kubizm sözü azərbaycan dilində

kubizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kubizm • 91.6667%
  • Kubizm • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kubizm
Kubizm (fr. Cubisme) — XX əsrin əvvəllərində təsviri incəsənətdə, xüsusilə də rəssamlıqla yaranmış modernist cərəyan. XX əsrin əvvəllərindən Fransada real obyektləri həndəsi fiqurlar kimi təsvir etməsi ilə xarakterizə edilir. == Tarixi == Kubizm cərəyanı XX əsrin əvvəllərində meydana çıxmışdır. Kubizm termini Birinci Dünya Müharibəsindən əvvəlki illərdə Parisdə təkmilləşən bir cərayanı göstərmək üçün istifadə olunmuşdur. O dövrdə Avropada formalaşmaqda olan çağdaş incəsənətdə işığın keçici təsirlərini təsvir edən impressionizmin nümayəndələrindən məmnun olmayan gənc rəssamlar nəsli yetişirdi. Onlar əsasən Anri Matissin ətrafında toplanan çox rəngli rəsmlər çəkən rəssamların da üslubunu bəyənmirdilər. İmpressionizmə hakim olan görmə hissiyatı əvəzinə, kubizm cərəyanının nümayəndələri ağlın üstünlüyünə əsaslanaraq ağlın gücünü ortaya qoymaq istəyirdilər. Onlar rəsm əsərlərini tutarlı bünövrəyə əsaslandırmaq istəyirdilər və bu baxımdan onlar Pol Sezannın layiqli davamçıları idilər. Kubizm cərəyanından olan rəssamlar Pol Sezannın Provans mənzərələri əsərindən, naturmortlarından təsirlənərək kubizmin əsasını qoymuşdular.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21
2012 ••••••••••••••••• 0.17
2016 ••••••••••••••••• 0.17

kubizm sözünün leksik mənası və izahı

  • 1 [rus. əsli yun.] XX əsrin birinci rübündə burjua təsviri incəsənətində real aləmdəki şeylərin təsvirini həndəsi fiqurların kombinasiyası ilə əvəz edən ifrat formalist cərəyan.

    Azərbaycan dilinin izahlı lüğəti / kubizm

kubizm sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. кубизм (в изобразительном искусстве начала XX в.: направление, изображавшее предметы как бы разложенными на геометрические фигуры)

    Azərbaycanca-rusca lüğət / kubizm

Oxşar sözlər

#kubizm nədir? #kubizm sözünün mənası #kubizm nə deməkdir? #kubizm sözünün izahı #kubizm sözünün yazılışı #kubizm necə yazılır? #kubizm sözünün düzgün yazılışı #kubizm leksik mənası #kubizm sözünün sinonimi #kubizm sözünün yaxın mənalı sözlər #kubizm sözünün əks mənası #kubizm sözünün etimologiyası #kubizm sözünün orfoqrafiyası #kubizm rusca #kubizm inglisça #kubizm fransızca #kubizm sözünün istifadəsi #sözlük