kse sözü azərbaycan dilində

kse

Yazılış

  • kse • 33.3333%
  • kSE • 33.3333%
  • KSE • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
II Kserks
II Kserks (/ ˈzɜːrksiːz /; Qədim Fars dili: 𐎧𐏁𐎹𐎠𐎼𐏁𐎠, romanlaşdırılmış: Xšayaṛša, "qəhrəmanlara hökmranlıq etmək"; Qədim yunan: Ξέρξης, romanlaşdırılmış: Xérxēs, [ksérksɛːs]; e.ə. 424 , I Artakserksin oğlu və varisi olaraq çox qısa müddətdə Əhəmənilər İmperiyasının hökmdarı. == Həyatı == Yalnız Pers əyalətinə qırx beş günlük hakimiyyətindən sonra e.ə. 424-cü ildə ögey qardaşı Sogdianus tərəfindən öldürüldü və altı ay sonra II Dara (e.ə. 475-404) tərəfindən öldürüldü. Əsasən Ktesiya yazılarından bilinən qaranlıq bir tarixi şəxsiyyətdir. Bildirilir ki, o, I Artakserks və Damaspia'nın yeganə qanuni oğluydu və vəliəhd olaraq xidmət etdiyi bilinir. I Artakserks'in xatırladan son daşyazı e.ə. 424-cü ilə aiddir. II Kserks, taxt-tacı ələ keçirməyə müvəffəq olmuşdu, ancaq iki ögey qardaşı taxt üçün iddia etdilər.
I Kserks
I Kserks (Farsca: Xəşayarşah (خشایارشاه); e.ə. 519, İran – e.ə. 465) — Əhəməni imperiyasının şahıydı. Yunanca Əski fars hökmdar adlarından Xšayāršā (Hşayarşa) sözündən gələn Kserks, "qəhrəmanlar kralı" anlamına gəlir.Fars kralı I Kserks, illərdən bu yana atası I Daranın yunanlılara qarşı başlatdığı savaşı sürdürmək üçün hazırlanırdı. Afinaya qarşı böyük orduyla səfərə çıxdı. Bizim eradan əvvəl E.ə. 484-cü ildə I Kserks başçılığındaki ordu Anadoluya çatdı və Çanaqqalada, Çanaqqala boğazından(Dardanel)in qarşı sahilində yerləşən Abidosa gəmilərdən bir körpü qurub əsgərlərini boğazdan qarşıya keçirdi. Herodot, I Kserksin beş milyondan artıq adamı olduğunu söyləse də, ozan Simon bu sayın üç milyon yaxınlığında olduğunu bildirir. Herodot, ordunun içərək çayları qurutduğunu və iri şəhərlərin ərzağını tükətdiyini də önə sürür. Bu qeydlər çox şişirdilmiş olsa da, dəqiq olan, farsların yunanlardan sayca üstün olduqlarıdır.
Kseniya Babiçeva
Kseniya Lvovna Babiçeva (6 (19) noyabr 1907, Varşava – 16 iyun 1984, Bakı) — aktrisa, Azərbaycan SSR xalq artisti (1946), Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == 1938–1983-cü illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir. Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir…," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — yanvar 1941 "Azərbaycan SSR xalq artisti" fəxri adı — may 1946 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 28 noyabr 1977 == İstinadlar == == Ədəbiyyat == Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия.
Kseniya Dudkina
Kseniya Pavlovna Dudkina (d. 25 fevral 1995; Omsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Kseniya Dudkina, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Kseniya Dudkina, 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Anastasiya Bliznyuk, Ulyana Donskova, Alina Makarenko, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Kseniya Kovalenko
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. == Karyerası == === Altı illik Azərreyl macərası === Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Kovalenko (futbolçu)
Kseniya Kovalenko (rus: Ксения Алексеевна Коваленко , 26 may 1995, Aksu (şəhər, Pavlodar vilayəti), Pavlodar vilayəti) — Rusiyalı qadın futbolçu. Mövqeyi yarımüdafiəçidir. Moskvanın "MOİK" klubunun qadın komandasının və qadınlardan ibarət Rusiya milli komandasının üzvudur. == Karyerası == Xanım futbolçu Kemerovanı təmsil edən "Kuzbass" klubunun yetirməsidir. Bir müddət "Kuzbass" klubunda çıxış etdikdən sonra, 2013-cü ildə Moskvanı təmsil edən "İzmaylovo" klubuna keçir. Burada 10 oyunda meydana çıxır. "İzmaylovo"da oynadığı müddətdə, qadınlardan ibarət Rusiya Milli Komandasına dəvət alır. 2014-cü ildə "Rossiyanka" klubuna keçir. Burada 27 oyunda meydana çıxıb 3 qol vurur. "Rossiyanka" klubu ilə birlikdə 2016-cı ildə qadın utbolu üzrə Rusiya çempionatının qalibi olur.
Kseniya Levkovska
Kseniya Yuriyivna Levkovska (ukr. Ксенія Юріївна Левковська) — Ukrayna əsilli Azərbaycanlı triatlonçu. == Həyatı və karyerası == Kseniya Levkovska 13 oktyabr 1989-cu ildə Ukraynanın Xarkov şəhərində anadan olmuşdur. Kseniya Levkovska 2008-ci ildən idman ilə məşğul olur. Kseniya Levkovska orta təhsilini Xarkov şəhərində 25 nömrəli məktəbdə alıb. Ali təhsilini isə o Xarkov Bədən Tərbiyəsi Akademiyasında alıb. Kseniya Levkovska birinci uğurunu 2011-ci ildə qazandı. O Qazaxıstanın Kökşetau şəhərində keçirilən Asiya Kubokunda 3-cü yeri tutdu və bürünc medal qazandı. O həmçinin 2012-ci ildə İspaniyada keçirilən Gənclərin Avropa Çempionatında 10-cu yeri tutdu. Kseniya Levkovska 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi.
Kseniya Maksimova
Kseniya Maksimova (5 oktyabr 1995) — Rusiyalı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Rusiyanı təmsil edir. Kseniya Maksimova dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Kseniya Marinkoviç
Kseniya Marinkoviç (tam adı: Kseniya Marinkoviç, xorv. Ksenija Marinković; 18 aprel 1966, Virоvitiçа) — Xorvatiya kino, televiziya və teatr aktrisası. == Həyatı == Kseniya Marinkoviç 1966-cı ildə Virоvitiçа şəhərində anadan olmuş və burada orta məktəbi bitirmişdir. Hələ səkkiz yaşından etibarən Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olanadək Virovitiça teatrında həvəskar aktrisa kimi çıxış etmişdir. Akademiyanın tələbəsi kimi Qavella Dram Teatrı və Histrioni truppası ilə əməkdaşlıq etməyə başlayır. Akademiyadan məzun olduqdan sonra Teatar u gostimada bir il çalışır və 1989-cu ildə Zaqrebdəki ZKM Teatrında işə düzəlir. Elə ən mühüm rollarını da həmin teatrda canlandırmışdır. O, əhəmiyyətli bir neçə rollarını həm də teatrdan kənarda ifa etmiş, televiziya və bədii filmlərə çəkilmişdir.
Kseniya Mustafayeva
Kseniya Mustafayeva — 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. Belarus əsilli Fransalı bədii gimnastdır. Fransanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısıdır. == Həyatı == Kseniya Mustafayeva 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. == Karyerası == Kseniya Mustafayeva karyerasının ən böyük uğurunu 2013-cü ildə Mərsində qazandı. O 2013 Aralıq dənizi Oyunlarında bürünc medal qazandı. Kseniya Mustafayeva Türkiyənin Mərsin şəhərində keçirilən 2013 Aralıq dənizi Oyunlarında çoxnövçülükdə 3-cü yeri tutdu. Kseniya Mustafayeva 2015-ci ildə Belarusu 2015 Avropa Oyunlarında təmsil etdi.
Kseniya Petrovna
Kseniya Petrovna (erz. Петрова, Ксения Семёновна 1892, Buquruslan, Samara quberniyası[d] – 1942) — Erzyan şairə, yazıçı, dramaturq. == Bioqrafiyası == Kseniya Semenovna Petrova 1892-ci ildə Samara əyalətinin Buquruslan şəhərində torpaqsız təsərrüfat fəhləsi ailəsində anadan olub. Məktəbdə yalnız üç ay təhsil almağı müvəffəq olur. 1919-cu ildə müəllim adı almaq üçün imtahan verməli olur. Bundan sonra məktəbdə dərs deyir. Böyüklər arasında savadsızlığın aradan qaldırılmasında fəal iştirak edir. Vətəndaş müharibəsi illərində Buquruslan qəzasındaə Ağ Qvardiya və Çexoslovakiya üsyançılarına qarşı vuruşur. Döyüşlərin birində ağır yaralanır. 1920-ci ildə Buquruslan qəzası xalq maarif şöbəsinin müdiri işləyir.
Kseniya Poznyak
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. == Karyerası == === Altı illik Azərreyl macərası === Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Rappoport
Kseniya Rappoport (rus. Ксения Раппопорт; d. 25 mart 1974, Leninqrad) — Rusiya aktrisası. == Həyatı == 25 mart 1974-cü ildə Leninqradda doğulub.
Kseniya Sankoviç
Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib. == Karyerası == Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb. Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankova və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.
Kseniya Simonova
Kseniya Simonova (ukr. Ксенія Симонова; 22 aprel 1985, Evpatoriya, Krım vilayəti[d]) — 1985-ci ildə Ukraynada anadan olan sənətçi dünyanın qabaqcıl qum animasiya sənətçisi olaraq bilinir. O, iştirak etdiyi bir çox qum sənəti yarışında birincilik mükafatını alıb.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Kseniya Sobçak
Kseniya Anatolyevna Sobçak (rus. Ксения Анатольевна Собчак), d. 5 noyabr 1981) — Rusiyalı teleaparıcı, jurnalist, siyasətçi. == Həyatı == Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub. 1998-ci ildə Sankt-Peterburq Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb. "Forbes" jurnalının araşdırmasına görə, onun təkcə 2008-2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub. Doğrudur, heç zaman rəsmi nikahda olmayıb.
Kseniya Sokolyanskaya
Kseniya Aleksandrovna Sokolyanskaya (rus. Ксения Александровна Соколянская; 11 mart 1987, Moskva) — Rusiya televiziya aparıcısı, jurnalist, "Настоящее время" telekanalının xəbər aparıcısı. == Həyatı == 1987-ci ildə Moskvada anadan olmuşdur. 2009-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.Sokolyanskaya 2009-2011-ci illərdə "Kinopremyeralar" (rus. Кинопремьеры) və "Ulduz müsahibəsi" (rus. Звёздное интервью) proqramlarının aparıcısı kimi "Russia.ru" internet kanalında çalışıb. 2011-ci ilin sentyabrından 2017-ci ilin noyabrınadək "Москва 24" telekanalında: xəbər efirinin (30 iyun 2014-cü ilədək), həmçinin "Meqapolis" (rus. Мегаполис), "Moskva 24/7" (rus. Москва 24/7), "Həyat tərzi" (rus. Стиль жизни) (2011—2015) və "Sükan oyunları" (rus.
Ksenobiologiya
Ksenobiologiya (yun. ξενος— yad, özgə və λογία- elm)— kosmosda şüurlu həyat imkanının öyrənilməsiylə məşğul olan kosmik biologiyanın xüsusi növüdür. Klassik orqanik birləşmələr əsasında həyatın axtarışlarıyla məşğul olan Astrobiologiyadan fərqli olaraq, Ksenobiologiya həyatın daha çox qeyri-adi formalarını axtarır. O həyat olmayan yerəbənzəməyən planetləri və digər göy cisimlərini öyrənir. == Mənbə == Gerda Horneck, Petra Rettberg, WILEY-VCH Verlag GmbH & Co.
Ksenofan
Kolofonlu Ksenofanes (yunanca Ξενοφάνης ὁ Κολοφώνιος; m. ö. 570, Kolofon — m. ö. 475 , Elea) – qədim yunan şairi və filosofu. Elea məktəbinin ilk filosofu hesab edilir. O, indiki Türkiyənin Qərbində yerləşən Kolofon (yun. Κολοφών) şəhərindən idi. Sonra Cənubi İtaliyaya səfərlər etmiş və sonradan Eleaya köçmüşdür. == Fəlsəfəsi == Ksenofanes çoxtanrılı yunan panteonunu şiddətli tənqid etmişdir.
Ksenofillər
Ksenofillər — quraqlığa uyğunlaşan orqanizmlər . == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Ksenofobiya
Ksenofobiya — əcnəbi qorxusu, nifrəti anlamında olub, yunanca ξένος (xenos - əcnəbi) ve φόβος (phobos - qorxu) kəlmələrinin birləşməsindən əmələ gəlmişdir. İnsanın əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır. İrqçilik da bəzən Ksenofobiyanın bir növü olaraq tanınır. Fantastikada dünyadan kənar varlıqlardan qorxma anlamını da verir. Amerikan Psixoloqlar Birliyinin "Ruhi Xəstəliklərin Diaqnozu ve Statistikası Əl kitabı"na görə bu fobiya, fobiyanın səbəbi ilə qarşı qarşıya qalan xəstənin həddindən artıq depresiyaya düşməsinə imkan yaradır. Ksenofobiyanın iki növü vardır. Birincisi bir toplumun içində olan amma o toplumun bir parçası sayılmayan bir qrupa qarşı hiss edilən qorxudur. Bu qrup bir çox hallarda köçkünlər ya da qaçqınlar olur, lakin bəzən yüz illər bir arada olunan bir qrup da ola bilər. Ksenofobiyanın bu növü ən pis halda soyqırım kimi vəhşi və təcavüzkar hərəkətlərə səbəb ola bilər. İkincisi isə ümumiyyətlə mədəniyyət fərqlilikləridir — bu vəziyyətdə qorxunun səbəbinin, əcnəbi sayılan mədəni fərqlilikləridir.
Ksenofon
Ksenofon (təq. e.ə. 430 – təq. e.ə. 354, Korinf) — Afina əsilli qədim yunan tarixçisi və yazıçısı, siyasi xadim və mütəfəkkiri. == Həyatı == O, Bizim eradan əvvəl 430-cu ildə Afina şəhərində zəngin ailədə doğulmuşdur. Gənc yaşlarından Sokrat ardıcıllarından olmuşdur.İqtisadi fikir tərixinə Ksenofon əmək bölgüsünü ilk təhlil edən alim kimi daxil olmuşdur. Özünün "Kiropediya" adlı əsərində o, aşağıdakı müddəanı ifadə etmişdir: "Ən sadə iş görən şəxs onu ən yaxşı yerinə yetirir". Ksenofon eləcə də bazarın ölçülərindən asılı olaraq əmək bölgüsünün dərəcələri üzrə dərk edilməsinə yanaşmışdır. Ksenofon pulun bütün funksiyalarından iki funksiyasını tədavül vasitəsi və yığım vasitəsi funksiyasını qəbul etmişdir.
Ksenofont
Ksenofon (təq. e.ə. 430 – təq. e.ə. 354, Korinf) — Afina əsilli qədim yunan tarixçisi və yazıçısı, siyasi xadim və mütəfəkkiri. == Həyatı == O, Bizim eradan əvvəl 430-cu ildə Afina şəhərində zəngin ailədə doğulmuşdur. Gənc yaşlarından Sokrat ardıcıllarından olmuşdur.İqtisadi fikir tərixinə Ksenofon əmək bölgüsünü ilk təhlil edən alim kimi daxil olmuşdur. Özünün "Kiropediya" adlı əsərində o, aşağıdakı müddəanı ifadə etmişdir: "Ən sadə iş görən şəxs onu ən yaxşı yerinə yetirir". Ksenofon eləcə də bazarın ölçülərindən asılı olaraq əmək bölgüsünün dərəcələri üzrə dərk edilməsinə yanaşmışdır. Ksenofon pulun bütün funksiyalarından iki funksiyasını tədavül vasitəsi və yığım vasitəsi funksiyasını qəbul etmişdir.
Ksenogen minerallar
Ksenogen minerallar - təsadüfi minerallar. Yan süxurların yad maddəsinin maqma ilə assosiasiya zamanı və onların qeyri-normal tərkibli kristallaşma sahələrində əmələ gəlir (məsələn: qranat, vollastonit və b.) maqmanın yan süxurarın yad maddəsinin assimilyasiya etməsi və belə qeyri-normal sahələrin kristallaşması nəticəsində əmələ gələn təsadüfi minerallar. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.

"kse" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kse nədir? #kse sözünün mənası #kse nə deməkdir? #kse sözünün izahı #kse sözünün yazılışı #kse necə yazılır? #kse sözünün düzgün yazılışı #kse leksik mənası #kse sözünün sinonimi #kse sözünün yaxın mənalı sözlər #kse sözünün əks mənası #kse sözünün etimologiyası #kse sözünün orfoqrafiyası #kse rusca #kse inglisça #kse fransızca #kse sözünün istifadəsi #sözlük