KUNA sözü azərbaycan dilində

KUNA

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • KUNA • 73.6041%
  • Kuna • 21.3198%
  • kuna • 4.0609%
  • KUNa • 1.0152%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tristan da Kuna
Tristan-da-Kunya və ya qısaca Tristan (ing. Tristan da Cunha) — Atlantik okeanının cənubunda yer alan uzaq bir vulkanik ada qrupudur. Cənubi Afrikadakı Keyptaun sahilindən təqribən 1,511 mil (2.416 km), Müqəddəs Yelena adasından 1.343 mil (2.161 km) və Folklend adalarından 2.166 mil (2.866 km) məsafədə yerləşən dünyanın ən ucqar yaşayış adalarıdır.Bu ərazi diametri təxminən 11 kilometr (6,8 mil) olan və sahəsi 98 kvadrat kilometr (38 kvadrat mil) olan Tristan da Kunya adasından, eləcə də Qof adasının kiçik səhra adalarının vəhşi təbiət qoruqlarından ibarətdir. Oktyabr 2018-ci il kimi əsas adada Britaniya vətəndaşlığı olan 250 daimi sakin yaşayır. Qof adasında hava stansiyası heyəti istisna olmaqla, digər adalarda yaşayış yoxdur.Tristan da Cunha, öz konstitusiyasına sahib Britaniya müstəmləkəsidir. Əsas adada heç bir hava limanı yoxdur, Buraya gəlmək üçün yeganə yol Cənubi Afrikadan qayıqla altı günlük səyahətdir. == Tarixçəsi == Adalar ilk dəfə 1506-cı ildə portuqal tədqiqatçı Tristo da Kunya tərəfindən kəşf edildiyi qeydə alındı, lakin təlatümlü dəniz, tədqiqatçıya burada enməyə mane oldu. Adanın adını öz adı, Ilha de Tristão da Cunha kimi adlandırmışdır. Sonralar İngilis Dəniz Qüvvələrinin buraya çatması ilə İngilisləşmə prosesi baş vermişdir. Bəzi mənbələr Portuqaliyanın ilk enişinin 1520-ci ildə Ruy Vaz Pereira tərəfindən kəşf edildiyi fikrini irəli sürür.İlk mübahisəsiz eniş 7 fevral 1643-cü ildə Niderland Ost-Hind Şirkəti, Klaes Gerrit Bierenbrudsput tərəfindən idarə edilən Heemstede gəmisi tərəfindən həyata keçirilmişdir.
Abay Kunanbayev
Abay (İbrahim) Kunanbayev (kaz. اباي (ىيبراحىيم) قۇنانبايۇلى , Абай (Ибрahим) Құнанбайұлы) (29 iyul (10 avqust) 1845 və ya 10 avqust 1845, Jidebay[d], Qərbi Sibir general-qubernatorluğu[d] – 23 iyun (6 iyul) 1904 və ya 6 iyul 1904, Jidebay[d], Tomsk quberniyası[d]) — qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı. Abay Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır. == Həyatı == Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır. Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi.
Dinməhəmməd Kunayev
Dinməhəmməd Əhməd oğlı Qonayev (qaz. Дінмұхаммед (Димаш) Ахметұлы Қонаев; rus. Динмухаммед Ахмедович Кунаев; 12 yanvar 1912, Almatı, Yeddisu vilayəti, Rusiya imperiyası – 22 avqust 1993) — Qazaxıstan SSR MK I katibi; Üçqat Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dinməhəmməd Qonayev 12 yanvar 1912-ci ildə Almatıda anadan olub. Ali məktəbi 1936-cı ildə Moskvada bitirib. 1942-ci ildə Qazaxıstanın Nazirlər Kabinetində əmək fəaliyyətinə başlayır. 1948-ci ildə texniki elmlər doktoru, 1952-ci ildə Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü olur. Həmin ildən 1955-ci ilə qədər Elmlər Akademiyasına rəhbərlik etmişdi. 1960-cı ildə Qazaxıstan Kommunist Partiyasının Baş Katibi seçilir. Qısa fasilə ilə 1986-cı ilə qədər həmin vəzifəni icra etmişdi.
Fagopyrum emarginatum var. kunawarense
Əkin qarabaşağı (lat. Fagopyrum esculentum) — qarabaşaq cinsinə aid bitki növü. == Sinonim == Fagopyrum cereale Raf. Fagopyrum dryandrii Fenzl Fagopyrum emarginatum Moench Fagopyrum emarginatum (Roth) Meisn. Fagopyrum emarginatum var. kunawarense Meisn. Fagopyrum esculentum subsp. ancestralis Ohnishi Fagopyrum fagopyrum (L.) H.Karst. [Invalid] Fagopyrum polygonum Macloskie [Illegitimate] Fagopyrum sagittatum Gilib. [Invalid] Fagopyrum sarracenicum Dumort.
Kunani
Kunani— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Kunani bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,746 nəfər və 734 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Kunar
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kunaşir
Kunaşir adası (aynu. Кунашири — Чёрный остров, yap. 国後島) — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinin ən cənub adası. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir. Aynca adanın adı Kunaşiri yəni Qara ada mənasını verir. Bu onun təbiətinə görə deyilmiş addır. Belə ki, tünd sıx meşələr və Tyatya vulkanı və üstəlik üç fəaliyyətdə olan digər vulkanların püskürdüyü küll ona bu adın verilməsinə səbəb olmuşdur. == Tarixi == Adada ilk yaşayış əlamətlərinin yaşı ən azı 5 min il olaraq qiymətləndirilir. Kunaşirin yerli əhalisi aynlar olmuşdur.
Kunaşir boğazı
Kunaşir boğazı (yap. 根室海峡) — Sakit okeanına daxil olan Kunaşir adasını Hokkoyda adasındasından ayırır. Oxot dənizini Xəyanət boğazı ilə birləşdirir. Uzunluğu 74 km, eni şimalda 24 km, cənubda isə 43 km təşkil edir. Dərinliyi 2500 km-dir. Sahilləri yüksəkdir. Burada Znamenka, Alexina, İvanovskiy burunları vardır. Boğaza Asin, Valentina, Alexina, Ozernaya, Krivonojka, Temnaya, Tyoryoy-Qava, Kotanuki-Qava çayları tökülür. Sahillərində sualtı və suüstü qayalı daşlara rast gəlinir. Şərqində Alexina buxtası yerləşir.
Qiniatulla Kunafin
Qiniatulla Safiulla oğlu Kunafin (22 noyabr 1946, Sait baba k.) — Filologiya elmləri doktoru, BDU-nun professoru, Beynəlxalq Türk Akademiyasının akademiki, Rusiya və Başqırdıstan Yazıçılar Birliyinin üzvü, Dj. Kiekbayeva (2001), M. Qafuri (2010) və M. Umetbayeva (2011) adına mükafatları laureatı. Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü (2012), «Başqırdıstan Respublikası əməkdar elm xadimi» (2009), «Başqırdıstan Respublikasının Xalq Təhsilinin Əməkdar İşçisi (1997), "Rusiya Federasiyasının Yüksək Ali Təhsilin Əməkdar işçisi" (2006). == Bioqrafiyası == Qiniatulla Kunafin 22 noyabr 1946-cı ildə Başqırd MSSR, Qafur rayonu Səyetbaba kənndində anadan olmuşdur. Səyetbaba kənd orta məktəbini bitirdikdən sonra müəllim sonradan isə rayon qəzeti olan «Zvezda» qəzetində işləmişdir. Orduda xidməti bitirdikdən sonra, BDU Filologiya fakultəsininə daxil olmuş və oranı qırmızı diplomla bitirmişdir. 1973-176-cı illərdə aspiranturada oxumuşdur. 1976-1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarixi, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi, 1981—1999-cu illərdə isə BDU müəllim və dosent işləmişdir. Q. S. Kunafin BDU-nunda Başqırd filologiyası və jurnalistikası fakultəsini təşkil edənlərdən biri olmaqla yanaşı, ilk dekan olaraq 10 il (1990-2000) bu vəzifədə çalışıb. 2000-ci ildən başlayaraq Böyük Oktyabr Sosialist İnqilabından əvvəl başqırd ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir.
Turaqul Kunabayev
Turaqul Abay oğlu Kunabayev (qaz. Тұрағұл Абайұлы; həmçinin Turaqul İbrahimov (qaz. Тұрағұл Ибрагимов); 1875, Abay rayonu, Şərqi Qazaxıstan vilayəti — 6 mart 1934, Çimkənd, Qazaxıstan SSR) — Qazaxıstan şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadim. Abay Kunanbayevin Aygerim adlı həyat yoldaşından oğlu. == Həyatı == 1875-ci ildə Abay rayonunda anadan olmuşdur. Atasının yanında böyüyən Turaqul təhsilini kənd mollasından almışdır.. Rus, ərəb, fars dillərini bilirdi. Dombra və skripka çalırdı. 1900-cü ildə Çingiz volostunun qubernatoru seçilən qardaşı Maqauiyanın müavini oldu. 1904-cü ildə özü volost vəzifəsnə keçir, amma növbəti il ​​istefa verir.
Xorvatiya kunası
Kuna (xorv. kuna) — 1941–1945 ci illərdə və 30 may 1994-cü ildən Xorvatiyanın pul vahididir Beynəlxalq kod sistemində ISO 4217 — HRK. Valyutanın adı slavyanların əsas pul vahidləri ilə tarixən bağlıdır == Tarixi == === Kuna Xorvatiya Müstəqil dövlətinin pulu === Yuqoslaviyanın işğalından və 1941-ci ildə Xorvatiya Müstəqil dövlətinin yaradılmasından sonra xorvatiya kuna banknotların və sikkələrin buraxılışına başlanmışdır, kuna = 100 banis. 1945-ci ildə, azad olmadan sonra, xorvatiya kuna üçün Yuqoslaviya dinarına mübadilə edirdi: 40 kuna = 1 dinar. === Xorvatiya Respublikasının kuna pulu === Xorvatiya Respublikasının kunası 30 may 1994-cü il xorvat dinarının əvəzinə daxil edilmişdi.. Müəyyən edilmiş mübadilə məzənnəsi — 1 KUNA = 1000 xorvat dinarı. Mübadilə 1994-cü ilin 30 mayından 30 iyun 1995 il üzrə həyata keçirilirdi. Yeni valyutaya keçid 1 iyul 1995-ci ildə qurtardı. == Sikkələr == Hazırda Xorvatiyada sikkələr dövriyyədə nominal dəyəri 1, 2, 5, 10, 20, 50 lip və 1, 2 və 5 kun var. Bimetallizm xatirə sikkələri, 25 kun vaxtaşırı buraxılır. Sikkələr 1993-cü ildən başlayaraq hər il buraxılır, tək buraxılış illərinin sikkələrinin orada təsvir edilmiş obyektin xorvat adı , və cüt buraxılış illərinin sikkələrində — latınca adı göstərilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.69 dəfə / 1 mln.
2004 •••••••••••••••••• 2.02
2005 •••••• 0.67
2006 •••••••••••••••••••• 2.25
2008 ••••••• 0.73
2009 ••••••••• 0.96
2010 •• 0.18
2011 •••••• 0.60
2012 •••••• 0.60
2013 ••••••••••• 1.17
2014 ••••••• 0.69
2015 •••• 0.34
2016 •••••••••• 1.04
2017 •• 0.16
2018 •••••••••••••• 1.50
2019 •• 0.14
2020 ••••• 0.53

kuna sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Dərbənd) gavahının arxa tərəfi. – Kuna yiyilər, tazasin qəyrəllər II (Quba) tənbəl. – Kuna adamı düzəltmağ çux çətindü

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#kuna nədir? #kuna sözünün mənası #kuna nə deməkdir? #kuna sözünün izahı #kuna sözünün yazılışı #kuna necə yazılır? #kuna sözünün düzgün yazılışı #kuna leksik mənası #kuna sözünün sinonimi #kuna sözünün yaxın mənalı sözlər #kuna sözünün əks mənası #kuna sözünün etimologiyası #kuna sözünün orfoqrafiyası #kuna rusca #kuna inglisça #kuna fransızca #kuna sözünün istifadəsi #sözlük