kult sözü azərbaycan dilində

kult

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kult • 79.1667%
  • Kult • 16.6667%
  • KULT • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kult
Kult — adətən xarizmatik olan və öz-özünü təyin etmiş, deviant sayılan, cəmiyyət normalarından kənarda bir sıra hərəkətlərə və təcrübələrə sarsılmaz sədaqət tələb edərək üzvlərinə hədsiz dərəcədə nəzarət edən rəhbəri olan nisbətən kiçik qrup üçün nəzərdə tutulmuş, bəziləri tərəfindən alçaldıcı hesab edilən termin. Bu termin həmçinin, onun qeyri-adi dini, mənəvi və ya fəlsəfi inancları və ritualları, yaxud konkret şəxsiyyət, obyekt və ya məqsədə ümumi marağı ilə müəyyən edilən yeni dini hərəkat və ya digər sosial qruplar üçün istifadə olunur.
Karo Kult
Caro Cult (27 iyun 1994, Hannover) — alman aktrisa.
Kult film
Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir. Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir. Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər. Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar.Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür. Kult anlayışı subyektivdir. Biri üçün kult olan kino başqası üçün kult olmaya da bilər.
Kult kino
Kult kino (ingiliscə: Cult film) sədaqətli, ehtiraslı, lakin nisbətən az fanat kütləsi olan filmlər üçün nəzərdə tutulmuş termindir. Kult sözü (ingiliscə: Cult, fransızca: Culte, almanca: Kult) qərb dillərindəki ibadət, sitayiş etmək mənasında olan, Latın mənşəli cultus sözündən götürülmüşdür. Bu söz Azərbaycan dilində də qərb dillərində olduğu kimi aludəçisi olmaq, ilahiləşdirmə, həddindən artıq ehtiram mənasını verir. Kult kinolar, ümumiyyətlə, ilk buraxılış tarixlərində əhəmiyyətli kommersiya müvəffəqiyyətləri əldə etməyən, eyni zamanda film tənqidçilərindən müsbət rəylər əldə edə bilməyən aşağı büdcəli müstəqil filmlərdirlər. Bu filmlər ilk vaxtlarda çoxluq təşkil edən adi kino tamaşaçısının diqqətini cəlb etməmişdirsə də, zaman keçdikcə özlərinə kiçik, lakin ehtiraslı və hətta obsesif bir tamaşaçı kütləsi yaratmışdırlar. Bu filmlərin fanatik pərəstişkarları (və ya izləyiciləri) kult kino hesab etdikləri kinoya təkrar-təkrar baxırlar, replikaları, dialoqları əzbərləyirlər, film haqqında ən xırda detalları belə öyrənirlər, filmin müxtəlif versiyalarını əldə edirlər və hətta filmlə bağlı efemera materiallardan ibarət kolleksiyalar yığırlar.Kult kinoların həmişə kiçik bir fanat kütləsinin olması lazım deyildir. Bunun bir çox istisnaları mövcuddur. Məsələn, Taxi Driver (1976), Pulp Fiction (1994) və ya Döyüş Klubu (1999) kimi filmləri geniş auditoriya kütlələrinə çatmış məşhur kult kinolara misal kimi göstərmək mümkündür. Kult anlayışı subyektivdir. Biri üçün kult olan kino başqası üçün kult olmaya da bilər.
Kult məiyyət
Kult məiyyət — hansısa şəxsə, ideyaya, obyektə, hərəkətə və ya əsərə, çox vaxt rəssama, xüsusən də ifaçı rəssama və ya hansısa mediada incəsənət əsərinə yüksək dərəcədə sadiq olan pərəstişkarlar qrupu. Ən sonuncusu çox vaxt kult klassika adlanır. Film, kitab, musiqi sənətçisi, televiziya seriyası və ya video oyun, digər şeylər arasında, kiçik, lakin çox ehtiraslı bir fendoma sahib olduqda bir kültə sahib olduğu deyilir. Kult məiyyətin ümumi komponenti pərəstişkarların kult məiyyət obyektinə emosional bağlılığıdır. Onlar çox vaxt özlərini və digər pərəstişkarlarını icmanın üzvləri kimi tanıyırlar. Kult mediası tez-tez yeraltı mədəniyyətlə əlaqələndirilir, geniş ictimaiyyət tərəfindən təqdir edilmək və ya geniş kommersiya baxımından uğurlu olmaq üçün çox ekssentrik və ya anti-istəblişment hesab olunur. Bir çox kult pərəstişkarları bu cür əyləncə vasitələrini təsvir edən zaman öz sədaqətlərini istehza ilə ifadə edirlər. Pərəstişkarlar istər konvensiyalar, istər onlayn icmalar, istərsə də seriyalar ilə bağlı bədii ədəbiyyat yazmaq, kostyum, replika rekvizitləri və model yaratmaq kimi fəaliyyətlər vasitəsilə, yaxud format və personajlardan öz audio və ya video məhsullarını yaratmaq kimi fəaliyyətlər vasitəsilə fendom submədəniyyətinə cəlb oluna bilər. == Marketinq == Brendlər də bəzən "Apple" və "Supreme" kimi prestij sayəsində, digərləri isə "Spam" kimi mədəni səbəblərə görə məiyyət qazana bilər. Həmçinin, "Trabant"dan "Volvo"ya qədər bir çox kult avtomobil markaları avtomobil həvəskarları cəmiyyətində xüsusi məiyyət yaratmışdır.
Devid Kulthard
Devid Marşal Kulthard (ing. David Marshall Coulthard 27 mart 1971) – şotlandiyalı Formula 1 pilotu. 1994–2008-ci illər arasında "Vilyams" (Willams), "Maklaren" (Mclaren), Red Bull komandalarının tərkibində çempionatlarda iştirak etmişdir. Kulthard heç bir zaman dünya çempionu olmasada dövrünün ən güclü pilotlarından biri hesab edilir. == Bioqrafiyası == Devid Kulthard 27 mart 1971-ci ildə Şotlandiyanın Tvinholm şəhərində anadan olmşdur. Atasının nəqliyyat şirkətinə sahib olması və kartinqə (kart adlanan kiçik avtomobillərlə keçirilən yarış) marağı Devidin uşaqlıqdan avtoidmana marağının yaranmasına səbəb olmuşdur. o 10 yaşından etibarən kartinq üzrə keçirilən bir çox çempionatlarda iştirak edirdi. 1983–1986-cı illər arasında 4 dəfə gənclər arasında Britaniya çempionu olur. 1989-cu ildə Formula Ford yarışında birinci olan Devid mösüm sonu "İlin ən yaxşı gənc pilotu" mükafatına layiq görüldü. 1991-ci ildə Formula 1 yarışlarına keçid üçün pilləkən rolunu oynayan Formula 3000 yarışında iştirak etməyə başladı.
Fuad Məmmədov (kulturoloq)
Fuad Teyyub oğlu Məmmədov (28 oktyabr 1946, Bakı) — Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı. == Həyatı == Azərbaycan Respublikasının vətəndaşı; 1946-cı il oktyabırın 28-də Bakı şəhərində anadan olub; Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru; “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyəsının akademiki; Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki; “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti; “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri. “Simurq” Kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktoru; “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatı; “Sülh səfiri” və “Mədəniyyət səfiri” Beynəlxalq və Milli fəxri adlarla təltif olunub. Elmi maraqlar dairəsi: milli və beynəlxalq idarəetmə mədəniyyəti; insanın həyatfəaliyyəti mədəniyyəti; dünya mədəniyyəti və sivilizasiyasının tarixi. Azərbaycanda kulturologiya elminin yaradıcısıdır. Mədəniyyət və elm tarixi və nəzəriyyasindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır. Onların arasında Azərbaycanını ali məktəbləri ilə yanaşı, Rusiyanın, ABŞ-nın, Almaniyanın, Fransanın, Avstriyanın və başqa ölkələrin kitabxanalarında geniş istifadə olunan, iki beynəlxalq akademiya tərəfindən bəyənilmiş və “Humay” mili mükafatı ilə təltif olunmuş “Kulturologiya” fundamental əsəri, bir çox Azərbaycan və xarici alim, mütəxəssis və diplomatlar tərəfindən dəstək almış, Dünyə mədəniyyəti Beynəlxalq universitetin layihəsini göstərməək olar. Prof. F.T.Məmmədov 1990-cu ildən “Mədəniyyət və cəmiyyət” adinda daimi fəaliyyət göstərən kulturuloji seminarın elmi rəhbəridir. 1990 – 2009-cu illərdə ölkədə, kulturologiya və idarəetmə mədəniyyəti sahəsində müxtəlif mövzularda 300-dən artıq respublika və beynəlxalq konfransları, interaktiv seminarlar, treninqlər, dəyarmi masalar və fokus-qruplara rəhbərlik etmişdir.
Jurinea kultiassovii
Jurinea kultiassovii (lat. Jurinea kultiassovii) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Kultaban gölü
Kultaban gölü (başq. Күлтабан) — Başqırdıstan Respublikası Baymak rayonu ərazisində yerləşən göl. Göl Sibay şəhərindən 10 km cənubda yerləşir. Uzunluğu — 3,5 km, maksimal eni — 2,2 km təşkil edir. Düzlu göl, qarışıq qidalanmaya malikdir. Şimal-qərb və cənub bölgələri bataqlıqlaşmişdır. Suyu hidrokarbonat-natriumludur. == İstinadlar == == Mənbə == [1] А. М. Гареев. "Култубан". БАШКИРСКАЯ ЭНЦИКЛОПЕДИЯ. ГАУН РБ «Башкирская энциклопедия».
Kultera şamı
Pinus coulteri (lat. Pinus coulteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Cənubi Kaliforniya dan Monte Diabloya qədər sahilyanı dağlarda, quru yamaclarda və çınqıllarla örtülmüş təpələrdə tək-tək və ya kiçik qruplarla bitir, sahilyanı rayonlarda, dəniz səviyyəsindən 800-1500 m hündürlükdə zolaqlar əmələ gətirir. Hündürlüyü 40 m-ə, gövdəsinin diametric 120 sm-dək olan ağacdır. Qabığı qalın, tünd qonur, dərin şırımlı, enli, hamar hissəlidir. Budaqları yuxarı qalxandır. Çətiri ensiz, pyramidal olub, simmetrik deyildir. Zoğları qalın, qonur rəngli olub, bir neçə Buğumarasından ibarətdir, xırda yarpaqları qırışlı qalıqlıdır. Tumurcuqları iri, yumurtavarı olub, ucu bizdir, uzunluğu 4 sm-ə qədərdir, möhkəm yapışmış qabıqlıdır. İynəyarpaqların uzunluğu 15-30 sm-dir, tünd-mavi-yaşıldır.
Kultura (Auırqazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kultura (Avurğazı)
Kultura (başq. Культура, rus. Культура) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 6 km, kənd sovetliyindən (Semenkin): 9 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (98%) üstünlük təşkil edir.
Kultural mühit
Kultural mühit (culture medium) (lat.cultus – yenidən hazırlanma, emal) bitki, heyvan və mikroorqanizm-hüceylərinin yetişdirilməsi üçün in vitro (sınaq şüşəsində, orqanizmdən kənar və ya süni şəraitlərdə) istifadə olunan maye və ya bərk halda qidalı material. Kultural mühit tərkibində qidalı maddələrdən başqa kultura stimullaşdırıcı, məhvedici, toksik, mutagen və ya kanserogen təsir göstərən agentlər saxlaya bilər. Hər bir kultivasiya olunan (yetişdirilən) obyekt üçün xüsusi kultural muhit seçilir. == Mühitin pH-ı == Kultivasiya olunan hüceyrələr mühitin pH-ına çox həssasdırlar. Əksəriyyət hüceyrələr üçün pH-ın optimal qiyməti 7,2–7,4 civarında olur. Natrium hidrokarbonat kultural mühitin "təbii" bufer sistemini tənzimləyir (CO32-/HCO3-); atmosferdə CO2-in 5–10% tərkibdə olmasını tələb edir ki, bu da hüceyrələrin CO2- inkubatorda kultivasiya zamanı asan yerinə yetirilir. HEPES bufer tutumu 7,2–7,4 pH olan fosfat duzudur. Nəzarət edilməli qaz mühiti tələb etmir, lakin böyük qatılıqlarda bəzi növ hüceyrələr üçün toksik ola bilər. Fenol- qırmızı pH indikatoru kimi istifadə olunur: 7,4 pH-da qırmızı və pH-ın azalması ilə narıncı və ya sarı rəngə qədər dəyişir. Estrogenə həssas hüceyrələrin kultivasiyası üçün fenol-qırmızı olmayan mühitdən istifadə etmək tövsiyə olunur.
Kulturbolşevizm
Kulturbolşevizm və ya mədəni bolşevizm (alm. Kulturbolschewismus‎) — alman mədəniyyətində alman milli ruhuna zərərli və nasional sosializm ideologiyasına uyğun olaraq alman dövlətinə düşmən hesab edilən cərəyanları bolşevizmin və Oktyabr inqilabının təxribatçı təsiri ilə əlaqələndirən termin. == Mənşəyi və əhatə dairəsi == 1920-ci illərdə Almaniyanın sağçı burjua dairələrində yaranmış və 1929-cu ildə dünya iqtisadi böhranının başlaması ilə alman cəmiyyətində geniş yayılmışdır. Bu, nasistlər tərəfindən 1933-cü ildən hakimiyyətə gəldikdən sonra bədii avanqard və modernizmi yatırmaq, sonradan bu cür sənətkarları təqib etmək üçün fəal şəkildə istifadə olunmuşdur. "Baubolschewismus" (tikintidə bolşevizm), "Kunstbolschewismus" (incəsənətdə bolşevizm) terminləri də istifadə edilmişdir. Təsviri incəsənətdə bunun sinonimi "Entartete Kunst" (degeneratuv incəsənət), musiqidə isə "Entartete Musik" (degenerativ musiqi) termini idi. 1930–1950-ci illərdə SSRİ-də, daha sonra isə 1950-ci illərdə müharibədən sonra formalaşmış sosialist ölkələrində oxşar rolu " burjua formalizmi" termini oynamışdır. == İstinadlar == == Ədəbiyyat == Castoriadis, C., Crossroads in the Labyrinth, Harvester Press, 1984, ISBN 978-0-85527-538-9 Williams, R. C. Chapter 5: Bolshevism in the West: From Leninist Totalitarians to Cultural Revolutionaries // Russia Imagined: Art, Culture and National Identity, 1840-1995. Peter Lang. 1997.
Kulturizm
Bodibildinq (ing. body-bədən, building-qurmaq) və ya kulturizm — xüsusi fiziki məşqlər hesabına əzələlərin inkişafı, şişirdilməsi.
Kulturkampf
Kulturkampf (alm. Kulturkampf‎ — "mədəniyyət uğrunda mübarizə") — kansler Otto fon Bismarkın başçılığı ilə Almaniya imperiyası hökumətinin Roma-Katolik kilsəsi üzərində nəzarəti bərqərar etmək uğrunda kəskin mübarizə dövrü. Bu termini ilk dəfə Prussiya dövlət xadimi və alim Rudolf Virxov 1873-cü ildə işlətmişdir. == Tarixi == Almaniyanın birləşdirilməsi nəticəsində vahid ölkədə müxtəlif mədəniyyətlərə sahib, fərqli dinlərə sitayiş edən, bəzən isə bir-biri ilə mübarizə aparan böyük icmalar yarandı. Katoliklər isə əsasən Almaniyanın yeni, cənub vilayətlərində (Bavariyada) yaşayırdılar. Onlar ümumən Almaniya imperiyasının əhalisinin üçdə birini təşkil edirdilər. Dövlət qarşısında birləşmiş Almaniyada böyük icmaya malik katolik kilsəsi ilə münasibətlər məsələsi çox ciddi şəkildə gündəmə gəldi. Bu zəmində Bismarkın Almaniyanın vahid mədəniyyəti uğrunda mübarizəsi başlayır. Prussiya ənənəvi olaraq protestant bölgəsi idi. Ancaq çoxsaylı katolok icması vahid dövlətə narahatlıq yaradırdı.
Kulturologiya
Kulturologiya (lat. cultura, q.yun. λόγος) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elm. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir. Kulturologiya – mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir.Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, arxeologiya, etika, estetika və s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir. == Mahiyyəti == Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəlidir. İstər Şərqdə, istərsə də Qərbdə müxtəlif alim və tədqiqatçılar arasında bu elm haqqında yekdil bir fikir və ideya mövcud olmasa da, mübahisəli-müqayisəli nəzəriyyələr və kulturoloji baxışlar bu elmi daha dərindən, hərtərəfli anlamağa imkan yaradır.
Kulturoloq
Kulturoloq — müəllim müxtəlif ölkələrin sosial-mədəni fəaliyyət sahələri, idarəetmə və mədəni inkişafın milli texnologiyaları, eləcə də bu sahədə beynəlxalq təcrübə barədə dürüst və müfəssəl informasiyaya malik olmalıdır. Universal bilikli mütəxəssislər olan kulturoloqların praktiki iş sahəsi artbiznes, media, reklam və beynəlxalq əlaqələrlə məhdudlaşmamalıdır. Kulturoloqun praktiki işi dövlət və ictimai həyatın geniş sosial-mədəni fəaliyyət sahəsini əhatə etməlidir. Universal kulturoloji biliklərə istinadən, kulturoloq tədqiqat, təhsil, maarif məsələlərini həll etməyi bacarmalı, sosial-mədəni həyat fəaliyyətinin tərəqqipərvər texnologiyalarına istiqamətlənən inkişafın innovasiyalı modellərini hazırlamalı, investisiya siyasətini düzgün formalaşdırmalı, mədəniyyətin inkişafını idarə etməlidir. Dövlətin beynəlxalq nüfuzunun, onun sivil dünya birliyinə inteqrasiyasının möhkəmlənməsinə yardım edən, ölkənin xarici mədəni siyasəti də kulturoloqun diqqət mərkəzində olmalıdır.
Mak-Kulta adası
Mak-Kulta adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 50 metrdir. == Yerləşməsi == Arxipelaqın cənub-şərqində, Vilçek Torpağında yerləşən Hyofer burnundan 2 km aralıda yerləşir. Mak-Kulta adasının ətrafında daha üç ada yerləşir: Derevyannıy, Daues və Tillo. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 1 km-dir. Buzdan tam azaddır. Yüksəklik yoxdur. Şərqində adanın ən hündür hissəsi yerləşir.
Myortvıy Kultuk körfəzi
Myortvıy Kultuk körfəzi (qaz. Өлі қолтық шығанағы / Ölı qoltyq şyğanağy) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Onun davamını Kaydak körfəzi təşkil edir. XX əsrin əvvələrində suyun səviyyəsinin enməsi nəticəsində körfəzin ərazisinin böyük hissəsi şoranlıqlara çevrilmişdir. Onun sahəsi 500 km²-dən 15 min km² qədər genişlənmişdir. Sahəsi 1 metri keçmir. Hazırda dənizin səviyyəsinin qalxması baş verir. Bu səbəbdən Myortvıy Kultuk körfəzinin ərazisi genişlənir, Kaydak körfəzinin şoranlaşmış hissəsi yenidən su ilə dolur. Körfəzin şimalında eyni adlı neft yatağı vardır.
Roma imperator kultu
Roma imperator kultu — imperatorları və onların bəzi ailə üzvlərini Roma dövlətinin ilahi icazəli səlahiyyətə qaldıran kult. Onun özəyi Roma və yunan presedentlərinə əsaslanırdı və erkən Avqust prinsipatı dövründə formalaşdırılmışdır. Bu, lokal səviyyədə qəbulu və ifadəsində dəyişikliklərə məruz qalaraq imperiya və onun vilayətlərində sürətli şəkildə bərqərar olmuşdur. Bu, regional fərqliliklərin təsirlərini yumşaltmaqda ən vacib institutlardan biri idi. Bu konsepsiya e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin fövqəlbəşər bir varlıq kimi titullar, simvollar və müraciət formaları ilə ilahiləşdirilməsi nəticəsində yaranmışdır. Onun Misirdəki müasirləri fironlara çoxdan tanrı kimi sitayiş edirdilər. Hətta yunanlar belə fikiri qəbul etmişdilər ki, fövqəladə nailiyyətləri olan insanlar "qəhrəman" kimi heç vaxt ölməyəcəklər, əksinə hansısa ali dünyaya yüksələcəklər. Onlar e.ə. IV əsrin ortalarında Axilles, Herakl, Pifaqor və Sirakuzalı Dion kimi qəhrəmanlar haqqında buna inanırdılar.E.ə.
Tanrıya pərəstiş kultu
Tanrıya pərəstiş kultu — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Tanrıya pərəstiş kultunun lideri Lyu Caquo əvvəllər "İlahidən göndərilmiş kral" sektasının üzvü olmuş, ancaq sektanın rəhbəri Van Yanminin adi insan olduğunu bildikdən sonra ondan ayrılmışdır. O, belə inancların kökündə fırıldaqçılığın durduğunu tez bir zamanda anlayaraq, 1993-cü ildə kral sektasının bir sıra davamçılarını öz tərəfinə çəkmiş və şəxsi kultunu yaratmışdır. Lyu iddia edirdi ki, o, Yer kürəsinin tanrısıdır. O, öz sektasından varlanmaq və ziyarətçilərlə intim əlaqəyə girmək məqsədilə istifadə edirdi. Sonralar Lyunu 40000 ABŞ dollarını mənimsəməkdə və sektanın 10 üzvünü, həmçinin iki 13 yaşlı qızı zorlamada ittiham etdilər. Həbsdə olan Lyu asanlıqla dələduzluğunu boynuna alaraq bildirdi: Lyu Caquo 1999-cu ildə ölüm hökmünə məhkum edilənədək Tanrıya Pərəstiş kultu Hunan əyalətində 10000-dən çox adamı təriqətə cəlb etməyə nail olmuşdu. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
İlqar Hüseynov (kulturoloq)
İlqar Həsrət oğlu Hüseynov — Azərbaycanda "Tətbiqi kulturologiya" elminin yaradıcısı, "Kulturologiya tarixi" elminin banisi, kulturologiya üzrə mütəxəssis, kulturologiya elmləri doktoru, professor. == Həyatı == İlqar Həsrət oğlu Hüseynov 1965-ci il fevalın 14-də Lerik rayonunda anadan olmuşdur. 1982–1988-ci illərdə ADİİ-də (indiki ADMİU) ali təhsil almışdır. O, təhsil müddətində Nizami Gəncəvi adına təqaüd almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. İ. Hüseynov əmək fəaliyyətinə 1988-ci ildə başlamış, 1993-cü ilə qədər universitetin klub müdiri, 1989–1993-cü illərdə saathesabı müəllım, 1993-cü ildən bu günə qədər tam ştat müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Pedaqoji fəaliyyəti dovründə 1000-ə yaxın müxtəlif mövzularda elmi-kütləvi tədbirlərin təşkilatçısı və ssenari müəlifi olmuşdur. Bu tədbirlərin əksəriyyəti mətbuatda və kütləvi-informasiya vasitələrində geniş işıqlandırılmışdır. Yaxşı işinə görə dəfələrlə universitetin rəhbərliyi tərəfindən təşəkkürə layiq görülmüş, fəxri fərman, diplom və ADMİU-nun yubiley medalları və döş nişanı ilə təltif edilmişdir. 1994–2000-ci illərdə ADMİU-nun tələbə elmi cəmiyyətinin sədri olmuşdur. 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Dövlət Mədəniyyət Akademiyasında pedoqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Əyləncə-oyun ünsiyyətinin tərbiyə potensialının realizə edilməsi" adlı dissertasiya müdafiə etmişdir.
Əliyeva Yeganə (kulturoloq)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2008 ••••••••••••••••• 0.24
2010 ••••••• 0.09
2011 •••••• 0.09
2012 •••••••••••••••••• 0.26
2013 •••••••••••••••••••• 0.29
2016 •••••••••••• 0.17
2018 ••••••••••• 0.15
2019 •••••••••• 0.14

"kult" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kult nədir? #kult sözünün mənası #kult nə deməkdir? #kult sözünün izahı #kult sözünün yazılışı #kult necə yazılır? #kult sözünün düzgün yazılışı #kult leksik mənası #kult sözünün sinonimi #kult sözünün yaxın mənalı sözlər #kult sözünün əks mənası #kult sözünün etimologiyası #kult sözünün orfoqrafiyası #kult rusca #kult inglisça #kult fransızca #kult sözünün istifadəsi #sözlük