Kəlbəcərdə helikopter qəzası (14 iyul, 1989)
Kəlbəcərdə helikopter qəzası — 14 iyul 1989-cu ildə Kəlbəcər şəhər stadionunda helikopter qəzası.
== Hadisə ==
Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcər rayonunun Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər.
Həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter havaya qalxarkən qəza törədib. Helikopter yerə yaxın olduğundan stadiondakı 8 uşağı vertolyotun pəri tikə-parça edib.
Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar.
== Həlak olanların siyahısı ==
Məmmədov Sahib Sultan oğlu (10 yaş),
Salmanov Razim Tofiq oğlu (8 yaş),
Valehov Anar Qardaşxan oğlu (7 yaş),
İbişov Cahid Telman oğlu (10 yaş),
Əsgərov Səxavət Dəmir oğlu (14 yaş),
Əsgərov Natiq Məhəmməd oğlu (14 yaş),
Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaş),
Orucov Azər Zakir oğlu (7 yaş).
== Hadisədən sonra ==
1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulmuşdur. Kəlbəcər işğal olunandan sonra həmin abidə ermənilər tərəfindən dağıdılmışdır.
2022-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı "Gizli qalsın" adlı sənədli film hazırlayıb.