köz sözü azərbaycan dilində

köz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • köz • 60.2837%
  • Köz • 36.8794%
  • KÖZ • 2.8369%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağ Közbulaq
Közbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlilabad rayonun Dağ Közbulaq kəndi ərazisində 15-16-cı əsrə aid orta əsr qəbiristanlığı var.
Közbulaq
Közbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlilabad rayonun Dağ Közbulaq kəndi ərazisində 15-16-cı əsrə aid orta əsr qəbiristanlığı var.
Közbəkçi Yusif Paşa
Közbəkçi Yusif Paşa (ö. 1678) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Bostançı ocağında yetişdikdən sonra 1662-ci ilin iyulunda bostançıbaşı, 1666-cı ilin mayında Silistrə sancaqbəyi və vəzir oldu. Bu vəzifədə ikən 1667-ci ilin sentyabrında Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından Temeşvar sancaqbəyi, 1670-ci ilin avqustunda Yanova, 1671-ci ilin martında isə Ərzurum bəylərbəyi olub, divan vəzirliyini davam etdirdi. Ardından paytaxta çağrıldı və 1677-ci ilin fevralında İstanbulda taxt naibi təyin edildi. Həmin ilin sonunadək bu vəzifədə qalan Yusif Paşa ardından orduya əsgər toplamaq məqsədilə Rumeliyə göndərildi. Ancaq 1678-ci ildə Vidin yaxınlığında vəfat etdi. == Mənbə == Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
Közənəq (Təbriz)
Közənəq (fars. كزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (33 ailə).
Közərəş (Salmas)
Kuzərəş (fars. كوزه رش‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər. yaşayır (222 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2006 ••••••• 0.45
2007 ••• 0.21
2009 ••••• 0.32
2010 ••• 0.18
2011 •••• 0.26
2012 ••• 0.17
2013 ••••••• 0.44
2014 •••••••••• 0.69
2015 ••• 0.17
2016 •••••••• 0.52
2017 ••• 0.16
2020 •••••••••••••••••••• 1.46

köz sözünün leksik mənası və izahı

  • 1 is. Od yandıqdan sonra qalan alovsuz, qızmar kömür. Ağac yanar, köz olar; Su səpmə, köz-köz olar. (Bayatı). Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // məc. Qızğın, odlu, hərarətli mənasında. Əbədi bir heykəl qurur sənətkar öz ürəyində; Bu hörmətdən alov tutar, alışar köz ürəyində. B.Vahabzadə. □ Köz düşmək – bax közə dönmək. Tonqalın alovu sönüb köz düşdükcə onun başındakı fədailərin halqası daralır və sıxlaşırdı… M.İbrahimov. Ocaq çatıldadıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. İ.Şıxlı. Köz salmaq – yandırmaq, qızdırmaq üçün yanar kömür və ya başqa bir şey salmaq, tökmək. Aqil qalxıb balaca samovara su tökdü, gətirib köz saldı, onu balkona qoyub qayıtdı. S.Rəhimov. Göyçək samovarı balkona qoyub köz saldı. Ə.Vəliyev. Közə döndərmək – 1) qızartmaq, közərtmək. Odları yandırıb közə döndərmək; 2) bərk qızdırmaq, qızmar hala salmaq. Avqust günəşinin qızdırıb közə döndərdiyi hava … daha da ağırlaşırdı. Ə.Əbülhəsən. Közə dönmək – 1) qızarmaq, közərmək. Ocaqda kömür közə döndü; 2) yanıb puç olmaq, istinin şiddətindən tələf olmaq, xarab olmaq. Məhsul közə dönüb. Otlar közə dönmüşdü. // İstidən, quraqlıqdan yanmaq. Tiflis və Kars mahalları quraqlıqdan yanıb közə dönüblər. C.Məmmədquluzadə. Köz kimi (təki) məc. – qıpqırmızı, alov kimi. Sifəti köz kimi qızarıb. – [Koroğlu:] Sinəm odlandı köz kimi; Miskin olarmı biz kimi? “Koroğlu”. Qaşlar vəsmələnir, göz sürmələnir; Köztək yanaqları xoş şölələnir. M.P.Vaqif. // Od kimi. Ayrılıq dediyin duzlu bir sudur; İçdikcə köz kimi yandıracaqdır. R.Rza. // məc. mənada. Pul haqqında. [Qədir:] Ay başa çatmayıb ki, Qumrunun əziz cehizi, alagöz kilimi çərçiyə satılıb pulları köz kimi nağd yüzbaşının ovcuna tökülmədimi? Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / köz

köz sözünün rus dilinə tərcüməsi

  • 1 пылающие угли, жар

    Azərbaycanca-rusca lüğət / köz
  • 2 сущ. жар (горячие угли, без пламени). Ocağın közü жар костра, köz düşmək превращаться в жар (в горячие угли), köz salmaq: 1. разжечь, заставить загореться углями. Samovara köz salmaq разжечь самовар; 2. давать хорошие угли (о древесине); közə döndərmək раскаливать, раскалить, превращать, превратить в жар; közə dönmək раскаливаться, раскалиться, превратиться в жар ◊ köz kimi как жар, как горячие угли; elə bil köz üstündə oturub сидит будто на горячих углях

    Azərbaycanca-rusca lüğət / köz

köz sözünün inglis dilinə tərcüməsi

  • 1 i. cinder; embers pl.; ~ kimi red-hot, red heat; ~ə dönmək / çevrilmək to cinder, to burn* / to reduce to cinder; ~ə döndərmək to cinder (d.), to burn* / to reduce (d.) to cinder, to incandesce (d.); ~ kimi olmaq / qızarmaq to glow; məc. to become* red; to flush up; to blush, to redden

    Azərbaycanca-ingiliscə lüğət / köz

köz sözünün fransız dilinə tərcüməsi

köz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. цкӀлам, жуьгьен (кана алахьай кӀарасдин ялав кумачир, жуьгьен хьайи, ифей цӀивин); köz düşmək кил. közə dönmək; köz salmaq цкӀламар вегьин, цӀай квай цӀивинар вегьин (мес. сумавурдиз); közə döndərmək а) цкӀламдиз элкъуьрун, яру цкӀлам хьиз авун; яру авун, ифирун; б) гзаф чими авун, ифирун (мес. ракъини гьава); közə dönmək а) цкӀламдиз элкъуьн, яру цкӀлам хьиз хьун; яру хьун, ифин; б) кана терг хьун, пуч хьун, чӀух хьун; ккун (чимивиляй, кьурагьвиляй); 2. пер. цӀай, ялав манада; köz kimi (təki) пер. цкӀлам хьиз (хьтин), цӀай хьиз, яп-яру; цкӀламди хьиз, цӀу хьиз (мес. ккун).

    Azərbaycanca-ləzgicə lüğəti / köz

köz sözünün türk dilinə tərcüməsi

"köz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#köz nədir? #köz sözünün mənası #köz nə deməkdir? #köz sözünün izahı #köz sözünün yazılışı #köz necə yazılır? #köz sözünün düzgün yazılışı #köz leksik mənası #köz sözünün sinonimi #köz sözünün yaxın mənalı sözlər #köz sözünün əks mənası #köz sözünün etimologiyası #köz sözünün orfoqrafiyası #köz rusca #köz inglisça #köz fransızca #köz sözünün istifadəsi #sözlük