Kutais sözü azərbaycan dilində

Kutais

Yazılış

  • Kutais • 80.0000%
  • kutais • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kutaisi
Kutaisi (gürc. ქუთაისი) – Gürcüstanın ikinci ən böyük şəhəridir. Ölkənin qərbində, İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221 km uzaqlıqdadır. Əhalisi 147.635 nəfərdir (2014). Kutaisi Sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi idi. O dönəmdə şəhərin əhalisi 300.000 nəfərdən çox idi. Ancaq bu gün bir çox əhalinin şəhəri tərk etməsindən sonra əhali azalmışdır. Qafqaz şəhərlərindən biridir. == Tarixi == Kutaisi qədim Kolxida krallığının paytaxtı olmuşdur.
Kutaisi Beynəlxalq Hava Limanı
Kutaisi Beynəlxalq Hava Limanı (gürc. ქუთაისის საერთაშორისო აეროპორტი) və ya Qurucu David adına Beynəlxalq Hava Limanı (gürc. დავით აღმაშენებლის სახელობის საერთაშორისო აეროპორტი) (IATA: KUT, ICAO: UGKO) — Gürcüstanda, Kutaisi şəhərindən 14 km qərbdə yerləşən beynəlxalq hava limanı. Gürcüstandakı 3 beynəlxalq hava limanından biridir. Hava limanı “Gürcüstan Hava Limanları birliyi” tərəfindən idarə olunur. == Tarixi == Hava limanı 2011-ci ilin noyabr ayında təmir üçün bağlanıb. Yenidənqurma mərasimi 27 sentyabr 2012-ci il tarixində keçirilmişdir. Tədbirdə Gürcüstan prezidenti Mixeil Saakaşvili, Macarıstanın Baş naziri Viktor Orban və Wizz Air şirkətinin baş direktoru Jozef Vardi iştirak etmişdir. Hazırlıq işləri üçün hava limanının istismara verilməsi və kadrların hazırlanması üçün Fransanın "Vinci Airports" şirkəti ilə müqavilə bağlandı. Hava limanında fəaliyyət göstərən bir duty-free dükanı və iki qəhvə dükanı var.
Kutaisi klassik gimnaziyası
Kutaisi klassik gimnaziyası (gürc. ქუთაისის კლასიკური გიმნაზია) — Rusiya imperiyası dövründə Kutaisi şəhərində orta təhsil müəssisəsi. == Tarixi == 1830-cu ildə Kutaisi şəhərində əyalət məktəbi açılmışdır. Məktəbin açılmasında məqsəd Rusiya imperiyası üçün etibarlı təbəələr yetişdirmək idi. 1850-ci ildə məktəb inkişaf edərək əyalət gimnaziyası kimi fəaliyyət göstərməyə başladı. 1878-ci ildə isə Kutaisi əyalət gimnaziyası əsasında daha mötəbər Kutaisi klassik gimnaziyası təşkil edildi. Kutaisi klassik gimnaziyası ilk dövrlər polkovnik Seretelinin evində yerləşirdi. Daha sonra gimnaziyaya xüsusi bina tikildi. Bina memar Enfiaziyevin layihəsinə uyğun olaraq inşa edildi. Kutaisi şəhər duması Qızıl Məhəllə (müasir Rustaveli küçəsində) ərazisində tikinti üçün ayrıca torpaq sahəsi ayrıldı.
Kutaisi quberniyası
Kutaisi quberniyası (gürc. ქუთაისის გუბერნია, rus. Кутаисская губерния) — Çar Rusiyası dövründə Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi vahidi. Kutaisi quberniyası müasir Gürcüstanın qərb hissəsini əhatə edirdi. Quberniya mərkəzi Kutaisi şəhəri idi. == Tarixi == 1846-ci il 14 dekabr tarixində Rusiya çarı I Nikolayın fərmanı ilə Gürcüstan-İmeretiya quberniyası ləğv edilmiş və onun əsasında Tiflis və Kutais quberniyaları yaradılmışdır. 1883-cü ildə Suxumi, Artvin və Batumi bölgələri quberniyaya birləşdirildi. XX əsrin əvvəllərində Suxumi bölgəsi Kutaisi quberniyası ərazisindən çıxarılaraq Suxumi quberniyası təsis edildi. 1917-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası təsis edildikdən sonra ləğv edilmişdir. 1918-ci ildə Kutaisi quberniyası ərazisi Gürcüstan Demokratik Respublikası ərazisinə daxil edilmişdir.
Kutaisoba
Kutaisoba — gürcü xalq bayramı, Kutaisi şəhərinin günü. Hər il may ayının 2-də qeyd olunur. Bayramın tarixi 1905-ci ildən başlayır. Qubernatorun həyat yoldaşı Saşa Çikovani xəstəxanalara kömək məqsədilə pul toplamaq üçün xeyriyyə aksiyası təşkil edir. Kutaisinin kübar cəmiyyətindən olan xanımlar və gimnaziyada oxuyan qızlar çobanyastığı satıb əldə etdikləri pulu xəstəxanalara kömək məqsədilə yaradılan fonda köçürürdülər. == Xarici keçidlər == 100-летие праздника кутаисоба.
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı
Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrı — Gürcüstanın Kutaisi şəhərində yerləşən gürcü dram teatrıdır. Teatr Rioni çayının sol sahilində, Qurucu David Meydanında, Gelati Manastırına aparan Gelati küçəsinin başında yerləşir. Yaxınlıqda Kolxida əfsanələrindən ibarət heykəllər olan gözəl Kolxida fəvarəsi var. == Teatrın tarixi == Kutaisi şəhərində ilk teatr 1861-ci ildə qurulub. Teatr qurulmasından bir il əvvəl isə teatr binası tikilmışdır. Teatr binası Renessans üslubunda boz daşdan inşa edilmişdir. Bina 700 oturacaqlı oval zala malik idi. Fasadın qarşısında sütunların, heykəltəraşlıq nümunələrinin və tağlı pəncərələrin olması binanı memarlıq abidəsi halına gətirdi. Teatr binası nəinki o, dövrdə, hətta indi də Cənubi Qafqazın ən gözəl teatr binalarından sayılır. 1880-ci ildə A. Lordkipanidzenin rəhbərlik etdiyi Kutaisi teatrında ilk peşəkar truppa yarandı.
Torpedo Kutaisi FK
Torpedo — Gürcüstanın futbol klubu. == Tarixi == 1946-cı ildə yaranmışdır.

kutais sözünün leksik mənası və izahı

Oxşar sözlər

#kutais nədir? #kutais sözünün mənası #kutais nə deməkdir? #kutais sözünün izahı #kutais sözünün yazılışı #kutais necə yazılır? #kutais sözünün düzgün yazılışı #kutais leksik mənası #kutais sözünün sinonimi #kutais sözünün yaxın mənalı sözlər #kutais sözünün əks mənası #kutais sözünün etimologiyası #kutais sözünün orfoqrafiyası #kutais rusca #kutais inglisça #kutais fransızca #kutais sözünün istifadəsi #sözlük