kur sözü azərbaycan dilində

kur

Yazılış

  • kur • 74.1935%
  • Kur • 21.5054%
  • KUR • 4.3011%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kur-e-Byui
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Kur-e-Büi
Kur-e-Büi (fr. Cour-et-Buis) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38134. Kommunanın 1999-cu il üçün əhalisi 726 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
"Kursk" atom sualtı qayığı qəzası
“Kursk” atom sualtı qayığı qəzası — 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batmışdır. Hadisədə 118 nəfər heyət üzvü həlak olmuşdur. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdi gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil. == Dəniz manevri == 2000-ci ilin avqustunda, Kursk sualtı qayığı Rusiyanın Şimal donanmasının 30 gəmisi ilə birlikdə Barens dənizində təlimə cəlb edildi. Təlimə Böyük Pyotr gəmisindən komandanlıq edilirdi. Murmanskın çevrəsində okeanda 150 kilometr ərazi bu təlim üçün başqa gəmilərin hərəkətinə bağlandı. ABŞ-a məxsus “Memfis” və “Toledo” sualtı qayıqları müşahidə edirdi. == Partlayışlar == Rəsmi məlumata görə yerli vaxtla saat 11:28-də, torpedo yanacağında istifadə edilən yüksək sıxılmış hydrogen-peroksid torpedo bölməsinə dolub.
Adolf Kurts
Adolf Kurts (alm. Adolf Kurz‎; 22 aprel 1888 – 1959) — alman Yunan-Roma güləşçisi, dünya və Avropa çempionatlarının mükafatçısı. 1888-ci ildə Göppingen şəhərində anadan olmuşdur. 1907-ci ildə keçirilən dünya çempionatında 6-cı yeri tutmuşdur. 1912-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu və Stokholmda keçirilən Olimpiya Oyunlarında iştirak etdi, amma orada uğursuz çıxış etdi. Birinci Dünya müharibəsindən sonra yenidən çempionatlarda iştirak etməyə başladı. 1919-cu ildə Almaniyan çempionu oldu. 1920-ci ildə Almaniyan çempionatının gümüş mükafatçısı və dünya çempionatının bürünc mükafatçısı oldu. 1921-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Ahmet Kural
Ahmet Kural (10 noyabr 1982, Kütahya) — Türkiyə aktyoru. == Həyatı == Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Akdes Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi.İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi. 1935-ci ildə Kurat soyadını aldı.
Akira Kurosava
Akira Kurosava (yap. 黒澤明; 23 mart 1910[…], Şinaqava – 6 sentyabr 1998[…], Setaqaya) – Yaponiya film rejissoru və ssenaristi. 57 illik karyerası ərzində 30 filmə rejissorluq etmişdir. Kinematoqrafiya tarixində ən əhəmiyyətli və nüfuzlu rejissorlardan biri kimi qəbul edilir. Kurosava Yaponiya film sənayesinə 1936-cı ildə qısa davam edən rəssamlıq fəaliyyətindən sonra daxil olmuşdur. Bir çox filmdə köməkçi rejissor və ssenarist kimi rol oynadıqdan sonra rejissorluq debütünü İkinci dünya müharibəsi zamanı populyar döyüş filmi olan "Sanşiro Suqata" ilə etmişdir. Müharibədən sonra o dövrün elə də tanınmayan aktyoru Toşiro Mifunenin baş rol oynadığı və böyük uğur qazanan "Sərxoş mələk" filmi rejissora Yaponiyada böyük reputasiya gətirmişdir. Kurosava Mifune ilə daha 15 filmdə birlikdə işləmişdir. Premyerası Tokioda baş tutan "Raşomon" filmi 1951-ci il Venesiya Film Festivalında Qızıl şir mükafatının sürpriz qalibi olmuşdur. Filmin kommersial və tənqidi uğuru ilk dəfə Qərb film marketlərinə Yaponiya film sənayesinin məhsullarına yönəltmiş və digər Yaponiya rejissorlarının da tanınmasına səbəb olmuşdur.
Alan Kurtis Key
Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940, Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim. == Həyatı == 17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Albina Kurbijekova
Albina Kurbijekova (rus. Альбина Васильевна Курбижекова (Кужакова); , 8 aprel 1951, Ustinkino kəndi, Orconikidze rayonu, Xakasiya) – Xakasiya yazıçısı, şairi, tərcüməçi, folklor toplayıcısı, Xakasiya Respublikasının başçısı Moisey Bainov adına ədəbi mükafat laureatı, Xakasiya Yazıçılar Birliyinin sədri (2015-ci ildən). == Həyatı == Albina Vasilyevna Kurbijekova 8 aprel 1951-ci ildə Xakasiya Respublikasının Orconikidze rayonunun Ustinkino kəndində anadan olmuşdur. Orta məktəbi Abakan şəhərində oxumuşdur. 1966-cı ildə Minusinsk Pedaqoji Məktəbini bitirmişdir. 1969-cu ildən etibarən Abakan şəhərinin Şarıpovski rayonunda (21 saylı məktəb) bədən tərbiyəsi müəllimi, Uşaq və Gənclər Turizmi Mərkəzində baş müəllim, Xalq Sənəti Elmi-Metodik Mərkəzində metodist (folklorçu) kimi çalışmışdır. 2000 - 2012 –ci illərdə Abakan şəhərindəki 26 və 28 saylı məktəblərdə bədən tərbiyəsi müəllimi işləmişdir.2012-2015-ci illərdə Sulek Muzey-Qoruğunun direktoru vəzifəsində çalışmışdır.Rusiya Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildən Xakasiya Yazıçılar Birliyinin sədridir. Xakasiya Respublikasının paytaxtı Abakan şəhərində yaşayır. Əsərlərini xakas dilində yazır.
Aleks Kurtzman
Alex Kurtzman (7 sentyabr 1973, Los-Anceles, Kaliforniya) Amerikalı televiziya və film rejissorudur. == Həyatı == Kurtzman Los Ancelesdə doğulmuş və orada da böyümüşdür. Kollecdə Roberto Orci ilə tanış olmuşdur. Wesleyan Universityi bitirmişdir.
Aleksandr Kurepin
Aleksandr Kurepin - keçmiş Sovet Ordusunun və Ermənistan Silahlı Qüvvələrinin Qarabağ müharibəsində döyüşmüş keçmiş polkovnik-leytenantı. SSRİ dağıldıqdan sonra əvvəlcə 1992-ci ildə Moldovada baş verən Dnestryanı müharibəsində separatçıların tərəfində döyüşüb. Sonra həmin il Qarabağa gələrək erməni separatçılarının və Ermənistan Ordusunun tərəfində döyüşüb. Özünün iddiasına görə 1992-1994-cü illər ərzində Qarabağda Azərbaycan Ordusuna aid 69 hərbi texnikanı məhv edib. == Döyüşlərdə iştirakı == Kurepin Sovet Ordusunda xidmət edərkən TƏİR kompleksləri, əsasən Malyutka sistemi üzrə professional təlim keçib. Qarabağda müharibənin getməsi barədə xəbər aldıqda 1992-ci ildə Moskvadakı Ermənistan nümayəndəliyinə müraciət edərək müharibədə Ermənistana kömək etmək istəyində olduğunu bildirib. Həmin ilin iyul ayında əvvəlcə İrəvana, daha sonra Qarabağa, Xocavənd rayonuna yola düşüb. Burada o məşhur erməni terrorçusu Monte Melkonyanın rəhbərliyi altında döyüşlərə qatılıb. Burada o etnik ruslardan ibarət 9 nəfərlik dəstəyə rəhbərlik edirdi. 1992-ci ilin noyabr ayına bu dəstədən yalnız 2 nəfər sağ qalmışdı.
Alex Kurtzman
Alex Kurtzman (7 sentyabr 1973, Los-Anceles, Kaliforniya) Amerikalı televiziya və film rejissorudur. == Həyatı == Kurtzman Los Ancelesdə doğulmuş və orada da böyümüşdür. Kollecdə Roberto Orci ilə tanış olmuşdur. Wesleyan Universityi bitirmişdir.
Alleroy (Kurçaloy)
Alleroy (çeç. Ӏаларой-Эвла) — Çeçenistan Respublikası, Kurçaloy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kurçaloy rayonunun və Alleroy kənd sovetliyinin mərkəzidir. == Coğrafiyası == Kənd Miçik çayın hər iki sahilində, Kiçik Miçik çayının ona töküldüyü hissədə, Kurçaloy rayon mərkəzindən 17 km şimal-şərqdə, Qroznı şəhərindən 60 km cənub-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda — Yuxarı Nayber kəndi, şimal-şərqdə — Koşkeldi kəndi, cənub-şərqdə — Mesketı və Qalaytı kəndləri, qərbdə — Sentoroy, şərqdə — İşxoy-Yurt. Kənd mülayim iqlimə sahibdir. Dəniz səviyyəsindən 270 metr yüksəklikdə yerləşir. == Tarixi == 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Alleroy kəndi Şuraqat olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Kənd bir müddət Şuraqat rayon mərkəzi funksiyasını yerinə yetirdi.
Altıncı Kuril boğazı
Altıncı Kuril boğazı — Sakit okeanda yerləşən boğaz Onekotan və Harimkotan adalarını ayırır. Boğazın eni 15 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus dənizçisi Pyotr Kuzmiç Krenisın şərəfinə adlandırılmışdır.
Amblyseius kurashvilli
Amblyseius obtusus (lat. Amblyseius obtusus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == Sinonimləri == Amblyseius bajulus Chaudhri, Akbar & Rasool, 1979 Amblyseius kurashvilli Gomelauri, 1968 Amblyseius rhabdus Denmark, 1965 Amblyseius microsetae Muma, 1961 Amblyseius hamizensis Athias-Henriot, 1961 Amblyseius affatisetus (Wainstein, 1960) == İstinadlar == Amblyseius obtusus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anatol Kuragin
Anatol Vasiliç Kuragin – Lev Tolstoyun “Hərb və Sülh” romanının, eyni zamanda roman əsasında çəkilmiş filmlərin və operanın qəhrəmanıdır. its various cinematic adaptations, and an operatic adaptation as well. Hərbçi olan Anatol, Elen Kuraginin qardaşıdır. Bacısının da köməyi ilə Anatol evli olmasına baxmayaraq, Nataşa Rostovanı yoldan çıxarır. Hətta Nataşa ona qoşulub qaçmaq da istəyir. Sonradan Anatol Napoleon müharibələri zamanı ayağını itirir. == İnkişaf == Romanın inkişaf etdirilməsi zamanı Tolstoy obrazın adının “Pyotr” olmasını və roman ərzində “tam bir təkamül yolu keçməsini” nəzərdə tutmuşdu. Anatole Shosttak served as the real life inspiration for the fictional Anatole Kuragin. == Təqdimat == Ester Polianovski Salaman yazır ki, “Tolstoy bütün digər obrazlarından fərqli olaraq, Anatolun xasiyyəti haqqında bizə yalnız bir məlumat verir: o, nadir halda nəsə edirdi.” == Filmlərdə == 1956-cı ildə çəkilmiş ABŞ filmində Anatol obrazı Vittorio Gassman, 1966-1967-ci illərdə çəkilmiş SSRİ filmində Vasili Lanovoy, 2007-ci ildə çəkilmiş mini serialda isə Almaniya aktyoru Ken Duken tərəfindən canlandırılmışdır.
Anna Kurnikova
Anna Kurnikova — Dünyaca məşhur tennisçi və fotomodel 1981-ci il, iyunun 7-də Moskvada idmançı ailəsində anadan olub. Annanın atası Sergey - peşəkar güləşçi, anası Alla tennis məşqçisi olub. Tennislə ciddi şəkildə beş yaşından məşğul olmağa başlayıb. 10 yaşında ona Amerikadakı məşhur Nika Boletyeri tennis akademiyasına gəlmək təklif olunub və o bunu qəbul edib. 14 yaşında dünya gənclər reytinqinin 1 nömrəli tennisçisi adını qazanan Kurnikovanın uğurları bununla bitməyib. 16 WTA turniri qazanan Anna 2001-ci ildə sol ayağından zədə alır. Bir il sonra kortlara dönən Kurnikova məşhur tennisçi Martina Hingislə birlikdə cütlüklərdə ikinci "Böyük Şlem" turnirini qazanır. 2003-cü ildə zədəsini təzələyən Anna, 2003-cü ilin mayında karyerasını bitirir. == Fotomodel Anna == Kurnikova çox gənc yaşlarından dünya fotoqraflarının diqqətini cəlb edir. 1998-ci ildə məşhur "People" jurnalının sorğusunda dünyanın 50 ən gözəl insanı adını qazanan Anna, 2000, 2002, 2003-cü illərdə də eyni nəticəni təkrarlayır.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Antuan Ogüsten Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Astara kurqanları
Astara kurqanları - Azərbaycan Respublikasının Astara rayonunun Telman, Pensər, Təngərud, Suvi və s. kəndləri ərazisində Tunc və Dəmir dövrlərinə aid kurqanlar. == Haqqında == Telman kəndi ərazisindəki 2 kurqanda kromlexlə əhatə olunmuş daş qutu və sərdabə formalı qəbirlər aşkar edilmiş, buradan həmçinin gil qablar, saplaqlı tunc nizə ucluqları, dördtilli bizlər, iskənə, daşdan qaban fiquru, gildən düzəldilmiş araba təkərlərinin modeli və s. tapılmışdır. Saplaqlı nizə ucluqları və iskənə burada yaşamış sakinlərin Ön Asiya tayfaları ilə əlaqəsini əks etdirir. Astara kurqanlarının materialları e.ə. III minilliyin ortalarında bu ərazidə metallurgiyanın inkişafını və yerli tayfaların tökmə üsulla mərgümüşlü tunc məmulatı hazırladıqlarını göstərir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. II cild. Bakı,2010.
Avanqard Kursk FK
Avanqard (Kursk) - Rusiya futbol klubu 1946-cı ildə "Spartak" adı altında yaradılan klub 1973-cü ildən "Avanqard" adı ilə çıxış edir. 2007-ci ildə komanda Rusiya çempionatının 1-ci divizionunda çıxış edib. Həmin mövsümü 18-ci pillədə başa vuraraq, yenidən ikinci diviziona yuvarlanıb. 2009-cu ildə ikinci divizionun mərkəz zonasında mübarizə aparan "Avanqard" 2008 mövsümünü ikinci pillədə başa vurub.
Axmaxi kurqanları
Axmaxi kurqanları — Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisində Xaçınçayın sahilində Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidə.. Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur. Axmaxidəki 1 №-li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri uzanmış, üçü isə oturmuş vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış, səkkizi isə oturmuş vəziyyətdə olmuşdur. Oturmuş vəziyyətdə aşkar olunmuş skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait).
Ayətul-kursi
Ayətul-kursi - Bəqərə surəsinin 255-ci ayəsi. == Ərəb dilində == أَللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ ٱلْحَيُّ ٱلْقَيُّومُ ---- لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ---- لَهُ مَا فِي ٱلسَّمَوَاتِ وَمَا فِي ٱلْأَرْضِ ---- مَنْ ذَا ٱلَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ ---- يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ---- وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ ---- وَسِعَ كُرْسِيُهُ ٱلسَّمَوَاتِ وَٱلْأَرْضَ ---- وَلَا يَؤُدُهُ حِفْظُهُمَا وَهُوَ ٱلْعَلِيُّ ٱلْعَظِيمُ == Tərcüməsi == Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir.
Azərbaycanın kurortlarında (film, 1961)
Azərbaycanın kurortlarında qısametrajlı sənədli filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə nadir müalicə əhəmiyyətli sanatoriya və pansionatlardan danışılır. == Məzmun == Azərbaycanı kurortlar ölkəsi adlandırırlar. Bu respublikada nadir müalicə ocaqları mövcuddur. Filmdə nadir müalicə əhəmiyyətli sanatoriya və pansionatlardan danışılır.
Ağ corablı qadın (Kurbe)
"Ağ corablı qadın" (fr. Les Bas Blancs) — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə nü janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir. Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır. Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır. == Süjeti == Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi.
Batabat kurqanları
Batabat kurqanları — Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Batabat yaylağında arxeoloji abidə. == Haqqında == Kurqanlar hündürlüyü 1,5 metr diametri 3–5 metr enində olan təpə şəklindədir. Tədqiqatçılar kurqanları (e.ə. 2–1) minilliyə aid edirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 5.05
2008 ••••• 1.22
2009 •• 0.32
2010 0.09
2011 0.17
2012 •• 0.26
2013 0.15
2014 •• 0.34
2015 0.17
2016 •• 0.35
2018 •• 0.30

kur sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. kor. Kuri-madərzad anadangəlmə kor.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kur nədir? #kur sözünün mənası #kur nə deməkdir? #kur sözünün izahı #kur sözünün yazılışı #kur necə yazılır? #kur sözünün düzgün yazılışı #kur leksik mənası #kur sözünün sinonimi #kur sözünün yaxın mənalı sözlər #kur sözünün əks mənası #kur sözünün etimologiyası #kur sözünün orfoqrafiyası #kur rusca #kur inglisça #kur fransızca #kur sözünün istifadəsi #sözlük