kəlləpaça sözü azərbaycan dilində

kəlləpaça

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəlləpaça • 69.2308%
  • Kəlləpaça • 26.9231%
  • KƏLLƏPAÇA • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəlləpaça
Xaş, Paça və ya sadəcə Ayaq — heyvan ayağını qaynadaraq pişirilən Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Azərbaycan, İran, Bosniya və Herseqovina va Türkiyədə bəzi üsullara görə ayağa əlavə heyvanın başını qatmaqla pişirilən bu yeməyin növünə kəlləpaça və başayaq deyirlər (fars. کله پاچه‎ , türk. Kelle paça, bosn. Pače). Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur. == Adı == Xaş sözü oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir.

kəlləpaça sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Kəsilmiş qoyun və ya keçinin başı və ayaqları. Kəlləpaça bişirmək. Kəlləpaça almaq. – Qazı durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. (Nağıl). 2. aşp. Qoyun və ya keçinin kəlləsi və ayaqlarından bişirilən duru xörək; başayaq. Sirkə-sarımsağını hesab edən kəlləpaça yeməz. (Ata. sözü). [Zərbəli:] Yaxşı lətif piti var, küftəbozbaş, kəlləpaça var, kotlet var. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kəlləpaça

kəlləpaça sözünün etimologiyası

  • 1 Bəzən xaş və kəlləpaça sözlərini eyniləşdirirlər. Əslində, kəlləpaça kəllə (baş) paça (ayaq) sözlərindən əmələ gəlib, yalnız “qoyun başayağı” kimi başa düşülür. Xaş isə iri malın dırnaqlarından hazırlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kəlləpaça

kəlləpaça sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 KƏLLƏPAÇA [Məmiş:] Nə danışırsan beçə balı, camış qaymağı, tut arağı, erkək toğlunun kəlləpaçasıynan (H.Abbaszadə); BAŞ-AYAQ Ya üstümüzə şər atmağa, ya təzə vergilər istəməyə, ya da qarınlarını otarıb bizdən donuz baş-ayağı istəməyə gəlirlər, deyə onlar düşünür və qüssələnirdilər (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / kəlləpaça

kəlləpaça sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. голова и ножки крупного и мелкого домашнего рогатого скота 2. кулин. хаш (блюдо, приготовленное из головы и ножек мелкого и крупного домашнего рогатого скота)

    Azərbaycanca-rusca lüğət / kəlləpaça

kəlləpaça sözünün inglis dilinə tərcüməsi

kəlləpaça sözünün fransız dilinə tərcüməsi

kəlləpaça sözünün ləzgi dilinə tərcüməsi

"kəlləpaça" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəlləpaça nədir? #kəlləpaça sözünün mənası #kəlləpaça nə deməkdir? #kəlləpaça sözünün izahı #kəlləpaça sözünün yazılışı #kəlləpaça necə yazılır? #kəlləpaça sözünün düzgün yazılışı #kəlləpaça leksik mənası #kəlləpaça sözünün sinonimi #kəlləpaça sözünün yaxın mənalı sözlər #kəlləpaça sözünün əks mənası #kəlləpaça sözünün etimologiyası #kəlləpaça sözünün orfoqrafiyası #kəlləpaça rusca #kəlləpaça inglisça #kəlləpaça fransızca #kəlləpaça sözünün istifadəsi #sözlük