* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Qızın ərinin, qızın ata və anasına olan qohumluq münasibəti; yeznə. [İmran:] Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var. S.S.Axundov. Yaxşı yol, oğlum! – deyərək, qoca qayınana öz cavan kürəkənini yola saldı. B.Talıblı. [Vahimə:] Bacım da durdu, durdu, özünə kürəkən tapdı. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / kürəkən1 Quda kəlməsi ilə kökdaşdır (göy kimi də işlədilir). “Kəbin əsasında qohum olan oğlan (qızın əri)” deməkdir. Göy, kürəkən, quda, qayın, qadın (qazın) kökdaş sözlərdir, sonra mənaları dəyişib. Hamısı kəbin (daha doğrusu,quda) anlayışı ilə bağlıdır. Qaqauz dilində kürəkən yerinə qüvəə, baldız əvəzinə qorumca deyirlər. Bunlar da tarixi baxımdan quda sözü ilə qohumdur. Bəzi türk dillərində “ərə ver” yerinə quda edib ber cümləsi işlədilir. Deməli, kürəkən (göy) “quda” (kəbin) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kürəkən