Köln sözü azərbaycan dilində

Köln

Yazılış

  • Köln • 99.7030%
  • köln • 0.1485%
  • KÖLN • 0.1485%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Köln
Köln — Almaniyanın dördüncü, Şimali Reyn-Vestfaliya vilayətin ən böyük şəhəridir. Reyn çayının hər iki sahilində yerləşən bu şəhərin ən məşhur binası, iki qülləsinin hündürlüyü 157 metr olan Dom kilsəsidir. Həmçinin, şəhərdə yerləşən Köln Universiteti Avropadakı ən qədim və böyük universitetlərdən biridir. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyat == == Nəqliyyat == == Təhsil == == Məşhur şəxsləri == Konrad Adenauer - 1949-1963-cü illərdə Almaniya Federativ Respublikasının kansleri Henrix Böll - Almaniyalı yazıçı, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1972).
Köln Kafedralı
Köln kafedralı (lat. Ecclesia Cathedralis Sanctorum Petri et Mariae, rəsmən Hohe Domkirche St. Petrus) — Almaniyanın Köln şəhərində yerləşən Roma-Katolik kilsəsidir. Kafedral həm də Köln arxiyepiskopunun iqamətgahı və yeparxiyanın inzibati binası kimi istifadə olunur. Alman katolisizminin və qotik memarlığın ən məşhur abidələrindən biri olan tikili, həm də UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Hər gün 20,000-dən çox insanın ziyarət etdiyi kafedral Almaniyanın ən məşhur turistik obyektlərindən birdir.Köln kafedralının inşasına 1248-ci ildə başlanılmış və 1473-cü ildə tikinti işləri tam başa çatmamış dayandırılmışdır. XIX əsrdə yenidən başladılan tikinti işləri orijinal plan əsasında 1880-ci ildə tamamlanmışdır. 144.5 metr (474 ft) uzunluğu və 86.5 m (284 ft) eni olan kafedralın qüllələrinin hündürlüyü 157 m (515 ft)-dir. Şimali Avropanın ən böyük qotik kilsəsi olan Köln kafedralı həm də dünyada Ulm kilsəsindən sonra ən hündür kilsədir. İki nəhəng qüllə kilsəyə dünyada ən böyük kilsə fasadlarından birinə malik olmaq imkanı vermişdir.
Köln Universiteti
Köln Universiteti (alm. Universität zu Köln‎; ing. University of Cologne), Almaniyanın Köln şəhərində yerləşən 48.000-dən çox tələbəsi olan Almaniyanın ən böyük universitetlərindən biridir. Mərkəzi Avropada qurulan altıncı universitet olduğu üçün Avropanın ən köklü ali təhsil müəssisələrindən biri olaraq bilinən Köln Universiteti 1798-ci ildə bağlanmasına baxmayaraq 1919-cu ildə yenidən açılır. Köln Universiteti Alman Mükəmməl Universitetləri qrupunun üzvüdür (alm. Exzellenzinitiative‎) və 2017-ci ilə qədər Times Higher Education reytinqinə görə dünyada 145-ci yerdədir. == Tarixi == === 1388-1798 === Köln Universiteti 1388-ci ildə Müqəddəs Roma İmperiyasının dördüncü universiteti olaraq, Praqa Çarlz Universitetindən (1348), Vyana Universitetindən (1365) və Ruprext Karl Heydelberq Universitetindən (1386) sonra quruldu. Universitetin qurulması sənədi Papa VI Urban tərəfindən imzalanmışdır. Universitet 6 yanvar 1389-cu ildən tədrisə başladı. 1798-ci ildə universiteti 1794-cü ildə Kölnü işğal etmiş fransızlar bağladı.
Köln elektoratlığı
Köln kürfürstlüyü (alm. Kurfürstentum Köln‎) — X əsrdən XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-arxiyepiskopluğu idi. İmperiyada Köln kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Trir kürfürstlüyü. Köln arxiyepiskop-kürfürstü eyni zamanda İtaliya üçün baş kansleri idi (Müqəddəs Roma İmperiyasının üç komponentli titulyar krallığından biri, digər ikisi Almaniya və Burqundiya idi) və buna görə də bütün ruhani və dünyəvi knyazlar arasında ikinci yeri tuturdu. Kürfüstlüyün paytaxtı Köln idi. Köln burjuaziyası ilə münaqişələr kürfürstün Bonna köçməsinə səbəb olmuşdu. Köln 1475-ci ildən sonra Azad İmperiya Şəhəri kimi tanındı və beləliklə, onu hətta kürfürstün nominal dünyəvi səlahiyyətindən də çıxardı. Köln və Bonn 1794-cü ildə Fransa tərəfindən işğal edilmişdi. Kürfürstlüyün sağ sahil əraziləri 1803-cü ildə Alman mediatizasiyası zamanı dünyəviləşdirildi. Kürfürstlükdən ərazicə daha böyük olan və arxiyepiskopun yalnız kilsə səlahiyyətlərindən istifadə etdiyi Lyej və Münster kimi suffraqan yepiskopluqlarını əhatə edən Köln arxiyepiskopluğu ilə qarışdırmalıdır.
Köln kürfürstlüyü
Köln kürfürstlüyü (alm. Kurfürstentum Köln‎) — X əsrdən XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-arxiyepiskopluğu idi. İmperiyada Köln kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Trir kürfürstlüyü. Köln arxiyepiskop-kürfürstü eyni zamanda İtaliya üçün baş kansleri idi (Müqəddəs Roma İmperiyasının üç komponentli titulyar krallığından biri, digər ikisi Almaniya və Burqundiya idi) və buna görə də bütün ruhani və dünyəvi knyazlar arasında ikinci yeri tuturdu. Kürfüstlüyün paytaxtı Köln idi. Köln burjuaziyası ilə münaqişələr kürfürstün Bonna köçməsinə səbəb olmuşdu. Köln 1475-ci ildən sonra Azad İmperiya Şəhəri kimi tanındı və beləliklə, onu hətta kürfürstün nominal dünyəvi səlahiyyətindən də çıxardı. Köln və Bonn 1794-cü ildə Fransa tərəfindən işğal edilmişdi. Kürfürstlüyün sağ sahil əraziləri 1803-cü ildə Alman mediatizasiyası zamanı dünyəviləşdirildi. Kürfürstlükdən ərazicə daha böyük olan və arxiyepiskopun yalnız kilsə səlahiyyətlərindən istifadə etdiyi Lyej və Münster kimi suffraqan yepiskopluqlarını əhatə edən Köln arxiyepiskopluğu ilə qarışdırmalıdır.
Ernst (Köln kürfürstü)
Bavariyalı Ernst (alm. Ernst von Bayern‎; 17 dekabr 1554, Münhen – 17 fevral 1612) — 1583–1612-ci illərdə qovulmuş Qebhard fon Valdburqun xələfi kimi Köln arxiyepiskopluğunun kürfürst-arxiyepiskopu idi. O, həmçinin Münster, Hildeshaym, Frayzinq və Lyej yepiskopu idi. == Həyatı == Ernest 17 dekabr 1554-cü ildə Bavariya hersoqu V Albert və Avstriyalı Annanın ailəsində, Münhendə anadan olub. Albert üçüncü oğlu Ernest üçün kilsə karyerasını məqsəd qoymuşdu. Ona gəncliyində yezuitlər tərəfindən təhsil və təlim keçilmişdi. 1565-ci ildə Zalsburqda, daha sonra isə Köln, Trir və Vürzburqda dini xidmətdə oldu; 1565-ci ilin payızında, hələ on iki yaşında o, Frayzinq yepiskopu seçildi. Albertin istəkləri qonşu Zalsburq arxiyeparxiyasına hədəflənmişdi. 1569-cu ildə İzenburq-Qrenzau qrafı VII Salentin istefa vermək barədə düşünürdü, Albert isə oğlu Ernsti yeni arxiyepiskop kimi görürdü. Lakin Salentin tezliklə bu fikirdən daşındı.
Köln kral salnaməsi
Köln kral salnaməsi (lat. Chronica regia Coloniensis, alm. Die Kölner Königschronik‎) — XII-XIII əsrlərdə latın dilində yazılmış genişhəcmli tarixi əsər. Mətnində bəzi fərqlər olan bir neçə əlyazması müasir dövrədək gəlib çatmışdır. Salnamədə Almaniyanın tarixi, bəzi digər ölkələrin tarixinə dair çoxsaylı məlumatlar, xaç yürüşlərinin və bidətlə mübarizənin təsviri, həmçinin müxtəlif möcüzəvi hadisələr barədə hekayələr yer alır. Salnamənin əsas hissəsi 689-1175-ci illər arasındakı dövrü əhatə edir. Salnamənin altı davamı var və hadisələrin təsviri 1314-cü ilədək uzanır. == Müəllifi == Əlyazmalardan birinin ön sözündə qeyd edilir ki, salnaməni Noysdan olan bir hakim tərtib edib. Salnaməni alman dilinə tərcümə edənlər və naşirlər isə hesab edirdilər ki, onun ilkin versiyasını Kölndən olan katolik keşişi hazırlamışdır. Amma 1997-ci ildə tədqiqatçı Manfred Qroten salnamənin Ziqburq monastırında tərtib edildiyini müəyyən etmişdir.
Lüdviq muzeyi (Köln)
Lüdviq muzeyi (Köln) - (alman dilində: Museum Ludwig) - Almaniyanın Köln şəhərində Köln kafedralı və Mərkəzi dəmiryol vağzalı yaxınlığında, Henrix Böll meydanında yerləşən müasir incəsənət muzeyi. == Tarixi == Lüdviq muzeyi alman ekspressionistləri vəkil Yozef Xaubrix, məhrum alman sənayeçisi Peter Lüdviq və onun arvadı İren tərəfindən toplanmış kolleksiyalar əsasında 1976-cı ildə yaradılmışdır. Muzeyin binası Osvald Ungersin layihəsi əsasında inşa edilmişdir. Bu kolleksiyada syurrealistlərin, Oktyabr çevrilişindən əvvəl və oktyabr cevrilişindən sonrakı dövrlərdə yaşamış rus avanqardistlərinin, o cümlədən Qonçarovun, Kandinskinin, Larianovun, Lisitskinin, Maleviçin, Rodçenkonun, Esterin, həmçinin Pablo Pikassonun əsərləri nümayiş etdirilir.
Ruprext (Köln kürfürstü)
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz‎; 27 fevral 1427 – 26 iyul 1480) — Vittelsbax sülaləsindən 1463–1480-ci illərdə Köln arxiyepiskopu və kürfürstü idi. Ruprext Pfals kürfürstü III Lüdviqin sağ qalan üçüncü oğlu idi. Kiçik oğul olaraq o, dini xidmət üçün nəzərdə tutulmuşdu və buna görə Pfals varisliyindən imtina edərək və Heydelberq və Köln universitetlərində dini təhsil almışdı. O, Mayns kafedralında kanon olub, sonra Kölndəki kafedralın köməkçisi və Vürzburqdakı kafedralın provostu oldu. Ruprext 30 mart 1463-cü ildə Köln arxiyepiskopu seçildi, lakin 1464-cü ilin avqust ayına qədər Papa tərəfindən təsdiqlənmədi və 1468-ci ilə qədər təqdis olunmadı. O, yalnız 1471-ci ilin avqustunda Müqəddəs Roma İmperatorundan yepiskop taxt-tacını aldı.
Ulus (qəzet, Köln)
Ulus qəzeti — Almaniyanın Köln şəhərində nəşr olunan müstəqil ictimai-siyasi və ədəbi-kulturoloji mühacirət mətbuatı. == Haqqında == Ulus qəzetinin ilk sayı 1995-ci ilin noyabrında Almaniyanın Köln şəhərində nəşr olunub. Əslən Azərbaycanın Güneyindən olan Hilal Ulusun qurucusu oluduğu və onun redaktorluğu ilə çıxan qəzet Azərbaycan türkcəsi və farsca yayınlanıb. İki alman markasına satılan müstəqil mühacirət mətbuatı kimi yayınlanan qəzet müstəmləkəçiliyə qarşı yazılarla çıxış etmiş, Güney Azərbaycanın müstəqilliyini müdafiə etmişdir.A3 formatında dörd səhifədən ibarət olan qəzetin yazıları ictimai-siyasi, kultroloji incələmələr, xəbər, bildiriş, bəzən də qısa şeir və hekayələrdən ibarətdir. Hər sayda fars dilli oxuculara yönəlik iki siyasi yazı verilmişdir. Qəzetin ilk 10 sayı aylıq, 21-ci sayınadək iki aydan bir, sonra isə fasilələrlə yayınlanmışdır. Qəzetin toplam sayısı 23, son buraxılışı isə 1999-cu ilin mart ayında olmuşdur. Üçüncü sayıdan ərəb əlifbası ilə olan türkcə yazıların başlıqları latın əlifbası ilə yazılmaqla yanaşı, bu qrafikada da məqalələr verilir. Ulusun türkcə yazılarında dilin yad sözlərdən arındırma çabası gözə çarpır, həmçinin dildə işlək olan bir çox yabancı sözlərin dırnaq arasında türkcə qarşılığı verilir. Qəzetin 18-ci sayısı altı səhifədən oluşur, bunun iki səhifəsi özəl olaraq türkmən bir yazarın qələminə məxsusdur.
Viktoriya Köln FK
Viktoriya (Köln) — Almaniyanın futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
AZE Nakhchivan-Köln FK
AZE Nakhchivan-Köln Futbol Klubu — Almaniyanın Köln məhkəməsinin VR 20194 saylı qərarı ilə qeydiyyatdan keçmişdir. == Tarixi == 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edilib. == Məqsədi == 5 yanvar 2019 tarixində qeydiyyatdan keçib. Klubun məqsədi professional futbol komandası yaradaraq, bu sahədə addımlar atmaq, futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Futbol komandaları üçün Kölndə təlim məşq toplanışları, məşqçilər arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, komandalar arasında informasiya mübadiləsinin həyata keçirilməsini hədəflənir. Həmçinin futbol klubu daxilində Uşaq Futbol Akademiyası da fəaliyyət göstərir.
Köln Mərkəzi DİTİB Məscidi
Köln Mərkəzi DİTİB Məscidi (DITIB-Zentralmoschee Köln), Köln şəhərin və bütün Almaniyanın ən böyük məscididir. == Tarixi == 2009-cu ilin May ayında, Kölndə yerləşən əvvəlki məscid sökülüb və əvəzində noyabr ayının 7-si yeni tikinti işləri başlanmışdır. 2011-ci ilin fevral ayının 2-də 55 metr yekə Minarələr və 37 metr yekə günbəz düzəldilmişdi. 9 iyun 2017-də, Ramazan ayında, Məscid ilk dəfə istifadə edilmişdi. 2018-ci il sentyabr ayının 29-da Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan və Diyanət İşləri Başçısı Prof. Dr. Əli Erbaş rəsmi olaraq Məscidin açılışında iştirak etmişdirlər. == Dezayn == 4500 m² ərazini əhatə edən məscid 2–4 min nəfəri qəbul edə bilir. Restoran, ibadət yeri, kitabxana və İslam mədəniyyət mərkəzini özündə birləşdirən bu İslam kompleksinin tikintisinə 40 milyon dollar ayrılıb. Layihə Türk-İslam Diyanət İşləri Birliyi tərəfindən dəstəklənir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.04 dəfə / 1 mln.
2002 •••••••• 3.43
2003 ••••••••••••• 5.91
2004 •••••••••••••••• 7.75
2005 •••••••••••••••• 7.42
2006 •••••••••••••• 6.76
2007 •••••••••••••••••••• 9.73
2008 ••••••••••••••••••• 9.01
2009 ••••••••••••• 5.92
2010 •••••••••••••••••••• 9.44
2011 ••••••••• 4.20
2012 •••••••• 3.87
2013 ••••••• 3.36
2014 •••••••• 3.60
2015 ••• 1.02
2016 ••••••• 3.30
2017 ••••••• 3.09
2018 ••• 1.20
2019 ••••••• 3.20
2020 ••••••••••••••• 6.90

Oxşar sözlər

#köln nədir? #köln sözünün mənası #köln nə deməkdir? #köln sözünün izahı #köln sözünün yazılışı #köln necə yazılır? #köln sözünün düzgün yazılışı #köln leksik mənası #köln sözünün sinonimi #köln sözünün yaxın mənalı sözlər #köln sözünün əks mənası #köln sözünün etimologiyası #köln sözünün orfoqrafiyası #köln rusca #köln inglisça #köln fransızca #köln sözünün istifadəsi #sözlük