Kuanq sözü azərbaycan dilində

Kuanq

Yazılış

  • Kuanq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Le Kuanq Lem
Le Kuanq Lem (vyet. Lê Quang Liêm, 3 mart 1991, Hoşimin, Vyetnam) — Vyetnam şahmatçısı, qrosmeyster, Dünya Blitz Çempionu (2013). Le 2006, 2008, 2010, 2012 və 2014-cü illərdə Şahmat Olimpiadalarında Vyetnam üçün mübarizə aparmışdır. Xüsusilə də onun 2012-ci il Şahmat Olimpiadasında 1-ci lövhədə 10 oyundan 8 xal nəticəsi Vyetamın kişilərdən ibarət yığmasını yekunda 7-ci etdi və bu, Vyetnam Şahmat tarixində ən yüksək nəticə idi. 2010-cu ildə Le Moskva Open turnirində iştirak etdi. +5=4 nəticəsi ilə o, Konstantin Chernyshov, Evgeny Bareev və Ernesto Inarkiev ilə 1–4-cü yerləri bölüşdürdü. Həmin turnirdən dərhal sonra Le 9 oyundan 7 xal (+5=4) nəticəsi ilə 9-cu Aeroflot Open turnirinin qalibi oldu. İyul ayının 15-dən 25-dək o, ilk dəfə dəvətli Dortmund turnirində iştirak etdi. Onunla yanaşı burada 9 dəfə Dortmund çempionu və keçmiş dünya çempionu Vladimir Kramnik, Şəhriyar Məmmədyarov, keçmiş FİDE çempionu Ruslan Ponomariov, 2004-cü il Dünya Çempionatı finalçısı Peter Leko və Arkadij Naiditsch də yarışırdılar. İlk raundda Le qara fiqurlarla Kramniklə qarşılaşaraq heç-heçə etdi və dördüncü raundda Ponomariovu, 5-ci raundda isə Lekonu məğlub etdi.
Çan Day Kuanq
Çan Day Kuanq (12 oktyabr 1956 – 21 sentyabr 2018, Hanoy) — Vyetnam Sosialist Respublikasının Prezidenti (2016–2018). Çan Day Kuanq 2016-cı ildə Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilib. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Çan Day Kuanq, 21 sentyabr 2018-ci ildə 61 yaşında ikən müalicə aldığı hərbi hospitalda vəfat etmişdir.
Dam Kuanq Çunq
Dam Kuanq Çunq (vyet. Đàm Quang Trung; 12 sentyabr 1921 – 3 mart 1995, Hanoy) — Vyetnam hərbçisi, Vyetnam Xalq Ordusunun generalı. O, Birinci Hind-Çin müharibəsində və Vyetnam müharibəsində xidmət etmişdir. == Həyatı == Dam Kuanq Çunq 1939-cu ildə Vyetnam Kommunist Partiyasına qoşulmuşdur. O, 1940-cı ildə Fransanın müstəmləkə orqanları tərəfindən həbs edilmiş, lakin qısa müddət sonra azad olunmuşdur. 1944-cü ilin sentyabrında ölkənin şimal sərhədində Çin ilə partizan müharibəsi qurmağa başlamışdır. Dekabr ayında kommunist partizan hərəkatına qoşulmuşdur. 1945-ci ildə Avqust inqilabı zamanı o, Thaynquyendə hakimiyyətin ələ keçirilməsində Vyetmin rota komandiri kimi xidmət etmişdir. Şimali Vyetnamın qurulmasından sonra yenidən bir rota komandanlığını öz üzərinə götürmüş, eyni zamanda Hanoy xüsusi zonasının baş zabiti olmuşdur. O, Birinci Hind-Çin müharibəsi zamanı general rütbəsinə qədər yüksəlmişdir.
Kuanqyen
Kuanqyen (vyet. Quảng Yên) — Vyetnamın şimal-şərqində, Kuanqnin vilayətində sahil şəhəri. == Tarixi == 1802-ci ildə Nquyen The-to, Nquyen sülaləsinin ilk imperatoru, şimal-şərqdə Vyetnamın varlığını qurmaq üçün Yenkuanq şəhərini qurmuşdu. 1822-ci ildə imperator Nquyen Thanh-to Yenkuanq şəhərinin adını Kuanqyen olaraq dəyişmişdir. 2 iyul 1964-cü ildə Hökumət Şurası Kuanqyen şəhərinin statusunun birinci dərəcəli inzibati vahiddən Yenhınq rayonunun şəhər kommunasına dəyişdirilməsi haqqında 106-SR nömrəli qərar vermişdi. 2010-cu ilin sonuna Yenhınq rayonunda Kuanqyen şəhəri və 18 icma daxil olmaqla 19 inzibati bölmə var idi. 25 yanvar 2011-ci ildə Tikinti Nazirliyi 108/QD-BXD qərarını vermişdi, bu qərarda Kuanqyen 4-cü kateqoriya şəhər kimi tanınmışdır. == İqtisadiyyat == 2012-ci ildə akvakultura istehsalı 5,680 tondan çox olmuşdur ki, bunun da 2,300 tondan çoxu krevetlərin payına düşür.2012-ci ilin oktyabr ayının sonuna büdcənin ümumi gəliri 208 milyard donqdan çox olub.
Kuanqçi
Kuanqçi (vyet. Quảng Trị, listen) — Vyetnamın mərkəzi hissəsində, Kuanqçi vilayətində şəhər və liman. Əhalisi 20 min nəfərdən azdır. == Tarixi == Şəhərin əsas xüsusiyyəti 1824-cü ildə tikilmiş Kuanqçi qalasıdır.1950–1970-ci illərdə şəhər Cənubi Vyetnam ərazisində yerləşirdi və eyniadlı vilayətin mərkəzi idi. Vyetnam müharibəsi zamanı üç dəfə döyüş səhnəsinə çevrilmişdir. 1968-ci ilin yanvarında Tet hücumu zamanı kommunist qoşunları ilk dəfə şəhərə basqın etməyə cəhd etmiş, lakin uğursuz olmuşdur. Pasxa hücumu zamanı onlar 1 may 1972-ci ildə Kuanqçini ələ keçirməyi nail olmuş, 16 sentyabrda Cənubi Vyetnam ordusu döyüşlər zamanı böyük ziyan dəymiş şəhərə nəzarəti yenidən bərpa etmişdilər. Şəhər 19 mart 1975-ci ildə Bahar hücumunun zirvəsində Şimali Vyetnam Ordusu tərəfindən birdəfəlik ələ keçirilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Куанг-Три // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2006 ••••• 0.68
2007 •• 0.21
2009 •••••••• 1.12
2010 •••••••••••••••••••• 3.09
2011 ••••••••••• 1.54
2012 •••• 0.52
2016 ••• 0.35
2017 •••• 0.49
2018 •••••• 0.90
2020 •• 0.27

Oxşar sözlər

#kuanq nədir? #kuanq sözünün mənası #kuanq nə deməkdir? #kuanq sözünün izahı #kuanq sözünün yazılışı #kuanq necə yazılır? #kuanq sözünün düzgün yazılışı #kuanq leksik mənası #kuanq sözünün sinonimi #kuanq sözünün yaxın mənalı sözlər #kuanq sözünün əks mənası #kuanq sözünün etimologiyası #kuanq sözünün orfoqrafiyası #kuanq rusca #kuanq inglisça #kuanq fransızca #kuanq sözünün istifadəsi #sözlük