kəbin sözü azərbaycan dilində

kəbin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəbin • 88.6740%
  • Kəbin • 10.7735%
  • KƏBİN • 0.5525%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəbin
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.06 dəfə / 1 mln.
2003 ••••••••• 1.97
2004 ••••• 1.01
2006 ••• 0.45
2007 •• 0.42
2009 •••••••••••••••••••• 4.48
2010 ••••••• 1.36
2011 •••••••••• 2.14
2012 ••• 0.52
2013 •••••••• 1.60
2014 •• 0.34
2015 0.17
2016 ••••••• 1.39
2018 •••••• 1.20
2019 ••• 0.56

kəbin sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] köhn. 1. Evlənmə əsnasında kişi (oğlan) tərəfindən qadına (qıza) vəd edilən nikah bahası; başlıq, mehr. [Mərcan bəy:] …Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov. Arvad bədbəxt olub atası evində qalardı. Atası da axund otağında, divanxanalarda kəbin və talaq davası edərdi. H.Sarabski. 2. İzdivac, nikah; evlənmənin qanuni şəklə salınması. Kəbin əhvalatını bitirməkdən ötrü əvvəlcə mənim bu əqdim … qeyd olunmalı idi. T.Ş.Simurq. □ Kəbin kağızı – kəbin şərtlərinin yazıldığı kağız, evlənmə haqqında şəhadətnamə. Hər birisi ki razı olsa, onda gərək dübarə Abbas Məhəmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla… M.F.Axundzadə. Kəbin kağızını almamış gəlini bayıra çıxarmazdılar. H.Sarabski. Kəbin kəsdirmək – evlənməsini müvafiq mərasimlə qanuni şəklə saldırmaq. [Ağamehdi] … kəbin kəsdirdi və [Gülnazı] götürüb öz evinə apardı. E.Sultanov. Kəbin kəsmək – evlənmə ayini icra etmək, evlənməyi qanuni şəklə salmaq, nikah kəsmək. İrəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm. Ə.Haqverdiyev. Kəbinini kəsmək – ərə getməsini qanuni şəklə salmaq. [Molla Səfi:] Pəh, bu olmadı ha! Mənə deyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı… Kəbinini kəsəydin qurtaraydı gedəydi… N.Vəzirov. Kəbinini vermək – boşamaq, talağını vermək. [Şamama cadu:] Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. Ə.Haqverdiyev. ◊ Kəbin(lər)i göydə kəsilib – evlənmələri tam zəruridir. Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib. (Məsəl). [Allahqulu Çimnaza:] Sən də çalış, Sonanı Büləndə gəlin gətir, bir-birini onlar çox istəyirlər. Hər cəhətdən də babdırlar. Belələri üçün deyiblər ki, kəbinləri göydə kəsilib! Ə.Əbülhəsən. Kəbinim halal, canım azad! köhn. – adətən qadının məcburiyyət üzündən ərindən boşanmaq arzusunu bildirən ifadə. [Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad! Ə.Haqverdiyev. [Mərcan bəy Kəblə Qubada:] Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə: kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nağd pul verərəm. Ü.Hacıbəyov. Kəbininə kəsilmək məc. – daim boynunda olmaq, boynuna qoyulmaq (bir iş, vəzifə).

    Azərbaycan dilinin izahlı lüğəti / kəbin

kəbin sözünün etimologiyası

kəbin sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəbin sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 KƏBİN – TALAQ Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm (Ə.Haqverdiyev); Fövrən bir molla çağırıb, vəkil elə ki, get Mədinədə mənim arvadımın talağını ver (Mir Cəlal).

    Azərbaycan dilinin antonimlər lüğəti / kəbin

kəbin sözünün rus dilinə tərcüməsi

  • 1 брачный акт, договор (у мусульман)

    Azərbaycanca-rusca lüğət / kəbin
  • 2 устар. I сущ. в прошлом: брачный договор, по которому жених обещал невесте определенные ценности. Kəbin haqqı (обещанная при бракосочетании сумма денег или количество вещей, выдаваемых женщине в случае развода или смерти мужа) II прил. брачный. Kəbin kağızı брачное свидетельство, kəbin kəsmək зарегистрировать брак, kəbin kəsdirmək узаконивать, узаконить брак, kəbinini vermək расторгать, расторгнуть брак; разводиться, развестись с женой ◊ kəbinləri göydə kəsilib они рождены, созданы друг для друга; kəbinim halal, canım azad (формула, означающая, что жена расторгает брак с мужем)

    Azərbaycanca-rusca lüğət / kəbin

kəbin sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. marriage-contract, marriage settlement; ~ kəsmək to register the marriage; (dini qaydada) to marry (d.); ~ kəsdirmək to register / to sign one’s marriage; (dini qaydada) to get* married; ~ini vermək (boşamaq) to divorce (d.), to agree to divorce; ◊ Kəbinləri göydə kəsilib Their marriage is made in heaven II. s. marriage; ~ kağızı certificate of marriage, marriage lines pl.; ~ pulu bride-money

    Azərbaycanca-ingiliscə lüğət / kəbin

kəbin sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. contrat m de mariage ; ~ kəsmək conclure un contrat de mariage, marier vt ; ~ini vermək divorcer vt ◊ ~ləri göydə kəsilib leur mariage est conclu dans le paradis ; 2) sif. de mariage

    Azərbaycanca-fransızca lüğət / kəbin

kəbin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. куьгьн. кебин (1. магьар (никягьзавай гадади-итимди рушаз-дишегьлидиз хиве кьадай кебиндин гьакъи, пул); 2. никягь); kəbin kağızı кебиндин (никягьдин) ччар (никягьдин шартӀар кхьенвай ччар; пабни-гъуьл хьун гьакъинда ччар); kəbin kəsdirmək кебин атӀуз тун, никягьиз тун; kəbin kəsmək кебин атӀун, никягь авун, никягьун; kəbinini kəsmək кебин атӀун, никягь авун, никягьун (гъуьлуьз физвай руш); kəbinini vermək тӀалакьар вахгун, никягьдикай хкудун, рахкурун; ** kəbininə kəsilmək пер. гьамиша хиве хьун, хиве ттунваз хьун (са кар, везифа).

    Azərbaycanca-ləzgicə lüğəti / kəbin

kəbin sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) nikah; 2) başlıq, südpulu; cehiz.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kəbin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəbin nədir? #kəbin sözünün mənası #kəbin nə deməkdir? #kəbin sözünün izahı #kəbin sözünün yazılışı #kəbin necə yazılır? #kəbin sözünün düzgün yazılışı #kəbin leksik mənası #kəbin sözünün sinonimi #kəbin sözünün yaxın mənalı sözlər #kəbin sözünün əks mənası #kəbin sözünün etimologiyası #kəbin sözünün orfoqrafiyası #kəbin rusca #kəbin inglisça #kəbin fransızca #kəbin sözünün istifadəsi #sözlük