Kulik sözü azərbaycan dilində

Kulik

Yazılış

  • Kulik • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksandr Kulikov
Aleksandr İvanoviç Kulikov (rus. Александр Иванович Куликов; 1938, Kazan – 24 iyul 1988) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ümumi şöbəsinin müdiri (1986–1988), Azərbaycan KP MK partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, MK-nın birinci katibinin köməkçisi (1983–1986), Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi (1980–1983), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı. == Həyatı == Aleksandr İvanoviç Kulikov 1938-ci ildə Tatarıstan MSSR-in Kazan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1956-cı ildə Bakı şəhərində Paris kommunası adına gəmi təmiri zavodunda çilingər şagirdi kimi başlamışdır. Novoçerkassk Politexnik İnstitutunu bitirdikdən sonra Sumqayıt şəhərində işə göndərilmiş və burada "Azərneftkimyaquraşdırma" trestinin quraşdırma idarəsində işləmiş, ustalıqdan baş mühəndis vəzifəsinədək yüksəlmişdir. 1973-cü ilin iyun ayında o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin katibi seçilmişdir.1975-ci ildə Aleksandr Kulikov Azərbaycan KP MK aparatında kimya və neft sənayesi şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildən 1983-cü ilədək o, Azərbaycan KP Şaumyan Rayon Komitəsinin birinci katibi olmuş, 1983-cü ilin əvvəlində Azərbaycan KP MK aparatına qayıtmışdır. Burada o, partiya-təşkilat şöbəsi müdirinin birinci müavini, Mərkəzi Komitənin birinci katibinin köməkçisi və 1986-cı ilin noyabr ayından Azərbaycan KP MK ümumi şöbəsinin müdiri vəzifələrində işləmişdir.Aleksandr Kulikov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXX və XXXI qurultaylarında MK üzvlüyünə namizəd olmuşdur. "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri ilə təltif edilmişdir.Aleksandr Kulikov 1988-ci il iyulun 25-də 50 yaşında dənizdə boğularaq vəfat etmişdir.
Andrey Kulikov
Andrey Kulikov (ukr. Андрі́й Ві́кторович Кулико́в; 27 sentyabr 1957, Kiyev) — Sovet və Ukrayna jurnalisti, redaktor, televiziya və radio aparıcısı, aktyor, media eksperti və media məşqçisi. == Təhsil == Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir; ingilis dilinin referent-tərcüməçisi. == Jurnalist fəaliyyəti == 1979–1992-ci ildə Ukrayna SSR-nin xaricdə ingilisdilli təbliğat qəzeti olan "News from Ukraine" (Kiyev) qəzetinin müxbir şöbə müdiri, baş redaktorun müavini olur. 1992–1995-ci ildə ВВС Ukrayna bölümünün prodüseri, baş prodüseri işləyir. 1996-cı ildə İnternyus MMC telekanalının xəbərlərinin baş redaktoru, baş redaktor müavini olur. 1997–1998 — Aleksandr Tkaçenkonun dəvəti ilə gəldiyi Studio 1 + 1 kanalının televiziya xəbərlər xidmətinin idarəedici redaktoru, direktor müavini işləyir. 1998–1999-cu illərdə "Novıy Kanal"ın baş redaktoru, həmçinin canlı yayımların, xüsusən də Studio layihəsinin aparıcısı kimi fəaliyyət göstərir. 2000 — Gecə dramaturgiyası proqramının (STB) müəllif-aparıcısı olur. 2000–2007-ci illərdə BBC Ukrayna Xidmətinin radio prodüseri (London) olur.
Arxitektor Kulikovun binası (Novoçerkassk)
Arxitektor Kulikovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 139 ünvanında yerləşir. Bina Modern stildə inşa edilmişdir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın mərkəzi hissəsinin yuxarısında mansard yerləşir. Əsas girişin üzərində eyvan vardır. Baş girişin hər iki tərəfində bir pəncərə yerləşir. == Tarixi == Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Prosveşeniya küçəsi ev 139 ünvanında yerləşən arxitektor Kulikov tərəfindən inşa edilmişdir.
Kulikovo döyüşü
Kulikovo döyüşü - Dmitri Donskoyun komandanlığı altında olan ruslarla Qızıl Orda xanı Mamay xan arasında, 8 sentyabr 1380-ci ildə Don, Nepryadva və Krasivaya Meça çayları arasındakı Kulikovo çölündə(hal-hazırda Tula vilayətinin Kimovski və Kurkinski rayonları) baş vermiş döyüş. == Döyüş öncəsi == 1380-ci ilin yayında çərkəzlərin, osetinlərin, ermənilərin, eləcə də krımlı genuyalıların da daxil olduğu təxminən 100 minlik qoşun, o zaman Qızıl Ordanın faktiki hakimi olmuş tümənbaşı Mamayın komandanlığı altında, güclənməkdə olan Moskva üzərinə yeridi. Böyük Litva knyazı Yaqaylo və (bəzi məlumatlara görə) ryazanlı knyaz Oleq Mamayın müttəfiqi idilər. I Dmitriy bütün rus knyazlıqlarına bütün mümkün qüvvələrin toplanması çağırışı ilə xəbər göndərir. Mamay onların zərbəsini qarşılamasın deyə rus qoşunları Moskvaya aparan yollarda, Kolomna və Serpuxovda toplanırlar. Dimitrinin qoşununda Novqorod, Tver, Nijeqorod,Ryazan və Smolenskdən başqa demək olar ki bütün rus knyazlıqları iştirak edir. Moskva knyazı fəal hərəkətlərlə tatarlarla litvalıların birləşməsini qarşılamağı fikirləşirdi, həm də Mamayı rus ərazilərinin sərhədində qarşılamaq fikrindəydi. == Rəqiblərin dispozisiyası == 6 sentyabrda təxminən 100 minlik rus ordusu Nepryadvanın qovuşduğu yerdə Dona çatdı. Ruslar Don çayını keçmək qərarına gəldilər. Bununla onlar Odoyevə yaxınlaşan litvalıların zərbəsini qarşılamış olurdular, eyni zamanda rusların seçdiyi Kulikovo çölü nisbətən dar olduğuna görə tatar süvari kütləsi üçün əlverişsiz idi.
Lidiya Kulikovski
Lidiya Kulikovski (rum. Lidia Kulikovski) — Sovet, Moldova kitabxanaçısı və biblioqrafı. 200-ə yaxın elmi məqalənin müəllifi, Moldova yazıçıları, rəssamları və alimləri haqqında 25 kitabın nəşrinə rəhbərlik etmişdir. Moldova SSR-in əməkdar mədəniyyət işçisi (1987). == Bioqrafiya == 1951-ci il martın 8-də Moldova SSR-in Drokiyevski rayonunun Nikoren kəndində anadan olub. 1973-cü ildə Kişinyov Universitetinin (indiki Moldova Dövlət Universiteti) filologiya fakültəsini (kitabxana şöbəsi) bitirmişdir. 2003-cü ildə “Demokratikləşmiş Cəmiyyətdə Aztəminatlılar üçün Kitabxana Xidmətinin Təkamülü” adlı dissertasiya işi ilə pedaqogika üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bitirdikdən sonra Kişinyovda Bələdiyyə Kitabxanasının filialında işləmiş, daha sonra ona rəhbərlik etmişdir. 1978-1982-ci illərdə Lidiya Kulikovski Kaqul şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminə rəhbərlik edib. 1982-1989-cu illərdə o, «Achiziție și completare» xidmətinə rəhbərlik edib, bundan sonra respublikanın paytaxtına qayıdıb və Hasdeu Bələdiyyə Kitabxanasının direktoru olub, 2013-cü ilə qədər bu vəzifəni tutub.
Petro Kulikov
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən); Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən). == Həyatı == 4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur. == Təhsili == 1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur. 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir. == Əmək fəaliyyəti == 1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış, 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır. 14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir. 30 may 2011-ci ildən isə həmin nazirlikdə birinci müavin vəzifəsində çalışır.
Viktor Kulikov
Viktor Kulikov (rus. Виктор Георгиевич Куликов; 5 iyul 1921[…], Verxnaya Lyubovşa[d], Orlov quberniyası[d] – 27 may 2013, Moskva) — SSRİ-nin hərbi xadimi, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Viktor Kulikov Böyük Vətən Müharibəsi iştirakçısı olub. O, 1971-ci ildən 1977-ci ilədək SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – SSRİ müdafiə nazirinin birinci müavini, 1977-ci ildən 1989-cu ilədək isə — SSRİ müdafiə nazirinin birinci müavini və Varşava Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin Birləşmiş Qüvvələrinin baş komandanı vəzifələrini tutub. Viktor Kulikov 2013-cü il mayın 28-də Rusiyanın paytaxtı Moskvada uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2006 ••••••• 0.23
2007 •••••• 0.21
2008 •••••••••••••••••••• 0.73
2009 •••••••••••••• 0.48
2010 ••••••••••••• 0.45
2011 ••• 0.09
2012 ••••• 0.17
2017 ••••• 0.16

Oxşar sözlər

#kulik nədir? #kulik sözünün mənası #kulik nə deməkdir? #kulik sözünün izahı #kulik sözünün yazılışı #kulik necə yazılır? #kulik sözünün düzgün yazılışı #kulik leksik mənası #kulik sözünün sinonimi #kulik sözünün yaxın mənalı sözlər #kulik sözünün əks mənası #kulik sözünün etimologiyası #kulik sözünün orfoqrafiyası #kulik rusca #kulik inglisça #kulik fransızca #kulik sözünün istifadəsi #sözlük