kölgələnmək sözü azərbaycan dilində

kölgələnmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kölgələnmək • 92.3077%
  • Kölgələnmək • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

kölgələnmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Kölgə düşmək, kölgəli olmaq, kölgə salmaq, bir qədər qaranlıqlaşmaq. Ağaclar kölgələndi. – …Dik yuxarı dırmandıqca meşə kölgələnib sərinlənirdi. Ə.Əbülhəsən. 2. Kölgə düşən yerdə oturmaq, kölgədə gizlənmək. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. C.Məmmədquluzadə. Göy sərvlər qucağında bir çiçək kimi; Kölgələndi uzaqlarda ağaran liman. Ə.Cəmil. [Bakıda] heç kəs istidən kölgələnmək və başını gizlədib işdən qalmaq istəməz. S.Rəhimov. 3. məc. Üzündə qəm, kədər, qüssə əlaməti zahir olmaq; qəmlənmək, qüssələnmək, kədərlənmək (adətən, “gözləri”, “üzgözü”, “çöhrəsi” sözləri ilə). Üzü-gözü kölgələnmək. – Sevilin gözləri güldüyü yerdə; Birdən buludlanıb kölgələndimi? M.Müşfiq. Məzlumun çöhrəsi kölgələndi, bir an nə deyəcəyini bilmədi. S.Vəliyev. 4. məc. Qaçıb gizlənmək, birinin himayəsinə, qanadı altına sığınmaq, birinə pənah aparmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / kölgələnmək

kölgələnmək sözünün rus dilinə tərcüməsi

  • 1 укрываться в тени

    Azərbaycanca-rusca lüğət / kölgələnmək
  • 2 глаг. 1. затеняться, быть затенённым: 1) покрываться, быть покрытым от света. Eyvan kölgələndi веранда затенена 2) заслоняться, быть заслоненным чем-л. Lampa qəzetlə kölgələnmişdi лампа была затенена газетным листом 2. укрываться, укрыться в тени. Ağacların altında kölgələnmək укрываться в тени под деревьями 3. перен. отражаться, отразиться на лице, в глазах (о тени). Üzündə qəm kölgələndi на лице отразилась (лежала) тень грусти

    Azərbaycanca-rusca lüğət / kölgələnmək

kölgələnmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to become* shady / shadowy; 2. (gölgədə daldalanmaq) to hide* in the shade; to rest in the shade; 3. məc. (qüssələnmək) to become* sad / sorrowful; Onun gözləri birdən kölgələndi His eyes suddenly became sad / sorrowful

    Azərbaycanca-ingiliscə lüğət / kölgələnmək

kölgələnmək sözünün fransız dilinə tərcüməsi

kölgələnmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хъен аватун, хъен хьун, са кьадар мичӀи хьун; 2. хъендик ацукьун, хъендик фин, сериник фин; 3. пер. дертлу хьун, гъамлу хьун (ччин, вилер); 4. пер. катна садан лувак чуьнуьх хьун, садаз панагь хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kölgələnmək

Oxşar sözlər

#kölgələnmək nədir? #kölgələnmək sözünün mənası #kölgələnmək nə deməkdir? #kölgələnmək sözünün izahı #kölgələnmək sözünün yazılışı #kölgələnmək necə yazılır? #kölgələnmək sözünün düzgün yazılışı #kölgələnmək leksik mənası #kölgələnmək sözünün sinonimi #kölgələnmək sözünün yaxın mənalı sözlər #kölgələnmək sözünün əks mənası #kölgələnmək sözünün etimologiyası #kölgələnmək sözünün orfoqrafiyası #kölgələnmək rusca #kölgələnmək inglisça #kölgələnmək fransızca #kölgələnmək sözünün istifadəsi #sözlük