 2 əsas seriyadan ibarətdir. Birinci "rəqs" seriyasıdır ki, bu seriyaya Anna Pavlova, Qreta Vizental və Gertrud Leystikov kimi rəqqasların şəkilləri daxildir. digər seriya "sevgililər" adlanır. 1935-ci ildə o alman rəssam Lüdviq Veninger (1904–1945) ilə qarşılaşır və aralarında eşq yaşanır.
Anton Krivotsyuk
Anton Krivotsyuk (ukr. Антон Вікторович Кривоцюк) — Ukrayna əsilli Azərbaycan futbolçusu. == İstinadlar == == Xarici keçidlər == Оскорбительная презентация Кривоцюка. Антон, тебе не стыдно? // Azerisport.com, 17 iyun 2021. (rus.) Azerowie poprosili Wisłę Płock o reakcję. Poczuli się obrażeni // Onet.pl, 18 iyun 2021.
Aqata Kristi
Aqata Meri Klarissa Miller (ing. Agatha Mary Clarissa Miller; 15 sentyabr 1890[…] – 12 yanvar 1976[…]) — ingiltərəli yazıçı, detektiv janrının kraliçası. Bu ləqəb ona hələ illər öncə verildi. Özü də gələcəyinin necə olacağını uşaqlıqdan təxmin etmişdi. Bu gün artıq onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır. == İlk detektiv roman və verilən vəd == Bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməkeşli keçib. Aqatanın bu cəhətdən bəxti gətirmişdi. O,1890-cı ildə İngiltərənin Denvor qraflığında ABŞ-dən köçüb gəlmiş zəngin mühacir ailəsində dünyaya göz açan qızcığazın böyüdüyü mühit gələcəkdə yazacağı əsərlərində aydın şəkildə təsvir olunacaqdı. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi almış, musiqi təhsili görmüşdü.
Aqota Kristof
Aqota Kristof (mac. Ágota Kristóf; 30 oktyabr 1935[…] – 27 iyul 2011[…], Nevşatel[d]) — İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı. 1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür. == Həyatı == Aqota Kristof Macarıstan krallığının Çikvand şəhərində 1935-ci ilin 30 oktyabrında anadan olmuşdur. 1956-cı il Macar inqilabı zamanı 21 yaşında olan Aqota ərinin anti-sovet fəaliyyətinə görə 4 aylıq uşağı ilə Macarıstanı tərk etməyə məcbur olmuşdur. Macarıstan mühacirətə gedən ailə İsveçrənin Nevşatel şəhərinə yerləşmişdi. Burada 5 il əziyyətlə yaşadıqdan sonra Aqota həyat yoldaşından ayrılmış və fransız dilini öyrənməyə başlamışdır. Elə bu illərdə də fransızca romanlar yazmağa başlamışdır. == Yaradıcılığı == Aqota bədii yaradıcılıqla məşğul olduğu ilk illərdə şerlər yazmışdır (John et Joe, Un rat qui passe). Lakin onun heç bir əsəri trilogiyası qədər səs-səda salmamışdır.
Aslan bəy Kriçinski
Aslan bəy Konstantin oğlu Kriçinski və ya Leon Kriçinski (tam adı: Leon Nayman Mirzə Kriçinski Radvan rus. Леон Найман-Мирза-Кричинский-Радван ; 25 sentyabr 1887, Vilnüs – noyabr 1939) — Polşa tatarlarından olan Rusiya, Krım və Azərbaycan ictimai xadimi və tarixçisi. == Həyatı == === Ailəsi === Kriçinskilər Polşa-Litva tatarlarının tarixində xüsusi iz qoymuş, qədim kökə malik bir nəsildir. Məlumatlara görə 1410–1411-ci illərdə Qızıl Ordu xanlığından çıxmış Neman bəy Litvaya gəlmişdir. Onun oğlu Konrad bəy burada knyaz tituluna qədər yüksəlmiş və özünə bağışlanmış Krıçan kəndinin adını sonradan soyad kimi qəbul etmişdir. Bu soyada malik şəxslərdən xüsusi nailiyyət qazananlardan biri də Aslan bəy Kriçinskinin atası Konstantin İliç Kriçinski olmuşdur. K. Kriçinski çar ordusunda zabit kimi xidmət etmiş, rus-türk, rus-yapon müharibələrində iştirak etmiş, general-leytenant rütbəsində istefaya çıxaraq Varşavaya köçmüşdür. Onun Mariya Matveyevna Axmatoviçlə nikahından üç oğlan uşağı dünyaya gəlmişdir ki, onların da ikisinin- Olqerd və Aslan həyatları Azərbaycan Xalq Cumhuriyyəti ilə sıx əlaqəli olmuşdur. === Təhsili === 1907–1911-ci illərdə, Sankt-Peterburq Universitetində hüquq təhsili almışdır. Tələbə olan zaman Müsəlman Tələbələr Cəmiyyəti qurmuş və faktiki olaraq onun rəhbəri olmuşdur.
Atom kristal qəfəsi
=== Atom kristal qəfəsi === Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəs == Xarakteristikası == Atom qəfəsinin düyünlərində neytral atomlar yerləşir. Atomlar arasında kovalent rabitə onların valent elektronlarının qoşalaşması hesabına yaranır. Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Kristalda kovalent rabitə sp elementləri üçün xarakterik olur. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Düyün nöqtələrində yerləşən bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir. == Uyğun element və birləşmələr == Karbonun allotropik şəkildəyişmələri (almaz, qrafit, fülleren, karbin), eləcə də bəzi elementlər (silisium, germanium) atom kristal qəfəs quruluşludur. Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.
Avstriyalı Mariya Kristina
Avstriyalı Mariya Kristina (isp. María de las Mercedes de Orleans y Borbón) (21 iyul 1858[…] – 6 fevral 1929[…], Madrid) — İspaniya kralının xanımı. == Mənbə == Chisholm, Hugh, ed. (1911). "Christina of Spain" . Encyclopædia Britannica. Vol. 6 (11th ed.). Cambridge University Press. p.
Azad şəhər Kristianiya
Azad şəhər Kristianiya (dan. Fristaden Christiania) (qısaca: Kristianiya) — Danimarkanın paytaxtı Kopenhagenin Kristianşavn bölgəsində 35 hektar ərazidə yerləşən 850 sakini olan anarxist kommuna.
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları– RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Bakı Kristal Zalı
Bakı Kristal Zalı — Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi. Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsidə burada keçirilmişdi. == Ümumi məlumat == 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırıldı. Dam örtüyünün çəkisi 2400 tondu. İnşaat prosesində 500 nəfər çalışmışdır. Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan — "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.
Brünsvikli Elizabet Kristina
Brünsvikli Elizabet Kristina (alm. Elisabeth Christine von Braunschweig‎) (28 avqust 1691, Braunşveyq – 21 dekabr 1750, Vyana) — Müqəddəs Roma imperatoru VI Karlın xanımı. Atası Brünsvik hersoqu Luiz Rudolf, anası isə Brünsvikli Kristina Luizadır. == Mənbə == Ingrao, Charles W.; Thomas, Andrew L. (2004). "Piety and Power: The Empresses-Consort of the High Baroque". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660-1815: The Role of the Consort. Cambridge University Press. pp. 107–130.
Bur-Sen-Kristof
Bur-Sen-Kristof (fr. Bourg-Saint-Christophe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Meksimyo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01054. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1173 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 764 nəfər (15-64 yaş) arasında 601 nəfər iqtisadi cəhətdən fəal, 163 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 78.7%, 1999-cu ildə bu 71.3%). 601 fəal sakindən 579 nəfər (302 kişi və 277 qadın), 22 nəfəri işsizdir (9 kişi və 13 qadın). 163 hərəkətsiz 64 nəfər arasında şagird və ya tələbə, 55 nəfər təqaüdçü, 44 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Ceyms Krilman
Ceyms Krilman (ing. James Creelman; 12 noyabr 1859, Monreal, Kvebek – 12 fevral 1915, Berlin) – ABŞ–Kanada müxbiri. Sarı jurnalistikanın nümayəndələrindən biri olmuşdur. == Həyatı == Ceyms Krilman 1859-cu ildə Monreal şəhərində doğulmuş, 1872-ci ildə Nyu-York şəhərinə köçmüşdür. Burada "Brooklyn Eagle" və "New York Herald" kimi bir neçə qəzetdə işləmişdir. Krilman sarı jurnalist hesab olunurdu, müsahibələrinə və məqalələrinə öz şərhlərini əlavə edirdi. 1894-cü ildə Yaponiya ordusunu müşayiət edərək "New York World" qəzetində Yaponiya-Çin müharibəsini işıqlandırmışdır.1898-ci ildə Vilyam Rendolf Herst Kuba müstəqillik müharibəsini "New York Journal" qəzetində işıqlandırması üçün onu müxbir kimi tutmuşdur. Krilman Kubanın tərəfini dəstəkləmiş, İspaniyaya məxsus bir blokhauzu ələ keçirmək üçün ABŞ əsgərlərinə kömək etmişdir. Krilman döyüş zamanı yaralanmışdır.Krilman "New York Journal" üçün yazmağa davam etmiş, 1906-cı ildə dövlət qulluqçusu olmuşdur. Birinci dünya müharibəsini işıqlandırmaq üçün "New York Journal" qəzetinə qayıtmışdır.
Ciddu Krişnamurti
Ciddu Krişnamurti (ing. Jiddu Krishnamurti) — Hind əsilli filosof, yazıçı. == Həyatı == 1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi. 1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi. Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi.
Corc Miller (kriketçi)
Corc Miller (19 avqust 1929 – 1 yanvar 2017) — Şotlandiyalı kriketçi. 1955-ci ildə o, birinci sinif kriket idmançısı olmuşdur. Şotlandiya Milli Kriket komandasında bir neçə oyunda iştirak etmişdir. 1966-cı ildən 1976-cı ilə qədər Şotlandiya Kriketçilər Birliyinin katibi vəzifəsini icra etmişdir.
Cırtdan Krit begemotu
Cırtdan krit begemotu (lat. Hippopotamus creutzburgi) — tükənmiş növ olaraq müasir Begemotlar cinsinə aiddir. Vaxtı ilə Krit adasında yayılmışdı. Bu növ iki yarımnövə bölünürmüş: Hippopotamus creutzburgi creutzburgi Hippopotamus creutzburgi parvusCırtdan krit begemotunun sümükləri ilk dəfə Doroteey Beyt tərəfindən 1920-ci ildə Krit adasının şərqində aşkarlanmışdır. Cırtdan krit begemotu çox guman ki, Avropa begemotundan törəmişdir.
Elvin Kristoffel
Elvin Kristoffel (alm. Elwin Bruno Christoffel‎ 10 noyabr 1829[…] – 15 mart 1900[…], Strasburq) — alman riyaziyyatçısı. Bir alman riyaziyyatçısı olan Elvin Bruno Kristoffel 1829-cu ildə Reynlandda anadan olmuşdur. Əvvəllər Sürix Politexnikumunda,sonralar isə Berlin və Strasburq Universitetlərində riyaziyyat professoru olaraq işləmişdir. Xüsusilə, Abel funksiyaları, cəbri funksiyalar, törəməli tənliklər və differensial həndəsə üzərində çalışmaları vardır. Reymann ilə birlikdə riyaziyyata tensor anlayışını gətirdilər və tensor hesabı üzərində çalışdılar.
Faze Kristmas
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Fraksion kristallaşma
Fraksion kristallaşma — maqmada kristallaşan mineralların qravitasion çökməsi qalıq mayenin sıxılıb çıxarılması və başqa proseslər nəticəsində maqmatik ərinti və ya məhlul ilə bərk faza arasındakı qarşılıqlı təsirin kəsilməsi. Fraksion kristallaşma diferensial kristallaşma şəklində baş verir. Bu proses təbii ərintilərin (maqmanın) diferensiasiyasının əsas yollarından biridir. == Həmçinin bax == Qravitasion çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Fransis Krik
Fransis Harri Kompton (8 iyun 1916[…], Northempton – 28 iyul 2004[…], La-Hoyya[d], Kaliforniya) ― İngilis molekulyar bioloq, biofizik və nevroloq idi. O, Ceyms Uatson və Rosalind Franklin DNT molekulunun sarmal quruluşunun deşifrə edilməsində mühüm rol oynadılar. Krik və Uatson'un 1953-cü ildə "Təbiət" jurnalında yazdığı məqalə DNT quruluşunu və funksiyalarını öyrənmək üçün təkan verdi. Moris Uilkins ilə birlikdə "Nuklein turşularının molekulyar quruluşu və canlı materialda məlumat ötürülməsi üçün əhəmiyyətinə dair kəşflərinə görə" 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdülər. Krik nəzəri molekulyar bioloq olması DNT-nin sarmal quruluşunu ortaya çıxarmaq ötrü əlaqəli araşdırmalar aparmasında mühüm rol oynadı. Məlumat nuklein turşularından (DNT və ya RNT) zülallara ötürüldükdə, nuklein turşularına geri dönə bilməyəcəyi fikrini ümumiləşdirmək üçün "mərkəzi dogma" ifadəsini istifadə etməklə məşhurdur. Başqa sözlə, nuklein turşularından zülallara informasiya axınındakı son addım geri dönməzdir. Karyerasının qalan dövründə J.V.Kiekhefer, Kaliforniya, La Jolladakı Salk Bioloji Araşdırmalar İnstitutunda xüsusi tədqiqat professoru kimi fəaliyyət göstərmişdir. Onun sonrakı tədqiqatları nəzəri neyrobiologiya və insan şüurunun elmi tədqiqatını inkişaf etdirmək cəhdləri üzərində quruldu. Ölənə qədər bu vəzifədə qaldı; Kristoff Kox, "elm adamı ölüm yatağından acı sona qədər bir əlyazma yaratmalıdır" dedi.
Fred Krist Tramp
Frederik Krist Tramp (ing. Frederick Christ Trump; 11 oktyabr 1905, Bronks, Nyu-York ştatı – 25 iyun 1999) — ABŞ inşaatçısı, investoru və biznesmeni. Biznesmen və siyasətçi Donald Trampın və ABŞ Apelyasiya Məhkəməsinin hakimi Marianna Tramp Barrinin atasıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2016 •••••••••••••••••••• 0.17

"kri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kri nədir? #kri sözünün mənası #kri nə deməkdir? #kri sözünün izahı #kri sözünün yazılışı #kri necə yazılır? #kri sözünün düzgün yazılışı #kri leksik mənası #kri sözünün sinonimi #kri sözünün yaxın mənalı sözlər #kri sözünün əks mənası #kri sözünün etimologiyası #kri sözünün orfoqrafiyası #kri rusca #kri inglisça #kri fransızca #kri sözünün istifadəsi #sözlük