Krişna sözü azərbaycan dilində

Krişna

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Krişna • 53.9216%
  • krişna • 46.0784%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Krişna
Krişna (sanskr. कृष्ण, kṛṣṇaIAST) — Hinduizmdəki Tanrı formalarından biri olan Vişnunun səkkizinci avatarası, ən məşhur hind tanrılarından biri kimi təsvir olunur. Monoteist ənənədə Krişnaizm bütün avatarların mənbəyi olan Tanrının ali və orijinal forması kimi qəbul edilir. Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Somanahalli Mallaya Krişna
Somanahalli Mallaya Krişna (ing. Somanahalli Mallaiah Krishna, kann. ಸೋಮನಹಳ್ಳಿ ಮಲ್ಲಯ್ಯ ಕೃಷ್ಣ; 1 may 1932, Somanahalli, Maysur, Hindistan) — Hindistan siyasətçisi. == Həyatı == 1 may 1932-ci ildə anadan olmuşdur. Hindistanın Karnataka ştatının Maysor şəhərində Maharaca kollecində incəsənət bakalavrı dərəcəsini aldıqdan sonra S.M.Krişna Banqalor şəhərində Hökumət Hüquq Kollecində hüquq üzrə ali təhsilini almışdır. ABŞ-nin Dallas şəhərində yerləşən Cənubi Metodist Universiteti və Corc Vaşinqton adına Universitetində təhsilini davam etdirmişdir. ABŞ prezidenti C.F.Kenedinin seçkiqabağı kampaniyasında iştirak etməklə S.M.Krişna siyasətə maraq göstərməyə başlamışdır. ABŞ-dən Hindistana qayıtdıqdan sonra Banqalor şəhərində Renukaçarya Hüquq Kollecində Beynəlxalq hüquq üzrə professor çalışmışdır. Banqalor şəhərini Hindistanın İT paytaxtına çevirdiyi üçün S.M.Krişnanı Banqalorun atası adlandırmışlar. Hindistan Milli Konqresinin üzvüdür.
Ciddu Krişnamurti
Ciddu Krişnamurti (ing. Jiddu Krishnamurti) — Hind əsilli filosof, yazıçı. == Həyatı == 1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi. 1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi. Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi.
Krişnaizm
Krişnaizm (sanskrit. Kṛṣṇaism) - Vişnunun avatarı olmayan bütün reallığın mənbəyi Parabrahman olan Svayam Bhaqavan olaraq Krişnaya sədaqət mərkəzində olan Vaişnavizm ilə əlaqəli sampradayaların müstəqil bir Hindu ənənələrinin böyük bir qrupudur. Şri Vaişnavizm, Ramaizm, Radhaizm, Sitaizm və s. kimi Vaişnavist qruplaşmalarından fərqi budur. Krişnaizm eramızdan əvvəl son yüzillərdə, "ilahi uşaq" Bala Krişnanın pərəstişkarları və təkallahlı Bhaqavatizmin Qopala-Krişna ənənələri ilə bir neçə əsr sonra birləşən qəhrəman Vasudeva Krişnanın davamçılarından meydana gəlmişdir. Mahabharata qanunundakı qeyri-Vedik olmayan ənənələr, ortodoks quruluşa məqbul olmaq üçün özünü ritualist Vedizmlə əlaqələndirir. Krişnaizm orta əsrlər dövründə bhakti yoqa və bhakti hərəkəti ilə əlaqələndirilir. Krişnaistlər üçün ən diqqətəlayiq hind kitabları Bhaqavad Gita, Harivamsa (həmçinin, Mahabharata) və Bhaqavata Purana oldu. == Tarixi == Krişnaizm erkən orta əsrlərdə qəhrəman Vasudeva Krişna, Bala Krişna və Qopala ənənəsi olan "İlahi Uşaq" və Mahabharata qanunu ilə qeyri-Vedik ənənələrinin sinkretizminin birləşməsindən yaranan bir mənşədir, həmçinin Vedizm ilə əlaqəlidir çünki pravoslav müəssisəsinə məqbul idi. Krişnaizm orta əsrlərdə Bhakti Yoqa ilə əlaqəli olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.36 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 2.02
2009 •••• 0.32
2010 ••••••• 0.64
2011 ••• 0.26
2015 •• 0.17
2016 ••••••• 0.69
2017 ••••••••••••••• 1.46
2018 •••••• 0.60
2019 •• 0.14
2020 •••••• 0.53

krişna sözünün leksik mənası və izahı

Oxşar sözlər

#krişna nədir? #krişna sözünün mənası #krişna nə deməkdir? #krişna sözünün izahı #krişna sözünün yazılışı #krişna necə yazılır? #krişna sözünün düzgün yazılışı #krişna leksik mənası #krişna sözünün sinonimi #krişna sözünün yaxın mənalı sözlər #krişna sözünün əks mənası #krişna sözünün etimologiyası #krişna sözünün orfoqrafiyası #krişna rusca #krişna inglisça #krişna fransızca #krişna sözünün istifadəsi #sözlük