Kürdlər sözü azərbaycan dilində

Kürdlər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kürdlər • 76.6211%
  • kürdlər • 23.1410%
  • KÜRDLƏR • 0.2380%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kürdlər
Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar. Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir. == Dil və mənşə == Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc . Soran dili : Kurmanc dili : == Məskunlaşma == Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur.
Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar.
Kürdlər (Ağdam)
Kürdlər — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Əhalisi == === Görkəmli şəxsləri === Əlabbas İsgəndərov — Azərbaycanın Milli Qəhrəmanı Tofiq Vəliyev — Tarix elmləri doktoru, professor Şəmsəddin Əsədov – kənd təsərrüfatı elmləri doktoru, professor == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.
Kürdlər (Cəbrayıl)
Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kürdlər (Cəlilabad)
Kürdlər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Kürdlər oyk., sadə. Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Kürdlər (Füzuli)
Kürdlər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Kürdlər kəndi Füzuli rayonunda, rayon mərkəzindən 7 km cənubda, Əbdürrəhmanlı inzibati ərazi vahidində, düzənlik-təpəlik ərazidə, Çərəkən çayının yaxınlığında yerləşir.Kəndin ümumi ərazisi 9 kvadrat km-dir.İşğal ərəfəsində kənddə 230 ev, 950 nəfər əhali olmuşdur.Yaşlı adamlar bu kəndi "Mehdi bəy kürdü" adlandırırlar. XIX əsrin sonlarında kəndin indiki ərazisi əslən Tuğ kəndindən olan Mehdi bəy Məlik-Aslanova məxsus olub. Mehdi bəy torpaqlarını qorumaq üçün bir neçə ailəni burada məskunlaşdırmiş və onların içməli su təminatı üçün Kəhriz çəkdirmişdir.Kənd əhalisi etnik cəhətdən Kürd mənşəli deyil. "Kürdlər kəndinin əsas nüvəsi Cənubi Azərbaycandan, Qaradağ vilayətindən, Çələbiyanlı elindən gəlib. Əvvəlcə Cəbrayıl qəzasının Xudayarlı kəndində yaşayıblar. Sonra yarısı Mehdi bəy Məlikaslanova məxsus "Kürdlər" yurdunda binələyiblər. Ətraf kəndlərdən, Pirəhmədlidən və Şuşa şəhərindən bir neçə ailə də bu yurda üz tutub. Kəndin əsası sənədlərə görə, XIX əsrin 1887-ci ilində qoyulub. (yazıçı Ənvər Çingizoğlu)" == == Kənddə iki uşaq baxçası, 200 şagird yerlik bir orta məktəb, bir klub fəaliyyət göstərirdi. ==
Kürdlər (Germi)
Kürdlər (fars. كردلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 511 nəfər yaşayır (103 ailə).
Kürdlər (Kəleybər)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə).
Kürdlər (Urmiya)
Kürdlər (fars. كردلر‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 900 nəfər yaşayır (269 ailə).
Kürdlər (dəqiqləşdirmə)
Kürdlər — xalq.AzərbaycandaKürdlər (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Kürdlər (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Kürdlər (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kürdlər (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd.
Kürdlər (Üskü)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,654 nəfər yaşayır (678 ailə).
Kürdlər (Əhər)
Kürdlər (fars. كردلر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 706 nəfər yaşayır (131 ailə).
Kürdlər bələdiyyəsi
Kürdlər bələdiyyəsi (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda bələdiyyə. Kürdlər bələdiyyəsi (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda bələdiyyə.
Kürdlər bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdlər bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdlər-i Tarança (Əhər)
Kürdlər-i Tarança (fars. كردلرترانچه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (28 ailə).
Azərbaycan kürdləri
Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. Kürdlər X–XI əsrlərdə Şəddadilər sülaləsinin qurulması ilə Qafqazda ortaya çıxdılar. XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir. == Tarixi == === Erkən tarix === Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər. Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar. XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu. XIX əsr rus tarixçisi Peter Budkov 1728-ci ildə Muğan düzündə yarı köçəri heyvandarlıqla məşğul olan kürd və şahsevən qruplarının Rusiya vətəndaşlığı almaq üçün müraciət etdiklərini qeyd etdi.1807-ci ildə, Cənubi Qafqaz uğrunda Rusiya-İran müharibəsi dövründə Mehmed Sefi Sultan adlı bir tayfa başçısı İrandan Qarabağ xanlığına köçdü və ardınca 600 kürd ailəsi gəldi. XIX əsrin ikinci yarısına qədər Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında çoxlu sayda kürd mövcud idi.
Ermənistan kürdləri
Ermənistan kürdləri — kürdlər əsasən Ermənistanın qərbində cəmləşmişlər. Sovet hökuməti qurularkən kürdlər ilk olaraq erməni əlifbası əsasında əlifbalarını tərtib etmişlər. Sonradan isə 1927-ci ildə latın əlifbasına keçirlər. 1945-ci ildə isə növbəti əlifba dəyişikliyi həyata keçirilir. Bu zaman isə artıq kirilcədən istifadə etməyə başlayırlar. Hazırda isə kürdlər ərəb, kiril və latın əlifbalarından da istifadə edirlər. Ermənistanda ilk yezidi məktəbləri 1920-ci ildə meydana gəlmişdir. Kürdlər tərəfindən ilk kürd dilində fəaliyyət göstərən radio və qəzet Riyta Teze olmuşdur. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Kürd dili bölməsi vardır. == Tarixi == === Kürdlərin hazırkı Ermənistan ərazisində məskunlaşması === Robert Hevsenə görə bu ərazilərin çoxu çöllükdən ibarət olmuşdur.
Gürcüstan kürdləri
Gürcüstan kürdləri — Gürcüstan əhalisinin etnik qrupunun bir hissəsi. Gürcüstanda yaşayan kürdlərin 90% -dən çoxu yezidi-kürdlərdir. Gürcüstandakı kürdlər siyasi baxımdan bitərəfdirlər, lakin 1999-cu ildə Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edərək Tiflisdə böyük bir nümayiş təşkil etdilər. Gürcüstanda kürdlər kiril əlifbasından istifadə edirlər. Onlar 1920-ci ildə Latın əlifbasından istifadə edirdilər. == Tarix == === Gürcüstan SSR === 1944-cü ildə dövlət qurumları Türkiyənin Sovet İttifaqına düşmən münasibətini nəzərə alaraq müsəlman əhalini Türkiyə ilə həmsərhəd bölgələrdən çıxarılmasına qərar verir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Ermənistan yezidilərinin bir hissəsi dolanışıqlarını təmin etmək məqsədi ilə Tiflisə üz tutur. Onlar burada işlə təmin olunurlar. 1979–1989-cu illər arasında Gürcüstanda kürd əhalisi təqribən 30 % artır. === Müstəqil Gürcüstan === Müstəqil Gürcüstanda kürd əhalisi tədricən azalır.
Xorasan kürdləri
Xorasan kürdləri (kürd. کوردانی خۆراسان/Kurdên Xorasanê‎, fars. کردهای خراسان‎‎) — İranın şimal-şərqində, İran–Türkmənistan sərhədi boyunca Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan kürdlər. Xorasanda təxminən 696 kürd kəndi var. == Tarixi == Kürdlərin indiki Türkiyə və Cənubi Qafqazdan Xorasana sürgün edilməsi Səfəvi şahı I İsmayıl tərəfindən təşəbbüs edilmiş və XVI əsrin əvvəllərində I Təhmasib hakimiyyəti dövründə davam etdirilmişdir. 1598–1601-ci illərdə daha 45 min kürd ailəsi sürgün edilmişdir. Sonrakı onilliklərdə I Abbas tərəfindən Xorasanda Astrabaddan Çinarana qədər uzanan beş kürd bölgəsi qurulmuşdur. Əfşar şahı Nadir Şahın dövründə Ərdalan kürdləri və artıq Xorasana sürgün edilənlər Gilan ərazisinə yerləşdirilmişdir.Deportasiyaların əsas səbəbi Mərkəzi Asiyadakı türkmən və özbək köçərilərinə qarşı müdafiə xətti yaratmaq istəyi idi. == Tayfalar == Xorasandakı kürd tayfaları arasında Əmar, Bəçvan, Bədlan, Bərivan, Bicərvan, Çapəş, Davan, Həməzkan, İzan, Keyvan, Məmyan, Məstiyan, Mozdegan, Palokan, Qaçkan, Qarabaş, Qaraçur, Qaraman, Rəşvan, Rudkan, Sevkan, Silsəpuran, Şad, Şeyxkan, Şirvan, Torosan, Tukan, Tupkan, Zəfəran, Zəngilan, Zərəqkan, Zərdkan və Zeydandır. Onlar hamısı kurmanci ləhçəsində danışır və şiə müsəlmanlarıdır.Digər tayfalara lək dilində danışan Kəlat və Dərəgazda yaşayan ləklər daxildir.
Yaponiya kürdləri
Yaponiya kürdləri (yap. 在日クルド人 Zainichi Kurudo-jin; kürd. Kurdên Japonyayê) — Şərqi Asiyada yerləşən ada ölkəsi Yaponiyada məskunlaşmış kürd əsilli əhali. Yaponiyada 2 min nəfərə yaxın etnik kürd yaşayır. Kürdlərin ölkəyə Türkiyənin şərqi və İraqın şimalındakı şəhərlərdən gəldiyi məlumdur. İcmanın kompakt yaşadığı bölgələr paytaxt Tokiodan şimalda yerləşən Şarabi və Kavaquçi şəhərləridir. Şarabinin bəzən Şərəbistan formasında adlandırılması kürd icmasının adlı ilə bağlıdır.
İran kürdləri
İran kürdləri (kürd. Kurdên Îranê/کورد لە ئێران, fars. کردها در ایران‎) — kürd əsilli iranlılar. Kürd dili onların ana dilidir. Kürdlər İranda etnik farslardan və azərbaycanlılardan sonra üçüncü ən böyük etnik qrupdur. MKİ illik kitabında verilən məlumata görə, onlar ölkə əhalisinin təxminən 5-10%-ni və ya 7%-ni təşkil edir. == Tarixi == İran Kürdüstanı və ya Şərqi Kürdüstan İranın şimal-qərbində kürdlərin yaşadığı ərazinin qeyri-rəsmi adıdır. Region İraq və Türkiyə ilə həmsərhəddir. Regiona Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlam və Həmədan ostanları daxildir. Kürdlər ümumiyyətlə İran Kürdüstanını daha böyük Kürdüstan bölgəsinin dörd hissəsindən biri hesab edirlər.
İranda kürdlərin üsyanı (1979)
== Üsyan Dövrü == 18-Mart 1979-cu il-31 -dekabr 1982-ci illəri əhatə edən üsyan. Hökumət birlikləri ilə üsyançılar arasında ilk toqquşma 18-21 mart aralığında Sənəndəcdə baş verimiş və iki yüzə qədər insanın həlak olması ilə nəticələnmişdir. Eyni il avqustun 16-da 2000-ə yaxın kürd üsyançı Kirmanşah əyalətində yerləşən Pavə şəhristanını tutur. Hökumət birlikləri avqustun 18-də 380-kürd və 18-əsgərin ölümü ilə nəticələnən toqquşmada üsyanı yatırmağa nail olurlar. 19-21-avqust tarixlərində 29-kürd dövlət tərəfindən edam edilir. Hökumət birlikləri avqustun 20-də Mahabadı mühasirəyə alır. 3-Sentyabr 1979-cu ildə hökumət qüvvələri 500-nəfərin öldüyü toqquşmadan sonra şəhərdə nəzarəti yenidən ələ keçirir. 22-26-Avqust tarixlərində hökumət qüvvələri ilə üsyançılar arasında yenidən toqquşma yaşanır, 28-avqustda isə 19-kürd dövlət tərəfindən edam edilir, 26-avqustda kürd üsyançılar Sərdəştdə 4-dövlət əsgərini qətlə yetirmişdi. 27-Avqust 1979-cu ildə Sənəndəcdə 11-kürd üsyançı edam edilir. Hökumət qüvvələri 1979-cu il 5-sentyabrda Sərdəşti ələ keçirir.
İsveç kürdləri
İsveç kürdləri (kürd. Kurdên Swêdê; isv. Kurder i Sverige) - İsveçdə yaşayan kürd icmasına verilən ümumi ad. İsveç kürdləri əsasən ölkə paytaxtı Stokholm və İsveçin əsas şəhərlərindən olan Uppsalada yaşamaqdadırlar. 1970-ci ildən etibarən kürdlərin İsveçdə müntəzəm olaraq məskunlaşması başlamışdır. Rəsmi məlumatlara görə ölkədə 83.600 nəfər kürd əsilli şəxs yaşayır və bu şəxslərin əksəriyyəti İsveçdə anadan olan yeni generasiyanən nümayəndələridir. 2004-cü ildə yaradılan və Börlenge şəhərini təmsil edən Dalkurd FK futbol klubu ölkədəki yerli kürd icmasının əsas simvollarından hesab olunur. Dalkurd FF 2017-ci il Superettan (əhəmiyyətinə görə ikinci futbol çempionatı) mövsümündə II yeri tutaraq, ölkənin əsas futbol çempionatı olan Allsvenskanda iştirak etmək hüququ əldə edib.
Kürdlərin deportasiyası
SSRİ-də kürdlərin deportasiyası — Cənubi Qafqazda yaşayan kürdlərin SSRİ hakimiyyəti dövründə deportasiya edilməsi. Stalinin hakimiyyəti dövründə kürdlərin deportasiyası bir neçə mərhələdə baş vermişdir. 1937-ci ildə Türkiyə ilə həmsərhəd bölgələrdən olan kürdlər deportasiya olunmuş, 1944-cü ildə isə Axısqa türkləri ilə birlikdə deportasiya olunmuşdur. Deportasiya edilən kürdlər Cənubi Qazaxıstan və Orta Asiyanın digər respublikalarının kəndlərində yerləşdirilmişdir. Bir sıra digər xalqlardan fərqli olaraq, kürdlər yalnız qismən deportasiya edilmişdilər. Həjar Şamiloğlu köçkün düşmüş kürdlərlə bağlı demişdir ki, Araz çayının hər iki tərəfində qalan kürdlər İrandakı qohumlarını ziyarət etmək məqsədilə sərhədləri pozmuş, buna görə də bir neçə dəfə sərhəd təhlükəsizlik qüvvələri ilə kiçik toqquşmalara girmişdilər. Mamke qəbiləsindən Basoye Ozmen və yanındakı bir neçə nəfər 1937-ci ildə sərhədi keçərkən SSRİ qüvvələri ilə münaqişəyə girmişdir. == Xronologiya == 1937 – Azərbaycan və Ermənistan kürdlərinin Qazaxıstan və Orta Asiyaya deportasiyası. 1944 – kürdlərin Gürcüstandan Qazaxıstan və Orta Asiyaya deportasiyası. 1956 – SSRİ kürdlərinin reabilitasiyasının başlanğıcı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.59 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •• 2.76
2004 •• 2.02
2005 •• 2.70
2006 0.45
2007 •• 2.96
2008 0.97
2009 1.60
2010 1.82
2011 ••• 3.95
2012 1.29
2013 •• 3.06
2014 ••• 5.15
2015 •• 3.06
2016 1.21
2017 •••••••••••••• 26.99
2018 •••••••••••••••••••• 39.10
2019 •••••• 10.15
2020 ••• 5.30

"kürdlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kürdlər nədir? #kürdlər sözünün mənası #kürdlər nə deməkdir? #kürdlər sözünün izahı #kürdlər sözünün yazılışı #kürdlər necə yazılır? #kürdlər sözünün düzgün yazılışı #kürdlər leksik mənası #kürdlər sözünün sinonimi #kürdlər sözünün yaxın mənalı sözlər #kürdlər sözünün əks mənası #kürdlər sözünün etimologiyası #kürdlər sözünün orfoqrafiyası #kürdlər rusca #kürdlər inglisça #kürdlər fransızca #kürdlər sözünün istifadəsi #sözlük