Kəleybər
Kəleybər (yerli xalqın ləhcəsində Kəleyvər olaraq da adlanır) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının inzibati mərkəzi.
== Tarixi ==
Ünlü tarixçi Həmdullah Qəzvini “Nüzhət əl-Qulub” adlı əsərində yazır: “Kəleybər və yaxud Kələntər əyalət şəhəri olub, ormanlıqlar və uca dağlar arasında yerləşir. Orada böyük bir istehkam var ki, ayağından götürülür. Məhsulu taxıl, üzüm və meyvəcatdır. Əhalisi qarışıqdır. Burada şafii məzhəbli türklər və talışlar yaşayırlar. Dəftərə görə vergisi 3000 dinardır.”
== İstinadlar ==
== Mənbə ==
Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: Ozan, 1998, 192 səh.
Ənvər Çingizoğlu.