Kristallar
Kristallar — atom və ya molekulları müəyyən nizamlı vəziyyət tutan bərk cisimlərdir.
Monokristallar — eyni bir elementar qəfəsin(struktur elementinin) bütün istiqamətlərdə təkrarlanması ilə yaranan kristala deyilir. Bu nizamlı düzülüş kristalın xarici formasında da özünü büruzə verir. Təbiətdə rast gəlinən bütün monokristalları eiementar qəfəsin formasına görə yeddi sinqoniyaya, malik olduqları simmetriya elementlərinin dəstinə görə 32 kristalloqrafik sinifə ayırmaq olar. Monokristalları digər bərk cisimlərdən fərqləndirən əsas əlamət onların fiziki xassələrinin istiqamətdən asılı olmasıdır.
Anizotropluq — fiziki xassələrin istiqamətdən asılı olmasına deyilir. Monokristalların elektrik keçiriciliyi , istilik keçiriciliyi, optik xassələri, mexaniki xassələri və s. istiqamətdən asılıdır.
Polikristallar — çoxlu sayda kiçik və müxtəlif istiqamətlərdə yönəlmiş monokristallardan yaranmış bərk cisimlərdir. Polikristallardan məsələn metallardan istənilən formalı cisimlər düzəldilir.