UEFA Kuboklar Kuboku finallarının siyahısı
UEFA Kuboklar Kuboku qaliblərinin siyahısına kuboku öz muzeyinə götürməyi bacaran klublar daxildir. Kuboklar Kuboku Avropa futboluna rəhbərlik edən UEFA təşkilatı tərəfindən bu təşkilata üzv olan ölkə klubları arasında təşkil edilən futbol turniri idi. Turnirə həm də milli kubok çempionları qatıla bilirdi. 39 illik tarixi boyunca, Kuboklar Kuboku 2 matçlı sistemlə oynadıldı. Yalnız ilk final iki-oyunla keçirildi. Qalan bütün finallar tərəfsiz sahədə oynadıldı. Turnirin ilk qalibi Şotlandiyanın Reyncers komandasını iki oyunlu 1961 finalında ümumi olaraq 4–1 hesabı ilə məğlub edən İtaliyanın Fiorentina klubu olmuşdur. 1999-da sona çatan kubokda son çempion isə Real Malyorkanı məğlub edən Latsio oldu.
Turnir tarixinin ən müvəffəqiyyətli komandası, ümumi olaraq 4 dəfə çempionluq yaşayan Barselona klubudur. Barselona, Atletiko Madrid, Real Madrid (hamısı İspaniya), Anderlext (Belçika), Fiorentina (İtaliya), Reyncers (Şotlandiya), Arsenal (İngiltərə) və Rapid Vyana (Avstriya) komandaları isə hərəsi iki dəfə finalda uduzmaqla ən çox ikinci yerə sahib olan komandalardır.