Kırn sözü azərbaycan dilində

Kırn

Yazılış

  • Kırn • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kırna
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Kırna nekropolu
Kırna nekropolu — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində şimalda orta əsrlərə aid arxeoloji abidə. Nekropol hündür təpəni və onun yamaclarını əhatə edir, qərb tərəfdə Əlincə çay, cənubuda torpaq yol, şimal-şərqində dərin dərə ilə sərhədlənir. Nekropolda 1985-1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropol hazırda yerli əhali tərəfindən istifadə edilir. Orta əsr və müasir qəbirlər bir-birinə qarışmışdır. Qəbirlərin baş daşları qalmamışdır, sinə daşlarının isə bir çoxu yerindən tərpədilib çevrilmişdir. Sinə daşları müxtəlif formalıdır. Onlar, əsasən, düzbucaqlı və prizma formasında olub, bəzən yuxarıda tağvarı formada tamamlanmışdır. Bir qrup qəbirlərin baş tərəfində tağşəkilli oyuqlar açılmışdır. Bəzi qəbirlərin üzərində quş və haça təsvirləri vardır.
Kırna türbəsi
Cümə məscidi — Culfanın Kırna kəndində, təpə üstündə, İlandağın fonunda ucalan məscid. Dövrümüzə məscidin yalnız xarabalıqları çatmışdır. Plan-məkan quruluşu, yerləşmə tərz, ən başlıcası isə yüksək memarlıq keyfiyyəti onun əhəmiyyətli dini kompleksin mərkəzi hissəsi – Came məscidinin günbəzli məqsurəsi olduğunu bəlliləşdirir. Bəzi araşdırmaçılar Girnə məscidini türbə hesab etmiş, onun ilkin çağında bayırdan çadırvari günbəzlə örtülməsi fikrini irəli sürmüşlər. Ölüçü və nisbətləri, xüsusilə plan-məkan quruluşu onu xatirə tikilisi saymağa heç bir əsas vermir. Azərbaycanın xatirə memarlığı təcrübəsində bu tip tikili yoxdur. Abidənin dam örtüyü tamamilə dağılsa da, iç və dış quruluşu, xüsusilə günbəzaltı keçid qurşağı onun kubvari gövdəsinin çadırvari deyil, bu tip tikililər üçün xarakterik olan sferokonik biçimli günbəzlə tamamlandığına şübhə yeri qoymur. Bu abidənin bütün göstəriciləri onu Azərbaycan ərazisində yerləşən çoxsaylı Səlcuqlu məqsurələrindən biri saymağa imkan verir.Girnə cümə məscidinin dövrümüzə çatmış məqsurəsi planda kvadrat biçimlidir. Giriş hissəsi ortadakı enli olan üç sivri tağ açırımı şəklində həll edilmişdir. Qarşı tərəfin memarlıq bölgüsü də buna oxşardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.18

Oxşar sözlər

#kırn nədir? #kırn sözünün mənası #kırn nə deməkdir? #kırn sözünün izahı #kırn sözünün yazılışı #kırn necə yazılır? #kırn sözünün düzgün yazılışı #kırn leksik mənası #kırn sözünün sinonimi #kırn sözünün yaxın mənalı sözlər #kırn sözünün əks mənası #kırn sözünün etimologiyası #kırn sözünün orfoqrafiyası #kırn rusca #kırn inglisça #kırn fransızca #kırn sözünün istifadəsi #sözlük