* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••• | 2.76 |
2004 | ••• | 1.01 |
2005 | •••••• | 2.02 |
2006 | •••• | 1.58 |
2007 | •••• | 1.27 |
2008 | •••• | 1.22 |
2009 | ••••••••••• | 4.00 |
2010 | ••••••• | 2.63 |
2011 | •••••••••• | 3.77 |
2012 | •••••••••••• | 4.73 |
2013 | •••••••••••• | 4.67 |
2014 | •••••••••••••••••••• | 7.89 |
2015 | ••••••• | 2.72 |
2016 | •••••• | 2.08 |
2017 | ••••••••• | 3.41 |
2018 | ••••••••••• | 4.05 |
2019 | •••••• | 2.23 |
2020 | ••••••••••• | 3.98 |
1 is. 1. Bir yerdən başqa yerə köçən adam qrupu, qafilə. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Ə.Haqverdiyev. Ordu çapıb getmiş axar su kimi; Köçdən ayrı düşən bir quzu kimi. M.Rahim. □ Köç yolu – köçərilərin, yaxud çöl heyvanlarının, sürülərin saldığı, keçdiyi yol. Köç yolu ilə getmək. Köç yoluna çıxmaq. – Nə zaman ki, arabalar köç yoluna düzülür; Kəndli yoldaş əkinindən, biçinindən üzülür. S.Vurğun. [Vəlinin] səsi titrədi, gözləri önündən köç yolları, qalın meşələr, sıldırım qayalıqlar bir-bir gəlib keçdi. M.Hüseyn. Vağzal səkisinin enli daş pilləkənlərindən enib uzaqlaşanda, köç yolunun başına çıxanda Salamın ürəyi döyündü. Mir Cəlal. // Köçmə işi. 2. Bir yerdən başqa yerə köçən adamların qablaşdırılmış, bir yerə yığılmış ev şeyləri, müxəlləfatı. Köçü maşına yükləmək. Köçü daşımaq. – Səhərdən yüklənir nazlımın köçü; Cənnətülməvadır qoynunun içi. Qurbani. □ Köç etmək (eləmək) – bax köçmək 1-ci mənada. Ellər köç eyləmiş, sürülər gəlmiş; Qoynunda bir quzu səsi yüksəlmiş… M.Müşfiq. Köç edib yaylağa ellər, obalar; Bulaqlar başına min bir can gələr. Aşıq Şəmşir. Köç üstə (üstündə) – köçmək üzrə, köç vaxtı, köçmək ərəfəsində. …Uşaqlıqdan bizim evdə tərbiyə almış bir kürd köç üstə qəflətən naxoşlayıb öldü. S.S.Axundov. Sanki köç üstündə olan bir oba pərakəndə halda yurd tutub əylənmişdi. B.Bayramov. Köç iti (kimi) – 1) köçü qorumaq üçün saxlanan it; 2) məc. birisindən daim aralanmayan, əl çəkməyən adam haqqında. [İldırım:] Köç iti kimi düşəcəyəm dalınıza, ha vurun ki, qayıdacağam… N.Vəzirov. // Köçlərin müvəqqəti dayandığı yer, köçəri alaçıqları, köçəri obası. Köçə yaxınlaşmaq. – Təpənin başında isə təkəmseyrək qaraçı köçü və ya çoban düşərgələri görünürdü. Mir Cəlal. □ Köç düşmək – köçərilərin köçü dayanmaq, bir yerdə müvəqqəti yurd salmaq. 3. məc. Ölüm mənasında. Şəmşir, nə yaşasan, axırı köçdür; Belə bir xəyala dalmışam, dağlar! Aşıq Şəmşir.
Azərbaycan dilinin izahlı lüğəti / köç1 KÖÇ I is. Düşərgə, arandan dağa, dağdan arana getmə. Qoyunun üçü gəldi; Dolandı köçü gəldi (Bayatı). KÖÇ II f. Bir yerdən başqa yerə getmək; vəfat etmək. Günəş doğmamış sən; Ömürlük köçdün həyatdan (B.Azəroğlu).
Azərbaycan dilinin omonimlər lüğəti / köç2 сущ. 1. кочевье: 1) стоянка кочевников, кочевка. Köç salmaq (düşmək) остановиться на кочевье 2) жители, обитатели кочевья 3) жилье и имущество кочевников 2. кочевание. Köç başlandı началось кочевание 3. разг. уход из жизни, смерть; köç eləmək кочевать, köç üstə (üstündə) перед дорогой ◊ köç iti kimi как собака (о том, кто постоянно находится при ком-л.); köçüm ayrı, heçim ayrı моя хата с краю
Azərbaycanca-rusca lüğət / köç1 i. 1. a company of removing migrants / nomads; 2. a camp of nomads / migrants; qaraçı ~ü Gipsy camp; ~ düşmək to encamp; 3. herd of sheep roaming / moving to new pastures; 4. one’s belongings / household things packed for removal
Azərbaycanca-ingiliscə lüğət / köç1 is. déménagement m ; migration f ; transmigration f ; campement m ; qaraçı ~ü campement des tziganes ; ~ düşmək camper vi
Azərbaycanca-fransızca lüğət / köç1 сущ. куьч (1. са чкадай маса чкадиз куьч жезвай инсанрин кӀеретӀ; къефле; // köç yolu санай масаниз куьч жезвай инсанар, чуьлдин гьайванар, суьруьяр ва мс. фидай рехъ; 2. санай масаниз куьч хьун патал санал кӀватӀнавай кӀвалин затӀар; куьч-кума; köç eləmək (etmək) кил. köçmək 1); 3. пер. кьиникь манада).
Azərbaycanca-ləzgicə lüğəti / köç