* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [əsli fransızcadan] 1. köhn. İri daş balkon (sarayda, qəsrdə və s.-də). Padşah gənə külafirəngidə əyləşib, dizlərin qucaqlayıb qəm dəryasına batmışdı ki, bir də gördü, həmən minval qiyamət başladı… (Nağıl). Xan qızı bütün günü sarayın külafirəngisinə çəkilir… Çəmənzəminli. 2. dan. Evin üstündə və ya bağlarda istirahət üçün üstüörtülü tikili; talvar.
Azərbaycan dilinin izahlı lüğəti / külafirəngi2 əsli fransızcadan 1. İri daş balkon (sarayda, qəsrdə və s.-də).2. Talvar. Zöhrə xanım yaralı ahu kimi külafirəngidə boynunu büküb Tahirin yolunu gözləyir. (“Tahir və Zöhrə”) * Külafirəngidə əyləşən gözəl, Apardı ağlımı qara qaşların. Gözlərin cəlladtək giribdi qəsdə, Eyləməz dərdimə çara qaşların. (“Şahzadə Bəhrəm”)
Azərbaycan dastanlarının leksikası / külafirəngi3 əsli fransızcadan 1. İri daş balkon (sarayda, qəsrdə və s.də). 2. Talvar. (“Koroğlu” dastanının lüğəti) Günlərin bir günündə Aşıq Cunun gəzə-gəzə gəlib Ruma çıxdı. Şəhərin küçələrini gəzirdi, birdən külafirəngidə bir gözəl gördü. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası / külafirəngi2 сущ. 1. беседка (крытая легкая постройка в саду, во дворе, на крышах домов для отдыха) 2. устар. каменный балкон во дворцах и замках
Azərbaycanca-rusca lüğət / külafirəngi1 [əsli fransızcadan] сущ. 1. куьгьн. чӀехи къванцин балхун (имаратдин, къеледин ва мс.); 2. рах. кӀвалин къавал ва я багъда ял ягъун патал авунвай кьил кӀеви кьур, чардах, талвар.
Azərbaycanca-ləzgicə lüğəti / külafirəngi