S. M. Kirov adına körfəzdə (film, 1954)
== Məzmun ==
Qızılağac körfəzi bütün dünyada köçəri quşlar qoruğu kimi məşhurdur. Filmdə bu qoruqda məskən salmış quşlar haqqında danışılır.
Bu qoruğa qışlamaq üçün Sovet İttifaqının, Şimali Avropanın və Asiyanın hər tərəfindən çoxlu köçəri quşlar uçub gəlir.
Biz qoruqda köçəri quşların yaşayış tərzini öyrənmək, nəsli azalmış lələklilərin müxtəlif növlərinin qorunub saxlanması üzrə aparılan elmi işlərlə tanış oluruq.
Operator körfəzin gözəl guşələrini, lələklilər aləminin rəngarəngliyini kinolentdə əks etdirmişdir. Qoruğun canlı təbiətini göstərməklə yanaşı, filmdə bu təbiətin zənginliklərini öyrənməklə məşğul olan elmi işçilərin fəaliyyətinə də yer verilmişdir.
== Festivallar və mükafatlar ==
1) 1955-ci ildə Venesiyada (İtaliya) Beynəlxalq Bədii və Sənədli Filmlər Festivalı
Filmə Diplom verilmişdir.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Rejissor: Cavanşir Məmmədov
Ssenari müəllifi: Ədhəm Qulubəyov, Cavanşir Məmmədov
Operator: Cavanşir Məmmədov
Musiqi tərtibatı: German Krupkin
Səs operatoru: Əziz Şeyxov
== Mənbə ==
Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.