Kristian sözü azərbaycan dilində

Kristian

Yazılış

  • Kristian • 99.6619%
  • KRİSTİAN • 0.2028%
  • kristian • 0.1352%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kristian
Kristian — ad. Bu adı olan tanınmış şəxslərKristian Benites — Meksikanın "Amerika" klubunun və Ekvador millisinin futbolçusu. Kristian Pulhak — Qəbələ FK oyunçusu Kristian Vasilkan — Bakcell-in texniki direktoru. Kristian Vulf — Almaniya prezidenti. Kristian Beyl — ingiltərəli aktyor. Kristian Lorenz — almaniyalı musiqiçi Kristian Dior — fransız modelyer. Kristian Ponsele — konservativ fransız siyasətçisi, Kristian Dopler — Avstriyalı riyaziyyatçı və fizik.
Kral-Kristian
Kral-Kristian (ing. King Cristian Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları və Sverdrup adaları qruplarına daxildir. Hal-hazırda adada həyat əlaməti yoxdur (2012). == Coğrafiyası == Ada Kraliça Yelezaveta adalarının qərbində yerləşir, 13,5 km cənub-qərbdə Ellef-Rinqnes adası qərar tutur ki, Datç boğazı vastəsi ilə ayrılır. Baterst adasını adadan Mak-Klin boğazı ayırır. Sahəsi 645 km², sahil xətdinin uzunluğu 116 km təşkil edir. Adanın uzunluğu 40 km, maksimal eni — 26 kilometrdir. Adanın səthi düzənliklərdən ibarət olaraq hündürlüyü 40–110 metr təşkil edir. Ən hündür nöqtəsi 165 metrdir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə Otto Sverdrup tərfindən kəşf edilir və adlandırılır.
Kristian Alvestam
Kristian Alvestam (14 aprel 1976) — Vokalçı, bəstəkar, gitaraçı və barabançı. O, ən çox İsveçin ən yaxşı Melodik death metal qrupu Scar Symmetry-in vokalisti kimi tanınıb.Solution .45 və Miseration qruplarının albomlarında da oxumuş, və hazırda bir neçə qruplar da çıxış edir. Bir çox qrupların müxtəlif albom qeydlərin də iştirak edib, amma daha çox öz təmiz vokal diapazonuna və güclü qroul edən birisi olaraq metal aləmdə tanınır. == Çıxış etdiyi qruplar == Scar Symmetry Solution .45 Miseration Incapacity Quest of Aidance Solar Dawn Syconaut The Few Against Many Torchbearer Unmoored Carnalized == Özünün Self 2.0 albomu == Kristian Alvestam 2012-ci ildə özünün proqresiv rok/elektronik üslubunda Self 2.0 albomunu buraxmışdır.
Kristian Amanpur
Kristian Amanpur (fars. کریستین امان‌پور‎; 12 yanvar 1958, İlinq[d], Midlseks[d]) — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır. == Həyatı == Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. Bacısı Londonda yerləşən jurnalistika məktəbində qeydiyyatdan keçir və təhsil haqqını ödəyir, lakin Kristianın bacısı jurnalistika məktəbinə getməkdən imtina edir, onun yerinə Christiane jurnalistika məktəbinə özü gedir == Kariyerası == Rhode Island universitetində təhsil almaq üçün ABŞ-yə getmiş və 1983-cü ildə həmin universitetdən məzun olmuşdur.
Kristian Asllani
Krisian Asllani (9 mart 2002, Elbasan[d]) – İtaliya A Seriyasında çıxış edən İnterin futbolçusu. Müqavilə ilə Empoliyə məxsusdur. == Karyerası == === Empoli === Empolidə ilk matçına 13 yanvar 2021-ci ildə keçirilən Napoli-Empoli matçının 85-ci dəqiqəsində çıxıb. Matç Napolinin 3-2 hesablı qələbəsi ilə başa çatıb. Empolidə ilk qolunu isə 6 may 2022-ci ildə keçirilən İnter-Empoli matçının 28-ci dəqiqəsində vurub. Matç İnterin 4-2 hesablı qələbəsi ilə başa çatıb. === İnter (icarə) === İnterdə ilk matçına 12 iyul 2022-ci ildə keçirilən Luqano-İnter matçında çıxıb. Matça start heyətdə başlayan Kristian Asllani 88-ci dəqiqədə əvəzlənib.Matç İnterin 1-4 hesablı qələbəsi ilə başa çatıb.
Kristian Bannis
Kristian Bannis (4 yanvar 1992-ci ildə Danimarkada anadan olub) — Tarup-Paarup klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Bannis 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 46-cı dəqiqədə Andres Hunsballe ilə əvəz olunmuşdur.
Kristian Benites
Kristian Benites (ing. Christian Rogelio Benítez Betancourt, 1 may, 1986. Ekvador – 29 iyul, 2013. Doha) — Meksikanın "Amerika" klubunun və Ekvador millisinin futbolçusu. == Həyatı == 1 may 1986-cı ildə anadan olub. Hücumçu Kristian Benites 2005-ci ildən Ekvador millisinin formasını geyinib. 2009-2010 mövsümündə o, İngiltərənin "Birminhem Siti" klubunda da çıxış edib. 2013-cü ilin iyul ayının 29-da 27 yaşlı futbolçu ürək tutmasından dünyasını dəyişib.
Kristian Beyl
Kristian Şarl Filip Beyl (ing.Christian Charles Philip Bale; 30 yanvar 1974[…]) — ingiltərəli aktyor. == Həyatı == Kristian Beyl 30 yanvar 1974-cü ildə Uelsin Heyverfordvest şəhərciyində, sənətçi ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub. == Karyerası == 10 yaşında birinci dəfə səhnəyə çıxan Kris ilk olaraq məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və onu "Ağıldan kəm" pyesinə götürüb. Tezliklə balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər. Onun böyük kinematoqrafdakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alıb. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırıb. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino, elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi oldu. Bu filmdəki roluna görə Kristian Beyl ABŞ Kinotənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülüb.
Kristian Dior
Kristian Dior (21 yanvar 1905[…] – 24 oktyabr 1957) — fransız modelyer. == Həyatı == O, 1940-cı illərin sonları və 1950-ci illərin əvvəllərinin ən qüdrətli və nüfuzlu modelyeri, həmçinin müharibədən sonrakı illərdə modanın yeni erasını açmaqla yanaşı, həm də adını tarixə modanın tacsız şahı kimi yazdırdı. Dior bu modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaratdı. O, bir neçə məhsulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını qoydu. Kristian Dior öz xatirələrində belə yazırdı: "Karyeram barədə danışmağa başlamazdan əvvəl böyük hərflərlə «UĞUR» sözünü yazmasam naşükür olaram". 1905-ci ildə kiçik bir əyalətdə dünyaya göz açan Kristian xoşbəxt uşaqlıq dövrü keçirib. O, tədris ilində Parisdə təhsil alır, yay tətillərini isə Normandiyada keçirirdi. Onun gələcək karyerasından xəbər verən yeganə işarət Kristianın hələ kiçik yaşlarından vətəni Qranvildə keçirilən karnavallar üçün kostyumları özünün hazırlaması idi. Parisdə olarkən o bütün asudə vaxtlarını muzey və qalereyalarda keçirirdi. Ailəsinin istəyi ilə politologiya üzrə təhsil aldıqdan sonra Kristian Dior yenidən bütün vaxtını öz sevimli məşğuliyyətinə həsr edir.
Kristian Dobrev
Kristian Dobrev (bolq. Кристиан Добрев; 27 aprel 2001-ci ildə anadan olub) — Botev Plovdiv PFK komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. == Karyerası == Kristian öz peşəkar karyerasına yerli komandalardan olan Neftoximik Burqas klubunun gənclər komandasında start vermişdir. 2014-cü ilin may ayında isə Botev Plovdiv PFK klubunun akademiyasına qəbul olmuşdur. Dobrev öz peşəkar karyerasında debütünü Botev Plovdiv klubu ilə 26 noyabr 2016-cı ildə Ludoqorets Razqrad klubu ilə oyunda etmişdir. O, Omar Kossokonu əvəz etmişdir. Həmin görüşdə Botev Ludoqoretsə evdə 1-3 hesabı ilə məğlub olmuşdur.
Kristian Dopler
İohann Kristian Andreas Dopler (29 noyabr 1803[…], Zalsburq, Müqəddəs Roma imperiyası – 17 mart 1853[…], Venesiya, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — Avstriyalı riyaziyyatçı və fizik. 1800-cü illərin ortalarında öz adı ilə adlandırıldığı "Dopler effekti" sayəsində məşhurlaşdı. Kristian Dopler radio dalğası yayan hər hansı bir cismin müşahidəçiyə yaxınlaşıb-uzaqlaşdıqca tezliyinin dəyişirmiş kimi müşahidə olunması nəzəriyyəsini fikrini söyləmişdir. == Həyatı == Kristian Dopler Avstriyanın Salzburq kəndində olduqca istedadlı divar ustasının ailəsində anadan olmuşdur.Ancaq vücudu zəif,xüsusilə də xəstə olduğu üçün tez-tez atası ilə birgə çalışa bilməmişdir.Salzburqda lisey təhsilini tamamladıqdan sonra Vyanada astronomiya və riyaziyyatla bağlı ciddi işlər görən Dopler, 1841-ci ildən etibarən Çex Texnik Universitetində riyaziyyat və fizika professoru olaraq çalışmışdır. Bir il sonra, onu dünyaya məşhurlaşdıran Dopler effekti haqda məqalə yazıb, Praqadakı professorluq karyerası boyunca riyaziyyat,fizika və astronomiya mövzularında 50-dən çox elmi iş nəşr etdirmişdir. Praqadakı araşdırmaçılıq karyerası, 1848-ci ildə baş verən inqilablar səbəbindən yarımçıq qalmış və Vyanaya qaçmaq məcburiyyətində qalmışdır. 1850-ci ildə Vyana Universiteti nəzdində olan "Təcrübi Fizika universiteti"nə başçılıq etmişdir. 1853-cü ildə 50 yaşında olarkən Venesiyada ağciyər xəstəliyi səbəbindən vəfat etmişdir. == Ədəbiyyat == Храмов Ю. А. Физики. часть = Доплер Христиан (Doppler Johann Christian), с.
Kristian Eiykman
Kristian Eiykman (11 avqust 1858[…] – 5 noyabr 1930[…], Utrext, Utrext[…]) — Niderland bakterioloqu və həkim, Nobel mükafatı laureatı. Amsterdam Universitetini bitirmişdir. 1886-cı ildən İndoneziyada hərbi həkim, 1888-ci ildən Cakartada Batava patologiya laboratoriyasının direktoru, 1898–1928-ci illərdə Utrext Universitetində gigiyena professoru olmuşdur. Əsas əsərləri vitaminologiya üzrədir. Bir sıra xəstəliklərin mənbəyi kimi vitamin çatışmazlığı faktını kəşf etmişdir.
Kristian Klaiver
Kristian Cin Mari Klavye — aktyor, rejissor. == Həyatı == Klavyer keçmiş Fransa prezidnti Nikola Sarkozinin dostudur və son zamanlar Fransua Hollande kriminal vergi siyasətinin nəticəsi olaraq İngiltərəyə mühacirət etmişdir. O, fransız rejissor Staphen Klayvenin qardaşıdır.
Kristian Klavye
Kristian Cin Mari Klavye — aktyor, rejissor. == Həyatı == Klavyer keçmiş Fransa prezidnti Nikola Sarkozinin dostudur və son zamanlar Fransua Hollande kriminal vergi siyasətinin nəticəsi olaraq İngiltərəyə mühacirət etmişdir. O, fransız rejissor Staphen Klayvenin qardaşıdır.
Kristian Kostov
Kristian Konstantinov Kostov (bolq. Кристиан Константинов Костов, rus. Кристиа́н Константи́нович Ко́стов; 15 mart 2000, Moskva) — Bolqar-rus-qazax mənşəli Bolqarıstan müğənnisi. O Rusiyanın Golos deti yarışmasının finalçısı, Bolqarıstanın X Factor musiqi yarışmasının isə ikincisi olmuşdur. Kristian "Beautiful Mess" mahnısı ilə Bolqarıstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kristian Kostov 15 mart 2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Kristianın atası milliyətcə Bolqar, anası isə Qazaxıstanlıdır. Onun bir qardaşı və bir bacısı var. Kristianın atası hələ uşaq ikən ona bolqar və ingilis dillərini öyrətmişdir. == Musiqi karyerası == === 2014–2016: Golos deti və X Factor yarışmaları === Kristian Kostov 2014-cü ildə Rusiyanın uşaqlar üçün təşkil etdiyi Golos Deti səs yarışmasında iştirak etmişdir.
Kristian Kristensen
Kristian Bommelund Kristensen (3 sentyabr 1989-cu ildə Danimarkada anadan olub) — Futzal Gentofte futzal klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futzalçıdır. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Bommelund Kristensen 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 84-cü dəqiqədə Rasmus Yohanssonu əvəz etmişdir.
Kristian Lanqe
Kristian Lous Lanqe — (17 sentyabr 1869[…], Stavanqer[d] – 11 dekabr 1938[…], Oslo) Norveçli tarixçi, müəllim və politoloq. O, internasionalizm nəzəriyyəsi və praktikasının dünyadakı ən qabaqcıl təmsilçilərindən biri idi. == Həyatı == Kristian Lanqe Stavanqerdə anadan olub. Onun atası hərbi mühəndis idi və tarixçi Kristian Kristof Andreas Lanqenin nəvəsi idi. O,1887-ci ildə orta məktəbi bitirdikdən sonra, səyahət etməyə və Oslo Universitetində tarix, ingilis və fransız dillərini öyrənməyə davam etdi. 1893-cü ildə filologiya elmləri namizədi dərəcəsinə yiyələndi. Uzun illər orta məktəblərdə müəllimlik etdi və doktorluq dərəcəsinə yiyələnmək üçün Oslo Universitetinə müraciət etdi. == Karyerası == 1899-cu ildə, Parlamentlərarası Birliyin Oslo konfransını təşkil edən komitənin katibi təyin edildikdə, müxtəlif ölkələrin parlamentariləri arasında müzakirələrin aparılmasına həsr olunmuş təşkilatın, internasionalist hərəkatının ilk rəsmisi oldu. Növbəti il,Norveç Parlamentinin Nobel Komitəsinin katibi elan edildi və 1909-cu ildə vəzifəsindən imtina etməsinə baxmayaraq,Norveç Nobel İnstitutunun ilk günlərində əsas rol oynayacaqdı. Bu müddət ərzində İkinci Haaqa Sülh Konfransının Norveç texniki nümayəndəsi oldu.
Kristian Lorens
Kristian "Fleyk" Lorenz, (d.16 noyabr 1966); almaniyalı musiqiçidir. O, Rammstein qrupunda klaviş ifaçısıdır. Eyni zamanda "Feeling B" qrupundakı rolu ilə də tanınmışdır. == Bioqrafiyası == Lorenz ailəsi tərəfindən övladlığa götürülən Flake iki ögey qardaşı ilə birlikdə böyümüşdür. Erkən yaşlarında pianoya ilk uşaqlıq dostlarından biri piano ifa edə bildiyi üçün maraq göstərmşdir. Ailəsi onu musiqi məktəbinə göndərmişdir. 15 yaşında ad gününde 100 Marka aldıqları pianonu hədiyyə etmişdilər. Hal hazırda böyüdüyü Prenzlauer Berg'də yaşayır, hətta qrup məşqlərinə gedərkən hər gün köhnə məktəbinin önündən keçir. Uşaqlıqda qəzet paylayan işləmişdir. Əslində həmişə cərrah olmaq istəmişdir, ancaq hərbi xidməti rədd etdiyi üçün ali təhsilinə icazə verilməmişdir.
Kristian Lorenz
Kristian "Fleyk" Lorenz, (d.16 noyabr 1966); almaniyalı musiqiçidir. O, Rammstein qrupunda klaviş ifaçısıdır. Eyni zamanda "Feeling B" qrupundakı rolu ilə də tanınmışdır. == Bioqrafiyası == Lorenz ailəsi tərəfindən övladlığa götürülən Flake iki ögey qardaşı ilə birlikdə böyümüşdür. Erkən yaşlarında pianoya ilk uşaqlıq dostlarından biri piano ifa edə bildiyi üçün maraq göstərmşdir. Ailəsi onu musiqi məktəbinə göndərmişdir. 15 yaşında ad gününde 100 Marka aldıqları pianonu hədiyyə etmişdilər. Hal hazırda böyüdüyü Prenzlauer Berg'də yaşayır, hətta qrup məşqlərinə gedərkən hər gün köhnə məktəbinin önündən keçir. Uşaqlıqda qəzet paylayan işləmişdir. Əslində həmişə cərrah olmaq istəmişdir, ancaq hərbi xidməti rədd etdiyi üçün ali təhsilinə icazə verilməmişdir.
Kristian Makun
Kristian Frederik Bayoi Makun Reyes (5 mart 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən Kamerun əsilli peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Makun Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Kristian Müllek
Kristian Müllek — Fransız meteoroloq, ornitoloq, fotoqraf və eko-aktivist. 1960-cı ildə Fransanın Loryan şəhərində anadan olmuşdur. == Məşhurluğu == 1995-ci ildə Müllek köçəri quşların miqrasiya yollarına insanın təsiri probleminə ictimaiyyətin diqqətini çəkir. Xüsusilə o, qeyd edir ki, ağ alınqazlar artan hava uçuşlarına görə illik uçuşlarını Almaniyadan İsveçə etməkdə getdikcə çətinlik çəkirlər. Avstriyalı zooloq Konrad Lorenzlə məsləhətləşdikdən sonra Mullek qazları əhliləşdirməyi və onları çox yüngül olan deltaplanda müşayiət etməyi öyrəndir, sürünü təhlükəsiz marşrutla idarə edir. Müllek nəsli kəsilməkdə olan kiçik ağqaşlı qazların (lat. Anser erythropus) qorunmasında da fəal iştirak edir. Kristian Müllekin hekayəsi fransız rejissoru Nikolas Vanerin “Qanadlarını aç” filminin əsasını təşkil edib. Filmin premyerası 25 oktyabr 2019-cu ildə Fransada baş tutmuşdur.
Kristian Offenberq
Kristian Offenberq (30 noyabr 1987-ci ildə Danimarkada anadan olub) — Avarta klubunda hücumçu kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Offenberq 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, görüşdə klubun kapitanı olmuş və 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Kristian Ponsele
Kristian Ponsele (fr. Christian Poncelet; 24 mart 1928[…] – 11 sentyabr 2020[…]) — konservativ fransız siyasətçisi, 1998-2008-ci illərdə Fransa Senatının Prezidenti. Fransa prezidenti Nikola Sarkozinin rəhbəri olduğu Xalq Hərəkatı İttifaqının üzvü.
Kristian Pulhak
Kristian Pulhak (d.17 avqust, 1984, Rumıniya) — Qəbələ FK oyunçusu == Həyatı == Kristian Pulhak 17 avqust 1984-cü ildə Rumıniyada anadan olub. Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - "Dinamo" Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın "Herkules" klubunda icarə əsasında top qovub. "Qəbələ" FK müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edib. 2002-2003 mövsümündə "Poyana Kampina", 2003-2004-cü il mövsümündə "Sportul Studentses"da oynayıb. O, 2006-cı ildən dəvət aldığı Rumıniya millisinin 3 dəfə formasını geyinib.
Kristian Pulişiç
Kristian Mate Pulişiç (ing. Christian Mate Pulisic /ˈmɑːteɪ pəˈlɪsɪk, ˈpʊlɪʃɪtʃ/ ; xorv. Pulišić, 18 sentyabr 1998, Herşi[d], Pensilvaniya) — Çelsi klubu və ABŞ milli komandasının hücumameyilli yarımmüdafiəçisi və ya cinah oyunçusu kimi çıxış edən amerikalı peşəkar futbolçu. Yüksək səviyyəli oyunu və milli mənsubiyyətinə görə ona azarkeşlər və digər oyunçular tərəfindən "Kapitan Amerika" ləqəbi verilib.Pulişiç peşəkar karyerasına Almaniyanın Borussia Dortmund klubunda başlamış, burada o, komandanın gənclər akademiyasında sürətlə irəlilədi və yalnız 15 gənclər oyununda iştirak etdi. Daha sonra 2016-cı ildə 17 yaşında böyüklər komandasına yüksəldi. O , klubdakı ilk mövsümündə az-az çıxış etdi, lakin 2016–17 DFB-Pokal-ı qazanan Dortmund komandasında əsas dayaq olduğu sonrakı kampaniyada onun iştirakı kəskin şəkildə artdı. 2018-ci ildə o, 21 yaşa qədər ən yaxşı oyunçuya verilən ilk Kopa Trofi yarışında ikinci yeri tutdu. 2019-cu ilin yanvarında Pulişiç 73 milyon dollar dəyərində transfer ilə Çelsiyə keçdi, ki bu da onu bütün zamanların ən bahalı Şimali Amerikalı oyunçusu etdi və 2019–20 mövsümündə klubda oynamağa başladı. 21 yaşında o, het-trik edən ən gənc Çelsi oyunçusu oldu. 2020–21 UEFA Çempionlar Liqası zamanı Pulişiç ən gənc Çelsi oyunçusu və yarımfinalda qol vuran ilk amerikalı oldu.
Azad şəhər Kristianiya
Azad şəhər Kristianiya (dan. Fristaden Christiania) (qısaca: Kristianiya) — Danimarkanın paytaxtı Kopenhagenin Kristianşavn bölgəsində 35 hektar ərazidə yerləşən 850 sakini olan anarxist kommuna.
Hand–Şüller–Kristian xəstəliyi
Hand–Şüller–Kristian xəstəliyi — Multifokal Langerhans hüceyrələrinin histiositozu ilə əlaqəli xəstəlik. Bu xəstəlik zamanı ekzoftalm, litik sümük lezyonları (tez-tez kəllədaxili) və şəkərsiz diabet (hipofizin funksiyasının azalması) də müşahidə oluna bilər.Xəstəlik öz adını Amerika pediatrı Alfred Hand Jr, Avstriya nevroluqu və radioloqu Artur Şüller və Amerika cərrahı Henri Eşbari Kristiandan almışdır. Onlar xəstəliyi müvafiq olaraq, 1893, 1915/16 və 1919-cu ildə aşkar etmişdir.
Hans Kristian Hansen
Hans Kristian Hansen (8 noyabr 1906[…], Orhus, Mərkəzi Yutlandiya[d] – 19 fevral 1960[…], Kopenhagen) — Danimarka dövlət və siyasi xadimi. == Həyatı == Əmək fəaliyyətinə mətbəə fəhləsi kimi başlamışdır. Gənc yaşlarından Danimarka Sosial-Demokrat hərəkatına qoşulmuşdur. 1935-1939-cu illərdə Sosialist Gənclər İnternasionalının sədri olmuşdur. 1936-cı ildən Danimarka Sosial-Demokrat Partiyasından (DSDP) parlament deputatı olmuşdur. 1939-41, 1945-1953-cü illərdə Danimarka Sosial-Demokrat partiyasının katibi olmuşdur. İkinci Dünya müharibəsi dövründə Müqavimət hərəkatında fəal iştirak etmişdir. 1945-ci ildə və 1947-1950-ci illərdə Danimarka maliyyə naziri işləmişdir, bir ay müddətində ticarət naziri olmuşdur. 1953-cü ildə xarici işlər naziri təyin edilmiş və 1958-ci ilədək bu vəzifədə işləmişdir. 1955-60-cı illərdə isə Danimarkanın baş naziri olmuşdur, eyni zamanda DSDP-nin sədri idi.
Hans Kristian Qram
Hans Kristian Qram (dan. Hans Christian Gram) (13 sentyabr 1853[…], Kopenhagen – 14 noyabr 1938[…], Kopenhagen) — Dan bakterioloq. Hüquq Professoru olan Frederik Terkel Qram və Luis Kristian Roulun övladı olmuşdur. Kopenhagen Universitetində botanika oxudu və sonra zooloq Yapetus Steenstrupun assistenti kimi işləməyə başladı. Bitkiylə bağlı işləri onu farmakologiya əsasları və mikroskopun istifadəsini öyrənməsinə gətirib çıxardı. 1878-ci ildə tibb məktəbində təhsil almağa başladı və 1883-cü ildə məzun oldu. Eyni zamanda təhsili boyunca Avropanı gəzdi. 1884-ci ildə Berlində, iki böyük bakteriya sinfinin ayırd edilməsi üçün bir üsul inkişaf etdirdi. Metod Qram boyama adını aldı və biokimya və mikrobiologiya standart prosedur oldu. 1891-ci ildə Qram farmakologiya dərsləri verməyə başladı və ilin sonunda Kopenhagen Universitetində farmakologiya professoru təyin olundu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.76 dəfə / 1 mln.
2002 ••••••••••• 10.28
2003 •••••••••••••••••• 17.32
2004 •••••••••••••••••••• 19.20
2005 ••••••••••••••• 14.17
2006 •••••••••••••• 13.74
2007 ••••••••••• 10.36
2008 ••••••• 6.33
2009 ••••••• 6.40
2010 •••••••••••••• 13.98
2011 ••••••••••• 10.64
2012 •••••••••••••••••• 17.64
2013 ••••••••••• 10.65
2014 •••••• 5.49
2015 •••••••••• 9.36
2016 ••••••••••• 10.07
2017 •••••••••••••••••••• 20.00
2018 •••••• 5.69
2019 ••••• 4.87
2020 ••• 2.39

Oxşar sözlər

#kristian nədir? #kristian sözünün mənası #kristian nə deməkdir? #kristian sözünün izahı #kristian sözünün yazılışı #kristian necə yazılır? #kristian sözünün düzgün yazılışı #kristian leksik mənası #kristian sözünün sinonimi #kristian sözünün yaxın mənalı sözlər #kristian sözünün əks mənası #kristian sözünün etimologiyası #kristian sözünün orfoqrafiyası #kristian rusca #kristian inglisça #kristian fransızca #kristian sözünün istifadəsi #sözlük