Kuliq sözü azərbaycan dilində

Kuliq

Yazılış

  • Kuliq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kuliq
Kuliq (pol. kulig — kirşə qatarı) — Polşada atlara birləşdirilmiş kirşələrlə gəzmə adəti, hansındaki bir neçə kirşə qoşumu iştirak edir. Bu özünəməxsus əyləncə növü Böyük pəhrizdən əvvəl son həftədə keçirilir və çox vaxtı tonqal ətrafında musiqi, nəğmə və əyləncə ilə müşayiət olunur, bundan başqa adətə görə, bu vaxt ərzində ət yemək qadağan olunur. Axşamlar kirşə gəzmələri tez-tez məşəl ilə işığlandırılır. XVI əsrdən XX əsrin əvvəllərinə qədər kirşə gəzmələri həm maqnatlar, həm də zadəganlar arasında çox populyar əyləncə növü idi, bununla onlar Polşanın parçalanmasında sonra vətənpərvərlik mərasimini təmsil edirdilər, belə ki kuliqlər Polşa milli adət-ənənəsinin inkişafını simvolizə edərək, düşmənlərə qarşı təşkil olunurdu. Kirşə qatarına ənənəvi olaraq Arlekin adlandırılan bələdçi başçılıq edirdi, onun vəzifəsi marşrutu helə qurmaq idi ki, işğalçılara qarşı birgə silahlı qarşıdurma olarsa bir-biri ilə düşmənçilik edən zadəgan ailələri birləşə bilsinlər. Bu cür kirşə gəzintisi bir neçə gün də davam edə bilərdi.Kuliq zamanı krakovyak, mazurka, polonez və oberek ilə kuyaviyak kimi polyak xalq rəqsləri və polka və drabantlar kimi regional rəqslər oynanırdı. Ancaq vals və ya tanqo kimi xarici rəqslərin oynanılmasına icazə verilmirdi, bunu edən adamı qatardan ata bilərdilər, belə təhdid həmçinin frak geyinənlərə də şamil olunurdu. Müasir zamanda kuliq, bir-birinə ip və ya trosla birləşdirilmiş kirşə gəzintisinə də deyilir və at yerinə traktor və ya avtomobil istifadə olunur. Bu əyləncə məktəblilər arasında çox populyardır, baxmayaraq ki, əslində əsl kuliq ilə heç bir əlaqəsi yoxdur.
İonna Kuliq
İonna Kuliq (pol. Joanna Kulig 24 iyun 1982) — Polşalı aktrisa və müğənni. == Bioqrafiyası == İonna Kuliq 24 iyun 1982-ci ildə Polşanın Kiçik Polşa vilayəti Krınitsa-Zdruy şəhərində anadan olub. Aktrisanın bacısı Yustina Şnayderdir. Frederik Şopin adına Dövlət Musiqili İbtidai məktəbini fortepiano sinfini bitirmişdir. Sonra Mstislav Karloviç adına Dövlət Musiqi Məktəbini solo oxuma sinifində bitirir. Krakovdakı Ludvik Solski Dövlət Dram Məktəbini populyar musiqi vokal ixtisası üzrə bitirir. Bir müddət Krakovdakı Köhnə Teatrda və paytaxtdakı Ateneum Teatrında rollar ifa edir. 2006-cı ildə filmdə debüü edir. 2012-ci ildə "Cadugər ovçuları" filmindəki qırmızı saçlı cadugər rolunu oynayır.

Oxşar sözlər

#kuliq nədir? #kuliq sözünün mənası #kuliq nə deməkdir? #kuliq sözünün izahı #kuliq sözünün yazılışı #kuliq necə yazılır? #kuliq sözünün düzgün yazılışı #kuliq leksik mənası #kuliq sözünün sinonimi #kuliq sözünün yaxın mənalı sözlər #kuliq sözünün əks mənası #kuliq sözünün etimologiyası #kuliq sözünün orfoqrafiyası #kuliq rusca #kuliq inglisça #kuliq fransızca #kuliq sözünün istifadəsi #sözlük