* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••• | 17.13 |
2003 | •••••••••• | 25.98 |
2004 | •••••••• | 20.89 |
2005 | ••••••••••••• | 34.41 |
2006 | ••••••• | 18.92 |
2007 | •••••••••• | 27.27 |
2008 | •••••••• | 19.73 |
2009 | •••••••• | 21.76 |
2010 | •••••••••• | 27.23 |
2011 | ••••••••••• | 27.62 |
2012 | ••••••••••••••••• | 44.23 |
2013 | ••••••••••••••••• | 46.10 |
2014 | ••••••••••••• | 34.32 |
2015 | •••••••••••••••••• | 49.50 |
2016 | ••••••••••••••• | 39.05 |
2017 | •••••••••••• | 31.38 |
2018 | ••••••••••••••••• | 45.70 |
2019 | •••••••••••••••••••• | 55.22 |
2020 | ••••••••••••••••••• | 52.38 |
1 is. 1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. İstiqlaliyyət küçəsində yaşamaq. – Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə. Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. C.Məmmədquluzadə. Yan küçədən çıxan bir qaraltı onun qarşısında dayandı. Ə.Sadıq. □ Küçə həyatı keçirmək – avara, sərsəri həyat keçirmək, avaralanmaq, heç bir işlə məşğul olmamaq. Zeynalın, başqa özü kimi səfilcəsinə küçə həyatı keçirən yoldaşları Mehribanın gözü qabağında keflənmişdilər. S.Hüseyn. Küçə qadını (arvadı, uşağı, adamı) – tərbiyəsiz, əxlaqsız, baxımsız qadın (arvad, uşaq, adam). Küçə uşaqlarına qoşulmaq. Küçə adamına baş qoşmamaq. – Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxt-rəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. M.S.Ordubadi. Küçə mirzəsi köhn. – keçmişdə küçədə oturub savadsız əhali üçün məktub, ərizə və s. yazan savadlı adam; mirzə. Mirzə Cavad küçə mirzəsi idi. Ə.Haqverdiyev. Küçə səngəri – bax barrikada. Küçə sözü – ədəbsiz söz(lər), söyüş. [Aygün:] – Əvvəl, mənə aşna demə! Bir anayam mən! Bizim evə yaraşmayır bu küçə sözü… S.Vurğun. 2. Binanın küçə tərəfi, küçə səmti. Küçəyə pəncərə açmaq. □ Küçə qapısı – 1) evdən küçəyə açılan qapı. Küçə qapısını örtmək; 2) həyətdən küçəyə açılan qapı. Məmmədhəsən əmi həyəti bir qədər dolanıb çıxdı küçə qapısının ağzına. C.Məmmədquluzadə. Küçə qapısı açıldı. S.Hüseyn. Küçə pəncərəsi – evdən küçəyə açılan pəncərə. Küçə pəncərəsini bağlamaq. Küçəyə baxmaq – küçəyə açılmaq, küçəyə tərəf olmaq, küçəyə çıxmaq. Eyvan küçəyə baxır. – Küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü. İ.Şıxlı. ◊ O küçə sənin, bu küçə mənim – çox gəzib yorulmaq, bütün küçələri dolanıb əldən düşmək. [Fatma həkim:] Otuz beş ildi uçastkovı həkim işləyirəm, bu küçə mənim, o küçə sənin, bu dalan sənin, o dalan mənim. Heç olmasa işdən qayıdanda evdə bir rahatlıq görəsən. İ.Məlikzadə.
Azərbaycan dilinin izahlı lüğəti / küçə1 KÜÇƏ [Fəxri:] Axşamınız xeyir, küçədə işıqlar keçdi, dedim çətinlik çəkərsiniz (Ə.Babayeva); SOQAQ (arx.) Sərt, soyuq bir qış gecəsi... Səma bəyaz, yer bəyaz; Uğuldayan küləklərlə sarsılmada soqaqlar (M.Müşfiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / küçə2 I сущ. улица: 1. пространство между двумя рядами домов в населенном пункте для прохода или проезда. Geniş küçə широкая улица, şəhər küçəsi городская улица, küçəni keçmək переходить улицу, küçə ilə getmək идти по улице 2. жители улицы. Bütün küçə ayağa qalxdı вся улица поднялась на ноги, onu bütün küçə tanıyır его знает вся улица 3. пространство, место вне жилых помещений, под открытым небом. Küçəyə çıxmaq выйти на улицу, küçədə gəzmək гулять на улице, küçədə olmaq быть на улице 4. среда, лишенная культурного воздействия, общества, семьи, оказывающая отрицательное влияние. Küçənin mənfi təsiri отрицательное влияние улицы II прил. уличный: 1. относящийся к улице, находящийся на улице. Küçə səkiləri уличные тротуары, küçə fənərləri уличные фонари 2. происходящий, протекающий на улице. Küçə alveri уличная торговля, küçə vuruşmaları (döyüşləri) уличные бои 3. выходящий, ведущий на улицу. Küçə balkonu уличный балкон 4. проводящий большую часть времени на улице. Küçə uşaqları уличные дети, küçə oğlanları уличные мальчишки 5. пошлый, банальный. Küçə sözləri уличные слова, küçə ifadələri (söyüşləri) уличные выражения; küçə hərəkəti qaydaları правила уличного движения ◊ yaşıl küçə зеленая улица: 1. обозначение свободного на всем протяжении пути для транспорта (главным образом железнодорожного) 2. об отсутствии препятствий, задержек для осуществления чего-л.; küçə qadını уличная женщина (о проститутке); küçəyə atmaq kimi выбросить на улицу кого; bizim küçədə də bayram olar будет и на нашей улице праздник; o küçə sənin bu küçə mənim о том, кто все время ходит по улицам, шляется; küçələri ölçür бродит без дела; küçədə qalmaq остаться на улице (оказаться без крова, без работы и т.п.)
Azərbaycanca-rusca lüğət / küçə1 I. i. street; ~də: 1) in the street; 2) (eşikdə) out of doors; outside; ~yə atılmaq (qovulmaq) to find* oneself in the street; to get* / to have* the key of the street idiom.; ~yə açılmaq / baxmaq to face the street; Mənim pəncərələrim küçəyə açılır / baxır My windows face the street; ◊ Bizim küçədə də bayram olacaq ≅ Our day will come II. s. street; ~ qapısı street-door; ~ qadını a streetwalker; a woman on the streets; ~ döyüşləri street fightings; ~ hərəkəti street traffic; ~ uşağı street Arab; gutter-snipe, gutter-child, ~ alverçisi gutter-man, street vendor; hawker; ~ pəncərəsi the window facing (to) the street
Azərbaycanca-ingiliscə lüğət / küçə1 is. rue f ; ~də dans la rue ; pəncərələrim ~yə açılır mes fenêtres donnent sur la rue ◊ bizim ~də də bayram olacaq notre jour viendra aussi ; nous aurons notre jour de fête, nous aussi ; ~ uşağı gamin m des rues ~ alverçisi marchand m ambulant
Azərbaycanca-fransızca lüğət / küçə1 сущ. 1. куьче (кьве жерге дараматрин арада авай инсанар ва я машинар фин патал буш чка, рехъ); // küçə həyatı keçirmək куьчеда гьатун, са кардални машгъул тахьун, куьчеяр алцумун, вахт куьчеда акъудун, буш-буш камар ягъун, авара хьун; küçə qadını (arvadı, uşağı, adamı) кьил ахъаз куьчеда гьатнавай, ахлакьсуз, тербиясуз, куьчебан дишегьли (паб, аял, кас); küçə mirzəsi куьгьн. мирзе (виликра кӀелун-кхьин течир ксариз куьчедал ацукьна ччарар, арзаяр ва мс. кхьидай кас); küçə səngəri кил. barrikada; küçə sözü куьчедин гаф(ар), эдебсуз гаф(ар), экъуьгъун(ар); 2. кӀвалин, дараматдин куьче галай пад; // куьче галай патан, куьчедин; küçə qapısı куьчедин рак а) кӀвалин куьчедихъ галай рак; б) гьаятдин куьчедихъ галай рак; küçə pəncərəsi куьчедин дакӀар, кӀвалин куьчедихъ элкъвей дакӀар; küçəyə baxmaq куьчедихъ килигун, куьчедихъ элкъуьн, куьче галай патахъ хьун, куьчедихъ акъатун (кӀвалин дакӀар, балхун); ** o küçə sənin, bu küçə mənim а куьче ви, и куьче зи (гзаф къекъвена галатун, куьчеяр сад-сад вири кӀвачелайна гьалдай фин).
Azərbaycanca-ləzgicə lüğəti / küçə(Basarkeçər) qazmanın girəcəyi. – Kərmeyi küçüyə yığmışam, get onu gəti
Azərbaycan dilinin dialektoloji lüğəti.