kəfən sözü azərbaycan dilində

kəfən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəfən • 87.9518%
  • Kəfən • 8.4337%
  • KƏFƏN • 3.6145%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Turin kəfəni
Turin kəfəni — İsa çarmıxdan endirildikdən sonra sarıldığı iddia edilən saqqallı adamın ön və arxa siluetləri olan kətan parça. 4-cü əsrə aid bir mənbə bildirir ki, Thaddaeus və ya Addai İsanın şəklini Edessada (Urfa) “seçimli boyalarla” çəkiblər. 6-cı əsrə aid başqa bir mənbə bildirir ki, İsa üzünü dəsmalla siləndə şəklini onun üzərində qoyub. İsa bu dəsmalı padşah V Abqarın elçisinə verdi. İsanın Edessada təsvir edilməsi hekayələri 944-cü ilə, Bizans ordusunun şəkli Konstantinopola (İstanbul) apardığı vaxta qədər davam etdi. Rəsm burada 1204-cü ilə qədər qaldı, həmin il Dördüncü Səlib yürüşünün cəngavərləri şəhəri talan etdilər və bu vaxt rəsm əsərini götürdülər. Kəfənin 14-cü əsrdə Fransada nümayiş etdirilməsinin izahı bu ola bilər. İlk dəfə 1350-ci illərdə Fransada sərgilənib. 1578-ci ildə İtaliyaya gətirildi və Turində San Giovanni Battista Katedralində saxlanmağa başladı. Çoxları bunun möcüzə olduğuna inansa da, skeptiklər bunun saxta olduğunu düşünürdülər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2009 ••••• 0.16
2010 •••••••• 0.27
2011 •••••••• 0.26
2012 ••••• 0.17
2013 •••••••••••••••••••• 0.73
2014 ••••••••••••••• 0.51
2015 ••••• 0.17
2019 •••• 0.14
2020 •••• 0.13

kəfən sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Meyitin sarındığı ağ, bez. Kəfən oğrusundan adamlıq ummazlar. (Ata. sözü). 2. Keçmişdə: zəvvarların, dindar, mövhumatçı müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar. 3. məc. Ölüm rəmzi kimi. Azəri torpağı son kəfənimdi; Doymaram bu qara bezimdən mənim. M.Araz. 4. məc. Ağ örtük. Göylər matəmlilər kimi qara çarşaba bürünmüş, dağlar, çöllər ağ kəfənlə örtülmüşdür. A.Şaiq. ◊ Kəfəni saralmamış – ölümündən az müddət keçmiş. Kəfəni yırtmaq – ağır, təhlükəli xəstəlikdən qurtarmaq (durmaq). [Şofer:] Qardaşım … özü də yaralanıb, xəstəxanaya düşüb, amma yenə kəfəni yırtıb çıxıbdır. M.Hüseyn. Kəfənini boynuna (boğazına) dolamaq (salmaq) – cəsarətlənmək, ürəklənmək, özündən güclü bir adamla mübarizəyə girişmək. İskəndər kişi kəfənini boğazına dolamışdı. Qorxularından cınqırını çəkməyən adamlar, qocanın mərdliyinə heyran qalmışdılar. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / kəfən

kəfən sözünün etimologiyası

  • 1 Ərəbcədir, əsli “saban”dır (ruslarda savan kimi işlədilir). Bağdad yaxınlı­ğın­dakı Savan şəhərində istehsal edilən parçanın adından götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kəfən

kəfən sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəfən sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. саван: 1. погребальное одеяние из белой ткани для покойников 2. белое одеяние, надеваемое верующими мусульманами во время совершения религиозных обрядов 3. перен. символ смерти 4. перен. покров (снега, тумана и т.п.). Ağaclar ağ kəfənə bürünüb деревья укутались в белый саван ◊ kəfəni boynuna (boğazına) dolamaq (salmaq) 1. осмелеть, набраться смелости; расхрабриться, отважиться 2. идти на верную гибель; kəfəni yırtmaq вырваться из когтей смерти (выздороветь после тяжелой болезни); kəfəni çoxdan çürüyüb кости его давно сгнили

    Azərbaycanca-rusca lüğət / kəfən

kəfən sözünün inglis dilinə tərcüməsi

kəfən sözünün fransız dilinə tərcüməsi

kəfən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кафан (1. мейит кутадай агъ, без; 2. виликра завварри, диндар мусурманри алукӀдай кафандиз ухшар лацу ппек; 3. пер. кьиникьун манада; 4. пер. лацу перде, мес. “жив” манада); ** kəfəni yırtmaq кафан къазунун, кафан кьисмет тахьун, залан, пис азардикай сагъ хъхьун (къахрагъун).

    Azərbaycanca-ləzgicə lüğəti / kəfən

kəfən sözünün türk dilinə tərcüməsi

kəfən sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. ölünü sarımaq üçün bez və ya ağ.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kəfən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəfən nədir? #kəfən sözünün mənası #kəfən nə deməkdir? #kəfən sözünün izahı #kəfən sözünün yazılışı #kəfən necə yazılır? #kəfən sözünün düzgün yazılışı #kəfən leksik mənası #kəfən sözünün sinonimi #kəfən sözünün yaxın mənalı sözlər #kəfən sözünün əks mənası #kəfən sözünün etimologiyası #kəfən sözünün orfoqrafiyası #kəfən rusca #kəfən inglisça #kəfən fransızca #kəfən sözünün istifadəsi #sözlük