kəlağayı sözü azərbaycan dilində

kəlağayı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəlağayı • 84.7636%
  • Kəlağayı • 14.8862%
  • KƏLAĞAYI • 0.3503%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəlağayı
Kəlağayı — Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyü. Azərbaycanın qərb zonasında kəlağayıya bəzən çarqat da deyilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ənənəvi kəlağayıçılıq mərkəzləri müxtəlif siyasi və sosial-iqtisadi səbəblər üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz fabrik mallarının kustar karxana məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayıçılıq tədricən yalnız iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə başlanıb. 2014-cü ildə kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. == Tarixi == === Erkən illər === Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Qadınların müasir kəlağayılara bənzər baş örtüyündən istifadəsi eramızdan əvvəl V-VI əsrlərdə İran şahı I Daranın zamanında saray qadınları arasında geniş yayıldığı barədə bəzi mənbələrdə qeyd olunub. X əsrdə yazılan Hüdud əl-aləm coğrafi traktatında, Bərzənd şəhərində baş örtüyünün istehsal olunduğu qeyd edilib. === XVIII əsr === Orta əsrlərdə Azərbaycan ərazilərində kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Tarixçi Mais Cəfərovun fikrincə, kəlağayılar əvvəllər fərdi şəkildə hazırlansa da, sonralar kəlağayı istehsal edən xüsusi müəssisələr fəaliyyət göstərib.Georq Forsterin 1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan 400 tona qədər ipək Həştərxana göndərilirdi. Ədəbiyyat və çöl-etnoqrafik materialları isə sübut edir ki, həmin ipəyin mühüm bir hissəsi Basqalın payına düşüb və bu sırada kəlağayı mühüm yer tutub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.48 dəfə / 1 mln.
2003 ••••••••••• 1.97
2004 •••••• 1.01
2005 •••• 0.67
2006 ••••••••••• 2.03
2007 •••• 0.63
2008 •••••••• 1.46
2009 ••••• 0.96
2010 ••• 0.45
2011 ••••••••••••• 2.40
2012 •••••• 1.12
2013 ••• 0.58
2014 ••••••••••• 2.06
2015 ••••••••• 1.70
2016 ••••••• 1.21
2017 ••••• 0.81
2018 •••••••••• 1.80
2019 •••••••••••••••••••• 3.89
2020 ••••••• 1.33

kəlağayı sözünün leksik mənası və izahı

  • 1 is. Müxtəlif rəngli, haşiyəli, nazik qadın ipək baş örtüyü. Ağ kəlağayı. Kəlağayı örtmək. – Kəlağayı əlvan, qəsəbə qıyğac; Altından cunası, hayıf ki, yoxdur. M.P.Vaqif. Qız Ağamehdini görən kimi başını örtdü, kəlağayısını çəkdi üzünə, çəkildi daxmanın bir bucağına. E.Sultanov.

    Azərbaycan dilinin izahlı lüğəti / kəlağayı

kəlağayı sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. келагай (женский головной платок из тонкого натурального шелка с узорчатой каймой). Qara kəlağayı черный келагай, ağ kəlağayı белый келагай

    Azərbaycanca-rusca lüğət / kəlağayı

kəlağayı sözünün inglis dilinə tərcüməsi

kəlağayı sözünün fransız dilinə tərcüməsi

kəlağayı sözünün ləzgi dilinə tərcüməsi

"kəlağayı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəlağayı nədir? #kəlağayı sözünün mənası #kəlağayı nə deməkdir? #kəlağayı sözünün izahı #kəlağayı sözünün yazılışı #kəlağayı necə yazılır? #kəlağayı sözünün düzgün yazılışı #kəlağayı leksik mənası #kəlağayı sözünün sinonimi #kəlağayı sözünün yaxın mənalı sözlər #kəlağayı sözünün əks mənası #kəlağayı sözünün etimologiyası #kəlağayı sözünün orfoqrafiyası #kəlağayı rusca #kəlağayı inglisça #kəlağayı fransızca #kəlağayı sözünün istifadəsi #sözlük