kəlbətin sözü azərbaycan dilində

kəlbətin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəlbətin • 95.1220%
  • Kəlbətin • 4.8780%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəlbətin
Kəlbətin — müxtəlif tutucu səthlərə malik oynaqlı bərkidilmiş iki qoldan ibarət dəstəkli alətdir. Ondan çilingər, elektrotexnika, tibb və bərbərxana işlərində sıxmaq, tutmaq, dartmaq üçün alət kimi istifadə edirlər. O ling prinsipinə əsasən işləyir. Kəlbətinin qoları ling rolunu oynayır. Dəstək olan hissə adətən lingin üzün qolunu, dodaqlar yerləşən hissə isə qısa qolunu əmələ gətirir. Ling qanununa asasən dəstək sıxıldıqda əl ilə verilən qüvvə gücləndirilərək kəlbətinin dodaqları arasında tutulan əşyaya ötürülür. Kəlbətinlər hələ bizim eradan əvvəl ixtira edilib tətbiq edilmişlər. Onlardan qızmar əşyaları tutmaqla hərəkət etdrmək üçün istifadə edilmişdir. Antik yunan dövründən qalan vazların üstündəki çəkilmiş çilingər alətlərinin şəkilləri buna misaldır. Sənaye inqilabı ilə şərtlənən texniki inkişaf yeni maşınlarla brabər yeni kəlbətin növlərinin də inkişafına təkan vermişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••••••••• 0.17
2014 •••••••••••••••••••• 0.34
2017 •••••••••• 0.16

kəlbətin sözünün leksik mənası və izahı

  • 1 is. [ər. kəlbəteyn – ikidişli it] Mıx və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün ikiağızlı maşaşəkilli metal alət. Dülgər kəlbətini. Montyor kəlbətini. – [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev. Qurd … onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə. ◊ Kəlbətinlə (sözü, cavabı və s.) çəkmək (qoparmaq) – danışmağa, cavab verməyə məcbur etmək. Xəstəxanada yatırdı, günaşırı balaca Səttarla xəstəxananın koridorlarında tibb bacılarının əl-ayağına dolaşırdıq və ağızlarından kəlbətinlə bir-iki söz qopardırdıq. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / kəlbətin

kəlbətin sözünün etimologiyası

kəlbətin sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. клещи (металлический инструмент в виде щипцов с загнутыми внутрь концами для выдергивания гвоздей, захвата и держания раскаленного металла и т.п.). Kəlbətinlə sıxmaq сжимать клещами 2. кусачки (острые щипцы для откусывания, отрезывания проволоки, гвоздей); острогубцы 3. щипцы, щипчики (инструмент для сжимания, схватывания в виде двух скрепленных на шарнире стержней). Qozfındıq sındıran kəlbətin щипцы для орехов, мед. cərrahhiyyə kəlbətini хирургические щипцы, sümük kəlbətini костные щипцы ◊ kəlbətinlə çəkmək (sözü, cavabı) клещами вытаскивать, вытягивать (слова, ответ)

    Azərbaycanca-rusca lüğət / kəlbətin

kəlbətin sözünün inglis dilinə tərcüməsi

kəlbətin sözünün fransız dilinə tərcüməsi

kəlbətin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. kəlbəteyn-ikidişli it] сущ. хех; at kəlbətini балкӀандин хех; montyor kəlbətini монтёрдин хех; ** kəlbətinlə (sözü, cavabı və s.) çəkmək (qoparmaq) гаф хехинив (ялна) акъудун, рахуниз, жаваб гуниз мажбур авун.

    Azərbaycanca-ləzgicə lüğəti / kəlbətin

kəlbətin sözünün türk dilinə tərcüməsi

"kəlbətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəlbətin nədir? #kəlbətin sözünün mənası #kəlbətin nə deməkdir? #kəlbətin sözünün izahı #kəlbətin sözünün yazılışı #kəlbətin necə yazılır? #kəlbətin sözünün düzgün yazılışı #kəlbətin leksik mənası #kəlbətin sözünün sinonimi #kəlbətin sözünün yaxın mənalı sözlər #kəlbətin sözünün əks mənası #kəlbətin sözünün etimologiyası #kəlbətin sözünün orfoqrafiyası #kəlbətin rusca #kəlbətin inglisça #kəlbətin fransızca #kəlbətin sözünün istifadəsi #sözlük