körpü sözü azərbaycan dilində

körpü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • körpü • 82.6582%
  • Körpü • 17.3105%
  • KÖRPÜ • 0.0312%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aparan körpü
Aparan körpü – avtomobildə dayaq rolu oynayan və qüvvəni sürətlər qutusundan aparan təkərlərə ötürən aqreqat. Aparan körpü kardan ötürməsindən və ya sürətlər qutusunun ikinci (aparılan) valından hərəkət alır və burucu momenti artıraraq, onu düz bucaq altında dəyişir (mühərriki uzununa müstəvidə yerləşən avtomobillərdə), hərəkətetdirici orqanlara (təkər,vərdənə, xizək) ötürür. Aparan körpü baş ötürücü, diferensial, yarımoxlar, tir, top və karterdən ibarətdir. Aparan körpülərin konstruksiyasındakı hərəkətetdirici orqanlar aparan-idarəolunan və idarəolunmayandır. Aparan körpü arxa və ya qabaqda ola bilər. Hər iki körpüsü aparan olan avtomobil tamintiqallı avtomobil adlanır.
Asma körpü
Asma körpü — göyərtənin (yük daşıyıcı hissəsinin) şaquli asqılarda asma kabellərin altına asıldığı bir körpü növü. Bu tip körpünün ilk müasir nümunələri 1800-cü illərin əvvəllərində inşa edilmişdir.
Körpü
Körpü — çay, dərə, uçurum, su hövzəsi və istənilən fiziki məhdudiyyət üzərindən salınan süni mühəndis qurğusudur. Körpü bəşəriyyətin ən qədim ixtiralarından biridir.
Ağ körpü
Ağ körpü — Ankaranın Yeniməhəllə ilçəsində yerləşən tarixi bir körpüdür. İstanbul yolu marşrutu üzrə, Ankara çayının üstündən keçir. == Tarix == 1222-ci ildə o dövrdə Ankara valisi olan Kızıl bəy tərəfindən tikilən bu körpü Bağdad ticarət yolunun keçmişdə istifadə olunan Ankara qovşağında yerləşir. Osmanlı dövründə əsgər və həcc ziyarətinə gedən insanların yanında karvanlara yola salındıqları və yola çıxdıqları nöqtə idi. 8 avqust 1959-cu ildə şəhər ərazisi kimi qeydiyyata alındıqdan sonra müxtəlif dövrlərdə təmir edilmişdir. 1960-cı illərdə Avtomobilyolları Ümumi Müdirliyi tərəfindən aparılan təmir zamanı beton doldurularaq yenilənmiş və nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanmışdır. Uzun illərdir əhəmiyyətli bir nəqliyyat marşrutunun bir hissəsi olan Ağ köprü, indi yalnız piyadalar üçün açıqdır. == Memarlıq xüsusiyyətləri == Ağ köprü əsasən andezit daşından tikilib. Orta əsrlərin tipik tağlı körpüsüdür. Tədqiqatlar zamanı müxtəlif hissələrdə təmir-tikinti zamanı başqa daşlardan da istifadə edildiyi və binanın bəzi dövrlərdə sement tərkibli məhlulla bərkidildiyi anlaşılır.
Kosmik körpü
Kosmik lift, kosmik körpü, ulduz nərdivanı və ya orbital lift — planetdən kosmosa çıxmaq üçün təklif olunmuş nəqliyyat sistemi. Elmi fantastikanın mövzularından biridir. Bu konsepsiyaya əsasən planetin səthinə toxunan kabel kosmosa qədər uzanır və mərkəzdənqaçma qüvvəsi vasitəsilə sabit qalır. Kosmik maşınlar bu sistem vasitəsilə kosmosa daha rahat çıxa bilərlər. Kosmik liftin həm yanacaq, həm də təhlükəsizlik baxımından raketlərdən daha əlverişli olacağı düşünülür. == Tarixi == Kosmik lift konsepsiyası ilk dəfə 1895-ci ildə rus raket alimi Konstantin Siolkovski tərəfindən təklif olunmuşdur. == Elmi fantastikada == Kosmik liftlər elmi fantastika ədəbiyyatının mövzularından biridir. Artur Klarkın "Cənnət fəvvarələri" (1979) və Çarlz Şeffildin "Dünyalar arasında tor" (1979) romanları bu konsepsiyanı populyarlaşdırmışdır. Robert Haynlaynın "Fraydi" (1982) romanı da kosmik liftlərdən bəhs edir.Kosmik lift konsepsiyasının istifadə olunduğu ən məşhur əsər Kim Stenli Robinsonun "Mars" trilogiyasıdır. Bu əsərdə Marsın bir peykindən Yerə qədər uzanan, asteroid qurşağındakı materiallardan hazırlanmış kosmik lift vasitəsilə mallar və insanlar daşınır.
Körpü döyüşü
Körpü Döyüşü 634-cü ildə Fərat çayı yaxınlığında Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
Körpü pavilyonu
Körpü pavilyonu (isp: Pabellón Puente) İspaniyanın Zaragoza şəhərində yerləşən və şəhərin vacib simvollarından biri sayılan bir binadır. Expo 2008 üçün İraq mənşəli, lakin İngiltərə vətəndaşı və Pritzker Memarlıq Mükafatının sahibi olan Zaha Hadid tərəfindən dizayn edilmişdir. 270 metr uzunluğunda, örtülü və gladiola bənzər bu tikili Ebro çayı üzərində yerləşir və La Almozara istiqamətini sərgi sahəsi ilə birləşdirir. Bina bir körpü kimi fəaliyyət göstərsə də, çox məqsədli bir sərgi sahəsi kimi də fəaliyyət göstərir. Expo 2008 zamanı bu yarmarkanı ziyarət etmək üçün hər saatda təxminən 10.000 ziyarətçinin bu körpüdən keçdiyi güman edilir. Zaha Hadid bu körpünün xarici örtüyü üçün şüşə yunla gücləndirilmiş dəmir-beton sistemindən istifadə etmişdir. Bu material ilə təxminən 29.000 fibreC adlandırılan, hər biri fərqli bir boz rəng çalarına malik olan üzlüklər ilə bu körpü örtülmüşdür. Expo 2008 üçün dizayn və inşa edilmiş Körpü Pavilyonu, bu yarmarkadan sonra sərgilər üçün bir məkan olaraq istifadə edilmək üçün yerli bir bank tərəfindən satın alınmışdır.
Quru körpü
Şota Şalikaşvili körpüsü (gürc. მშრალი ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayının hazırda qurumuş qollarından biri üzərində yerləşən avtomobil körpüsü. hazırda həmin qol torpaqla doldurulmuş və Zviada Qamsaxurdiya küçəsinin bir hissəsini təşkil edir. Sarbryuk körpüsü ilə birlikdə körpü paytaxtın Mtasmida və Çuqureti rayonlarını birləşdirir. Körpü yaxınlığında eyni adlı köhnə əşyaların satıldığı bazar vardır. == Adı == İlk əvvəllər Kiçik Mixaylevski körpüsü (Böyük Mixaylevski körpüsünün davamı kimi) və ya Voronsov körpüsü (Qafqaz canişini Mixail Vorontsovun şərəfinə) adlanırdı. XX əsrin əvvəllərində körpü Nikolayevski adlanmağa başlayır. sovetlər dönəmində Kiçik Karl Marks körpüsü olaraq adlandırılır. 1933-cü ildə Kür çayının bu hissədən keçən qolu qurudulur. Nəticədə körpü Quru olaraq adlandırlır.
Qırmızı körpü
Qırmızı körpü (sərhəd)
Sınıq körpü
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir.Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. == Tarixi == Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür. Əski karvan yolunda Xramçayın üstündən atılmış bu möhtəşəm abidə el arasında "Sınıq körpü" adıyla da tanınmış və XII yüzilin abidəsi kimi geniş tədqiq edilmişdir.
Tağlı körpü
Qudyalçay körpüsü (digər adı Tağlı körpü) — Quba rayonu ərazisində yerləşən körpü. Keçmis mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanılan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malik olanlardan biri də Tağlı körpüdür. XIX əsrdə Quba qəzasında 7 körpü olmuşdur. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanmışdır. Körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun olmamışdır. Bu səbədən onun yerində yeni körpü salmaq zərurəti yaranmışdır. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanmışdır. Körpünün tikintisi 78.000 manata başa gəlmişdir.
Təbii körpü
Təbii arx, təbii körpü və ya daha az tanındığı adıyla qaya arxı — qaya parçasının alt tərəfində meydana gələn təbii qaya forması.Təbii körpülər daxili qayalardan, sahil qayalarından, sahil xəttində yerləşən qayalardan, çaylardan və ya dəniz və çaylarda eroziyaya uğrayan təbii tağlardan formalaşır. Hal-hazırda mövcud olan ən böyük təbii kəmər Çində yerləşir. == Təbii körpülər == Təbii körpülər təbii bir arx və ya təbii bir körpü müxtəlif formalarda qaya altlarında formalaşırlar. Bu təbii kəmərlər aşınma prosesində pilləli olaraq daralırlar. Bu zaman pilləli olaraq çölə tərəf meyl edən uçurum meydana gəlir. Təbəqənin altında yumşaq qaya layında qayalıq sığınacaqlar formalaşır. Bunun nəticəsində divarlı dar bir körpü meydana gəlir. Dəniz, çay və eroziyaya məruz qalan ərazilərdə ilk nöbvədə uçurumlar formalaşır. Ayrılma prosesi (havaaltı proseslər) qayaların zəif olduğu sahələrdə mövcud olur və təbii kəmərlər də əsasən buralarda müşahidə olunur. == Sahil xətti == Sahil ərazilərində təbii körpülər iki fərqli geologi quruluşla əlaqəli olaraq formalaşır.
Ulu körpü
Ulu körpü — Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi. Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir.Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə körpünün inşasında yumurta sarısından da istifadə olunub.
Uzun körpü
Uzun körpü — Ədirnədə, Ergene çayı üzərində, Anadolu ilə Balkanları bir-birinə bağlayan yeganə körpü və dünyanın ən uzun daş körpüsüdü. Keçmiş adı Ergene köprüsüdür(Cisri Ergene). Körpünün adı Ədirnə Uzunkörpü ilçəsinə vermişdir. Uzun körpü 1426-1443-cü ildə Osmanlı sultanı II Murad tərəfindən, dövrün baş memarı Müslihiddinə tikdirilib. Körpünün tikintisində baş memar Usta Muslihinddin ilə Memar Mehmed birlikdə çalışmışdılar. 1392 metr uzunluğu, 6.80 metr enində olan körpünün 174 kəməri vardır və 4 il ərzində inşa edildi. Kəmərlərinin bəziləri kəskin, bəziləri girdədir. Körpünün hündürlüyü və eni yer yer dəyişir. Bəzi bölmələrində selyaranlar və üstündə eyvanlar var. Daş sütunlar arasında fil, şir, quş fiqurları diqqət çəkir.
Ödənişli körpü
Ödənişli körpü, istifadəsi üçün pul rüsumu (və yaödəniş) tələb edilən körpüdür . Adətən körpünün sahibi olan özəl və ya ictimai qurucu, yaxud körpünün qoruyucusu qoyduğu investisiyanı bərpa etmək üçün ödənişli yollarda olduğu kimi keçid üçün sürücülərdən rüsum alır.
Əyri körpü
Əyri körpü — XII əsrdə Sivas şəhərində Səlcuqlular dönəmində Qızılirmaq çayı üzərində inşa edilən tarixi körpü. Sivasdakı köhnə Malatya quru yolu üzərində kəsmə daşdan inşa edilən körpünün dəqiq tikilmə tarixi məlum deyil. Ancaq 800 il əvvəl Səlcuqlu dövründə İpək yolu üzərindəki köhnə adı ilə Bağdad körpüsü yüzillərdi qorunub saxlanılır. 18 kəmərdən ibarət olub, 179 metr uzunluğunda olan körpünün eni 4.6 metrdir. 18 kəmərli köprü 12 kəmərdən sonra sol tərəfə doğru əyilərək tikilmişdir. Körpünün niyə əyri olmasına dair müxtəlif məlumatlar olmasına baxmayaraq, dəqiq səbəbi bilinmir. Keçmişdə suların çox axması səbəbi ilə körpünün yarıdan sonra bir dalğaqıran vəzifəsi görərək suyun gücünün azalması və körpünün yıxılmağının qarşısını almaq üçün belə inşa edildiyini düşünülür.
Körpü (dəqiqləşdirmə)
Körpü — çay, dərə, uçurum, su hövzəsi və istənilən fiziki məhdudiyyət üzərindən salınan süni mühəndis qurğusu.
Daş körpü məhəlləsi
Daş körpü məhəlləsi — Gəncənin məhəllələrindən biri. Daş körpü məhəlləsinə Şıxəli Qurbanov, Təbriz küçəsinin sonu və Bağbanlar küçəsinin bir hissəsi aiddir. == Haqqında == Daş körpü məhəlləsi şimaldan Xəlfəli, qərbdən Qaraməmmədli, şərqdən Qırıxlı, Talalı, cənubdan isə bağlar ilə həmsərhəddir. Məhəllə adının haradan qaynaqlandığına gəlincə, buraya Üç təpədən gələn su arxının üstünə daş ləpiklər düzülürmüş, məhz ona görə də əraziyə Daş körpü məhəlləsi deyilir. Məhəllə sakinlərinin çoxunu Daşkəsən bölgəsindən gələnlər təşkil edirlər. Onlar maldarlıq, bağçılıqla məşğul olurlar.Məhəllədə Qurbanlılar, Kərimlilər, Cabbarlılar, Muradlılar, Ocaqverdilər tayfaları olublar. Məhəllədə 1970-ci ilə kimi su dəyirmanı da olub. Sonralar isə yerində şəxsi evlər tikildi. Dəyirman Bala Bağbanla Daş körpü arasında tikildiyi üçün hər iki məhəlləyə aid sayılırdı. Məhəllənin cənubunda olan bağlar Muradlıların və Ocaqverdilərin əkin yeri idi.
Körpü idarəetmə sistemi
Körpü idarəetmə sistemi və ya BMS körpülərin dizaynı, tikintisi, istismarı və saxlanılması, onların idarə olunması üçün vasitədir. Mövcud vəsaitlər daha çox artdıqca, dünyada yol idarələri körpülərin idarə olunması ilə bağlı problemlərlə üzləşirlər və böyük infrastruktur obyektlərinin saxlanılması üçün ehtiyac artır. == Fəaliyyəti == Köprü idarəetmə sistemləri tikinti inventar və yoxlama məlumat bazaları, texniki baxım, sistemli bir şəkildə təmir və reabilitasiya (MR & R) müdaxilələri, maliyyə resurslarının ayrılmasını optimallaşdırmaq və körpü istifadəçilərinin təhlükəsizliyini artırmaqda qurumlara kömək edir. Körpünün idarə edilməsində əsas vəzifələrə inventar məlumatlarının toplanması, müayinə, vəziyyətin və qüvvənin qiymətləndirilməsi, komponentlərin təmiri, möhkəmləndirilməsi və ya dəyişdirilməsi, və fondların ayrılmasının prioritetləşdirilməsi daxildir. BMS, xərclərin məhdudlaşdırılmasında xidmət proqramlarını formalaşdırmaq üçün körpü məlumatlarını idarə etmək vasitəsidir.BMS dörd əsas komponentdən ibarətdir: məlumatların saxlanması, dəyəri və pozulma modelləri, optimallaşdırma və analiz modelləri və funksiyaları yeniləmək. 1980-ci illərdə dövlət və federal səviyyələrdə effektiv və körpülərin idarə olunması sistemlərinin (BMS) inkişaf etdirilməsində əhəmiyyətli maraq görüldü.
Qırmızı körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir.Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. == Tarixi == Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür. Əski karvan yolunda Xramçayın üstündən atılmış bu möhtəşəm abidə el arasında "Sınıq körpü" adıyla da tanınmış və XII yüzilin abidəsi kimi geniş tədqiq edilmişdir.
Qırmızı körpü (İrəvan)
Qırmızı körpü — Ermənistanın paytaxtı İrəvan şəhərində, Zəngi çayı üzərindəki dağılmış körpü. 1945-ci ildə Qələbə körpüsünün açılmasından öncə şəhəri Zəngi çayının sağ sahil ilə birləşdirən əsas və yeganə körpü idi. == Adı == Qırmızı körpü adı onun tikildiyi vulkanik tufun rənginə əsasən verilmişdir. Əvvəllər Köhnə Zəngi körpüsü və Xoca Pilav körpüsü olaraq da bilinirdi. Kanakirdən olan zəngin bir tacirin vəsaiti ilə yenidənqurma işləri aparılmışdır. == Tarix == Körpünün inşası XII əsrə aiddir. Şəhərə gedən bütün karvanlar məhs bu körpüdən keçirdi. Körpü İrəvan qalası ilə Ağrı vadisini birləşdirirdi. 1679-cu ildə köhnə körpü zəlzələ nəticəsində dağılır, lakin 1680-ci ildə o yenidən tikilir. 1850-ci ildə rus mühəndisləri əvvəlki görünüşünü qoruyaraq körpünün təmirini həyata keçirdirlər.
Qız körpü (Şahindej)
Qız körpü (fars. قيزكرپي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Sınıq körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir.Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. == Tarixi == Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür. Əski karvan yolunda Xramçayın üstündən atılmış bu möhtəşəm abidə el arasında "Sınıq körpü" adıyla da tanınmış və XII yüzilin abidəsi kimi geniş tədqiq edilmişdir.
Sınıq körpü döyüşü
Sınıq körpü döyüşü — Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin və azərbaycanlı könüllü dəstələri ilə Sınıq körpü sərhəd məntəqəsinə hücum etmiş Gürcüstan Demokratik Respublikası hərbi qüvvələri arasında baş vermiş döyüş. == Səbəb == Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu qüvvələrinin sürətlə Bakıya doğru irəliləməsi bolşevik Rusiyasını təşvişə salmışdı. Rusiya ilə Almaniya arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsinə görə Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsi hesab edilirdi. Rusiya Osmanlı tərəfindən də imzalanmış müqavilənin Qafqaz İslam Ordusunun bura daxil olması ilə pozulduğunu iddia edirdi. Almaniya Rusiya ilə Bakı neftindən ona pay veriləcəyi barədə razılığa gəldikdən sonra, kəskin şəkildə neftə ehtiyac duyan, həmçinin də yenidən şərqdə ikinci cəbhənin açılmağını istəməyən Almaniya Osmanlını Bakının azad edilməsi fikrindən daşındıracağı öhdəliyini öz üzərinə götürdü.Almaniya imperiyası XİN rəhbərliyi Osmanlı hərbiyyə naziri Ənvər paşaya göstərdikləri diplomatik təzyiqlərin bir nəticə vermədiyini gördükdən sonra fəaliyyətlərini daha da artırmaq qərarına gəldilər. Belə ki, artıq bu zaman Gürcüstan Demokratik Respublikası Almaniyanın rəsmən protektoratlığına daxil olmuşdu. Beləliklə, Almaniya Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinə göz dağı vermək üçün Gürcüstanı Azərbaycana hücum etməyə təhrik etdi. == Döyüş == Bakı Xalq Komissarları Soveti qoşunlarına qarşı gərgin döyüşlər aparan Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələri Gürcüstan tərəfindən hərbi müdaxilə gözləmirdilər. Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb sərhədlərindən həyəcanlı xəbərlər gəldi. Azərbaycana müdaxilə etmək üçün imkan axtaran Almaniya hökuməti hərbi yola əl atmaq fikrinə düşmüşdü.
Tor körpü releləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
15 iyul Şəhidlər Körpüsü
Boğaziçi körpüsü və ya Bosfor körpüsü (türk. Boğaziçi Köprüsü, Boğaz Köprüsü; ing. Bosphorus bridge, First Bosphorus Bridge) — Bosfor boğazı üzərindən salınan ilk asma körpü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.Körpünün uzunluğu 1560 metr, əsas aşırımın uzunluğu 1074 metr, körpünün eni 33 metr, suyun üstündə dayaqların hündürlüyü 165 metr, yoldan ötən hissədən suyun səthinə qədər 64 metrdir.Hər gün körpüdən təxminən 600 000 sərnişin daşıyan 200 000-dən çox nəqliyyat vasitəsi keçir. Uzunluğuna görə körpü dünyada 13-cü yerdədir. Körpüdən geçiş pulludur, piyada keçişi isə qadağandır (körpüdən özünü atıb intihar etməyə cəhd göstərənlərin sayının çoxluğu üzündən). Osmanlı İmperatorluğu dövründən bəri boğazı körpü ilə keçmək fikri Boğaziçi körpüsünün inşasına qədər illər ərzində tez-tez gündəmə gəlmişdir. Cümhuriyyətin ilk illərində varlı bir iş adamı olan Nuri Demirağ körpü üçün fərdi layihələr hazırladı və 1931-ci ildə San Fransiskoda Qızıl Qapı körpüsünü inşa edən Bethlehem Polad Şirkəti üçün bir layihə çəkdi. Demirağın həyata keçirilməyən layihəsindən başqa, 1951-ci ildə bir alman şirkəti tərəfindən hazırlanan bir layihə də reallaşmadı. == Körpünün tikintisi == Dövlət 1953-cü ildə edilən bir araşdırmadan sonra körpünün inşasında maraqlı oldu.
300 araqvinli körpüsü
300 araqvinli körpüsü (gürc. 300 არაგველის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Ortaçala su anbarının üzərində yerləşir. Metexi körpüsü (axar ilə aşağıda) ilə Dmitri Quliya körpüsü (axarı ilə yuxarı) arasında yerləşir. == Adı == Körpü bu ərazidə hələ XIX əsrin ortalarında mövcud olmuşdur. Körpü Tiflisin sakini olan İvan Mnasakanovun adını daşımışdır. O, 25 min rublu körpüdən şəhər sakinlərinin sərbəst keçidi üçün verir. Adanın müasir adı 300 araqvinlinin şərəfinə verilmişdir. körpü bu adı 1952-ci ildə almışdır. == Tarixi == XV əsrdə müasir körpünün yerləşdiyi ərazidə Katex körpüsü vardı.
Acı çay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Acıçay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Ada körpüsü
Ada körpüsü (serb. Мост на Ади) ― Sebiyanın paytaxtı Belqrad şəhərində, Sava çayı üzərində körpü. Körpü Çukaritsa və Yeni Belqrad bələdiyyələrini birləşdirən Ada Siqanliya adasının ucundan keçir. Körpü dirəyi, böyük miqdarda betonla möhkəmləndirilmiş və daha möhkəm təməl yaratmaq üçün bir qədər böyüdülmüş adanın ucunda yerləşir. İnşaat 2008-ci ildə başlamış və körpü 1 yanvar 2012-ci ildə açışmışdır. Bitişik yolların inşası isə 2013-cü ildə başa çatdırılmışdır. Körpü dizayn elan edildikdən dərhal sonra həm peşəkarlar, həm də siyasətçilər iki hissəyə bölündü: onların bir qismi körpünün bütün Belqrad körpülərinin ən gözəli və ən funksionalı olduğunu iddia edərkən, digərləri körpünü çox bahalı və lazımsız bir meqalomaniakal olaraq adlandırdı. Hələ 2012-ci ildə açıldığı gündən bu yana körpü şəhərin simvollarından biri və "musiqi kliplərində və filmlərdə əsas dekor" olmuşdur. Ada körpüsü "paytaxtı ən çox təmsil edən körpü" adlandırılır. == Yer == Ada körpüsü şəhər daxilində Sava çayı üzərində yerləşən ən çox istifadə olunan körpüdür.
Adəm körpüsü
Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adaları və saydan ibarət olan ensiz xətt. Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var. Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır. Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar.
Akaşi Kaikyo körpüsü
Akaşi Kaykyo körpüsü (yap. 明石海峡大橋) — dünyada ən uzun asma körpüdür. Yaponiyada yerləşən bu körpü Honşu və Avaji adalarını birləşdirir. "Mirvari Körpü" adi ilə də tanınır. == Tarixi == Asma körpü tikilməzdən əvvəl bütün daşımalar Akaşi boğazı vasitəsi ilə həyata keçirilirdi. Bu isə olduqca təhlükəli idi. Çünki boğazda tez-tez güclü qasırğa baş verirdi. 1955-ci ildə yenə də belə bir qasırğa baş verir və 2 daşıyıcı gəmi qəzaya uğrayır. Bundan sonra Yapon dovləti ciddi tədbir görməyə məcbur olur. Və asma körpünün layihəsi hazırlanır.
Aksay körpüsü
Aksay körpüsü — Rostov-na-Donu şəhərində yerləşən, Don çayı üzərində inşa edilmiş körpü. Körpünün ümumi uzunluğu 580 metrdir. 1964-cü ildə Don avtomagistralının 1062-ci kilometrliyində, gündəlik 7 min avtomobili qəbul etmək güçünə malik iki zolağı tətfil verilmişdir. Buradan keçən hər maşın 6 ton yük daşıya bilər. 1995-ci ildə körpüyə əlavə olaraq üçüncu zolaq inşa edilir. Hazırda hər il körpüdən 30 min maşın keçir. Hər maşına isə 8 ton yük düşə bilər. Körpü Don çayının mənsənbindən 60 km yuxarıda yerləşir. malikdir. == Adlanması == Körpü öz adını yerləşdiyi şəhərin adından almışdır.
Allahverdi xan körpüsü
Allahverdi xan (fars. پل الله‌وردی خان‎) və ya Si-o-se-pol (fars. سی‌وسه‌پل‎) körpüsü — Hal-hazırda İsfahanda, Zayəndə çayı üzərində yerləşən XVII əsr Səfəvi memarlıq abidəsi. İtalyan səyyah Petro Della Valle bu köprünü Romadaki məşhur körpülərlə müqayisə edərək bildirir ki, Allahverdi xan köprüsü həm uzunluğuna həm eninə görə Romadaki körpülərdən bir neçə dəfə daha böyükdür. Körpü quruluşuna görə çox funksiyalı xarakter daşıyır. Burada şah üçün xüsusi yer ayrılmışdır. Şah əlamətdar günlərdə burada əyləşərək şəhərdəki mərasimləri seyr edirmiş. == Tarixi == Allahverdi xan və ya Sie-So-Pol körpüsü yerləşdiyi ərazi baxımından Səfəvi dövrü memarlığının mühüm nümunələrindən biri hesab olunur. Körpü Şah Abbasın hakimiyyəti dövründə İsfahanın Çaharbağ küçəsində inşa edilmişdir. İsfahanı paytaxt elan etmədən əvvəl Şah Abbas bu şəhərə xüsusi diqqət yetirirdi.
Ani körpüsü
Ani körpüsü (və ya İpək Yolu körpüsü) — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidə. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir. Bəzi mütəxəssislər abidəni X–XI əsrlərə aidb edirlər, bu isə körpünün erməni Baqratilər (əslində Baqratilər sülaləsi yəhudi mənşəli sülalə olmuşdur) xanədanının hakimiyyəti dövründə inşa edilməsi anlamına gəlir, lakin ətraf ərazidən tapılmış bir kitabə burada XIII–XIV əsrlərdə inşaat işlərini aparılmasından xəbər verir. Körpü tək aşırımlı olmuşdur və həmin aşırım da çökmüşdür. Körpüdən dövrümüzə iki dayaq hissə — ayaqlar qalmışdır ki, onların da biri Türkiyə, digəri isə Ermənistan ərazisindədir.
Arktika körpüsü
Arktika körpüsü — Şimal Buzlu okean və Atlantik okeanın şimal hissəsəsindən keçən movsümü dəniz yolu. Bu yol dəniz vastəsi ilə Kanada və Rusiyanı bir-birinə birləşdirir. Dəniz yolu Rusiyanın Murmansk (Kola körfəzi) limanından başlayır və Kanadanın Çörçill limanında (Hudzon körfəzi) bitir. Çörçil limanı Kanadanın şimalında yerləşir. Üstəlik dəmiryolu və hava nəqliyyatı vastəsi ilə ölkənin digər əraziləri ilə əlaqələnir. Bu liman Kandananın son dəmir yolu stansiyası olmaqla həm də Kanada prerilərindən toplanan buğdanın Avropa bazarına çıxışın əsas qapısı rolunu oynayır. Murmansk dəniz limanı isə Sankt-Peterburq və Avropanın digər hissələri ilə Oktyabrsk dəmir yolları vastəsi ilə birləşir. Murmansk limanı həm də onu Rusiyanın digər ərazilərini birləşdirən «Kola» avtomagistralının son duracağıdır. Rusiya Arktika körpüsünün inkişaf etdirilməsində maraqlıdır. İnkişaf edəcəyi halda Avroöpa və Şimali Amerika arasında (Şimal dəniz yolu ilə birlkdə) əsas ticarət yollarından birinə çevrilə bilər.
Arxadakı körpüləri yandırın
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Arxadakı körpüləri yandırın (Rövşən Abdullaoğlu)
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Arxadakı körpüləri yandırın (kitab)
Arxadakı körpüləri yandırın — Rövşən Abdullaoğlunun "Motivasiya psixologiyası silsiləsində" yazdığı və 2013-cü ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Qələbə çalmaq istəyən arxasınca -geriyə qayıda bilməsin deyə- bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. ... Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar! Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Atatürk körpüsü
Atatürk körpüsü — ilk olaraq tikiləndə əsl adı Mahmudiyə körpüsü olmuş, sonralar Unkapanı körpüsü və Karaköy-Eminönü körpüsü olaraq da adlandırılmışdır. Körpüdə keçidlər pulsuz olduğu üçün xalq Hayratiye körpüsü adını vermişdir.İstanbulda tarixi yarımadanı Bəyoğlu yaxasına birləşdirən bir körpüdür. Fatih ilçəsinə bağlı Unkapanı Kiçikkbazar bölgəsi ilə Bəyoğlu ilçəsinə bağlı Azapqapı səmtlərini bir-birinə bağlayır. Aksaray səmtindən başlayaraq Unkapanına gələn Atatürk bulvarının davamı deməkdir. == Tarixi == Körpü 1836-cı ildə Sultan II Mahmudun (1808-1839) əmrilə kapitanı dərya Fevzi Əhməd Paşa tərəfindən tərsanədə tikilib. Körpü 1836-cı ildə tamamlandı və açılışını şəxsən Sultan II Mahmud körpüyə at üzərində keçərək edib. Körpünün uzunluğu təxmini olaraq 400 mt, eni isə 10 mt olmuşdur. Körpünün ortası lazım olanda böyük gəmilərin keçməsi üçün açılırdı. XIX əsrin sonlarında Körfəzdə yerləşən körpülərin dəyişdirilməsi gündəmə gəlmiş və burada dəmir bir körpü keçirilməsi ideyası ön plana çıxmışdır. Bu barədə xarici şirkətlərlə danışıqlar aparılmışdır.
Aza (Şah Abbas) körpüsü
Aza (Şah Abbas) körpüsü - Ordubad rayonunun Aza və Darkənd kəndlərini birləşdirən körpüdür. == Tikinti materialı və memarlıq quruluşu == Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından beş aşırımlı şəkildə inşa edilmiş və zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatan körpünün uzunu 46 paqonometr, eni 3,5 metrdir. Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların-aşırımların oturacaqları təbii özüllər-qayalar üzərində hörüldüyü üçün tağlar arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğakəsən düzəldilmişdir. Böyük İpək yolu ilə hərəkət edən ticarət karvanlarının işini asanlaşdıran, onların rahatlığını təmin edən bu körpü Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində inşa edilmişdir. Bu yollarla şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının sahibləri keçdikləri ərazilərin malları ilə yanaşı Naxçıvan bölgəsinin məhsullarını da, o cümlədən duz, quru meyvə, sənətkarlıq məhsulları, xam ipək, ipək məhsullarını və s. də alıb aparır getdikləri ölkələrdə satırdılar . == Kitabəsi == Körpü zamanın sınaqlarına mətanətlə sinə gərərək əsasən salamat qalsa da, müəyyən vaxtlarda təbii fəlakətlər və tarixi hadisələr nəticəsində dağıntılara məruz qalmış, sonralar bərpa olunmuşdur. Belə bərpa işlərindən biri XIX yüzilliyin ortalarında aparılmışdır. Bu haqda vaxtılə onun üzərində ərəb-fars və rus dillərində qoyulmuş kitabələr məlumat vermişdir .
Aza körpüsü
Aza körpüsü — Ordubad rayonunun Aşağı Aza kəndində yerləşən qədim körpü. == Tarixi == Aza körpüsü Ordubad rayonunun, Aza kəndində, Gilançayın üzərində memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587–1629) inşa etdirilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir.
Azadlıq körpüsü (Budapeşt)
Azadlıq körpüsü (mac. Szabadság híd) — Budapeştdə yerləşən Dunay çayın üzərindəki körpü. Körpünün uzunluğu 333 m, eni 20 m , Buda və Peşt şəhərlərini birləşdirir. "Vamhaz meydanında körpü" Yanoşa Feketexazinin layihəsinə əsasən 1894-1896-cı illərdə tikilmişdir. Daha sonra, Gömrük Körpüsü adlandırıldı, bina Peşt sahilinə qədər tikildi, sonra körpünün açılışını edən I Frans İosif Körpüsü adlandırılıd. Yenidən bərpa edildikdən sonra körpü cari adını aldı. 1945-ci ildə körpü geri çəkilən Alman əsgərləri tərəfindən partladılmışdı, lakin növbəti ilin avqustuna qədər bərpa edilmişdir. 2007-ci ildə körpü 15 ay davam edən yenidənqurma işləri üçün bağlanıb. == Ədəbiyyat == Будапешт: [путеводитель] / С. Кузьмичёва, О. Кузьмичёв. — М.: Эксмо, 2008.
Ağ qızılgül körpüsü
Ağ qızılgül körpüsü (lit. Baltosios rožės tiltas) — Litvanın Alitus şəhərində, Nemunas çayı üzərindəki piyada körpüsü. Litvanın ən yüksək piyada və velosiped körpüsüdür. 1899-cu il dəmir yolu körpüsünün sağlam qalan sütunları üzərində 2013-2015-ci illərdə tikilib. Kəndirlə tullanmaq üçün bir əyləncəli yerdir. == Yerləşməsi == Şəhərin mərkəzini I Alitus rayonu və çayın şərq sahilindəki kurqanla birləşdirir. Körpünün yanında “Çiçək” (lit. Lelijos žiedas) abidəsi var. Körpüdən axın üzrə yuxarıda Kanyuk körpüsü, aşağıda isə Antanas Yuozapaviçius körpüsü yerləşir. == Adı == Dəmir yolu körpüsünün adı olmçamıəşdır.
Ağa körpüsü
Ağa körpüsü - Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə olan körpü. == Tarixi == İbrahimxəlil xan Cavanşirin sonbeşik qızı, xeyirxahlığı ilə özünü hamıya sevdirməyi bacaran, bütün Qarabağda “mərhəmət carçısı” kimi tanınan Gövhər ağa xalqın bu vacib ehtiyacını təmin etmək üçün kəsə, at və araba yolu keçən və Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə öz hesabına körpü tikdirdi. Uzunluğu 25 metr, eni isə 7 metr olan bu birtağlı körpü dairəvi şəkildə inşa edilmişdir. Çox çəkmədən həmin körpü Şuşa ilə şimal şəhərləri arasında əlaqə yaradan nəqliyyat yoluna, yalnız ticarət karvanlarının yox, eyni zamanda, böyük insan kütlələrinin hərəkət etdiyi məntəqəyə çevrilmişdi. Bu möhtəşəm körpü sonralar el arasında onu tikdirənin adı ilə “Ağa körpüsü” kimi məşhurlaşmışdı. Xəlifəli çayının su səviyyəsi və onun genişlənən yatağındakı iri qayalıq sahələrin çox olması körpünün tikintisi üçün əlverişli idi. İri çay daşlarından hörülmüş, yaxşı və səliqəli yonulan sal daşlarla üzlənmiş bu körpü həm memarlıq, həm də sənətkarlıq baxımından əvəzsiz bir sənət əsəri sayıla bilər. Körpü tikilərkən dayaqlarının möhkəmliyinə xüsusi fikir verilmiş, tam təbii şəraitlə üzvi surətdə əlaqələndirilmiş, dayaqları süni özül üzərində yox, çayın axarındakı qayaların üzərində salınmış və çayın su səviyyəsi, daşqın ehtimalı da nəzərə alınmışdı. Digər körpülərlə eyni üslub yaxınlığına malik olan “Ağa körpüsü” Qarabağ tikinti mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir, yerli bənna və inşaatçıların yüksək mühəndislik qabiliyyətinin bariz nümunəsi kimi nəzərə çarpır. “Ağa körpüsü”nü Gövhər ağa və daha sonralar onun qardaşı qızı Xurşidbanu Natəvan dəfələrlə təmir etdirmişdir.
Aşağı Körpülü
Aşağı Körpülü — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. 1920-ci ildən sonra kərimlilər və dəmirçililər tayfası Körpülü kəndindən 1,5 km aralı yeni yurd salmışlar. Həmin ildən Körpülü - Yuxarı Körpülü və Aşağı Körpülü kəndlərinə bölünmüşdür. Deməli, Aşağı Körpülü kəndi 1920-ci ildən sonra salınmışdır. Kənddə 1922-ci ildə 253 nəfər, 1931-ci ildə 319 nəfər azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1948-ci ildə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı və «çay, dəmiryolu və s. üzərindən keçmək, daşdan, taxtadan, dəmirdən qurulan tikili keçid» mənasında işlənən körpü sözlərindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Baykovski körpüsü
Baykovski körpüsü — Rostov-na-Donu şəhərində 1864-cü ildə inşa edilən edilən körpü. Körpü Qeneralnaya axarı üzərində inşa edilmişdi. Körpü öz adını o zaman şəhər rəhbəri olmuş Andrey Matveeviç Baykovun adından almışdır. Qalıqları günümüzə gəlib çatmamışdır. == Tarixi == Tarixi Baykovski körpüsünün inşasına 1840-cı ildə bsşlanılmışdır. Bu zaman şəhər rəhbəri Andrey Romanoviç Yaşenko Qeneralnaya axarı üzərindən körpünü inşa etməyi qərara alır. Bu körpüyə ehtiyac əsasən pis havalarda yaranırdı.. Xüsusi ilə Rostov yarmarkası zamanı ehtiyac daha çox duyulurdu. Axarın digər hissəsinə keçmək provlem yaradırdı, üstəlik əşyaları digər hissəyə keçirmək olduqca çətin idi. Şəhər duması bu ehtiyacların ödənilməsi məqsədi ilə mövcud taxta körpünün yerinə daş körpünün inşasını qərara alır.
Behrud körpüsü
Behrud körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndi yaxınlığında yerləşən tarixi-memarlıq abidəsi. Üç aşırımlı, uzunluğu 10 paqonmetr olan Behrud körpüsü Gilançay üzərindədir. Körpünün XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud körpüsü inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlamışdır. Körpü 1996-cı ildə yenidən qurulmuş, bununla da Ordubad rayonunun Parağa-Tivi-Nəsirvaz kəndləri arasında əlaqələr bərpa olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 46.99 dəfə / 1 mln.
2002 ••••• 20.56
2003 •••••••• 35.43
2004 •••••••••••• 51.54
2005 •••••• 26.99
2006 •••••••••• 43.25
2007 •••••••••••• 51.59
2008 •••••••••••••• 61.64
2009 •••••••••• 43.52
2010 ••••••• 31.68
2011 •••••••••• 45.38
2012 ••••••••••• 49.48
2013 •••••••••• 42.30
2014 •••••••• 35.35
2015 ••••••••• 36.58
2016 •••••••••••• 53.80
2017 •••••••••••••••••••• 91.21
2018 ••••••••••••• 55.73
2019 ••••••••••••• 56.89
2020 •••••••• 32.22

körpü sözünün leksik mənası və izahı

  • 1 is. 1. Çay, dəmir yolu və s. üzərindən keçmək üçün daşdan, taxtadan, dəmirdən qurulan tikili, keçid. Dəmir yol körpüsü. Taxta körpü. Çay körpüsü. Körpüdən keçmək. Körpü tikmək. – Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. M.S.Ordubadi. □ Asma körpü – bax asma. 2. Dəniz, çay, göl sahilində gəmilərin yan alması, habelə onların hərəkətini təmin etmək üçün müvafiq tikililəri olan yer. Körpüdə gəmiyə minmək. Yükü körpüyə boşaltmaq. – Bir qədər yol gedəndən sonra yelkənli qayıq bir körpünün qabağında dayandı. M.S.Ordubadi. Cəmil Tahiri gəzinti qayıqları dayanan körpüyə sarı çəkdi. M.Hüseyn. 3. Tikinti və təmir işlərində ustanın və b.-nın dayanması üçün taxta, şalban və s.-dən düzəldilən qurğu. Körpü düzəltmək. Körpünün yerini dəyişmək. 4. idm. Güləşmədə və akrobatikada, dabanları və başı yerə dirəyərək, döşün yuxarıya doğru qalxmış vəziyyəti. Körpü durmaq. 5. tex. Avtomobil və ya traktor şassisinin (çərçivəsinin) oxlar üstündə olan və təkərlərlə bağlı hissəsi. Dal körpü. Qabaq körpü. 6. xüs. Bir neçə süni dişi birləşdirən lövhəcik. 7. məc. Bağlayıcı, əlaqələndirici vasitə mənasında. ◊ Qıl körpü – 1) dini əfsanələrə görə, adamların günahkar və ya günahsız olduğunu müəyyənləşdirmək üçün guya qiyamət günü onların üzərindən keçəcəyi qıl kimi nazik körpü. Qiyamət var, qıl körpü var, qazan var; Rövşən yollarını tar eyləməynən. Aşıq Ələsgər. [Fərrux Qurbana:] Cənnət, cəhənnəm, ərəsati-məhşər, qıl körpü haqqında hər axşam hədis söylə. Ə.Vəliyev; 2) məc. çətin sınaq mənasında. Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi döyünürdü. Amma, çifayda oraya getmək mümkün deyildi, arada qıl körpü durmuşdu. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / körpü
  • 2 is. Bel qayışının ucunu keçirmək üçün, onun üstündə olan halqa.

    Azərbaycan dilinin izahlı lüğəti / körpü

körpü sözünün sinonimləri (yaxın mənalı sözlər)

körpü sözünün rus dilinə tərcüməsi

  • 1 1. мост; 2. бляха;

    Azərbaycanca-rusca lüğət / körpü
  • 2 1 I сущ. 1. мост: 1) сооружение для перехода, переезда через реку, овраг, железнодорожный путь и т.п. Ağac körpü деревянный мост, asma körpü висячий мост, açılan körpü разводной мост, biryollu körpü однопутный мост, qalxan körpü подъемный мост, daş körpü каменный мост, dəmir yol körpüsü железнодорожный мост, kanat körpü канатный мост, beton körpü бетонный мост, panton körpü пантонный мост, tağtavanlı körpü сводчатый мост, körpü tikmək строить мост, piyadalar körpüsü пешеходный мост, körpünün tağları своды моста, körpünün döşəməsi настил моста, körpüdən keçmək перейти через мост 2) строит. помост, настил из досок и бревен. Körpünün üstündə durmaq стоять на мосту 3) спорт. прием в борьбе: вытянутое изогнутое положение тела, обращенного грудью вверх и опирающегося на пол ступнями и ладонями или головой. Körpüdə saxlama удержание на мосту, körpüdən çıxma уход с моста 4) тех. часть шасси автомашины, трактора, расположенная над осями и связанная с колесами 5) тех. специальная планка, на которой укрепляется ряд искусственных зубов. Körpü qayırtdırmaq заказать мост 6) перен. то, что соединяет что-л., служит посредствующим звеном между кем-л., чем-л. Körpü rolunu oynamaq kimin, nəyin arasında играть роль моста между кем, чем 2. пристань (специально оборудованное место, сооружение для причаливания, стоянки судов). Qayıq körpüyə yan aldı лодка причалила к пристани II прил. 1. мостовой. Körpü dayağı мостовая опора, körpü düzləndiricisi мостовой выпрямитель 2. пристанный, пристанский. Körpü gözətçisi пристанный сторож, körpü anbarı пристанский склад; körpü mütəhəssisi мостовик, balaca körpü мостик, körpü özülü тех. бык (массивная промежуточная опора моста или гидротехнического сооружения) 2 сущ. бляха (металлическая пластинка, являющаяся пряжкой, застежкой)

    Azərbaycanca-rusca lüğət / körpü

körpü sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. bridge; dəmir yol ~sü railway bridge; asma ~ suspension bridge; açılan ~ opening bridge; qalxan / qaldırılan ~ draw-bridge; piyada(lar) ~sü footbridge; panton ~sü pantoon-bridge, bridge of boats; ◊ qıl ~ ≅ the final judgement; doom; ~ salmaq / tikmək to bridge, to make* / to construct / to build* a bridge; çaya ~ salmaq to span the river with a bridge; 2. (gəmidə) bridge; 3. (hündür ayaqaltı) scaffold

    Azərbaycanca-ingiliscə lüğət / körpü

körpü sözünün fransız dilinə tərcüməsi

körpü sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. гьалкъа (юкьва твадай чӀулун).

    Azərbaycanca-ləzgicə lüğəti / körpü
  • 2 сущ. 1. муьгъ; taxta körpü кьуларин муьгъ; körpü tikmək муьгъ эцигун; // муькъуьн (мес. тагъ); 2. эцигунрин, кьазбунрин ва мс. крара винел устӀар акъвазун патал туькӀуьрдай кьуларин муьгъ хьтинди; 3. спорт., тех. хуьс. мост; körpü durmaq спорт. мостуна акъвазун (акъажунра, акробатикада); qabaq körpü тех. вилик мост (машиндин, трактордин); 4. пер. сад-садав алакъалу ийидай затӀ манада; ** qıl körpü а) дин. сиратӀан муьгъ, гуя къияматдин юкъуз жегьеннемдин винелай туькӀуьрдай, гунагькарар фидамаз жегьеннемдин цӀуз аватдай чӀар хьтин шуькӀуь муьгъ; б) пер. гзаф четин синагъ манада.

    Azərbaycanca-ləzgicə lüğəti / körpü

körpü sözünün türk dilinə tərcüməsi

"körpü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#körpü nədir? #körpü sözünün mənası #körpü nə deməkdir? #körpü sözünün izahı #körpü sözünün yazılışı #körpü necə yazılır? #körpü sözünün düzgün yazılışı #körpü leksik mənası #körpü sözünün sinonimi #körpü sözünün yaxın mənalı sözlər #körpü sözünün əks mənası #körpü sözünün etimologiyası #körpü sözünün orfoqrafiyası #körpü rusca #körpü inglisça #körpü fransızca #körpü sözünün istifadəsi #sözlük