Zaxoda kurorta hücum
Zaxoda kurorta hücum — 20 iyul 2022-ci ildə İraqda, Kürdüstan regionun Zaxo rayonundakı Barax turizm kurortuna hücum. Hücum zamanı kurort ərazisinə dörd və ya beş artilleriya zərbəsi endirilmişdir. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq hökuməti iddia etmişdir ki, hücumun arxasında Türkiyə dayanıb. Türkiyə hökuməti bunu inkar edərək hücuma görə PKK-nı günahlandırmışdır. Hücum nəticəsində ikisi uşaq daxil olmaqla ən azı doqquz mülki şəxs həlak olub və ən azı 23 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı iraqlı ərəb turistlərdir.
İraq hökuməti və Birləşmiş Millətlər Təşkilatı həm hücumu qınamış, həm də baş verənlərlə bağlı tədqiqat aparılmasına göstəriş vermişdir.
Həm Kürdüstan regionu, həm də İraq federal rəsmiləri, o cümlədən İraqın Baş naziri Mustafa Əl-Kazımı hücuma görə Türkiyə Silahlı Qüvvələrini günahlandırmışdır. Nazirlər Kabineti xarici işlər nazirinə Türkiyənin İraqdakı səfirini çağırmağı və Türkiyədəki iraqlı həmkarından məsləhətləşmələr üçün Bağdada gəlməsini tələb etməyi tapşırmışdır.