Mulvi körpüsündə döyüş
Mulvi körpüsündə döyüş — 28 oktyabr 312-ci ildə Roma imperiyasının Roma şəhərində Maksensi ilə Konstantinin qüvvələri arasında baş tutmuş döyüş. Nəticədə sonuncu Roma imperiyasının qərb hissəsinin yeganə hökmdarı olmuşdur. 306-cı ildə hakimiyyəti qəsb etmiş imperator Maksensi və iddiaçı Konstantin arasında Roma imperiyasının qərb hissəsində yeganə hakimiyyət uğrunda mübarizə gedirdi. Maksensi döyüş zamanı Tibr çayında boğulmuşdur. Daha sonra onun cəsədi çaydan götürülərək başı kəsilmişdir. Maksensinin kəlləsi döyüşün ertəsi günü Roma küçələrində nümayiş etdirilmiş, sonra Afrikaya aparılmışdır.
Döyüş Mulvi körpüsü yaxınlığında, Tibr çayının sağ sahilində yerləşən Saksa-Rubra bölgəsində baş tutmuşdur. O zaman körpü Romadan 3 kilometr (1.9 mil) şimalda, eramızdan əvvəl I əsrdə salınmış Ariminium (indiki Rimini) ilə birləşdirən qədim Flamini yolunda yerləşirdi. Döyüşün ümumdünya tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu, xristianlığın qanuniləşdirilməsinə və Roma imperiyasının dövlət dininə çevrilməsinə gətirib çıxarmışdır.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Berrens, Stephan, Sonnenkult und Kaisertum von den Severern bis zu Constantin I. (193–337 n.