kvazar sözü azərbaycan dilində

kvazar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kvazar • 50.0000%
  • Kvazar • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kvazar
Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir.Kəşf olunan ilk kvazarlar 3C 48 və 3C 273 kvazarları olmuşdur. Kvazarlar bizdən milyardlarla işıq ili uzaqlığında olan qalaktikaların mərkəzlərində yerləşirlər.Bir kvazarın parlaqlığı bütöv bir qalaktikanın parlaqlığından çoxdur və bir kvazar Günəşdən 1 trilyon dəfə daha parlaqdır.Kvazarların mərkəzlərində superkütləli qara dəliklər yerləşir.Bu obyektlər inanılmaz dərəcədə çox enerji yayırlar.4 milyard ildən sonra Süd Yolu və Andromeda qalaktikalarının toqquşması zamanı onların mərkəzlərində olan superkütləli qara dəliklər də toqquşacaqlar.Bu zaman böyük ehtimalla,Süd Yolunun mərkəzində bir parlaq kvazar əmələ gələcəkdir. Kvazar termini "quasi-stellar radio source" yarı ulduz ( ulduza oxşar) radio mənbəyi mənasını verir, bunun səbəbi 1950-ci illərdə aparılmış müşahidələrdə bu obyektlərin mənşəyi bilinməyən radio şüalanma mənbələri kimi kəşf edilməsi və vizual oblastda fotoqrafik müşahidələr zamanı zəif parıltılı ulduza oxşar işıq nöqtələrinə bənzədilmələridir. Habbl kosmik teleskopu vasitəsilə aparılmış müşahidələr zamanı kvazarların qalaktikaların mərkəzində meydana gəldiyi, bəzi kvazarların isti qalaktikalarla güclü qarşılıqlı təsirdə olduğu və ya qalaktikaları birləşdirdiyi meydana çıxdı.Kvazarlar çox geniş məsafə aralığında aşkar edilir və kvazarların kəşf araşdırmaları göstərir ki,kvazarların yaranması daha çox uzaq keçmişdə baş vermişdir. Kainatda kvazar fəaliyyətinin ən yüksək dövrü 10 milyard il bundan əvvələ uyğun gəlir. 2017-ci ilə qədər müşahidə olunan ən uzaq kvazar ULAS J1342+0928-dir.Bu kvazar kainat yalnız 690 milyon yaşındaykən şüalandırmağa başlamışdır. Bu kvazardakı superkütləli qara dəlik indiyə kimi məlum olan ən uzaq qara dəlikdir və kütləsinin 800 milyon Günəş kütləsi tərtibində olduğu təxmin edilir.Göy sferinin radioteleskoplarla müşahidəsi ulduzabənzər radioşüalanma mənbələrinin kəşf edilməsinə gətirib çıxardı(1963).Onlar görünən obyektlərlə müqayisə edilərkən, ulduzlardan fərqlənmədiyinə görə ulduzabənzər kvazar adlandırıldı. Lakin sonralar onların uzaqlaşma sürətlərinin çox böyük və bizdən məsafələrinin milyard işıq ilinə bərabər olduğu aşkar edildi. Kvazarların işıqlığı 1039 Vt tərtibindədir, yəni adi qalaktikanın işıqlığına nisbətən ən azı yüz dəfə böyükdür. Kvazarlar öz enerjisinin əsas hissəsini infraqırmızı diapozonda şüalandırır.
Kvazarlar

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17

kvazar sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. астр. квазар (чрезвычайно далёкий космический объект – источник мощного радио- и оптического излучения)

    Azərbaycanca-rusca lüğət / kvazar

Oxşar sözlər

#kvazar nədir? #kvazar sözünün mənası #kvazar nə deməkdir? #kvazar sözünün izahı #kvazar sözünün yazılışı #kvazar necə yazılır? #kvazar sözünün düzgün yazılışı #kvazar leksik mənası #kvazar sözünün sinonimi #kvazar sözünün yaxın mənalı sözlər #kvazar sözünün əks mənası #kvazar sözünün etimologiyası #kvazar sözünün orfoqrafiyası #kvazar rusca #kvazar inglisça #kvazar fransızca #kvazar sözünün istifadəsi #sözlük