körpücük sözü azərbaycan dilində

körpücük

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • körpücük • 94.6541%
  • Körpücük • 5.3459%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Körpücük sümüyü
Körpücük sümüyü (lat. clavicula) — İnsan anatomiyasında döş sümüyü ilə kürək sümüyü arasında körpü rolunu oynayır. Yetkin bir insanda orta uzunluğu 15 sm olan uzun sümükdür, Bu, anatomik vəziyyətdə üfüqi vəziyyətdə yerləşən yeganə uzun sümükdür.
Körpücük sümüyünün sınıqları
Körpücük sümüyünün sınıqları — çiyinə olan bir başa və ya dolayısı ilə olan travma nəticəsində baş verir.Bu sınıqlar çox geniş yayılmışdır və təcili tibbi yardım həkiminin praktikasında çox tez-tez rast gəlinir. Əsasən qabağa uzadılmış əlin və çiyin sümüklərinin üstünə yıxıldıqda belə sınıqlar baş verir.Travma nəticəsində baş verən sınıqlar sırasında körpücük sümüyü sınıqları təxminən 2,6% hallarda müşahidə edilir. Bu sınıqlar daha çox uşaq və gənclərdə müşahidə edilir. Körpücük sümüyü sınıqlarının üçdə biri 13–20 yaş arasında olan xəstələrin payına düşür. 20 yaşdan sonra körpücük sümüyü sınıqlarının sayı azalmağa doğru gedir və yenidən ahıllıq dövründə artmağa başlayır. Bir sıra araşdırmalardan bəllidir ki, körpücük sümüyü sınıqlarının təxminən 69% sümüyün orta 1/3 hissəsinə, 28%-i distal 1/3 hissəsinə və 2,8%-i isə proksimal 1/3 hissəsinə düşür. Distal 1/3 hissənin sınıqları öz növbəsində 3 tipə bölünür. Məhz sınığın lokalizasiyası körpücük sümüyü sınıqlarının təsnifatının əsasını təşkil edir. == Əlamətləri == Körpücük sümüyünün sınıqlarında əmələ gələn əlamətlər bunlardır: ağrı; şişkinlik; körpücük sümüyünün deformasiyası; hərəkətlərin məhdudlaşması və ağrılı olması; əlin çiyindən yuxarı qalxmaması; == İlk tibbi yardım == Qoltuqaltı nahiyəyə 5–7 sm ölçüsündə parça yastıqca qoyulur. Sonra enli bint ilə əli, dirsək oynağı ilə birlikdə, bədənə kip bintləyirlər.
Körpücükaltı arteriya
== Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Körpücükaltı vena
== İstinadlar ==

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.04 dəfə / 1 mln.
2004 •• 0.34
2007 •• 0.21
2008 •• 0.24
2009 •••• 0.64
2010 •••••• 1.09
2011 ••• 0.43
2012 ••••••••• 1.63
2013 ••••• 0.88
2015 •• 0.34
2016 0.17
2017 ••••••••• 1.63
2018 ••••••••••••••• 3.00
2019 •••••••••••••••••••• 4.03
2020 •••• 0.80

körpücük sözünün leksik mənası və izahı

  • 1 is. 1. Kiçik körpü, balaca körpü. Körpücükdən keçmək. – [Əhmədov:] Hər dəfə yüz əlli addım o yana, o qədər də bu yana gedincə, buradan bir körpücük tikə bilmərikmi? Mir Cəlal. Arxın üstündəki körpücüyə çatanda uşaqlar dayandılar. Q.İlkin. 2. anat. Döş sümüyü ilə kürəyi birləşdirən sümük. // Ümumiyyətlə, bir neçə hissəni, şeyi bir-birinə bağlayan şey.

    Azərbaycan dilinin izahlı lüğəti / körpücük

körpücük sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. 1. мостик (мосток, мосточек, маленький мост). Ensiz körpücük узкий мостик; taxta körpücük дощатый мостик, физ. xətti körpücük линейный мостик, qoruyucu körpücük предохранительный мостик, elektrik körpücüyü электрический мостик 2. анат. ключица (парная трубчатая кость плечевого пояса, соединяющая лопатку с грудной костью). Körpüyücün qabarıqlığı бугристость ключицы, körpücüyün döş əzələsi грудная мышца ключицы, мед. körpücük sınığı перелом ключицы, körpücük çıxığı вывих ключицы II прил. ключичный. Körpücük çuxuru ключичная впадина

    Azərbaycanca-rusca lüğət / körpücük

körpücük sözünün inglis dilinə tərcüməsi

körpücük sözünün fransız dilinə tərcüməsi

körpücük sözünün ləzgi dilinə tərcüməsi

"körpücük" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#körpücük nədir? #körpücük sözünün mənası #körpücük nə deməkdir? #körpücük sözünün izahı #körpücük sözünün yazılışı #körpücük necə yazılır? #körpücük sözünün düzgün yazılışı #körpücük leksik mənası #körpücük sözünün sinonimi #körpücük sözünün yaxın mənalı sözlər #körpücük sözünün əks mənası #körpücük sözünün etimologiyası #körpücük sözünün orfoqrafiyası #körpücük rusca #körpücük inglisça #körpücük fransızca #körpücük sözünün istifadəsi #sözlük