kəlb sözü azərbaycan dilində

kəlb

Yazılış

  • kəlb • 77.7778%
  • Kəlb • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Kəlbəcərin azad olunmasına görə" medalı
"Kəlbəcərin azad olunmasına görə" medalı — İkinci Qarabağ müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycanın dövlət təltifi."Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. == Təltif edilən şəxslər == "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilirər. == Təltif edən orqan == "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti təltif edir. == Taxılma qaydası == "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Şuşanın azad olunmasına görə" medalından sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca KƏLBƏCƏR, aşağı qövs boyunca 15 NOYABR 2020 sözləri yazılmışdır. 15 NOYABR 2020 sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. KƏLBƏCƏR sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlərin siyahısı
"Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilənlərin siyahısı məqaləsində Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların adları yer alır. == 29 dekabr 2020 == == 24 iyun 2021 == == 5 noyabr 2021 == Bu tarixdə təltif edilən bütün hərbi qulluqçular, ölümündən sonra təltif ediliblər.
123 saylı Kəlbəcər seçki dairəsi
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Alagöllər (Kəlbəcər)
Alagöllər — Azərbaycanın Kəlbəcər rayonunda göllər qrupu. Bu qrupa 30-a qədər göl daxildir. Dəniz səviyyəsindən 2,700–2,800 metr hündürlükdədir. Ən böyük gölləri Böyük Alagöl, Kiçik Alagöl, Cilligöl və Dikpilləkən gölləridir. Vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Şirin suludur. Mal-qaranın suvarılmasında istifadə edilir.Kəlbəcər rayonunun mərkəzi 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə göllər qrupunun ərazisi erməni işğalı altında idi. 15 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir. 29 iyul 2022-ci ildə Alagöllər hövzəsində qısamüddətli və lokal burulğan-tornado hadisəsi baş verib. Alagöllər su hövzəsinin üzərində meydana gələn hava axınları hövzənin üzərində tornado yaradıb.
Alaqaya (Kəlbəcər)
Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır. == Etimologiyası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. == Yaylaqlar == Sarıbaba yurdu, Turşluqaya yurdu, Xırmanlar yurdu, Yal yurdu, Vəlilər yalının yurdu, Çubuqlu yurd, Keçidüz dağının yurdu, Atağlu yurdu, Nazirli yurdu, Məşədi İslamın yurdu, Xırmandaş yurdu, Mərdandüşən yurd.
Alçalı (Kəlbəcər)
Alçalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir.
Alıbəyli (Kəlbəcər)
Alıbəyli, Tirkeşəvənd (1937–2015), Bəylik (?-1937) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb == Tarixi == 29 may 2015-ci ildə Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi Alıbəyli kəndi adlandırılmışdır.Bu kənd 1937-ci ilə kimi Bəylik adlanıbdır. Kənddə çox sayda bəy yaşadığından Bəylik adı verilib. 1937-ci il represiyasından sonra kəndin adı Tirkeşəvənd adlandırılıbdır. Digər bir varianta görə kəndin yaxınlığında Tutxun çayı üzərindən türklər tir atıb körpü düzəltdiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd. Kəndin ərazisi qədim yaşayış məskəni olub. Başqa bir varianta görə bu ərazidə ilk məskunlaşan XVI–XVII əsrlərdə Laçın rayonundan gələn Qotur Məmməd olubdur. O, bu əraziyə gələndə uçulub-dağılmış kənddə divarının üstündə tirkeşəvənd və tiri qalan bir evə rast gəlib. Ona görə də kəndin adını Tirkeşəvənd qoyubdur. Keçmiş zamanlarda yaşayış damlarının divarının üstünə yoğun tir qoyurmuşlar.
Alıkənd (Kəlbəcər)
Alıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Kəlbəcər rayonunun Qktyabrkənd inzibati ərazi vahidində yerləşən kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cü ildə Göyçay r-nunun Ramal və Şəkər inzibati ərazi vahidlərində daha iki Alıkənd kəndi qeydə alınmışdır. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu. == Bulaqlar == Zeynal bulağı, Cahanın bulağı, Qiblə bulağı, Sarı bulaq, Qaynatma bulaq, Çeyil bulağı, Qoşa bulaq, Göl bulağı, Sandıq bulağı, Qazıxanlı bulağı, Sandıq biçənəyin bulağı.
Armudlu (Kəlbəcər)
Armudlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Armudlu kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Oykonim ərazidə armud ağacının zəngin olduğunu göstərir. Ermənistandakı Tuafnin ve Tandzit yaşayış məntəqələrinin adı 1946-cı ilədək, Gürcüstandakı Pantiani kəndinin adı isə 1949-cu ilədək Armudlu olmuşdur. Azərbaycanda Qax və Qubadlı rayonlarında da eyniadlı kəndlər mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sol sahilində yerləşir. === Yaylaqları === Qırmızıqaya yurdu, Dəlihəsən yurdu, Əyriyurd. === Bulaqları === Çınqıllı bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.
Ağbulaq (Kəlbəcər)
Ağbulaq, Alçalı (?-2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad edilib == Tarixi == 29 may 2015-ci ildə Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılmışdır.Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxtadüz yurdu, Heydərin yurdu, Uçuğun başı yurd, Dəlikdaş yurdu, Sandıq yurd. == Bulaqlar == Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı. == Məşhur yerlər == Balaca göl yeri, Günəşqaya, Qırmızıqaya, Kəlölən. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Ağcakənd (Kəlbəcər)
Ağcakənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağcakənd kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Etimologiya == Yerli əhalyə görə, kəndin adı kürd mənşəli Ağcanın adını daşıyır. Kəndin qurucularının kürd olmasına baxmayaraq onların adları türk mənşəlidir. Azərbaycanlı tarixçi Tural Həmidə görə, bunun əsas səbəbi Azərbaycan kürdlərinin yerli türklərlə sıx qaynayıb qarışması, hətta öz aralarında belə bu dildə danışmasıdır. Digər bir yerli məlumata görə, Laçın rayonunun Ağcakəndində yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün bu kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə edirmişlər. Bu kəndin bir nəfər varlı sakini Ağca adlanan qızını ərə verir. Həmin qız öz həyat yoldaşı ilə yaşamaq üçün bu binə yerinə gəlir və kəndin bünövrəsini qoyurlar. Mənası "ağ rəng" deməkdir. Kəndin digər adı Kamyanlıdır.
Ağdaş (Kəlbəcər)
Ağdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Ağdaş kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd.Dağlıq ərazidədir. Kənd Ağdaş dağının döŞündə salınmışdır. Etnotoponimdir. ƏfŞarların araşlı oymağının bir qolunun ağdaş adlanması və Ağdaş rayonunun XX əsrin əvvəllərinə qədər Ərəş qəzası kimi qeydə alınması bunu bir daha subut edir. Ağdaş toponimi türk xalqlarının onomastikasında geniş yayılmışdır: Aktaş (Özbəkistanda dağ), Akdaş (Türkmənistan), Aktas (Qazaxıstan), Ağdaş (Başqırdıstan, Ermənistan), Aqtaş (Əfqanıstan), Akdaş (İran, Türkiyə) və başqaları. == Yaylaqlar == Alagöllər yaylağı, Söyüdlü yaylağı, Hacı Ələmşaha toy olan yurd, Kürdlərin yurdu, Çınqıl yurd, Çala yurd, Qonur yurdu, Ağqaya yurdu. == Bulaqlar == Dördgözlü bulaq, Soyuq bulaq, Çınqıllı bulaq, Pir bulaq. == Məşhur yerlər == Çüxur yer, Böyük güney, Xanların çəpəri, İnəyi canavar yeyən, Tanrıverdinin çəpəri, Taplar biçənəyi, Kalafalı tələ biçənəyi, Ardışlı güney, Dikinəyer, Dibi kaha daş, Arı qayası, Budağın yurdu, Məstanvurulan qaya.
Ağqaya (Kəlbəcər)
Ağqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəndin ətrafında olan Ağ qayanın adı ilə bağlıdır.Ağqaya kəndi 1933-cü ildə Ağqaya binəsi kimi qeydə alınmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasının Şəlvə dərəsindəki kəndlərdənöz yaylaq yerlərinə gələrək məskunlaşmış rəhimli və kərimli nəsilləri tərəfindən salınmışdır. Sonralar yaxınlıqdakı Pələnkəli kəndidağıdıldıqdan sonra onun əhalisinin cox hissəsi də Ağqaya kəndinə köçmüşdür. Adını rayonun ərazisindəki Ağqaya adlı yüksəklikdən almışdır. Hazırda bu yüksəklik Şişqaya adlanır. == Yaylaqlar == Çökək yurd, Çiçələr dağının yurdu, Süleymanın yurdu, Şırşır bulağın yurdu, Babanın yurdu, Şikarın yurdu, Minənin yaz yurdu. == Bulaqlar == Göl bulağı, Şırşır bulaq, Şava bulağı, Göy bulaq, Əliabbas bulağı, Dovşan bulağı, Sızqa bulaq. == Məşhur yerlər == Başıaçıq, Qara öküz yatan, Xırlıgüney, Yal yeri, Tirqırılan, Çal qayalar, Balaca şiş, Böyük şiş, Gölün çökəyi, Qozların dərəsi, Yazlıq yeri, Xırmanlar, Kalafalıq, Usubun biçənəyi, Ayı dərəsi, Ağqayanın boynu, Pələngə, Pələngənin dərəsi, Dəyirman yeri, Əzizin biçənəyi, Çərkəzin çəpəri, Bataqlıq, Çaxnağın dərəsi, Süleymanın biçənəyi, Cağanlı xırman, Ağqayanın çayı, Pələngə suyu, Qara ağacların suyu, Quzu gölü, Şiştəpə dağı.
Ağyataq (Kəlbəcər)
Ağyataq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.Kənd adını eyniadlı civə yatağı olan dağdan almışdır.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrii tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb. == Tarixi == Kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də "Yağ yataq" deyirlər. Kəndin ərazisində "Ağ yataq" adlanan mineral filiz yatağı sahəsi də var. Kəndin adı buradan götürülmüşdür. == Yaylaqlar == Qaraqayanın boynu yurd, Hacıalılar yurdu, Kəlgönnənən yurd, Eyvanın başı yurd, Ağdaşlar yurdu, Sarltopal yurdu, Qaçaydüşən yurd, Dincdərə yurdu, Qazax Alının yurdu. == Bulaqlar == Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttənkələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Portport bulaq, Göy bulaq, İsmayılın bulağı. == Məşhur yerlər == Ayıçiləsi, Kəklikli qaya, Dana güneyi, Xımılı, Sarıqaya, Buzovuçan, Qaraquşun qayası, Darlar, Körpüdaş, Göbələk daş, Çalaçökək, Buğa vurulan, Məhəmmədin çöpü, Kəvənliyin dərəsi, İlanlı qaya, Topağac, Sarıyoxuş, Məmmədvəlinin dam yeri, Sarıtopal, Qulu bəy kümbəzi.
Ağzıbir (Kəlbəcər)
Ağzıbir — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Bağırlı (Kəlbəcər)
Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə., 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir. == Yaylaqlar == Bəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu. == Bulaqlar == Sarı bulaq, Göy bulaq, Novlu bulaq, Qiblə bulağı, Daş bulaq, Hümmət bulağı, Bəzirgan bulağı.
Bağırsaq (Kəlbəcər)
Bağırsaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Bağırsaq Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi vahidində kənd. Kəndin ərazisi əvvəllər yaxınlıqdakı Qamışlı kəndinin binəsi olmuşdur. Tədricən həmin kənddə ki, ağayarlı və qazıxanlı nəsillərinə mənsub ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Kənd öz adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqdan almışdır. Burada dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılmışdır. 1917-ci ildə Baqarsıx variantında qeydə alınmışdır.
Başkənd (Kəlbəcər)
Başkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Hacıkənd kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Başkənd Kəlbəcər rayonunun Sınıqkilsə inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrin əvvəllərində Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Hacı Ələmşah adlı bir şəxs burada binə salıb. Sonralar onun törəmələri binə yerində daimi məskunlaşıblar. Kənd qonşu kəndlərə nisbətən yuxarıda yerləşdiyi üçün belə adlandırılmışdır.
Boyaqlı (Kəlbəcər)
Boyaqlı - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Coğrafiyası == Boyaqlı kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. XIX əsrdə Kəlbəcər kəndinin əhalisinin yaylaq yurdu olmuşdur. Boyaq bitkiləri cox olduğu üçün yurd belə adlandırılmışdır. Sonralar kəndin kəlbəvəli və mərdanlı nəsillərinə mənsub bir qrup camaatı yaylaq yurdunda məskunlaşmış, yeni yaşayış məntəqəsi yurdun adını saxlamışdır. == Tarixi == Bu kəndin ərazisində boyaq otları vardır. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kəndin adı buradan götürülmüşdür. == Məşhur yerlər == Şişin başı, Almaağacı, Camışuçan, Arxacyeri, Xırman, Xal, Xalın qayası, Şorun dərəsi, Çərkəzin şamı, Nağı dədənin şamı, Naziksu, Məmmədbiçən tala, Malqayıtmaz, Şəl, Küllü kaha, Şorun dərəsi, Əlikişinin kahası, Qaraşın şamı, Şirinin şamı, Davalı şam, Dəyirmanlar, Darı yeri, Əyriyol, Xırdadüz, Darı yerləri.
Bozlu (Kəlbəcər)
Bozlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kənd XIX əsrin sonlarında Babaşlar kəndindən çıxmış bozlu adlı nəslin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Bozlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Bozlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Bozlu kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin yamacında yerləşir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli şahsuvarlı tayfasına mənsubdur. == İqtisadiyyatı == 2022-ci ildə "Azərişıq" ASC tərəfindən 17 km-lik 35 kV-luq "Bozlu–Pircahan" hava xəttinin tikintisi yekunlaşdırılmışdır.
Buzdux dağı (Kəlbəcər rayonu)
Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var. == Haqqında == Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir. Buzluq dağı Qarabağ silsiləsinə daxildir.
Böyükdüz (Kəlbəcər)
Böyükdüz — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Böyükdüz kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.
Cəmilli (Kəlbəcər)
Cəmilli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Seyidlər kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kəndin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağlıdır. == Yaylaqlar == Ayğır bulağının yurdu, Çalaçökək yurd, Əvəlikli yur, Fermadüşən yurd, Kalafalıq yurdu, Ağbulaq yaylağı, Xıdırdüşən yurd. == Bulaqlar == Sarı su, Qara bulaq, Soyuq bulaq, Məhərrəm bulağı, Ayğır bulağı, Eyvazlı bulaq, Daş bulaq, Komun suyu, Qoçu bulağı, Qafar bulağı, Bayram bulağı, Novlu bulaq, Feyruz bulağı, Behbud bulağı, Novçalı bulaq. == Meşhur yerler == Eyvazlı yalı, Kərəmli, Novun düzü, Əsgərçökəyi, Çaxçaxlı, Taxta, Qaraqaya, Göyxır, Qapaz, Şişqaya, Gendərə, Vəlidərəsi, Armudluq, İtölən, Qaratəpə, Mal oğurlanan, Mehdibiçən, Həsənalı tapı, Quzuqayası, Mehditapı, Arxacyeri, Daşın başı, Boyunyolu, İnəkuçan, Sərpyurd, Sarıyol, Ardışlı, Hüseyn çökəyi, Səmədbiçən, Həştərxan, İmamizi, Cəfalıçimən, İsmayılın ağılı (Xalxal), Ayğır çayı, Komun suyu, Bozlu, Seyidbiçən, Qonur dağ, Kraskalı dağ, Əyriarxac. == Binələr-Qışlaqlar == Qonur binəsi, Mal binəsi, Qoyun binəsi.
Daşbulaq (Kəlbəcər)
Daşbulaq, Oktyabrkənd, Kilsəli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Daşbulaq (keçmiş Oktyabrkənd) kəndi-kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilsələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulmuşdur. 1956-cı ildə kəndin adı yenidən dəyişdirələrək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd adlandırılıb.1992-ci ildə kəndin əvvəlki adı-Daşbulaq bərpa edilib. Kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santımetr hündürlüyündədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulmuşdur. Hər bir vannanın üzərində qədim alban hərfləri ilə yazılmış mətn vardır.

kəlb sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. it, köpək. Kəlbi-əqur quduz it, qapan it.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kəlb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəlb nədir? #kəlb sözünün mənası #kəlb nə deməkdir? #kəlb sözünün izahı #kəlb sözünün yazılışı #kəlb necə yazılır? #kəlb sözünün düzgün yazılışı #kəlb leksik mənası #kəlb sözünün sinonimi #kəlb sözünün yaxın mənalı sözlər #kəlb sözünün əks mənası #kəlb sözünün etimologiyası #kəlb sözünün orfoqrafiyası #kəlb rusca #kəlb inglisça #kəlb fransızca #kəlb sözünün istifadəsi #sözlük