külüng sözü azərbaycan dilində

külüng

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • külüng • 89.7059%
  • Külüng • 8.8235%
  • KÜLÜNG • 1.4706%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Külüngün
Külüngün (fars. کلنجین‎) — İranın Qəzvin ostanının Avəc şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cu il məlumatına görə kənddə 1,080 nəfər yaşayır (339 ailə). Milli tərkibi Azərbaycan türklərindən ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21
2009 •••••••••••••••• 0.16
2010 ••••••••• 0.09
2011 ••••••••• 0.09
2012 ••••••••• 0.09
2014 ••••••••••••••••• 0.17
2020 ••••••••••••• 0.13

külüng sözünün leksik mənası və izahı

  • 1 is. Daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o biri ucu isə enli alət. Külünglə yer qazımaq. Külüngə dəstə vurmaq. – Əhməd … bir külüng gətirib evin küncünə atdı. Ə.Haqverdiyev. Şahnisə xanımın döşəkçəsinin üstündə Fərhad külünglə dağı yarırdı. Çəmənzəminli. ◊ (Fərhad kimi) külüng vurmaq (çalmaq) – zəhmət çəkmək, çalışmaq, işləmək, əziyyətə qatlaşmaq. [Hacı Murad:] Qırx il külüng çalıb bir cüzi pul əlimə salmışam. S.S.Axundov. [Mirzə Camal:] Neçə ildir Fərhad kimi külüng vururam, bu səhnəni mən düzəltmişəm, indi o gəlib mənə dərs verəcəkdir! C.Cabbarlı. [Şeyda:] Gərək məhəbbəti fəaliyyətə çevirib, işıq və gözəllik uğrunda külüng çalasan! Ə.Məmmədxanlı. Külüng sındırmaq – bax külüng vurmaq (çalmaq). Nahaq bu yolda külüng sındırır. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / külüng

külüng sözünün etimologiyası

külüng sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 KÜLÜNG (yer qazmaq üçün alət) Belləri, külüngləri götürək, maşınlar tapaq, müəllimimizin dediyi Təbrizi yaradaq (M.İbrahimov); QAZMADÜSƏR Əlisa yarızarafat, yan ehtiyatla hərlənib qazmadüsər, bel, balta, kərki, mişar və qeyri karastı toplanmış anbara girdi (S.Rəhimov); TİŞƏ (kl.əd.) Naxuniqəmli bizi Fərhadə nisbət etməyin; Kim, yıxar bir gündə yüz min Bisütunu tişəmiz (S.Ə.Şirvani); DÜSƏR (dial.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / külüng

külüng sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. 1. кирка (ручной инструмент – насаженный на рукоятку род молотка, заостренного с одного конца). Külünglə işləmək работать киркой 2. горн. кайла (горный инструмент для откалывания породы; остроконечный стальной клин, насаженный на рукоятку) II прил. 1. кирковый. Külüng işi кирковая работа, külüng zərbələri кирковые удары 2. кайловый. Külüng dəstəsi (sapı) кайловая рукоятка ◊ külüng çalmaq, vurmaq трудиться, работать в поте лица; длительное время работать, трудиться в одной области, в одной сфере безупречно; külüng sındırmaq см. külüng çalmaq, vurmaq

    Azərbaycanca-rusca lüğət / külüng

külüng sözünün inglis dilinə tərcüməsi

  • 1 i. pick(er), (miner’s) hack; ◊ ~ çalmaq məc. to toil / to work hard; O, 20 ildir ki, burada külüng çalır He / She has been toiling / working hard here for 20 years

    Azərbaycanca-ingiliscə lüğət / külüng

külüng sözünün fransız dilinə tərcüməsi

külüng sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. каца, кацай; ** külüng vurmaq (çalmaq) каца ягъун, гзаф зегьмет чӀугун, жафа чӀугун, азият чӀугун, кӀвалахун; külüng sındırmaq кил. külüng vurmaq (çalmaq).

    Azərbaycanca-ləzgicə lüğəti / külüng

külüng sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bir ucu sivri, bir ucu enli alət. (“Koroğlu” dastanının lüğəti) Bilmirəm baharam, yoxsa ki qışam, Qorx o zamandan ki, qaynayam, coşam, Qırılmaz qayayam, tərpənməz daşam, Fərhad külüngünü çala, qoymaram.                                  (“Koroğlunun Bayazid səfəri”)

Azərbaycan dastanlarının leksikası

"külüng" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#külüng nədir? #külüng sözünün mənası #külüng nə deməkdir? #külüng sözünün izahı #külüng sözünün yazılışı #külüng necə yazılır? #külüng sözünün düzgün yazılışı #külüng leksik mənası #külüng sözünün sinonimi #külüng sözünün yaxın mənalı sözlər #külüng sözünün əks mənası #külüng sözünün etimologiyası #külüng sözünün orfoqrafiyası #külüng rusca #külüng inglisça #külüng fransızca #külüng sözünün istifadəsi #sözlük